Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə94/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   90   91   92   93   94   95   96   97   ...   102

__________________Milli Kitabxana___________________ 

367 


 

Dedi: - Ay buz, sən nə zalımsan? 

Buz dedi: - Mən zalım olsaydım, gün məni əritməz idi! 

Dedi; - Ay gün, sən nə zalımsan? 

Dedi: - Mən zalım olsaydım, üstümü bulud almazdı! 

Qərəz bulud da bir başqasına zalım deyir, axırda hamıdan zalım pişik çıxır. 

Amma hər kəs nağılın axırınacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmağının 

pişiyə nə dəxli var? 

İndi müsəlman qəzetlərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab 

edir. Biz də başlayaq soruşmağa, görək təqsirkar kimdir? 

- Ay 

əmələlər, niyə tətil elədiniz, siz nə zalımsız?! 



Biz heç zalım deyilik, Bizim zəhmətimiz çox, məvacibimiz az, 

xərcimiz çatmır. Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar. 

- Ay 


qəzetçilər, siz nə zalımsınız? Niyə əmələlərin məvacibini 

artırmırsınız? 

- Biz 

zalım deyilik. Zalım millətimizdir, əgər millətimizin yüzdən 



biri qəzet oxusa, Qafqazda yarım milyon müştərimiz olardı. Onda biz 

də əmələyə nə qədər məvacib istəsəydilər verə bilərdik. 

- Ay 

millət, siz nə zalımsınız, niyə qəzet oxumursunuz? 



- Biz 

zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!! 

- Bəs niyə uşaqlıqda məktəbə getmədiz ki, savadsız olduz? 

- Getmişik, hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı il də 

"Əlif zirən" demişik. Bununla belə indi yenə heç zad bilmirik. 

- Bəs niyə özgə millətlərin uşaqlarını hankı biri üç gün məktəblərinə 

gedirsə, öz dilində hər cür oxumaq, yazmaq bilir? 

- Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş 

elə evdə də öz özündən hürufları tanıyırlar. Zalım bizim əlifbamızdır! 

Doğrudan da belədir. Billah belədir! Qəzetlər yerimir camaatın savadsız 

olmağına görə. Camaat savadsızdır əlifbamızın pisliyinə görə. 

Məni dünyada bir şey çox yandırır. Məsələn, üləmaya söz demirik, çünki 

vərəsəyi-ənbiyadırlar; Seyidə söz demək olmaz. 

- Zaçem? 

- Çünki 

əksəri övladi-peyğəmbərdirlər: falçıya söz demək olmaz, 

cındıra söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var. 

Bircə bilmirəm bu ərəb əlifbası nədir ki, tovqilənət olub keçib boğazımıza?! 

Niyə cəsarət edib onun boynunun ardından vurub, salınırıq eşiyə?.. 

Ay canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb 

əlifbası olsun da. Axır belə bizim bu öz türk dilciyəzimizə yara- 

yan bir əlifba düzəltsək, yəni qiyamət qopar? Qafqazda sənə yüz min bisavad 

müsəlman göstərim ki, nə  məktəb görüb və  nə  uşqol. Amma tamam 



__________________Milli Kitabxana___________________ 

368 


 

migədanların və restoranların qapısında vivcskaları  və içərisində stolların 

nömrələrini oxuyurlar və bir yerə  məktub göndərəndə paketin üstünü də özləri 

yazırlar. Rusca qəzetlərin hüruflarını da oxuyurlar. İntəha dilini başa düşmürlər. 

Nə olar, yəni biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi 

olan əlifba düzəltsək, onda ərəblər gəlib bizi Qafqazdan qovarlarmı? Yainki bir 

günahi-kəbir etməmiş olarıq. Görəsən təzə müəllimlərimiz o qədər kordurlar ki, 

bu böyüklükdə nöqsanı görmürlər? Əyər görürlər, bə nə üçün dinmirlər. Hər kəs 

mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba 

verin, on ildən sonra mən sizə  tək Qafqazdan yarım milyon qəzet müştərisi 

verirn. 

Hə,  əyər hünərin var, gəl mərc eləyək. Onda bilərsiz ki, müsəlman 

qəzetlərinin bağlanmasına səbəb nə  əməldir, nə  qəzetçilər, nə camaat Qarı 

nənənin buz üstündə yıxılmağına səbəb pişikdir. Qəzetlərin bağlanmağına səbəb 

əlifba! 

Di gol büz dodaqlarını, gül nə qədər güləcəksən! 

  

 

AYRI SÖHBƏT 



 

M ə şə d i D a d a ş. Kəblə Qasım nə belə dərin fikrə cumubsan? 

K ə b l ə Qasım. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir. 

Məşədi Dadaş. Niyə bala, sənə nə olub ki, səhərdən sımsırığını sallamısan? 

K ə b l ə Qasım. Daha nə olacaq. Bundan sonra evimiz yıxılıb, qapımız bağlı 

qalacaq; balalarımız da çöllərdə  səfil-sərgərdan dolanacaqlar. Ax, ax, Allah 

baisin evini yıxıb, balalarını mənim balalarım kimi çöllərdə qoysun. 

M  ə  ş  ə d i Dadaş. Kişi, nə çox ahu-zar eləyirsən? Nə olub sənə  məgər? 

Olmaya  şəhər dumasının yaman günlərinə  və camaatın sahibsizliyinə belə 

ağlayırsan? Yoxsa şəhərimizdə təzə açılan bankın üzvləri sənə də kredit (etibar) 

açmaq üçün kəlləqənd təmənnasında olublar? Olmaya haman ağalar oranı da 

şəhər idarəsinin. Kökünə salmaq istəyirlər ki, guya... gərək onlara baş  əyilsin? 

Ay kişi! Niyə dinmirsən? Görünür ki, dərdin lap yekədir? (Kəblə Qasım ağlayır.) 

A kişi, bir deginən görüm axır sənə  nə olub? Olmaya keçən gün "Məktəbi-

xeyriy- 

  368 


 yə"də imtəhan üstündə bir-birilə boğuşan müəllmlərin, "müdir"lərin halı  səni 

ağladır? 

K ə b l ə Qasım. Ay başına dönüm, Məşədi Dadaş, iş elə budur da! Belə bu 

gün oğlum məktəbdəıı  gəlib, çəkməsini atdı taxçaya, sonra da başladı özünü 

yerdən yerə sürtməyə. Mən və  uşağın anası  uşağı güc ilə ovudandan sonra 



__________________Milli Kitabxana___________________ 

369 


 

soruşduq ki, balam nə olub? Dedi ki, ata, bu gün uçitellərimizin ikisi də, 

məktəbin qeyrətli komisiyonlarına ültimatom veribiər ki, ya gərək onlardan birisi 

məktəbə müdir olsun, ya da ki, üç günə kimi məktəbi bağladacaqlar. İndi mən də 

bundan ötəri ağlayıram ki, balalarımız çöldə qalacaqlar. Daha müəllim 

tapılmayacaq, uşaqlarımız da quli-biyabani olacaqlar. 

M ə ş ə di Dadaş. Kişi, elə bu? 

K ə b l ə Qasım. Bəs bu azdı? 

M ə ş ə di Dadaş (bir az fikirdən sonra), Doğrudan da. Filankəs ilə mən də 

fikirləşirəm ki, bu çox böyük bədbəxtlikdir; Allah axırın xeyir eləsin! 

İkisi. Amin! 

 

MƏZHƏKƏ 



 

 

Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb 



bir dənə at, bir dənə eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gedirdi.... 

Bir nəfər bəy bunu gendən gördü və təəccüb elədi ki, kəndlinin həm atı var, 

həm də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli 

ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşək 

yoxdur. 

Yasavul kəndlinin atına baxıb şikayətinə qulaq asdı, amma şikayət "haqqı"az 

olduğuna görə, kəndliyə bir neçə dənə qamçı çəkdi və dedi: 

-- Bağla atını burada, get ətrafı gəz, bəlkə eşşəyin tapıla. 

Kəndli atını yasavula tapşırıb, eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox 

dolandı, hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı, 

amma o cürə şeyləri fikrinə gətirməyə cürət eləmədi. 

Və qayıtdı ki, bəlkə yasavul bir kömək eləyə, amma nə yasavuldan və  nə 

atdan bir nişan da görmədi. 

Kəndli xofa düşdü, elə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü 

çimdiklədi ki, ayılsın, amma gördü ki, xeyr, yatmayıbdır. 

Bikef və bidamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı. Gördü 

ki, bir nəfər sarıqlı  gəlir. Kəndli durub ikiqat əyildi və yenə bidamaq yerinə 

oturdu. Sarıqlı dedi: 

-- Nədir ki, belə bidamaqsan? 

 

Kəndli ağlaya-ağlaya əhvalatı nəql elədi.  



Sarıqlı bunun təzə libasına diqqət yetirib dedi: 

-- Mən sənə əlac edərəm. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə