Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə82/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   78   79   80   81   82   83   84   85   ...   102

__________________Milli Kitabxana___________________ 

325 


 

S ü l e y m a n. Bəli, çox kələkbazdır. Bilmirəm kimdən öyrənibdir. 

Ə s g ə r. Necə kimdən öyrənmişəm? Bunun hamısını sən öyrətmədinmi? Odur, 

xalam desin! 

C a h a n. Doğrudur, bütün bu kələklərin başçısı Süleymandır, o öyrətdi. 

S o l t a n  b ə y. Belə imiş!... Süleyman, mən səni heç belə bilməzdim, bu işləri 

haradan öyrənibsən?  

S ü l e y m a n. Bəy, öz başımdan çıxardıram.  

S o l t a n  b ə y. Ay sənin başın var olsun. 

S ü l e y m a n (birdən Gülçöhrəni görüb diqqət yetirir.) Yaxşı Gülçöhrə budur? 

Ə s g ə r. Bəli, budur. 

S ü l e y m a n. Bəs mən gördüyüm qız buna oxşamır.  

S o l t a n  b ə y. Sən yəqin Asyanı görübsən.  

S ü l e y m a n. Asya kimdir?  

S o l t a n  b ə y. O mənim qardaşım qızıdır.  

S ü l e y m a n (sevinir). Hə? Əşi, elə isə mən nə üçün bikar qalım. Ver, mən də 

toy edim də!...  

S o l t a n  b ə y. Doğru deyirsən?  

S ü l e y m a n. Əlbəttə!  

S o l t a n  b ə y. Verdim, al! 

H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nə əcəb oldu! 

S ü l e y m a n (kənara). Bax mərd yoldaşın axırı belə olar. 

 

Bu halda A s y a, T e l l i və V ə l i daxil olurlar. 



 

S o l t a n  b ə y. Bax budur gəldilər. Ay qız, Asya, bu oğlana səni versəm 

gedərsənmi? 

A s y a (utana-utana). Bəli, gedərəm. 

S o l t a n  b ə y. Qoçaq qızsan, Gülçöhrədən ağıllı oldun, çox gözəl, çox pakizə. 

(Vəli ilə Telli bir-birinə baxırlar. Vəli bərk ah çəkir). Ədə, nə yaman ah çəkdin, bala 

nə dərdin var ki? 

Ə s g ə r. Nə  dərdi olacaqdır.... Gülçöhrəni mənə verdin, Asyanı Süleymana 

verdin, xalamı özün alırsan, indi Tellini də ver ona də!... 

H a m ı. Doğrudur, doğrudur. 

S ü l e y m a n (Vəliyə). Hə, dedim ki, axı sən də hazırlaş. 



__________________Milli Kitabxana___________________ 

326 


 

S o l t a n  b ə y. A qız, Telli, Vəliyə gedərsənmi?  

T e l l i (mərd-mərdanə). Bəli, gedərəm.  

S o l t a n  b ə y. Vəli, sən Tellini alarsanmı?  

V ə l i (utanır və birdəi-birə). Bəli, alaram. (Gülür).  

H a m ı. Allah xeyir versin. 

S o l t a n  b ə y. Yaxşı, balam, toylarımızı nə vaxt başlayaq? 

H a m ı. Elə günü bu gün. 

S o l t a n  b ə y. Bəs elə isə başlayaq, düzülün! 

 

C ü t-c ü t olub oynayırlar. Əvvəlcə  musiqiyə  görə ağır, sonra  musiqi 



tezləşdikçə tez-tez oynayırlar, ta ki, pərdə düşür. 

 

P ə r d ə 



 


__________________Milli Kitabxana___________________ 

327 


 

 

Satirik 



hekayələr 


__________________Milli Kitabxana___________________ 

328 


 


__________________Milli Kitabxana___________________ 

329 


 

PRİSTAV AĞA 

 

M ... kəndində bir qəribə halətdir.  Əhali bir-bir komalarından dişarı  çıxıb, 



guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, 

kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. "Allah özü 

sovuşdursun" -- deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir 

cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar 

titrəməyə  məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquuna və yaxud 

mütəqəddim bir şəxsin çüruduna müntəzir idilər. Vaqiən belə idi: M ... kəndinin 

əhalisi (allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən  İran 

sərbazına müşabihəti olan bir stracnik "bəy" kəndə  gəlib, qabağına çıxan 

ağsaqqalları xubunca döyüb-söyəndən sonra, "sabah pristav ağa gələcək"--dedi 

və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri 

qayıtdı. 

 Şayani-diqqət burasıdır ki, stracnik bəyin kəndə  gələndə cibində beş-altı 

qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı  qəpik bir gecənin içində beş-altı 

manata "istihalə" etmişdi. Bu "möcüzənin" sirri və sahibi ilə cib sahibinə məlum 

idi. 

 Strajnik  bəy kənddən müfariqət edər-etməz, qonşular ev sahibi Kərbəlayi 



Bünyadəlinin yanına yüyürüb, "pristav nə  səbəb gələcək"--deyib sordular. 

Kərbəlayi Bünyadəli ilə, stracnik bəy evində mehman olduğunu ehsas 

münasibətilə, böyük bir şərəfə nail olmuş kimi, qeyrilərinə nisbətən ali bir can 

sahibi olduğunu hiss etdirmək üçün kəmali-kibr və qürur ilə "əşi, mən nə bilim? 

Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir, dayna!" -- deyib xalqdan 

üz çöndərdi və onların atəşi-məraqini söndürmədi.... Pristav çox gec gəldi. Əhali 

kəsbü karından əl çəkib, bu günü pristav ağanı gözləməyə sərf etdilər. Hər kəs, 

pristav nə üçün gələcək?" -- deyə öz-özünə fikir edirdi. Ağanın bu qəsdini hər 

kəs bir bəhanə ilə özünə andırırdı. Məsələn, Cənnətqulu belə güman edirdi ki, 

pristav, Əliqulunun oğurluğunu eşidib gəlir. Əliqulu isə deyirdi: ha! Pristav ağa 

Cənnətqulunun Məmmədcəfərlə savaşdığını  eşidib gəlir və s.... Lakin "Pristav 

gəlir" bu ikisinin də hərdəm titrəməyinə səbəb olurdu. 

Əlqissə, axşamçağı pristav gəldi. Müvasilətindən bir az müqəddəm kəndlidən 

birisi qışqıra-qışqıra, dili dolaşa-dolaşa: p, p, p, pristav ağa g, g, gəlir! -- deyə 

cəmaətin vahiməsini son mərtəbəyə yetirdi. İtlər hürdü, uşaqlar ağladı, arvadlar 

"allah, sən saxla"--deyib, ora-bura qaçdılar. Kişilər də sap-sarı saralıb itləri, 

uşaqları, arvadları sakit etməyə başlayıb, özləri onlardan betər qışqırırdılar.... 

Pristav ağa bir təmtəraq, bir təntənə, bir dəbdəbə ilə on nəfər cəlladməcaz 

stracniklərdən mütəşəkkil müini ilə belə çaparaq kəndə daxil oldular. Kəndlilər 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə