Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

 

22 


 

Kulsığ: “kulsığ ər = xasiyyətcə qula bənzəyən adam, qul xislətli adam” [1,c.1, 452]. 

Başnak: “başnak ər = başında dəbilqəsi, əynində zirehi olmayan əsgər” [1,c.1, 454]. 

Tuğsak: dul qadın. Çox zaman “tul tuğsak” şəklində qoşa işlənir [1,c.1, 455]. 

Kəkmək: “kəkmək ər = işdə bişmiş, bərkə-boşa düşmüş, bişkin adam”. Sözün əsli “kək”dir, 

zəhmət, sıxıntı deməkdir. Bu sifətdir, belə sifətlər qaydadan xaricdir, doğrusu “kəkmən”dir.                

[1, c.1, 463]. 

Bədhrəm: bayram, xalq şənliyi. Bir yer işıq və çiçəklə bəzəndiyi zaman “bədhrəm yer” deyilir 

ki, “könül açan yer” deməkdir. Bu sözün əslinin nə olduğunu bilmirəm, onu farslardan da eşitdim. 

Bununla birlikdə, oğuzlar bayram gününə “bəyrəm” deyirlər. Bu, sevinc və əyləncə günüdür. Oğuzlar 

dh hərfini y hərfinə çevirmişlər. Bəlkə də bu kəlmə ayrı bir sözdür. [1,c.1, 466]. Fikrimcə,  bayram 

sözü fars mənşəli sözdür. 

Tolğağ: qadın sırğası. “yinçü tolğağ = mirvari sırğa”. [2, c.2, 283]. 

Təzgək: “təzgək ər = işdən və ya işə bənzər şeydən qaçan, çəkinən adam” [2, c.2, 284]. Təzgək

qaçmaq sözünə uyğun gəlir.Fonetik dəyişikliklərlə tezkəm və tezmək sözlərinə şivələrimizdə rast 

gəlirik. 

Tezkəm (Səlyan) – Sizzə nə danışmışam, tezkəm gedib Ələsgərə xəbər veriblər. Tezmək 

(Biləsuvar) – 1. qaçmaq; 2. hürküb qaçmaq [3, 487]. 



Kinizgək: “kinizgək kağun = təzəliyi, təravəti gedən, keçəlləşmiş qovun” [2, c.2, 285]. 

Kişirgək: “kişirgək ər = evində bir adam görəndə sıxılan, evi özünə dar edən adam” [2, c.2, 285]. 

Çənqəl: “çənqəl ər = şər adam, cənə-cünə adam, şərxata” [2, c.2, 286]. 

Yalt: “yalt kaya = yalçın qaya, sərt qaya”. Sərt olan hər şeyə belə deyilir. [4, c.3, 15). Fikrimcə, 

yal-yalçın mənası buradan gəlir. 



Yetiz: enli, eni geniş olan hər şey. Bu sözdən alınaraq “yetiz kadhış = enli qayış” deyilir. “yetiz 

yer = enli, geniş yer” [4, c.3, 17). 

Yawaş: “yawaş kişi = həlim adam, xoşxasiyyət adam”. Sakit, həlim heyvanlara da “yawaş” 

deyilir. Bu şeirdə də işlənmişdir: 



“Koldaş bilə yaraşğıl, 

Karşıp adın üdürmə, 

Bək tut yawaş takağu

Süwlin yazın ədərmə”. 

Yoldaş ilə yaraşginən

Ona qarşı çıxma, başqasını  seçmə, 

Bərk tut yavaş toyuğu, 

Çöldə qırqovul arama. [4, c.3, 18]. 

Yatuk: tənbəl adama “yatuk kişi” deyilir. Bəzi oğuzlar şəhərlərindən kənara çıxmır, müharibə 

etmirlər,  ona  görə  də  onlara  “yatuk”  deyilir,  “tənbəllər  və  atılmışlar”  deməkdir  [4,  c.3,  21].  Məncə, 

yatuk sözünün kökündə yatmaq anlamı var.  

Yalım:  “yalım  kaya  =  dik,  sıldırım  qaya”.  Bu  sıldırım  dağın  ətəyidir.  Bu  atalar  sözündə  də 

işlənmişdir:  “təlim  sözük  uksa  bolmas,  yalım  kaya  yıksa  bolmas  =  çox  söz  anlaşılmaz,  yalçın  qaya 

yıxılmaz”,  (insan  dağdan  yalçın  qayanı  yıxa  bilməz,  eləcə  də  çox  sözü  anlaya  bilməz).  Bu,  sözü 

uzatmaması tövsiyə olunan adama deyilir [4, c.3, 25]. Yalın > yalım, m > n əvəzlənməsi mövcuddur.  



Yüksək: “yüksək tağ = yüksək dağ, hündür dağ”. Hər hansı  bir şey hündür,  yüksək və uzun 

olsa,  ona  “yüksək”  deyilir.  Bu,  quş  tükü  mənasına  gələn  “yük”  sözündən  alınmışdır.  Çünki  onun 

təbiətində yüksəlmək vardır. Beləliklə, hər yüksək şeyə bu ad verilmişdir. Bu beytdə də işlənmişdir:  

“Üs əs körüp yüksək kalık kodı çakar, 

Bilgə kişi ögüt berip tawrak ukar”. 

Kərkəs quşu leşi yüksəkdən görüb aşağı enər, 

Bilgə kişi öyüd verib tez anlayar. 

Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində birinci növ təyini söz birləşmələri 

 



 

23 


 

(Kərkəs  quşu  yüksəkdən  üçarkən  leşi  görüb  tez  aşağı  şığıyar,  bilgə  kişinin  ovu  isə  öyüd 

nəsihətdir. Ağıllı adam öyüdü eşidən kimi tez əzbərləyər və yadında saxlar) [4, c.3, 46]. “Bilgə kişi” 

birləşməsi də I növ təyini söz birləşməsidir (bilici adam, müdrik adam mənasını verir).  

Göründüyü  kimi  M.Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsəri  sintaktik  vahidlərlə  zəngindir. 

Qədim türk dilindən orta əsr türkcəsinə keçid dövrünü özündə mükəmməl şəkildə əks etdirən bu əsər 

türk dillərində sintaktik vahidləri araşdırmaq üçün zəngin material verir. 

Elmi  yeniliyi:  Məqalə  M.Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsərindəki  sintaktik  vahidlərin 

öyrənilməsi baxımından elmi əhəmiyyət  kəsb edir. Məqalədə sintaktik vahidlərin leksik-semantik 

xüsusiyyətləri  izah  olunur.  Eyni  zamanda  məqalə  sintaktik  vahidlərin  zənginliyi  barədə  də  geniş 

təsəvvür yaradır. 



Tətbiqi əhəmiyyəti: Praktik baxımdan sintaktik vahidlərin öyrənilməsinin əhəmiyyəti vardır. 

Məqalədəki  sintaktik  vahidlərdən  ədəbi  dil  tarixinə  aid  dərsliklərin,  dərs  vəsaitlərinin 

hazırlanmasında nümunə kimi vermək olar. 

 

ƏDƏBİYYAT 

1.

 

Əsgərov R.B. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”: 4 cilddə, I c., Bakı: Ozan, 2006, 512 s. 



2.

 

Əsgərov R.B. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”: 4 cilddə, II c., Bakı: Ozan, 2006, 400 s. 



3.

 

Azərbaycan  dilinin  dialektoloji  lüğəti  /  A.A.Axundovun.,  Q.Ş.Kazımovun.,  S.M.Behbudovun 



redaktorluğu ilə. Bakı: Şərq-Qərb, 2007, 568 s. 

4.

 



Əsgərov R.B. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”: 4 cilddə, III c., Bakı: Ozan, 2006, 400 s. 

 

РЕЗЮМЕ 

ОПРЕДЕЛИТЕЛЬНЫЕ СЛОВОСОЧЕТАНИЯ ПЕРВОЙ СТЕПЕНИ В ПРОИЗВЕДЕНИИ 

МАХМУДА  ГАШГАРИ  “ДИВАНУ-ЛУГАТ-ИТ-ТУРК” 

Ибаев Н.А. 

 

Ключевые  слова:  Дивану-лугат-ит-турк,  синтаксические  единицы,  этноним,  топоним, 

словосочетания, лексико-семантические особенности 

В  статье  были  исследованы  прилагательные  словосочетания  первый  степени  произведение 

Махмуда Кашгари «Дивану-лугат-ит-турк». В статье  kəsgin aş, kəkmək ər, bədhrəm er, yinçü tolğağ, 

kazuk  arık  and  etc...были  выделены  и  исследованы  синтактические  единицы  и  объяснены  их 

значения.  



 

SUMMARY 

FIRST TYPE OF ADJECTIVE WORD COMBINATIONS IN M.KASHGARY’S  

“DIVANI-LUGET-IT-TURK” 

Ibayev N.A. 

 

Key words: Divani-lugat-it-turk, syntactic unit, Ethnonym, toponym, word combinations, lexical and 

semantic features 

First  type  of  adjective  word  combinations  in  M.Kashgary’s  “Divani-luget-it-turk”are  studied  in  the 

article.  Syntactic  units  kewgin  ash,  kekmek  er,  bedhrem  er,  yincu  tolgag,  kazukarik  and  etc.  had  been 

chosen and grouped and the meaning have been explained. 

 

 

 

Daxil olma tarixi: 

İlkin variant 

19.01.2017 

 

Son variant 



16.03.2017 

İbayev N.A. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə