Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə70/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   66   67   68   69   70   71   72   73   ...   102

__________________Milli Kitabxana___________________ 

286 


 

S ə r v ə r. Bax bu sənin arvadındır. (Dal-dalı gedir). İndi tərpənmə! 

M ə ş ə d i  İ b a d. Tərpənmirəm. 

S ə r v ə r. Danışma! 

M ə ş ə d i  İ b a d. Danışmıram. 

S ə r v ə r birdən dönüb cəld qaçır. 

 

M ə ş ə d i  İ b a d (çığırır). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçdı! Ədə, bu nə 



iş idi mənim başıma gəldi, ay tutun, ay qoymay?n!... 

 

C a m a a t hamısı dolur içəri, səs-küy düşür. 



 

H ə s ə n q u l u  b ə y. Ədə, bir dayan görək nə olubdur. Məşdi İbad, nə olub, nəql 

eylə görək! 

M ə ş ə d i  İ b a d. Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa 

arvaddır? 

H a m ı. Bu nə əcəb sözdür?! Həlbəttə, gəlin arvad olar!  

M ə ş ə d i  İ b a d. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın 

əvəzinə mənə kişi göndərdi. o da qaçdı getdi. 

H a m ı. Paho!... Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı?B i r i s 

IBəs nə tövr olsun, neyləməli? 

H ə s ə n q u l u  b ə y.Məşədi, bir əlli manat ver, gedim bu saat qubernatoru buraya 

gətirim? Razısan? 

M ə ş ə d i  İ b a d (azarlı kimi). Yox.... 

R z a  b ə y. Məşədi, iyirmi manat ver, bu saat qəzetdə Rüstəm bəyi biabır eyləyim, 

razısan. 

M ə ş ə d i  İ b a d. Yox.... 

Ə s g ə r. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin beyninə bir patron çaxım, 

razısan? 

M ə ş ə d i  İ b a d. Yox.... 

H a m ı. Bəs nə eyləməli? 

M ə ş ə d i  İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün

 kəssin! 

H a m ı. Ha!... Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu olsun, heç pis 

deyildir. 

 

M u s i q i 



 

H a m ı. 

 

Gedin, gedin, qazıya deyin,  



Qoy kəbini kəssin. (2 dəfə) 


__________________Milli Kitabxana___________________ 

287 


 

(Sənəmə) Məşədiyə arvad edək,  

Razısan? 

S ə n ə m. Hə! ... hə!... 

H a m ı (Məşədi İbada). Razısan? 

M ə ş ə d i  İ b a d. Hə! ... hə!... 

H a m ı Razısız? 

M ə ş ə d i  İ b a d və S ə n ə m Hə! ... hə!... 

H a m ı. Bəs gedək biz? 

M ə ş ə d i  İ b a d. 

Gedin, gedin, qazıya deyin, 

Qoy kəbini kəssin.(2 dəfə) 

(Sənəmə) Səni mənə arvad edə, razısan? 

S ə n ə m. Hə!... Hə!... 

M ə ş ə d i  İ b a d (xora). Razısız? 

X o r Hə Hə!... Razıyıq!... Hə, Hə!... Bəs gedək biz? 

 

Bu əsnada  səhnənin dal pərdəsi qalxır,  S ə r v ə r ilə G ü l n a z hündürdə 



dayanıb görünürlər. Tar çalınır. 

 

S ə r v ə r (bayatı-qacar oxuyur). 



Yetdim vusalına yarın, çəkdim əzabını,  

Aşiqsə vəsl yolunda verər, əlbəttə, canını. 

G ü l n a z. 

Çün qalxdı pərdə, əyan oldu hər kəsə,  

Məşuqə aşiqə vasil edər əlbəttə canini. 

H a m ı (Məşədi İbada). 

Sən qoca, qız cavan, 

Səndə yoxdur eşq odu. 

Sərvərindir eşqi,  

Sənə olmaz heç meyli.  (2 dəfə). 

M ə ş ə d i  İ b a d. 

Yanıma gəl, arvad, yanıma gəl,   

Yanıma gəl, et məni şad!... (2dəfə) 

 

H a m ı. 



Pulunu verdin sən, Məşədi İbad,  

Əlinə düşdü dul arvad,  

Qəm yemə hərçi badəbad,  

Olmasa o, bu olsun!... 

 

P ə r d ə 




__________________Milli Kitabxana___________________ 

288 


 

 

 



ARŞIN MAL ALAN 

 

 

 

4 MƏCLİSLİ OPERETTA 



 

 

Əfradi-əhli-məclis 



 

Ə s g ə r--dövlətli bir tacir oğlandır. 

C a h a n--Əsgərin xalası, kök arvaddır. 

S ü l e y m a n--Əsgərin yoldaşı. 

V ə l i--Əsgərin nökəri. 

S o l t a n  b ə y--qoca mülkədardır. 

G ü l ç ö h r ə--Soltan bəyin cavan qızıdır. 

A s y a--Soltan bəyin qardaşı qızıdır. 

Telli--Soltan bəyin qulluqçusudur. 

Qonşu qızlar. 

 

 

 



 


__________________Milli Kitabxana___________________ 

289 


 

BİRİNCİ MƏCLİS 

 

 

Ə s g ə r i n evində vaqe olur. Otaq yaxşı bəzənib, fərş ilə döşənibdir. Stol və 



səndəllər dəxi vardır. Pərdə qalxmazdan qabaq Ə s g ə r sağ tərəfdə və x a l a s ı sol 

tərəfdə oturublar. Qapının ağzında nökər V ə l i hazır durubdur. Musiqi müqəddiməsi 

çalınır.  Pərdə qalxır. Ə s g ə r oxuyur. 

 

Ə s g ə r.   



Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, 

 

M u s i q i 



Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.  

Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd. 

 

M u s i q i 



Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,  

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. 

 

M u s i q i 



Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil. 

 

M u s i q i 



Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil.  

Böylə kim ol dilrüba bidərddir, mən--dərdimənd. 

 

M u s i q i 



Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,  

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. 

 

M u s i q i 



Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb. 

 

M u s i q i 



Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,  

Açar ol gülrüx təbəssüm birlə ləli-nuşxənd, 

 

M u s i q i 



Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,  

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. 

M u s i q i 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə