Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə98/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   94   95   96   97   98   99   100   101   102

__________________Milli Kitabxana___________________ 

383 


 

rub bəy hüzurunda "reç" deyə və bir yerdə ki, eşşəksürənin birisi bəy ilə bərabər 

saat gəzdirə, elə yerdə İttifaq və ittihaddan danışmaqdansa, bir girvənkə simiçkə 

alıb, çırtlamaq yüz dəfə yaxşıdır. 

Tiflis. Mən də deyirəmki, ittifaq və ittihad yaxşı şeydir. Amma, 

di gəl ki, gərək hökumət nə deyir. Vallah, mən mərc gələrəm ki, hərgah biz 

də durub xalq kimi ittihad və ittifaq qayırsaq, bir də nişan və 

 midal görüncə qulaqlarımızın dibini görərik və halbuki cəmi vur tutduğumuz 

elə bir nişan üçündür. 

Ş ə k i. İttifaq, yəni birləşmək deyilmi? Canım, mən birləşmirəm də! Ş a m a 

x ı. Bu məsələdə "böyük" sözünə baxan heç vaxt pəşiman  olmaz. 

İ r ə v a n  və  Naxçıvan. İttifaq və ittihad, bunlar hamısı lotu-potu sözüdür. 

Təvəqqe edirəm ki, öz işinizdə olasınız. Ordubad. Bərəkallah, sən öl!  

S a 1 y a n. Haqq sözə kim nə deyər? Quba. Heç kim. 

  

YUXUDA 

 

(Komediya) 



  

Əvvəlinci məclis 

 

Şahın sarayında, bir qapının ağzında vaqe olur. 

    

Ş ü c a  N i z a m. Mən deyirəm ki, şahın yanına bir-bir gedək. 



M ü c t ə h  i d  M i r z ə  H ə s ə n. Neyçün? Hamımız bir yerdə girsək nə 

olar? 


Ş ü c a  N i z a m. O da yaxşı olar, ancaq.... 

M i r  H a ş ı m. Mən də o fikirdəyəm ki, bir-bir girsək yaxşı olar! 

M ü q t ə d i r i d d ö v l ə. Mən də buna razıyam. 

R  ə h i m  x a n. Yoxsa bir-bir girib məndən  şaha  şeytanlıq eləmək 

istəyirsiniz? 

Ş ü c a  N i z a m. Əşi, ayıb deyilmi belə sözlər danışırsan? 

 R ə h i m  x a n. Yox, şahzadə! Mən sözü açıq danışıram. Demə ki, bu bir çöl 

tərəkəməsidir, qanmır, amma mən sözü açıq danışaram.  Şahın özünə  də açıq 

söyləyəcəyəm! Mən, mən ... biclik bilmərəm. 

Ş ü c a  N i z a m (acıqlı). Xan! Sən padşahı söyürsən! 

R ə h i m  x a n. Mən padşahı söymürəm! Mənim ürəyim.... 

    



__________________Milli Kitabxana___________________ 

384 


 

Ş ü c a  N i z a m (lap acıqlı). Xeyr, sən padşahı söyürsən. Sən mənə 

xanəzadə,  şahzadəyə bic deyirsən və halonki mənim atam da, anam da 

məlumdur. 

R ə h i m  x a n. Mənim sənin atanla və ananla işim yoxdur ... və təvəqqə 

edirəm ki, hirsini basıb, top kimi açılmayasan. Mənim xasiyyətim bir qədər 

tünddür! 

Ş ü c a  N i z a m  (hədə ilə). Yaxşı.... Çox Yaxşı.... 

M ü c t ə h i d  M i r z ə H ə s ə n -- Əşi, bəsdir, ayıb deyilmi, uşaq deyilsiz 

ha! 


M i r  H a ş ı m.... Bura Təbriz deyil ha! Bura padşah qapısıdır. 

R  ə h i m  x a n. Bilirəm, sizin hamınızın fikri nədir! Amma şahı aldada 

bilməzsiniz! 

M ü q t ə d i r i d d ö v l ə. Xan, ümidvaram ki, sən mənə yaxşı bələdsən! 

M i r z ə    H  ə s ə n. Allahın kəlamına and olsun, heç qanmıram ki, bu nə 

söhbətdir. 

R ə h i m x a n. Sizin hamınıza yaxşı bələdəm! 

M i r  H a ş  ı m (cibindən tənbəki çıxardıb çubuq hazırlayır)--Xan, çubuq 

dartırsan? 

R ə h i m  x a n (etinasız). Yox, başım ağrıyır. 

M ü q t ə d i r i d d ö v l ə. Məndə bir qədər başağrısı davası var, istəyirsən? 

R ə h i m  x a n. Yox, o davalar mənə kar eləməz. 

M i r z ə  H ə s ə n. İstəyirsən başağrısı duası yazım.... 

R ə h i m   x a n. Yox, ağa zəhmət çəkmə! Mənim bütün əhvalım pərişandır. 

Ş ü c a  N i z a m. Xan, mən sənin xatirinə dəydim, təvəqqə edirəm ki, bu 

adamların içində məni bağışlayasan. Özün bilirsən ki, Təbrizin əldən getməyi nə 

təhər əsər eləyibdir, bir qədər dilim acı olub, bağışla xan! (yanına gedir, əl verir). 

R ə h i m  x a n (bu işdən xoşlanıb). Allah bağışlasın, mənim də dediyim odur 

ki, mən sizin hamınızdan qocayam, özümün də  sənətim gündüz axşamadək 

cəngü cidal idi. Bir dava olurdu ki, mən basırdım, bir dava olurdu ki, mən 

basılırdım. İndi Təbriz davasında mən basıldım. Nə zərəri var, sabah Şiraz davası 

olar, mən basaram. Dediyim budur, elə şaha da belə deyəcəyəm. Mənim təqsirim 

yoxdur, mənim sənətim belədir. 

H a m ı s ı.  Əlbəttə,  əlbəttə, bizim heç birimizin təqsiri yoxdur, ancaq iş 

burdadır ki, o tərəf güclü oldu. Ona görə ... iş də belə oldu! 

 



__________________Milli Kitabxana___________________ 

385 


 

Ikinci məclis 

Şah  otarinda 

Ş a h. Sonra nə oldu? 

 Ş ü c a  N i z a m. Fəda olum sənə! Sonra mən Rəhim xana dedim ki, indi ki 

sən dava eləmək istəmirsən, onda sən Təbrizdən çıx get, ancaq qoşunu ver mənə, 

dava edim. Buna da razı olmadı. O tərəf isə getdikcə hücumunu artırıb, bizi dara 

saldı! Yenə  Rəhim xana yalvardım ki, allaha baxsın, səni arada görsün, bizə 

kömək eləsin, qulaq asmadı. Axırda bir də eşitdik ki, Rəhim xan öz qoşunu ilə 

Təbrizdən çıxıb qaçıbdır. 

Ş a h. Yaxşı, get o biri otağa. Mir Haşım gəlsin. 

Şüça Nizam çıxır. M i r H a ş ı m g i r i b səcdə edir. 

Ş a h. Söylə görək əhvalat nə tövr oldu. 

  M i r  H a ş ı m (durur). Bi əbi əntə və ümmi! Ayağınızın torpağına fəda 

olum, şah! Bizim evimizi yıxan Şüca Nizam ilə müctəhid Mirzə Həsən oldu.... 

Ş a h. Həə!... Yaxşı, get, Müctəhid gəlsin! 

Mir Haşım çıxır, M i r z ə  H ə s ə n ərəbcə sözlər oxuya-oxuya daxil olub 

səcdə edir. 

Ş a h. Söylə görüm əhvalat nə tövr oldu. 

 M ü c t ə h i d  M i r z ə  H ə s ə n. Fəda olum sənə, dünyada hər şeyin bir 

başı olar və bir də ayağı. Məsələn, sən bizim başımızsan, biz də sənin ayağın.... 

Ş a h. Mətləbi söylə görək iş nə tövr oldu! 

 M i r z ə    H  ə s ə n. Sənə  fəda olum, hərgah  Şüma Nizam, Mir Haşı  və 

Müqtədiriddövlə olmasaydı, Təbriz əldən getməzdi. 

Ş a h. Yaxşı get, Müqtədiriddövlə gəlsin!  

M ü q t ə d i r i d d ö v l ə. Xaki payinə qulamın canı. qurban! Şüca Nizam, 

Müctəhid Mirzə Həsən, Mir Haşım Təbrizi fənaya verdilər. (Gedir). 

Ş a h. Rəhim xan gəlsin. (Rəhim xan gəlir). Çağırın Şüca Nizamı Mir Haşımı, 

Mirzə Həsəni, Müqtədiriddövləni (hamısı daxil olurlar). 

Ş a h (Şüca Nizama). Bəs sən deyirsən ki, Təbrizin batmağına Rəhim xan 

səbəb oldu? 

Ş ü c a Nizam (Rəhim xana baxıb). Bəli, şah sağ olsun! 

R ə h i m  x a n (acığından dişini qıcayır). Sən namərdsən! 

 Ş a h. Xamuş! Müctəhid, sən də deyirsən ki, təqsirkar  Şüca Nizam, Mir 

Haşım və Müqtədiriddövlə idi? 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə