Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə88/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   84   85   86   87   88   89   90   91   ...   102

__________________Milli Kitabxana___________________ 

345 


 

niyə gəlibdir. Hacı dayı dedi ki, bu gecə qonşusunun dükanından bir cüt başmaq 

oğurlanıbdır. Müqəssir bunun oğlunu güman edib həbsə salıbdılar, indi gəlibdi 

ki, naçalnikdən təvəqqe etsin, oğlunu zaminə versin. Çifayda rusca dil bilmir ki, 

getsin naçalnikin yanına. 

Dedim: - Necə, Hacı dayı, rusca bilən gətirməyibsən? 

Dedi: - Xeyr. 

Dedim:-Niyə? 

Dedi: - Çünki! 

Dedim: - Çünki? 

Dedi: - Ruscanı bilən məndən on manat istədi, indi dilbilən qardaş əlac sənə 

qalıbdır, mənə kömək elə, burada mən gəldim, sonra Hacı dayının işini də yola 

verib yola saldım və sabahı gün gördüm bir paketdə bir dənə üçlük manat 

göndərib və  təvəqqe edibdir ki, haman oğlana göndərim. Sağ olsun belə Hacı 

dayı da. 

PURİŞKEVİÇ VƏ HAÇI XUDU 

 

Günlərin bir günü Purişkeviç ilə Hacı Xudu yatmışdılar. Purişkeviç 

Peterburqda yatmışdı. Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini 

yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Purişkeviç barəsində çox 

eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı 

deyildir. Hətta bir jurnalda onun şəklini də hacıya göstərmişdilər. Amma hacı 

yuxusunda Purişkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə 

çeşmək, əyinində yaxşı libası, bir göyçək adamdır. 

Hacı Purişkeviçə dedi: 

-- Sən bir göyçək adamsan, amma sənin şəklini, nədənsə, çox pis çəkiblər. 

Purişkeviç Hacıya cavab verdi: 

--Ke, ey nikbəxt, an nə şeklə mən əst, 

Vəlakin qələm dəf kəfe doşmən əst. 

Sonra Hacı yenə soruşdu: 

-- Bir də deyirlər ki, sən və  sənin kimi adamlar biz müsəlmanlara zidsiniz. 

Müsəlmanların bədxahısınız. 

Purişkeviç cavab verdi. 

-- Mən də bilmirəm, doğru deyirlər, yoxsa yalan. İstərsən mən də bir-iki 

kəlmə danışım, gör yalan deyirlər, yoxsa haqq danışırlar. 



__________________Milli Kitabxana___________________ 

346 


 

Hacı razı oldu və Purkşkeviç başladı danışmağa. 

P u r i ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlarda qəzet olsun. 

H a c ı -- Onu biz də istəmirik. Qəzet bizim şəriətimizdə haramdır. 

P u r i ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlarda teatr olsun. 

H a c ı -- Biz özümüz də onu istəmirik. Teatr  şəriətimizdə haramdır. 

P u r i ş k e v i ç -- M ən istəmirəm ki, müsəlmanlarda musiqi çalmaq, şer 

yazmaq və şəkil çəkmək işləri tərəqqi etsin. 

H a c ı -- O cür şeyləri biz özümüz də istəmirik. Onlar hamısı  şəriətdə 

haramdır. 

   P u r i ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlar nemes dili, firəng dili, 

hesab, coğrafiya, hikmət, fəlsəfə, kimya, tarixi-təbiət, tarixi-bəşər, həndəsə, 

müsəlləsat və bu cür şeyləri bilsinlər. 

   H a c ı -- Bu cür şeylərin hamısı küfrdür. Biz özümüz, də onları istəmirik. 

   P  u  r  i  ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlarda üsuli-cədid 

məktəbləri olsun. 

   H  a  c  ı-- Allah üsuli-cədid çıxardanlara lənət eləsin! O cür məktəblər 

hamısı bicxana yığıncağıdır. 

P u r i ş k e v i ç -- Mən istərdim ki, müsəlman məktəblərinin hamısı ruhani 

məktəbləri olsun. 

H a c ı -- Əlbəttə, əlbəttə.... Biz də onu istəyirik. 

   P u r i ş k e v i ç -- Amma bu şərtlə ki, o məktəblərdə şəriətdən başqa özgə 

elmlər oxunmasın. 

   H a c ı -- Allah atana rəhmət eləsin! Bəs biz dediyimiz nədir? 

P u r i ş k e v i ç -- Bəs belə! 

H a c ı -- Doğrudan deyirsən, yoxsa zarafat eləyirsən? 

P u r i ş k e v i ç -- Xeyr, doğrudan deyirəm. 

H a c ı (ş a d  v ə  x ü r r ə m) -- Əlini mənə (ü r ə y i n d ə: zərər yoxdur 

sonra əlmi suya çəkərəm) (a ş k a r a) hər kəs sənə pis deyir, onun özü pisdir. Bu 

canım üçün, hərçənd sən urussan, amma bir çox müsəlmanlardan daha 

müsəlmansan! Təki müsəlmanların sənin kimi bədxahları çox ola! 

P u r i ş k e v i ç -- Arxayın ol, mənim kimilər çox-çoxdur! Amma təki 

müsəlmanların çoxu sənin kimi ola. 

H a c ı -- Arxayın ol, mənim kimilər çox-çoxdur! 

P u r i ş k e v i ç -- bəs yerdə qalanlar? 

H a c ı -- Yerdə qalanların hamısı babılardır. 

P u r i ş k e v i ç -- Bizim də yerdə qalanların hamısı cuhuddur. 

   Bundan sonra ikisi də yuxudan ayıldılar. İndi bir adam lazımdır ki, bunların 

ikisinin də yuxusunu yoza.... 



__________________Milli Kitabxana___________________ 

347 


 

QARABAĞIN KEÇMİŞ GÜNLƏRİNDƏN 

 

Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Ferrux ilə qumar 



oynadığı otaqdan durub öz "hərifini" yola salıb, keçdi arvadı Gülnisə xanım olan 

otağa. Gülnisə xanım  ərinin pəjmürdə sifətini görub, kəmali-hüzn və  kədərlə 

soruşdu: 

-Uduzdunmu? 

Azad bəy: 

- Yox 


əşi, - deyib arvadını aldatmağa başladı. - Əvvəl uduzmuşdum, 

amma sonra yenə uddum. Tək beş manat uddum! 

Lakin qəlbən öz-özunü məzəmmət elədi: "Yalansa, Allah mənə lənət eləsin! 

Gözumün ağı-qarası elli üç manatımı uduzmadımmı?" 

Doğrudur, Gülnisə xanım ərinin "uddum" sözünə inanmadı, lakin yenə də bir 

söz deməyib, yalnız bir ah çəkdi. Sonra ərinin təvəqqeyinə görə nökər 

Hüseynəlini çağırdı ki, naharı çəkib versin. Nahar boz-başdan ibarət idi ki, onun 

da  ətini, noxudunu, hətta suyunu da binavə Hüseynəli dalaşa-dalaşa 

dükançılardan borc almışdı. 

Ər və arvad oturub çörək yedikləri yerdə otağın qapıları  şaqqıltı ilə açılıb, 

Azad bəyin oğlu - valideynin fərzəndi - yeganəsi içəri daxil olub dəyil, hücum 

edib qoltuğunda olan kitabları şappıltı ilə otağın ortasına tolazladı. Xudadad bəy 

(oğlanın adı idı) realnı  məktəbdən qayıtmışdı. Bu, "pəhləvanlıqdan" sonra 

Xudadad bəy məktəb paltarını  tələsik soyuna-soyuna, divanəvər bir səs ilə 

çığırdı: 

Vallah, ta mən oxumayacağam, billah oxumayacağam, qoy direktor 



acığından partlasın, cırılsın, yenə oxumayacağam! Ana, hanı  mənim müsəlman 

paltarım? 

Azad bəy nahardan başını qovzayıb kəmali-təəccüb ilə oğluna tərəf baxdı və 

soruşdu ki: 

Ədə, başına at təpməyibdir, səni cin vurmayibdır, içib kefli deyilsən, nə 



qayırırsan? 

Oğlu isə ağzını-üzünü qırışdırıb dedi: 

Əşi, sən də qoy görüm!.. Bilmirəm bu nə deyir! Ağız, ana, hanı mənim 



papağım, çuxam, arxalığım? Dur by saat bura ver, geyim! 

Azad bəyin acığı tutdu və istədi ki, ağzım açıb bir soz desin, lakin arvadı onu 

bu işdən mən edib dedi: - "Sən dinmə bircə!" - və özü ayağa durub gəldi oğlunun 

yanma və mülayim, mehriban dil ilə dedi: 

- Bala, 

müsəlman paltarını neynirsən? Neçin buluzunu çıxarırsan? 

  

  



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə