Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   ...   5   6   7   8   9   10   11   12   13

56 
 
AĞÇİÇƏYİM 
Qış tüğyan edirdi ömür bağında, 
Hamı süst yatırdı ağ yorğanında, 
Qəfil gördüm səni bar budağında, 
Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim! 
*         *          * 
Dümağsan, qar sənin yanında qara, 
Tanrım rüsxət verib, baxmayıb qara, 
Bu, qarlı qış hara, tər çiçək hara, 
Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim! 
*         *          * 
Əllərim pak deyil oxşayım səni, 
Həddim o hədd  deyil qoxlayım səni, 
Bağbanam borcumdur yoxlayım səni, 
Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim!!! 
  
06.05.2010. Bakı. 
  
  
  
  


57 
 
GƏL  ÖYRƏT  MƏNİ 
Düşmüşəm hüsnünün sehrinə inan, 
Çox azdır bu incə mətləbi qanan, 
De görüm qövr edib, alışıb yanan 
Odlu bir yaraya su səpərsənmi? 
*         *          * 
İncə bir təbəssüm aparır məni, 
Qovursan dünyamdan dumanı, çəni 
Allahım  bir mələk göndərib səni 
Şəfalıq bir kəlmə söz deyərsənmi? 
*         *          * 
Xəstənin dərdinə dərman təbibim, 
Ağzında dili bal, şəkər həbibim, 
Səndən nə gizlədim, var bir eyibim, 
Bisavad Zaura dərs verərsənmi? 
  
06.11. 2009.  
Bakı. 
  
  
  
  


58 
 
YOL GÖSTƏR 
Əcəb xalın var imiş,  tər sinədə 
Gözəlliklər tək-tək çıxır aşkara. 
Xoş vaxtına düşüb, qələm çəkəndə 
Heç nə əskiltməyib, şükür Muxtara... 
*         *          * 
Mələklər darayıb qara tellərin, 
Nabatdan yonulub şümşad  əllərin, 
Sənintək gülərüz, gözəl dilbərin, 
Hüsnündə eyib yox, adam axtara. 
*         *          * 
Deyirlər xalların olur xatası, 
Sirlidir Zaurun yeni butası, 
Bir dəryasan, naməlum çox adası, 
Səyyah naşı, çətin tapıb qurtara... 
24.11.2009. Bakı. 
  
  
  
  
  


59 
 
MƏQAM 
Bircə əsən meh olaydım, 
Toxunaydım, yanağına. 
Ya da, Kürün suyu olub
Üz qoyaydım, ayağına. 
*         *          * 
Deyirəm ki, nə xoşbəxtdir, 
Sizin evin daş-divarı, 
Səhər, axşam seyr eləyir, 
Sənin kimi xoş gülzarı. 
*         *          * 
Hətta Günəşin özü də 
Xoşbəxt saya bilər özün... 
Necə olsa gündə bir yol 
Görür əsil Nurun özün. 
 
 
 
 
 
 


60 
 
*         *          * 
Buludların ağlamağı 
Boşa deyil, səbəbi var. 
Təmas etmir, gül hüsnünə 
Axı sənin çətirin var... 
  
06.12.2009.Bakı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


61 
 
  
ŞEHÇİÇƏYİM 
Tacısan dünyamda tüm çiçəklərin, 
Köksündən bal süzən, tər Şehçiçəyim... 
Sehrinə düşmüşəm, nur ləçəklərin, 
Əqli başdan alan, zər Şehçiçəyim... 
*         *          * 
Cəzbində qalmışam, tamam çar-naçar, 
Sağımda, solumda çox çiçək açar, 
Pərvanəyə dönüb, dövrəmdə uçar, 
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim... 
*         *          * 
Bir kərə, bir anlıq olsa da, vüsal 
Ruhuma rahatlıq verməyir xəyal, 
Sonu ölümsə də, gəl qoynuna al, 
Həsrətdə yaşamaq, zor Şehçiçəyim... 
  
03.06.2010. Bakı. 
  
  
 


62 
 
MÜTLƏQ 
İlahi nurundan pay alan gözəl, 
Görsən ki, nurundan pay alaq biz də... 
Lütf eylə, bu səmtə bir, pişvaza gəl
Görsən ki, hərarət qalmayıb, sözdə... 
*         *          * 
Ay Yerin cəzbində, təşnə Günəşə, 
Bülbül Gülə möhtac, qəfəs nə işə? 
Adam lap, mat qalır inan, gərdişə, 
Görsə ki, ötəsi olur yüzün də... 
*         *          * 
Zaur bir, qonaqdı, külli-cahana, 
Niyəti bəllidi, tək Yaradana
Sürünüb, qovuşar öz gümanına, 
Görsə ki, taqəti yoxdu dizində... 
  
Bakı. 
  
  
  
  


63 
 
GÖRÜNCƏ 
İntizar dumanı çöküb, gözümə, 
Ruhun 
iztirabı hopub, üzümə, 
İçimin acısı çıxıb, üzümə, 
Üzüm gülər, gül üzünü görüncə... 
*         *          * 
Günlərin hamısı dandan, qüruba, 
Minnət eyləyirəm, min yol turaba, 
Qaçmasın ayağım altdan, iraqa, 
Gözüm gülər, gəldiyini görüncə... 
*         *          * 
Zaur qalıb, bu dünyada biçarə, 
Loğman, təbib edə bilmir bir, çarə, 
Fələyin cidası, Vallah naçarə, 
Ruhum şəfa tapar, səni görüncə... 
  
27.08.2010.         
Bakı. 
  
  
  
  


64 
 
QORX 
Həsrətdən qəlbə iz düşüb
Bu həsrətdən qurtar məni... 
Həmişə səhv düşən fələk, 
Bəlkə, bu dəfə düz düşüb, 
Qorx, bu həsrət alar məni?! 
*         *          * 
Lap, yapışıb xirtdəyimdən, 
Bu həsrətdən qopar məni... 
Qoyma həsrət məni boğa, 
Lap, az qalıb canım çıxa, 
Qorx, bu həsrət udar məni?! 
*         *          * 
Aman vermə, qalxa şahə, 
Gəl bu atdan düşür məni! 
Götrüldümü, tutmaq çətin, 
Durar, durmaz deyil yəqin, 
Qorx, bu həsrət yıxar məni!? 
  
Bakı. 
  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə