Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə101/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   94   95   96   97   98   99   100   101   102

__________________Milli Kitabxana___________________ 

393 


 

Q a t i l. Bu da yalan demir! Sən çaxır içirsən!  

Ş ə r m i s a r b ə y. Doğrudur, mən çaxır içirəm və günah eləyirəm, amma 

bəzi vaxt olur ki, ayıq da oluram. Bundan əlavə, nə sənin kimi, hacı dörd arşında 

arşınyarım kəf gedib, puluma haram qatmıram, nə  də  sənin kimi cəllad olub 

xalqın başını kəsmirəm. 

H a c ı. Doğrudan, birdən olur ki, arşında səhv düşür, çünki ölçüdə adam 

karıxa bilər. Amma sən onu de ki, hər cümə axşamı oruc tuturam və bir tələbə 

gətirib qarnını doydururam, amma sən qumar da oynayırsan. 

Q a t i l -- Doğrudur, mən az adam öldürməmişəm. Bunu da hər kəs bilir və 

polisiyaya da yəqindir, amma sən orasını da de ki, ömrüm olanı bir dəfə  də 

üzümə ülgüc dəyməyibdir. Həddi-büluğa yetəndən bəri bir kərə  də olsun ajaq 

üstə bövl eləməmişəm! Amma sən çaxır içirsən, qumar oynayırsan, üzünü 

qırxdırırsan və üzdən iraq, saldat kimi də ayaq üstə divarın dibini gözləyirsən. 

H a c ı -- Hələ təharət almağından da şəkkim vardır! 

 Ş ə r m i s a r b ə y. Mən hər nə eləyirəm öz nəfsimə eləyirəm. Amma siz 

xalqın evini yıxırsınız! Mənim ömrümdə əlimdən tək bircə danə xəta çıxıbdır ki, 

bir gün keflənib butulka ilə Sərkis bəyin başını yarmışam və ayılandan sonra da 

çox peşiman olub, ondan "izvineniya istəmişəm. Amma siz.... Ux, allah heç kafir 

bəndəsini də sizə rast eləməsin, yamanca ev yıxansınız. 

 H a c ı. Bəs sən özün qumar oynayıb, xalqın pulunu udub evini yıxmırsan? 

Ş ə r m i s a r  b ə y. O məni udmasın, mən də onu udmayım! 

Q a t i l . Əcəb! Onda o məni öldürmək üçün gizlənməsin, mən də onu 

öldürməyim! 

H a c ı. Vallah, o adama ki, mən səhvən arşında ona kəf gedirəm ha ... hərgah 

onu buraxsan, o saat mənim dükanımı yarar. Mən bilirəm bu camaatı! 

 Ş  ə r m i s a r b ə y. Qərəz, adam gərək insaflı olsun. Əgər mən 

günahkaramsa, sən də günahkarsan, o da günahkardır. O biri də günahkardır.... 

Dünyada günahsız adam yox dur. 

H a c ı. Bəs, günahı da savab yuyar! Odur mən bir günah buraxıramsa da iki 

savab edirəm. Çox vaxt üç rükət axşam namazı əvəzinə mən qəsdən dörd rükət 

qılıram ki, biri də artıq olsun. İndi o artıq rükətin savabı bir köpükdən hesab 

olunsa, gör onun pulu hara vurar? 



__________________Milli Kitabxana___________________ 

394 


 

Q a t i l. Əşi, vallah, öldürdüklərim adamların hamısının qanı  mənim üçün 

dəryaca günah olsa da, bir adam öldürmüşəm ki, onun savabı hamısını yuyub 

aparar. 


Məlun oğlu Qara Vəlini deyirəm ey, deyirlər istəyirmiş babi olsun! 

 Ş ə r m i s a r b ə y. Canım, günah eləmək bir günah, günahı da danmaq iki 

günah. Hamısından yaxşısı budur ki, şək-şübhədə  və qorxuda qalınca, duraq 

burdan gedək axundun yanına, öz əhvalatımızı ona söyləyək və hər nə lazımdır, 

ona verək, baxsın, görsün hərgah günahımız savabımızdan çoxdursa, o halda 

bundan sonra başlayaq ulduz yerə düşənə  qədər ibadətə  məşğul olaq. Elə ki, 

ulduz gəlib bizdən ötdü getdi, yenə də öz işimizdə davam edərik. 

H a c ı və Q a t i l. Çox əcəb, artıq danışmaq nə lazım, gedək axundun yanına. 

 

(Çıxıb gedirlər) 

 

P ə r d ə 

 

İkinci məclis gələn səfər. 

 

ATA VƏ OFUL 

 

A t a (təkcə). Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən 

evləndim. O günə ildırım düşeydi ki, mən belə  nəslə rast gəldim! Kaş heç 

əvvəldən məni evləndirməyəydilər. 

A r v a d (daxil olur). A, kişi, yenə nə var öz-özünə söylənirsən? 

A t a. Kəs səsini, kəs! O günü olmayaydı ki, sən mənə düçar olub mənim 

üçün bala doğmadın, bir bəla doğdun! 

A r v a d. Axı yenə bir de görüm nə olubdur, balam sənə nə eləyibdir? 

A t a. Nə olacaq? Laməzhəb oğlun məni soymaq istəyir! 

A r v a d. Neyçün, məgər quldurdur? 

A t a. Quldurdan da pisdir! Bayaq evdə namaz qıldığım yerdə adam göndərib 

ki, filan yerdə  yığılıb qiraətxana açırıq, tez on manat pul versin. Acığımdan 

namazı da alayarımçıq qılıb, indiyə qədər acığımı soyuda bilmirəm.... Vay, kor 

olan yurdum! 

A r v a d. Belə, təqsir sənin özündədir! Kim sənə dedi ki, oğlunu dərsə qoy? 

Mən min dəfə sənə dedim ki, kişi, uşağımı xarab eləmə, məktəbdə min cür biclik 

öyrənər, sən qulaq asmadın! 



__________________Milli Kitabxana___________________ 

395 


 

A t a. Əşi, allah sənin qardaşına lənət eləsin ki, mən boyda yekə kişini yoldan 

çıxartdı, zorla gədəni aparıb məktəbə qoydu, yoxsa mən olam, uşaq oxudam ki, 

axırda da belə laməzhəb ola? Hər gah oxutmaq istəsəydim, İrana göndərərdim ki, 

gedib tələbə olub gəlsin. Mən heç yerli-dibli oxutmaq istəmirdim. Hər nə başıma 

bəla gəlirsə, səndən və sənin qohumlarından gəlir. Allah sizin nəslinizi üzsün? 

A r v a d. Yaxşı, pul verdin, yoxsa yox? 

A t a. Lənət  şeytana də! Ay heyvan nəslindən  əmələ  gəlmiş, mən 

xəzinəçiyəm? 

O  ğ u l (daxil olur). Yaxşı, pul vermədiyin bəs deyil, birdə göndərdiyim 

adamı söyürsən, o da gəlib xalqın içində mənə deyir ki, atan məni söydü, qovdu, 

mən də xalqdan xəcalət oluram. 

A r v a d. Doğru deyir, pul vermədin-vermədin, daha nə söyürsən? 

A t a. Arvad, arvad! Ey məluni-xəsərətdünya! İndicə sən mənə tərəf dəyildin? 

İndi oğlunu görüb o tərəfə dönürsən, ay bimürvət? Sən o dünyada ruzi-məhşərdə 

nə cavab verəcəksən? 

O ğ u l. Cavab verəcəkdir ki, ərim məni söyürdü! 

A t a. Oğul, sən hər nə desən de, amma mənim dinimə, məzhəbimə sataşma. 

O ğ u l. Mən din və məzhəbə sataşmıram. Ancaq onu deyirəm ki, hərgah sən 

o dünyada anamdan şikayət etsən, o da səndən edəcəkdir! 

A t a. Deməli, sənin sözündən bu çıxır ki, heç o dünya yerli-dibli yoxdur? 

Bilirəm, bilirəm nə deyirsən, eşşək deyiləm, anlayıram. 

 

A r v a d. Oğul, başına dönüm, sən o cürə  şeylərə sataşma, dilim qurusun, 



gözün tutular.... 

O ğ u l. Ay ana, məgər mən burda dinə bir pis söz dedim? Deyirəm ki, hərgah 

o dünyada.... 

A t a. Görürsən, arvad? "Hərgah o dünyada", yəni "əgər o dünya varsa" -- 

demək istiyir! Əstəğfürullah rəbbivə əttövbə ileyh! Bari pərvərdigar, sən mənim 

günahımdan keç! Mən yazığam, bu cürə nacins ucundan məni cəhənnəm oduna 

yandırma. 

O ğ u l. Ey on manat, sənsən bu kişini belə danışdıran! 

A t a. Əstəğfürulla rəbbi və  təbəileyh. Arvad, pambıq gətir qulaqlarıma 

tıxıyım və bu cürə küfr sözləri eşitməyim. Bu laməzhəb deyir ki, məni danışdıran 

puldur, yəni pul allahdır. Ay camaat, bu cürə küfrü mən heç yerdə eşitməmişdim.  

Bu müşikdir, pulu allaha şərik bilir. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə