Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə80/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   76   77   78   79   80   81   82   83   ...   102

__________________Milli Kitabxana___________________ 

319 


 

S o l t a n  b ə y (təəccüb və heyrətlə). Qızım sən istədiyin kimdir, söylə görək. 

 

A s y a qorxur. Musiqi.  



 

G ü l ç ö h r ə. (Oxuyur). 

 

Məni saldı olmaz dərdə, arşın mal alan, (2 dəfə)  



Qalmadı heç taqət məndə, yanaram. (2 dəfə)  

Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dəfə) 

Ola bilməz özgə fikrim, arşın mal alan, (2 dəfə)  

Onu görcək aşiq oldum, arşın mal alan, (2 dəfə)  

Günü-gündən dərdə doldum, yanaram. (2 dəfə) 

 

S o l t a n  b ə y (bərk hirslənir).  Qızım, arşın mal alan kimdir? (Kənara). Yoxsa 



o xalası olandır? 

G ü l ç ö h r ə. Mən getsəm, ona ərə gedərəm. 

S o l t a n  b ə y. (Birdən qışqırır). Nə danışırsan, axmaq qızı axmaq. Bazarın 

gədəsinə ərə gedəcəksən, dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki, 

dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşiq olubdur, pəh-pəh, pəh! 

İndi bildim ki, nə üçün ərə getmək istəmirsən. Amma onu sən yəqin bil ki, əgər belə 

axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram ki, bir kərə  nəfəsini çəkərsən. 

Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşınmalçıya baxırsan. 

Qoy bir o arşınmalçı gözümə görünsün: ona mən bir patron çaxım ki, iyi-tozu 

qalmasın. Onu bil ki, mənə Soltan bəy deyərlər. Mən binamusluğu qəbul edən adam 

deyiləm. Səni də öldürərəm, onu da öldürərəm! 

G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ata, vallah, öldür mənim canım qurtarsın. 

S o l t a n bəy (çığıra-çığıra). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir 

də arşınmalçı adı tutsan, səni tikə-tikə doğracayam. Belə binamusluq olar ki, mənim 

qızım gədə-güdəyə bənd olsun? (Ayağını yerə vurur). Dur bu saat rədd ol gözümün 

qabağından. İtil burdan, binamus. (Gülçöhrə durub bərk ağlaya-ağlaya gedir. Soltan 

bəy hövlnak ora-bura gəzir. Asya və Telliyə.) Nə vaxt arşınmalçı, bura gəlmişdi? 

A s y a (qorxa-qorxa). Vallah, xəbərim yoxdur. 




  

Milli Kitabxana  

 

 



S o l t a n   b ə y. Necə xəbərin yoxdur? Yalandan məndən gizləyirsiz. Cəhənnəm 

olun  siz  də  burdan.  (Asya  və  Telli  qaçırlar.)  Əcəb  başıma  kələk  gəldi;  itin  birisi 

qapıma gəlib  qızımı  özünə  bənd  eləyir; belə  də  binamusluq olar?  İndi  başa düşürəm 

ki,  nə  üçün  xalasının  əvəzində  qızımı  istəyirmiş.  Cəhənnəm  olsun  onun  xalası  da, 

istəmədik.... Qız lap dəli kimi olubdur. Gərək tezliklə ərə  verim, çıxsın getsin, yoxsa 

işdən sonra bir  xata  çıxar. Süleymanı görsəm  deyəcəyəm ki,  Əsgərə  xəbər  versin  ki, 

gəlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getməyəcəkdir. Mənim 

də  hirsim  tutar,  vurub  öldürərəm.  Ay  qız,  Asya,  Telli.  Bura  gəlin.  (Asya  və  Telli 

daxil  olur.)  Bax,  mən  gedirəm  bazara,  siz  Gülçöhrəyə  öyüd-nəsihət  edərsiniz,  onu 

başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara). 

A s y a (Telliyə acıqla). İndi biz fəqir nə qayıraq, bizdə nə taqsır var ki, Gülçöhrə 

bir  gədəyə  aşiq  olubdur.  Ay  qız  get  Gülçöhrəni  çağır  bura.  (Telli  gedir.)  Gör,  sən 

allah.  Qızın  cürətinə  bax.  Atasına  açıq  deyir  ki,  arşınmalçıya  bənd  olmuşam.  Lap 

xatadır bu qızın işi. 

 

G ü l ç ö h r ə ilə T e l l i gəlirlər. G ü l ç ö h r ə yenə taxtın üstə yıxılır. 



M u s i q i 

 

A s y a və T e l l i. 



 

Bəsdir bunca ahü zarın (2 dəfə) 

Nəyə lazım bu fəryad (2 dəfə) 

Layiqdirmi ola yarın, (2 dəfə) 

Atan ola sənə yad! (2 dəfə) 

 

G ü l ç ö h r ə. 



 

Getmiş əldən ixtiyarım, (2 dəfə) 

Kimsədən yox heç imdad. 

Ağlar oldu böylə halım, 

Necə qılmam mən fəryad?! (2 dəfə) 

A s y a və T e l l i. 

Heç yaraşmaz ah edəsən. (2 dəfə) 

Gəl ol sən də biz tək şad. (2dəfə) 

Səy qıl kim qala səndə (2 dəfə) 

Xalq içində yaxşı ad. (2 dəfə) 

 

P ə r d ə 



320 


__________________Milli Kitabxana___________________ 

321 


 

DÖRDÜNCÜ MƏCLİS 

 

 

Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı 



geyinibdir. 

 

Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, 



doğrudan da onu özgəsinə  ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. 

Xoşluqla  ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam 

göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim 

kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı 

sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq 

daha əzab çəkməsin. Amma qəribə  iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda 

bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına 

rəhmət eləsin, əcəb şey  öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi 

məni sevir!...  Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir). 

 

Bir qədər sonra qapı açılır. G ü l ç ö h r ə n i qaçırıb gətirirlər. Bir neçə oğlan 



Gülçöhrənin qolundan tutub onu içəri salırlar və qapını örtüb gedirlər. Gülçöhrə 

bərkdən ağlaya-ağlaya taxtın üstünə  yıxılır.... Bir az keçəndən sonra deyir: 

 

G ü l ç ö h r ə. Ox. Bu nə əzabdır mən çəkirəm. Məni güclə, zorla ərə verirlər. 



Bilmirəm kimə verirlər, məni sevdiyimdən ayırırlar.  İstəmirəm mən bu dövləti, bu 

dəstgahı. Mən öz sevgilimi istəyirəm. (Üzünü örtüb ağlayır.) 

 

M u s i q i  



 

G ü l ç ö h r ə. 

 

Hicran dərdi, fələk verdi,  



Bunca cəfanı layiq gördü. (2 dəfə)  

Yoxdur taqət, səbrə halət.  

Ölmək yaxşıdır, nə ki bu zillət. (2 dəfə) 

Ey xuda rəhm et, ey xuda rəhm et!  

Qıl mədəd ya rəb, mən yazığa rəhm et! 

 

M u s i q i 



 


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə