Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə89/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   85   86   87   88   89   90   91   92   ...   102

__________________Milli Kitabxana___________________ 

348 


 

Oğlan cavab verdi ki: 

- Mən bir də ta oxumayacağam! 

- Neçin? 

- Elə heylə, oxumaq istəmirəm. 

- Axı, neçin oxumaq istəmirsən? 

- Oxuya 

bilmir, 


şüuru yoxdur! - deyib Azad bəy oğlunun əvəzindən cavab 

verdi. 


Bu isə Xudadad bəyə xoş gəlməyib istehza ilə dedi: 

- Hə, oxuya bilmirəm! O gözü kor urus başmaqçı Səfinin oğluna "pyat" 

qoyub, mənə də "dva" qoyanda, əlbəttə ki, oxuya bilməyəcəyəm! 

Alası: - Yaxşı oxu, sənə də "pyat" qoysun. 

Oğlu: - "Yaxşı oxu!.." Məndən yaxşı oxuyan yoxdur. 

Atası: - Bəs nə üçün sənə "dva" qoyur? 

Oğlu: - Çünki o kor urus mən ilə ləçdir! 

Gülnisə xanım bu söhbətə müdaxilə elədi: 

Bir deyin görüm, sən allah, mən qanmıram, kor urus kimdir, 



"pyat" nədir, başmaqçı Səfinin oğlu kimdir, "dva" nədir? 

Azad bəy arvadını başa salırdı: 

- Belə kor urus bunların uçitelidir, başmaqçı  Səfinin oğlu da bunun 

yoldaşıdır. Uşqollarda pis oxuyanlara "dva", yəni "iki" qoyurlar, yaxşı 

oxuyanlara da "pyat", yəni "beş" qoyurlar. İndi bizim bu oğlana görünür ki, 

"iki" qoyublar, yoldaşı başmaqçı oğluna da "beş", odur ki, bunun acığı tutubdur. 

Gülnisə xanım dedi: 

- Neçin 


sən bəy oğlu ola-ola, sənə iki qoyurlar, amma başmaqçı  oğluna 

beş? Neçin demirsən ki, ay uçitel, mənə beş qoy, altı qoy, mən bəy oğluyam

mənə yeddi, səkkiz də azdır... Başmaqçının oğlu nədir ki, ona beş-beş qoyur?.. 

Azad bəy: 

- Ağlına maşallah! - deyib arvadının qanacağına "təhsin" oxudu. 

Xudadad bəy isə acığının içində də gülümsəyib, özünü divara tərəf tutdu ki 

atası onun gülümsədiyini görməsin. Sonra özünü yığışdırıb acıqla anasına 

qayıtdı: 

- Ağız, qanmadığını danışma, tez ol mənim paltarımı bura ver! 

Vallah ta bir də oxumayacağam! Qoy cəhənnəm olsun direktor da, kor urus 

da, o da, birisi də. Tez ol acmışam! 



__________________Milli Kitabxana___________________ 

349 


 

Anası oğlunu sakit edirdi: 

A balam, bir soyunma, əvvəl çörəyini ye, sonra paltarını dəyiş dayna!.. 



Oğlu razı oldu: 

- Di 


yaxşı, mən çörəyi yeyincə, sən paltarı hazırla! - Bunu deyib döşü 

açıq olduğu halda oturdu deyil, yıxıldı atasının yanına və mürəkkəbli  əlini 

biləyinədək soxdu bozbaş kasasının içinə. 

Azad bəyin ovqatı təlx oldu. Dedi: 

Ədə, adamsan, bir əlini yuyaydın, ondan sonra çörəyə oturaydın! 



Neçin belə dəli-şəli olmusan? 

Bu söz "Xudadad bəyin xatirinə dəydi, "yemirəm" deyib geri çəkildi. 

-Zəhrimar olsun! 

Atasi isə  oğlundan da bərk acığı tutub, az qaldı ki, oğluna bir sillə  çəksin, 

lakin özünü saxlayıb bir qədər hüm-hüm elədi, axırda sımsırığını sallamış oğluna 

baxıb: 


Dur burdan itil! - deyib qışqırdı. 

Oğlu durdu ayağa və "Cəhənnəmə!" deyib, anası hazırladığı müsəlman 

paltarını geyməyə başladı. Binəva Gülnisə xanım yenə müdaxiləyə məcbur oldu. 

Əvvəlcə  ərini sakit etmək üçün oğlunun uşaq olduğunu ona qandırdı (halbuki 

oğlunun azından bir on dörd yaşı vardı) və sonra oğluna tərəf gedib, anaya 

mənsub bir nəvazişlə dedi: 

- Bala, 


yekə  oğlansan, atanın sözü xatirinə  dəyməsin get çörəyini ye, o, 

bir pis söz demədi, deyir yəni  əlin mürəkkəblidir, get yu! İndi ki yumursan nə 

eləmək, yuma, get çörəyini ye. Atana həram eləmə, mən də yazığam, axı!.. 

Lakin anasının nəvazişi Xudadad bəyə əsər eləmədi. 

Əşi, sən də qoy görum, - deyib qırmızı ipəkdən gödək arxalığını, ağ 



dəvə yunundan uzun çuxasını və "diyaqanal"dan dar tikilmiş şalvarını da geyib 

kəmərini bağladı, saatını taxdı  və atasına acıq olmaq üçün qollarını ata-ata və 

ayaqlarını bərk yerə vura-vura qapıya tərəf yollandı. Anası onu saxlamaq istəyib 

dedi: 


A balam, Xudadad, hara gedirsən, qal çörək ye!.. 

Lakin Xudadad qulaq asmayıb: 

- O 


çörək zəhrimar olsun! - deyib qapıdan düz çıxdı... 

Gülnisə xanım mat qaldı. Azad bəy isə oğlunun dalınca bir qədər baxıb bir 

lomba tüpürdü. 



__________________Milli Kitabxana___________________ 

350 


 

Tfu, - dedi, - Allahın qəzəbinə gələsən, a pıs övlad! 



- Buy, 

sən allah, elə demə, ay Azad! - deyib Gülnisə xanım ərirmı üstünə 

çığırdı: - A kişi, necə dilin var gəlir. Yazıq deyilmi? Sən də yekə kişi qoşulursan 

balaca uşağa... İndi nə olsun, sən allah, yazıq ac getdi, nə bilim hara getdi... Əşi 

qoyursanmı ki, bircə uşaq evdə otursun?.. 

Azad bəy də öz tərəfindən söylənməyə başladı: 

Əşi, sən allah bəsdir, elə onun xarabını  çıxardan  əvvəldən sən oldun! 



Uşaqdır, uşaqdır deyə-deyə gedəni qudurdun. Onun harası uşaqdır? Yox, indi ki, 

uşaqdır, uşaq yerində otursun, böyüyün üstünə it kimi çəmkirməsin!.. Tez ol, 

çağır nökəri, bu çörəyi yığsın... Özüm də bir az yatmaq istəyiram. 

Bir ah çəkib, Gülnisə xanım nökəri çağırdı. Nökər Hüseynəli gəlib süfrəni 

yığdı və gedəndə ağasına doğru üzünü çöndərib yavaş səs ilə dedi: 

- Ağa, o baqqal Həsən kişiyə bir qədər pul versəydin yaxşı olardı. 

Yoxsa and içibdir ki, daxı bundan sonra bir düyü də nisyə verməyəcəyəm... 

Əttar Məşədi Cəfər də bu gün lap abrımı tökübdür. A gedə, deyir, vallah bir yol 

sənin ağanı bazarda tutub başından papağını alacağam, 

yoxsa... 

İtil, İtil burdan, səfeh oğlu səfeh! - deyib Azad bəy elə çığırdı ki, səsinin 



gücündən evdə qab-qacaq cingildədi və otağın baş  tərəfində bir tikə çörək 

üstündə diş  sındıran pişik qorxusundan tikəni qoyub, güllə kimi çıxıb bayıra 

qaçdı. 

Hüseynəli kor və peşman qayıdıb, yavaşca sovuşdu aşpazxanaya. Azad bəy 



bu zərb-zəngdən sonra yorulub yıxıldı taxtın üstünə və... yatdı. Gülnisə xanım isə 

daha bir söz danışmayıb, kefsiz və  qəmgin bir halda yerə  əyləşib  ərinin 

qumarbazlığı, işinin xarablığı  və  oğlunun rəftarı barəsində qara-qara fikirlərə 

qərq oldu... 

Bəli, Azad bəyin oğlu Xudadad bəy andına vəfa etdi, yəni daha oxumadı; 

lakin direktor və kor urus partlamadı. Ancaq Azad bəyin acığı tutdu və Gülnisə 

xanım isə bir-iki gün ah çəkib, sonra oğlunun: "Ana, vallah, oxumaq mənə 

zərərdir" kimi sözlərinə inanıb, "Canı sağ olsun" - deyə sakit oldu. Bu minval ilə 

üç il gəlib keçdi. Xudadad bəy özünə ayrı bir iş tapdı ki, o işin adına hər yerdə 

qumarbazlıq deyərlər. Lakin Xudadad bəy özü və yoldaşları bu sözün əvəzinə 

"məşğuliyyət" sözü işlədirdilər. Doğrudan da bu "məşğuliyyət" Xudadad bəyi elə 

məşğul edirdi ki, bütün gecə-gündüzünü də "məşğuliyyət" üstündə keçirirdi 

 Gündüz evdən çıxıb bir də sübhə yavıq zamanda qayıdırdı və hər bir qayıdan 

vaxt qapının ağzında anasını əli qoynunda, intizar ilə durmuş görürdü... 

Şəhərdə bir toy olmazdı ki, Xudadad bəy orada hazır olmamış olaydı. 

Bir dəfə Xudadad bəyin atası Azad bəy bazarda durub öz "hərifi" Məşədi 

Fərruxu gözləyirdi. Özu də elə yer seçib durmuşdu ki, borclu olduğu dükançılar 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə