Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə85/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   81   82   83   84   85   86   87   88   ...   102

__________________Milli Kitabxana___________________ 

336 


 

Tehrana? 

Xeyr!  İndi bu saat Məhəmmədəli  şahın onlara elə acığı tutub ki, hərgah o, 

"səd nəfər tənhadan birini görsə, elə vurar ki, başı süpəhsalar məscidi kimi 

darmadağın olar. 

Bəs hara? İranın sair şəhərlərinə? 

Xeyr! Hərçənd  İranın sair şəhərləri Təbriz  əhlini aldatdılar və yalandan 

dedilər ki, ay budur köməyə gəlirik, ay on min adam göndərdik, ay bu gün çatar, 

ay sabah ça-çatar, ha budur gəldilər, ha atlıların başı  çıxdı, qərəz çox səs-küy 

elədilər, amma axırından bir şey çıxmadı. Atların nə başı göründü, nə quyruğu, 

yazıq təbrizlilər gözlədilər, gözlədilər, axırda qəti-ümid olub, dedilər: özünə 

bağla ümidini, özgəyə bağlama. 

Amma yenə də.... 

Heç ağlım kəsmir ki, bu şəhərin adamları  Təbrizdən qaçan "qəhrəmanlara" 

ağuşlarını açıb üzlərindən öpsünlər və desinlər: "Uxay, nə yaxşı ki, sağ-səlamət 

gəlib çıxdınız". Çünki əgər bu şəhərlərin birində namus olmasa, barı insaf olar. O 

birində insaf da olmasa, barı bir parça qeyrət olar! Bir ayrısında namus, insaf və 

bir parça qeyrət olmasa, bir qədər həmiyyət olar; bir ayrısında, namus, insaf və 

bir parça qeyrət və bir qədər həmiyyət olmasa, bir dıtdaq mürüvvət olar. Bir 

özgəsində namus, insaf, bir parça qeyrət, bir qədər həmiyyət bir dıtdaq mürüvvət 

olmasa, barı bir barmaq ağıl olar. Yenə bir başqasında namus, insaf, bir parça 

qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət, bir barmaq ağıl olmasa da, barı 

bir anbar qorxaqlıq olar. 

Amma qorxaqlıq olar, çünki qorxaqlıq oldu ki, Təbrizə köməyə getmədilər və 

indi qorxaqlıq olar ki, Təbrizə kömək edərlər, çünki daha Səttarxanın gücü 

məlum oldu. Kişi padşahla padşahlıq etdi. Halbuki bütün İran və bizim Bakıda 

bütün Quba meydanının adamları deyirdilər ki, padcahnan padcahlıq eləmək 

olmaz. Amma görünür ki, olar və necə ki, oldu! Hə, bəs indi bu adamlar hara 

qaçacaqdırlar? 

Rusiyaya?... 

Xeyr, Rusiyada məşrutə var. Məşrutəli yer onları qəbul etməz. 

Bəs hara? 

Elə  mən bu fikirdə idim ki, gördüm idarəmizin qabağında iki nəfər adam 

acıqlı danışır. Biri deyir: 

- Adə, boynu sınmış Səfər necə oldu? 

O biri deyir: 




__________________Milli Kitabxana___________________ 

337 


 

-- Getdi. 

-- Hara? 

-- Əşi, cəhənnəmə, gora! Mən nə bilim!  

İndi ağlım kəsir ki, mənim sualıma da bu cürə cavab verməkdən başqa bir 

çarə yoxdur. 

 

BİR DƏLİNİN DƏFTƏRİNDƏN 

 

Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur. 

Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə 

etibar eləmək mümkün deyil. 

Götürək, məsələn, toyuğu. İkiayaqlı məxluqdur. Nə qədər dən ver, nə qədər 

yem ver, yenə  də  səni görəndə qaçacaqdır. O ki, qaldı adama--ikiayaqlı 

məxluqdur--daha burada heç danışmaq lazım deyil. 

Amma bu işin səbəbi var. 

Məsələn, evdən çıxırsan bayıra və görürsən ki, bir dənə toyuq ayağının birini 

qalxızıb təkcə durubdur. Və özü də  bərk fikrə gedibdir. İstəyirsən ki, yanına 

gedib bir qədər dən verəsən. Görürsən ki, o saat qaçdı. Deməli, toyuqla sənin 

aranda etibar yoxdur. Çünki sən də ikiayaqlı, o da. 

İndi görək bunun səbəbi nədir? 

Toyuq çox yaxşı bilir ki, sən toyuq yeyənsən və madam ki, səni görür həmişə 

qorxur. Odur ki, bir sürü toyuğa da çağırıb dən tökəndə görürsən ki, yazıq 

toyuqların bir gözü dəndə və bir gözü də səndədir. 

İndi gələk adamlara! 

Deyirlər ki, qədim zamanlarda adamlar bir-birilərinə çox yaxşı etibar 

elərmişlər və  hətta bir zaman var imiş ki, bir salavata çörək də almaq olarmış, 

başmaq da və papaq da. 

Mən bilmirəm ki, bu əhvalat doğrudurmu, yoxsa yalan. Ancaq onu bilirəm ki, 

bu gün o cürə şeylər ola bilməz. Çünki bu gün salavat əvəzinə pul lazımdır. Pulu 

qazanmaq da salavat çəkmək kimi asan deyildir. İndi bu gün əgər bir adam o biri 

adama etibar eləyirsə, pulun cəhətinə eləyir və illa pulu olmasa, itmiş pasport 

kimi etibardan saqitdir. 

Pul insanlar arasında rəsmiyyət törədir. Məsələn, Həsənqulu ilə Cəfərəli bir-

birilə danışırlar, Həsənqulu deyir ki, bu gün başım bərk ağrıyır, onda Cəfərəli 

cavab verir ki, bir qədər fenastin al, yainki yatarkən başuva dəsmal çal, ya həna 

qoy. Amma elə ki, Həsənqulu Cəfərəliyə bir manat zərər vurur, o halda Cəfərəli 

elə vurur ki, Həsənqulunun başı  nəinki ağrıyır, bəlkə yarılır və qan axır.  İndi 

mənə deyəcəklər ki, sənin sözlərində məntiq yoxdur. 



__________________Milli Kitabxana___________________ 

338 


 

Məntiq nədir? 

Məntiq danışma elmidir. Danışan kəs gərək elə danışsın ki, sözünün dalı 

qabağı bir-birinə düz gəlsin. Məsələn, deməsin ki, bu gün hava çox gözəldir

çünki dünən bərk acmışdım. 

 

İstərsiniz məntiq barəsində bir qədər söyləyim. Burda misal lazımdır. 



Məsələn, şüşə qırılar, əlimdəki şüşədir. Bəs əlimdəki şüşə də qırılar. 

 

Bir özgə  məsəl:  İnsanlar öləcəkdirlər. Sən insansan, bəs sən də öləcəksən. 



Yainki insan ikiayaqlıdır. Və ikiayaqlıya da etibar yoxdur. Toyuq dəxi 

ikiayaqlıdır, bəs onda, toyuğa da etibaar yoxdur. 

 

Onda birisi gəlib deyir: Toyuğun iki ayağı vardır və özünə də etibar yoxdur. 



Sənin də iki ayağın var və sənə də etibar yoxdur. Bəs onda sən toyuqsan! 

 

Yox, bu söz xilafi-məntiqdir, buna sofizm deyərlər. Elə haman o sofizmdir 



ki, Tehran hökumətini bu günə saldı  və  həm ağlamalı  və  həm gülməli bir 

komediya qayırdı. 

 

İran hökuməti deyir ki, sair hökumətlər məşrutə verdilər, çünki camaat elə 



istəyirdi. Amma İran camaatı elə istəmir və ona görə mən də məşrutə vermirəm. 

 

Burada məntiq olardı, hərgah "İran camaatı elə istəmir" sözü qələt olmasaydı. 



Amma, çünki o söz qələtdir, ona görə bu mətləbdə,  İran hökuməti qanacaqdan 

kənar olan kimi, məntiqdən də  kənardır. Mən burada çox sözlər danışardım, 

amma danışmıram. 

Zəban dər dəhan ey xirədmənd çist? 

.....................................................nist. 

 

BAŞA DÜŞMƏDİ 

 

Keçənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub 



gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir 

həyəcan və qorxu vardır. 

D e d i m: -- Səbəbi nədir? 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə