Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   94   95   96   97   98   99   100   101   102

__________________Milli Kitabxana___________________ 

378 


 

yətli və bilikli adamlar çağrılsın. Lakin hökumət buna qəti surətdə razı olmayıb, 

bu cürə şeyi "xilafi-qanun" hesab edir. 

Xeyr kim nə deyir desin; amma bircə orası doğrudur ki, hökumət bu fikrə heç 

razı olmaq istəməyir ki, məclisi - məbusan qanunsuz bir müəssisə olmalı  və 

icraat işləri isə, məsuliyyət ilə bərabər hökumətə vagüzar edilməlidir. 

Odur ki, indi duma hələ öz qanunsuzluq mövqeyini işğal etməyibdir: ona 

görə  də bu tezlikdə ehtiyacati-məmləkətə müvafiq bir qanun yazıb tətbiq 

edilməsini gözləməkdən isə, dumanın qovulmasına müntəzir olmaq daha 

dürüstdür. 

  

ÖZ MƏİŞƏTİMİZDƏN BİR DRAM 

 

ƏVVƏLİNCİ MƏCLIS 

 

İKİ UŞAQ 



H ü m m ə t ə l i. Ədə, Həsən bəy, gəl mazı-mazı oynayaq. 

H ə s ə n b ə y. Nədən oynayaq? 

H ü m m ə t ə l i. Lopuxdan oynayaq, hərgah mən udsam, sənə dörd lopux 

vurum, hərgah sən udsan, mənə üç lopux vur. 

H ə s ə n b ə y. Əh, mən lopuxdan oynamaq istəmirəm.... 

H ü m m ə t ə l i. Di yaxşı, neynək, lopuxdan oynamırsan, gəl üz əlləmədən 

oynayaq. Hərgah mən udsam, sənin üzünü əlləyim, yox sən udsan, əvəzində 

mənim üzümü əllə. 

Həsən bəyin anası. Ədə ey, o nə yava-yava sözdür ki, mənim uşağıma 

deyirsən?  

Heç utanmırsan? Gedib indi bu bu saat nökərə deyim, gəlsin səni başına alıb 

elə yerə vursun ki, pırtdanağın çıxsın? (Hümmətəli qaçır, Həsən bəy də anasının 

yanına gəlir.) 

*** 


 

İkinci məclisPolisxana. 

 

P r i s t a v  H ə s ə n  b ə y. Gətirin görüm o dükançını! (Dükançı 



Hümmətəlini gətirirlər. Pristav Həsən bəy onun ustünə çığırır.) Ədə, sənin adın 

nədir? 


D ü k a n ç ı  H ü m m ə t ə l i. Bəy, məni tanımırsan? Bahalıq ili siziklə qapı-

qapıya olmurduqmu? 

   H ə s ə n  b ə y (acıqlı). Adını de görüm nədir. Artıq zəvzəmə. 



__________________Milli Kitabxana___________________ 

379 


 

H ü m m ə t ə l i. Vuy, ay Həsən bəy, nə tez bizi yaddan çıxartdın. Uşaqlıqda 

elə il uzunu bir yerdə oynamırdıq? Yadındadırmı, bir dəfə də anan Şərəfcahan 

xanımın mənə acığı tutdu, ha! 

H ə s ə n  b ə y (yasavullara). Vurun bu zəvzəy oğlu zəvzəyi. 

Yasavullar vururlar. 

  H ü m m ə t ə l i. Əşi ta niyə vurursunuz? Qoy adımı deyim, dayna! Adə 

vurmayın, adım Hümmətəlidir, atamın adı ... yavaş vur a zalım oğlu, Molla 

Cəfərdir. Dayım mırığ Səfi, vay gözüm töküldü,--ala itdən məşhurdur.... 

 

*** 



Üçüncü məclis (Beş ildən sonra. Bazarda Həsən bəy qulluqdan qovulmuş

əynində köhnə palto. Hümmətəlinin dükanına tərəf gedir.) 

H ə s ə n  b ə y. Salaməleyküm, Hümmətəli! 

H ü m m ə t ə l i. Əleyküməssəlam, bəy! Ancaq sən allah dükanın qabağını 

kəsmə, müştərilər səni görəndə hürkərlər. 

  H ə s ə n  b ə y. Əşi, nə yaman kəmiltifaq olmusan. Di elə isə o üç qəpiklik 

papirosun birini ver, gedirəm Qaspergilə. 

H ü m m ə t ə l i. Buyur (verir.) 

H ə s ə n  b ə y. Sağ ol, qayıdan baş üç qəpiyini verərəm. 

 H ü m m ə t ə l i (əlini uzadır). Bəy, bir o papirosu bura ver!... 

H ə s ə n  b ə y. Neyniyirsən? 

 H ü m m ə t ə l i. Sən bircə mənə ver (alır, qoyur yerinə), havaxt pulun olsa, 

gəlib apararsan! 

 H ə s ə n  b ə y. Əşi, zarafat eləmə, bura ver, axşamdan boğazım göynəyir.... 

H ü m m ə t ə l i. Yox Həsən bəy, verə bilmərəm, atamın goruna and içmişəm 

ki, heç kəsə nisyə verməyim. Bir də məndən sənə əmanət, heç papiros çəkmə! 

Vallah ... adama çox zərərdir, nahaq yerə döşünü tutur. Onun əvəzində həmişə 

adət elə fındıq ye. 

H ə s ə n  b ə y (gedə-gedə). Ey bivəfa dünya!!.. (gedir). 

H ü m m ə t ə l i (çırtıq çalıb oxuyur). 

 

Yadındadır lopux-lopux, ay balam,  



Mənə vurdun lopux-lopux, ay balam.  

Ay ölləm, ölləm, gedərəm Elxana.... 

 

P ə r d ə   d ü ş ü r 

 




__________________Milli Kitabxana___________________ 

382 


 

İTTİFAQ VƏ İTTİHAD MƏSƏLƏSİ 

 

Bakı. Bax budur, mən sizə açıq-açığına deyirəm: hərgah bizün aramızda 



"ittihad və ittifaq" olmasa, - onda, sözün doğrusu, işlərimizin axın xarab 

olacaqdır. Bax, bu bir sözdür ki, mən sizə dedim və oz borcumdan çıxdım, indi 

özünüz bilin!.. 

Gəncə.  Əvvəla, Allah sənin atana rəhmət etsin. Və saniyən, sənin dediyin 

sözlər bir belə  həqiqətdir ki, hərgah bir kəs durub, onun əksinə danışsa - nə 

deyim, onda gərək sözsüz, hekətsiz namərdliyi boynuna götürə. Mən də bunu 

deyirəm. 

Qarabağ. Bax, bu siz öləsiniz, mənim də fikrim, zikrim, gündüz axşamadək 

elə bu idi. Ancaq, sözün doğrusu, qorxurdum deyəm, məni qınayasınız. 

Tiflis. Hərgah  əlinizə  çıraq alıb, bütün dünyanı  gəzəsıniz - bir nəfər adam 

tapmazsınız ki, desin ittifaq və ittihad pisdir! 

Ş ə k i. Doğrudıır! 

Dərbənd. Düzdür! 

İ r ə v a n. Ey milləti-biçarə! Daha, sən nə vaxta kimi öz hali pərişaninə 

bəsirət nəzəri salıb, nifaq və  zıddiyyətdən tökülən atəşi cövr və zülmi 

görməyəcəksən?! 

Ordubad. Bərəkallah, sən öl! 

S a 1 y a n. Haqq sözə kim nə deyər. 

Q u b a. Heç kim. 

 

Bu hamısı pərdənin bir üzüdür. İndi baxaq pərdənin o biri üzünə. 



 

B a k ı. İttifaq, ittihad - bunlar hamısı boş sozdür. Pəh! Mən işimi, gücümü 

töküm ki, bəli millətin halı  pərişandır, xeyr, yalan sözdür. Hərgah mən 

millətəmsə, mənim keyfim çox kökdür. Yerdə qalanın canı çıxsın! Mənə nə? 

Gəncə. Doğrudur, ittifaq və ittihad yaxşı söz və yaxşı da işdir. Amma adam 

gərək bir işi tutanda, daha da mülahizə eləsin. Hərgah bu ittifaq və ittihadın dalısı 

müəllimlər icrimai olacaqsa, onda, sözün doğrusu, mən  əlimi yuyub çıxıram 

qırağa, bu cürə ittifaq ittihaddansa, farağat oturmaq min pay yaxşıdır. 

Qarabağ, Bir yerdə ki, cəmi rəiyyətlərin "atası" olan bəyin sözünə bir qara 

qəpik qiymət qoyan olmıya və bir yerdəki baqqal du- 

  



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə