Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə78/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   74   75   76   77   78   79   80   81   ...   102

__________________Milli Kitabxana___________________ 

312 


 

işimizi görək.... Ah, gedək bir az dincələk; yenə belimin ağrısı tutdu.... (Gedir o biri 

otağa, bu biri otaqdan Telli çıxır.) 

T e l l i (tək). Of, yenə ağam getdi uzanmağa. Kişi lap zəhləmi tökübdü, indi yenə 

çağıracaqdır ki, ay qız Telli, gəl üstümü basdır. (Soltan bəyin səsi gəlir: "Ay qız 

Telli, gəl üstümü basdır"). Çor, zəhrimar.... (Mülayim) Gəlirəm, gəlirəm. (Gedir.)A s 

y a (daxil olub, tək). Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox 

bənd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rəhmi gəlir: 

bilmirəm  hayandan gəldi çıxdı bura arşın malsatan.... Yenə bir bəy balası ola, ya bir 

tacir oğlan ola, yeri var. Halbuki  bazarın gədəsi.... (Pənçərəyə tərəf baxır). O kimdir 

bizə gəlir? Buy, nə yaxşı oğlandır, vallah lap bəy balasına oxşayır. Bax adam bənd 

olanda da beləsinə ola. Görəsən bu bizə niyə gəlir, xeyir xəbər ola. Gəlir, gəlir, düz 

bizə gəlir, qoy gəlsin qaçmayacağam. Gəldi.... 

 

Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya əli ilə üzünü 



gizlətmək istəyir. 

 

S ü l e y m a n. Soltan bəy evdədirmi? 



A s y a. Bəli, evdədir. Bir qədər burada əyləşin, gedim çağırım. (Gedir.) 

S ü l e y m a n (tək). Yəqin ki, Soltan bəyin qızıdır, amma əcəb gözəl qızdır, 

bərəkəllah,  Əsgər! Görünür ki, kişinin ruhu var ki, özünə bu cür qız seçibdir. Mən 

belə bilmədim ki, Soltan bəyin qızı gözəl imiş, yoxsa əvvəldən bilsəydim  özüm 

alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük səhv eləmişəm. Gərək bu 

qızı  mən alaydım. Halbuki indi gəlmişəm qızı  Əsgər üçün istəyəm. (Fikir). Yoxsa, 

bəlkə elə  gəlmişkən, elə özüm üçün istəyim?... Yox, bu yoldaşlıq  haqqında  

namərdlik olar.  Əsgər  mənə etibar edib elçiliyə göndəribdir, özü də  qıza bənddir, 

necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana. Adam gərəkdir dostluqda düz ola. 

Nə eləmək? Mən də axtararam, özümə bir gözəl qız taparam, xainlik pis şeydir. 

 

S o l t a n  b ə y  daxil olur. 



 

S o l t a n  b ə y. Paho, Süleyman, sən hara, bura hara? Xeyir xəbər olasan, əyləş 

görək nə var, nə yox? (Əl-ələ verib, otururlar). 

S ü l e y m a n. Bəy, xeyir olmamış nə olacaq? Şükür allaha, hər şey öz yerində 

sazdır. 



__________________Milli Kitabxana___________________ 

313 


 

S o l t a n  b ə y. Çox gözəl, indi söylə daha nə var, nə yox? 

S ü l e y m a n. Bəy, bilirsən bu dünyanın işi elə belə  gəlibdir ki, insan insana 

lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan, 

sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum 

olanda, gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola.... 

Məsələn, götürək bizim cavan tacirimiz Əsgəri.... 

S o l t a n  b ə y. O kimdir? 

S ü l e y m a n. Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. 

Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi. 

S o l t a n  b ə y. Hə, yaxşı  tanıyıram; həqiqət, mərhum çox gözəl kişi idi. 

S ü l e y m a n. Bəli, indi Əsgər dediyim oğlan onun oğludur ki, o da hər bir 

barədə atası kimi gözəl adam və ağıllı oğlandır. Özünün də şükür allaha, yaxşı varı, 

malı. Alveri də çox böyük tərəqqidədir. 

S o l t a n  b ə y. Yaxşı, Əsgər nə deyir? 

S ü l e y m a n. Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir. 

S o l t a n  b ə y. Balam, mənim qızım uşaqdır ki.... 

S ü l e y m a n. Bəy, gərək uşaq olmasın. Amma onu bil ki, Əsgər özgə adamdır, 

bəy. O sayaq oğlanın qohumluğu sənə hər bir barədə yaxşı olar. 

S o l t a n  b ə y. San orasını doğru deyirsən; həqiqət tacir tayfası mənim xoşuma 

gəlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitellər ilə 

mənim işim olmaz. Və xoşuma da gəlməzlər. Ancaq burası var ki, Əsgəri mən 

görməmişəm. Hərçənd bilirəm ki, atası yaxşı kişi idi və dövləti də çox idi, ancaq bəzi 

vaxt yaxşı kişinin pis övladı olur. 

S ü l e y m a n. Xeyr, bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox 

da şüurlu oğlandır. O barədə təvəqqe edirəm ki, mənə etibar edib, sözümə inanasan. 

Hərgah allah eləməmiş Əsgər pis adam olsaydı, mən sənin qızını ona istərdimmi? 

S o l t a n  b ə y. Elə isə, allah xeyir versin, razıyam.... 

S ü l e y m a n (əl tutur). Allah xeyir versin, allah hər ikisini xoşbəxt eləsin. Oğul-

uşaq sahibi olsunlar. 

S o l t a n  b ə y. (durur). İndi buyur də, buyur, gedək o biri otağa çaydan-zaddan 

içək, söhbətimizi də orada edək. (Durub, o biri otağa keçirlər.) 

A s y a (daxil olur, tək). Vallah, heç belə gözəl oğlan olmaz. Ömrümdə  də 

görməmişəm. Qoy indi də bu qapının deşiyindən baxım, (Əyilib qapının deşiyindən 

baxır.) Mən də bu oğlana bənd olacağam. (Acıqla). Nə qayırım? Gülçöhrə  gədənin 

birinə bənd olanda, mən niyə bəy oğlu kimi bir cavana bənd olmayım? Elə olaram ki, 

hələ Gülçöhrəni də ötərəm.... (Aşiqanə). Of, həqiqət, adamın adama gözü düşəndə 

əhvalı necə pərişan olur! (Oxuyur). 

 



__________________Milli Kitabxana___________________ 

314 


 

M u s i q i 

 

Gözəlim, yar gözəlim. 



 

M u s i q i  

 

Bir sözüm var, gözəlim. 



 

M u s i q i 

 

Bu yazıq yarına hərdən 



Bir nəzər sal, gözəlim. (2dəfə) 

 

M u s i q i  



 

Aşiq oldum sənə mən. 

 

M u s i q i  



 

Etmədin lütfü kərəm. 

 

M u s i q i 



 

Bu yazıq yarına hərdən 

Bir nəzər sal, gözəlim. (2dəfə) 

 

 



M u s i q i 

 

Yanıram eşq oduna, 



Yetmədin fəryadına. 

Bu yazıq yarına hərdən 

Bir nəzər sal, gözəlim. ( 2 dəfə)  

 

M u s i q i  



 

Gözəlim, yar gözəlim.... 

 

Oynayır, sonra gedir. 



 

T e l l i (çıxır). Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Yoxsa oramı 

basdır, buramı basdır, oramı ov, buramı ov.... Daha həlak elədi məni. Belə şorgöz kişi 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə