Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə92/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

__________________Milli Kitabxana___________________ 

357 


 

Bir çox adam ona həsəd aparıb, bəziləri də iqrar edirmişlər ki, bu qədər pula bir 

baqqal dükanı açmaq mümkün imiş... Toy axşamının səhərisi saat altıda şəhərin 

bir məhəlləsində zurna və nağara ilə bəzzaz Hacı Əsədin evinə gəlin gətirdilər. O 

biri məhəlləsində isə Azad bəyin evindən "şaxsey, vaxsey" ilə qəbiristana tərəf 

meyit aparırdılar. O tərəfdən gəlin aparanlar zurnanın havasını oxuyub deyirdilər 

ki, "Gəl, gəl ay mənim maralım!", bu tərəfdən isə meyitin qabağında gedən 

tələbələr səs-səsə verib deyirdilər ki, "Sübhanallah, vəlhəmdəlülah... Allahu 

əkbər...". O tərəfdən "Urra, Urra!" və sonra "Allah, Allah!" - deyib Allah-

taaladan tofıq və  səadət diləyirdilər, bu tərəfdən isə bunlar da "Allah, Allah!" 

deyib xudayi-yeganədən rəhmət və  əfv istirham edirdilər... Bu halda şəhər 

əhlindən Kərbəlayı Binnətqulu adlı bir baqqal öz tanışı əttar Məşədi Yadigar ilə 

görüşüb salamlaşandan sonra Kərbəlayı soruşdu: 

- Məşədi Yadigar, bu ölən kimdir? 

Məşədi cavab verdi: 

- Bu 


ölən, Kərbəlayı Binnət, Allah rəhmət eləsin, Azad bəyin cavan oğlu 

Xudadad bəydir. 

- Buy, 

Allah 


rəhmət eləsin... - deyib Kərbəlayı Binnət məəttəl qaldı: - A 

kişi, dünən mən ki, onu bazarda sağ-salamat gördüm ki? 

Ona nə oldu ki, belə tez öldü? 

Məşədi cavab verdi ki: 

- Özü 

ölməyibdir, yazığı öldürüblər. Çox da yaman dərd ilə öldürüblər. 



Kərbəlayı: 

- Vay 


yazıq! Görəsən kim öldürübdür? 

Məşədi: 


- Nə bilim, Allah bilir, ancaq o məlumdur ki, bu gecə bəzzaz Hacı Əsədin 

toyunda imiş, Özü də  səkkiz yüz manat pul udubmuş. Yazığı aldadıb çölə 

aparıblar və orada bıçaq ilə başını kəsib cibini soyublar... 

Kərbəlayı Binnət bir ah çəkdi: 

    



__________________Milli Kitabxana___________________ 

358 


 

Ax! A dünya, necə xarab olubsan. Yazıq Xudadad bəy, Allah sənə 



rəhmət eləsin, yaxşı uşaq idi, görəsən atası, anası nə haydadır? 

Məşədi Yadigar çiynini tolladı: 

- Nə hayda olacaqlar, gözlərinin ağı-qarası bir oğlan idi, ya onu 

öldürdülər, ya ki ata-anasını öldürdülər, nə təfavütü var!.. 

Bir qədər sükutdan sonra Kərbəlayı soruşdu ki; 

- Hara 


gedirsən? 

Məşədi cavab verdi ki: 

- Dükana 

gedirəm! 

Kərbəlayı dedi: 

- Mən də dükana gedirəm, - sonra bunu da artırdı ki, - təzə yağ 

gətirmişəm, lazım olsa uşağı göndər bir az aparsın evinizə. 

Məşədi Yadigar dedi: 

- Çox 

yaxşı, göndərərəm. - Sonra o da Təbrizdən təzə həna ilə yaxşı qara 



çay gətirdiyini Kərbəlayıya qandırıb xudahafiz etdi, biri sola getdi; biri də sağa... 

  

 



YEVLAX -- ŞUŞA YOLU 

 

Heç nə!... Dəmir yolu ki, çəkildi, Yevlax--Şuşa yolunun bütün ləzzəti 

qaçacaqdır. 

Heç insafdır ki, sən allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini 

dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan 

gedəsən Yevlağa, Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan dilicana 

minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.  

Elə ki, Yevlax stansiyasında vaqondan düşürsən, bir də görürsən ki, 

faytonçular, dilicançılar səni bürüdülər. 

-- Hara gedirsən? 

-- Şuşaya. 

-- Bəs, onda buyurun, dilican hazırdır. 

-- Qoşubsan? 

-- Çoxdan 

-- Neçəyə apararsan? 

-- Neçə adamsınız? 

-- İki nəfərik. 

-- Şeyiniz çoxdur? 




__________________Milli Kitabxana___________________ 

359 


 

-- Yox, adama bir çamadandır. 

-- Elə isə, adama səkkiz manat. 

Burada balaca alış-veriş vaqe olur, səkkiz manat yenir olur altı. 

-- Hə, di qoy minək, sür gedək. 

-- Bu saat, siz əyləşin, bir stəkan adama çay için, bu saat dilicanı sürüm bura. 

Amma çayı tez için ki, ləngiməyək. 

Bəl i, əyləşib bir stəkan çay içirik. Yevlağın ditdilisi dızıldayıb, o qulağından 

dişləyir, "dızz...." eləyib, burnundan dişləyir. 

Qərəz, dilican gəlincə ditdili elədiyini eləyir. Amma dilican gəlmir. Yenə çay 

içirsən, papiros çəkirsən, durub gəzinirsən, divardakı yazıları bir-bir oxuyursan, 

dilican gəlmir ki, gəlmir.... 

Başlayırsan darıxmağa. Bir də görürsən dilican gəlmədi, amma dilicançı özü 

gəlir. Başını qapıdan çıxardıb baxır və soruşur: 

-- Burdasızmı? 

-- Əşi, burada olmamış, hara gedəcəyik. Bir tez ol, dilicanı sür gəlsin, vaxt 

keçdi, gün günorta oldu. Yoxsa, şəhərə gecə çatarıq. 

Bu söz dilicançının xətrinə dəyir. 

   --  Nə?  Necə?  Görünür ki, mənim atlarımdan xəbəriniz yoxdur.  Budur  

sizə deyirəm: axşam azanına bir saat qalmış Şuşa şəhərinin  bazarında olacayıq, 

inşallah. 

-- Di yaxşı, tez ol. 

-- Bu saat, atlara kormut verim, açdırlar. 

Gedir, yenə gözlə ki, dilican gələcəkdir. 

Saat on olur, Tiflis poyezdi gəlir. Bundan bir yarım saat keçəndən sonra 

dilicançı  gəlir ki, "Di buyurun, gedək". Məlum olur ki, hərif Tiflis poyezdini 

gözləyirmiş. 

  Baxıb görürsən ki, üzüm giləsinə milçək daraşan kimi, dilicanın altından 

başqa hər yerindən adam sallaşır. Özünü bir növ ilə dilicanın içinə salırsan. 

Bismillahi-rəhmanir rəhim" deyib, yola düşürsən. 

  Bəh, bəh, bəh! At qumrovlarının səsi sənə layla çalır. Yolun tozunun ətri 

səni valeh eləyir. 

Bir dörd-beş saatdan sonra gəlirsən Bərdə astansiyasına. Burada bir balaca 

toqif lazım gəlir. Atlar dəyişilib qoşulunca bərdəlilər sənə  hər tərəfdən tamaşa 

eləyirlər. 

Buradan da yola düşürsən. Bir də görürsən ki, qabağına çıxan arabaların 

təkərləri və atların ayaqları yaşdır. Məlum olur ki, Tərtər çayında su var. Tərtər 

çayı gendən qıcıldayır. Dilicanla keçmək mümkün deyildir, gərək kəl arabasına 

minəsən. 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə