Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə99/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   94   95   96   97   98   99   100   101   102

__________________Milli Kitabxana___________________ 

386 


 

Ş ü c a  N i z a m, M i r  H a ş ı m  və M ü q t ə d i r i d d ö v l ə. Şah sağ 

olsun, təqsir bu əmmaməli müctəhidin özündə idi. 

Ş a h. Mir Haşım, sən nə deyirdin ki, təqsirkar Şüca Nizam ilə müctəhiddir. 

  M i r  H a ş ı m. Şah sağ olsun, Şüca Nizamı da dedim? Gərək ki, onu.... 

 Ş a h. Müqtədirddövlə, sən də söylədin ki, Şüca Nizam, Mirzə Həsən, Mir 

Haşım təqsirkar idilər. 

M ü q t ə d i r i d d ö v l ə. Şah sağ olsun, bəli!  

M i r H a ş ı m.  Müqtədiriddövlə, məni də təqsirkar bilirsən? 

M ü q t ə d i r i d d ö v l ə. Bəs sən məni nə üçün deyirsən?  

M i r  H a ş ı m. Mən səni deməmişəm....  

M ü c t ə h i d. Yaxşı, cənab Müqtədiriddövlə  və Mir Haşım, sizin 

sözünüzdən bu çıxır ki.... 

Ş ü c a  N i z a m. Cənab müctəhid, heç utanmadın ki, sən məni böhtan 

altında.... 

R ə h i m  x a n. Görək, Şüca Nizam, qalsın səninlə....  

M ü q t ə d i r i d d ö v l ə. Ayıb olsun sənə, Mirzə  Həsən, mən səni bir 

adam.... 

Ş a h (bərkdən). Lyaxov! 

 

L y a x o v  daxil olur. 



 

Ş a h. Bu adamları aparıb top ağzına qoyarsan. Ən əvvəl müctəhidi toplarsan. 

M i r z ə  H ə s ə n -- Vay, dədəm vay, ay şah, başına dönüm, sənə qurban 

olum, mənə yazığın gəlsin! Mənə yazığın gəlsin, sənə qurban olum, vay.... 

-- Ağa, ağa, ağa 

M i r z ə  H ə s ə n. -- Haa!... -- Nə pis sayaqlayırsan! 

M i r z ə H ə s ə n. Paho!... Bari pərvərdigara,  şükür olsun sənə, yaxşı ki, 

yuxu imiş! 

-- Nə olub? 

M i r z ə  H ə s ə n. Balam, yuxumda gördüm ki, Təbrizi Səttarxana verib, 

Tehrana qaçmışıq, şah da bizi top ağzına qoydurub. 

-- Ağa, elə axırda da o cürə olacaqdır. Bizi ya Səttarxan tapa qoylcaqdır, ya 

ki şah. Bu ikisindən xali dəyilik. Nahaq yerə özümüzü əngələ saldıq!... 

 



__________________Milli Kitabxana___________________ 

387 


 

QALMAQAL 

 

Əvvəlinci məclis 



 

T ü r k i y ə (sair dövlətlərə). Bircə siz mənim işimə qatışmayın, qoyun mən 

öz  əlimlə öz başım olum, işlərimi də düzəldim! Yəni Siz Makedoniyanın 

rahatlığını istəmirsinizmi? Sizin işiniz yoxdur, mən onu rahat edərəm. 

İ n g i 1t ə r ə. Kişi doğru deyir, gəlin gedək, qoyun işini görsün. 

F r a n s a. Mən ki, qatışmayacağam. 

Rusiya. Mm m... mən də! 

A v s t r i y a. İndi ki, belə oldu - mənə nə düşübdür? 

Bolqariya. Doğrudan çıxıb gedirsiniz? Bəs, sizin hünəriniz elə buradək imiş, 

ay bişuurlar! 

Avstriya. Neyləmək  əzizi mən, kişiyə güc ilə demək olmaz ki, yıxıl üstünə 

minim. O lap ağ olar ki, (qulağına pıçddayır) amma sən... başqa məsələsən, sənin 

bu saat əlinə bir fürsətdir düşübdür ki, hərgah şüurun olsa. 

İ n g i 1tə r ə. Onun qulağına nə pıçıldayirsan? 

Avstriya. Heç, deyirəm ki, elə otur, elə dur ki, heç kəs səndən inciməsin!.. 

T ü r k i y ə. Çox razıyam həzərat! Təvəqqə edirəm ki, sabah gəlib çörəyinizi 

bizdə yeyəsiniz. 

Bolqariya. Saat neçədə? 

T ü r k i y ə. Sən ilə dəyiləm! 

Bolqariya (ağlamsınır). Məni çağırmırsan? 

T ü r k i y ə. Yox, sənin bunlara dəxlin yoxdur. 

Bolqariya(ağlayır). Görünür ki, sən məni adamlı hesab eləmirsən. 

Rusiya və Avstriya (Türkiyəyə). Get onu da çağır, xətrinə dəymə. 

Türkiyə. Xeyr, ola bilməz, bura xətir yeri deyil, heç görün o sizə taydırmı? 

B o 1 q ar i y a (gözlərini silir və yavaşca deyir). Gör sənin başına nə oyun 

gətirəcəyəm? 

  



__________________Milli Kitabxana___________________ 

388 


 

DÖVLƏTLƏR GƏZİRLƏR 

 

İkinci məclis 



 

F r a n s a. Məncə, bu gün durub Türkiyə ilə pislik başlamağın heç bir 

mənfəəti yoxdur. Bu gün bu kişi heç birimiz ilə düşmən olmaq fikrində deyil

mən bunu yəqin bilirəm. 

Avstriya. Yaxşı, məgər mən deyirəm ki, Türkiyə ilə dava başlayaq? 

R u s i y a. Doğrudur, demirsən, arama... 

A v s t r i y a. Nə amma? 

İngiltərə. Arama bu gün danışırlar ki, Bosna hersoqu özünə götürmək 

istəyirsən. 

Avstriya. Kim?Mən?  Əşi, ağlınız olsun, sizallah, Bosna hersoqu mən nə 

edəcəyəm? Mənim yerimmi azdır, adamımmı yoxdur. 

A1 m a n i y a. Fransanın da yeri çoxdur və adamları da vardır, amma 

bununla belə Fası da udmaq istəyir. 

F r a n s a. Əşi, Allah mənə lənət eləsin, hərgah elə fikrim varsa. 

İs p a n i y a (Älmaniyaya). Sən nahaq yerə Türkiyəyə töhmət eləmə. 

A 1 m a n i y a. Bəs nə üçün Molla Hafizi təsdiq eləmirsiniz? 

F r a n s a. Kim deyir eləmirəm? Eliyirəm. Ancaq mənim dediyim odur ki, elə 

olsun ki, sonra bunun içindən bir pislik çıxmasın ki, hamnız peşman olasınız. 

(Bu əsnada Bolqariya gendən görünüb qaçır və qaça-qaça çığırır.) 

Bolqariya. Vallah verməyəcəyəm! Ölsəm də verməyəcəyəm. 

D ö v 1 ə t1 ə r (təəccüblə). Bu nə işdir? 

Avstriya. Adə nə olub? 

T ü r k i y ə (Bolqarın dalınca yüyürür). Sənə deyirəm ki, qoy yerə!.. Qoy 

yerə, yoxsa daldan tolamaz da gəldi. (Yüyürür.) 

Dövlətlər (onların dalınca yüyürür). Nə olub? Nə olub? Nə oğurlayıbdır? 

T ü r k i yə (dayanır və dövlətlərə deyir). Görürsünüz bu bici? 

Dövlətlər. Axı nə olub? O nə götürüb qaçır? 

T ü r k i y ə. Belə dəmir yolu. 

Dövlətlər (iztirab ilə). Hansı dəmir yolu? 

T ü r k i y ə. Şərq dəmir yolunu! 




__________________Milli Kitabxana___________________ 

389 


 

D ö v 1 ə t1ə r. Əşi, nə deyirsən? Ada yüyürün qoymayaq, orada bizim də 

payımız var, bu axmaq nə qayırdığıdır. (Yüyürürlər.) Bolqariya dalına baxıb lap 

bərk qaçır, dövlətlər yüyürüb onu tuturlar. 

Avstriya. Yavaş, hələ vurmayın. 

İ n g i 1t ə r ə. Bura ver oğurladığını bu saat. 

R u s i y a (Türkiyəyə). Sən bir az səbrini bas, biz görək bunun sözü nədir! 

T ü r k i y ə. Özünüz bilin, orada Sizin payınız da var. 

Bolqariya (zınqıldayır). Əşi, vermirəm, vermirəm!.. 

R u s i y a. Qoçaq, sən nə üçün belə nahaq iş görürsən? 

İngiltərə. Dinməz-söyləməz xalqın malım ver özünə. 

Bolqariya. Əşi, vermirəm, vermirəm! 

F r a n s a. Axı necə yəni vermirsən? 

Avstriya. Bala, axı bu yol Türkiyənin deyil. Burada bizim de payımız vardır. 

Bolqariya. Əşi, vermirəm, vermirəm. 

Türkiyə (qolunu çırmalayıb). Yaxşı vermə! 

A v s t r i y a. Bəlkə onun əvəzində bir şey istəyirsən? 

İngiltərə (o birilərinə). Sən bunun bicilyinə bax. 

Fransa. Adə bir qarın çörəkdən ötrü xalqı xataya salma, ver özünə! 

Bolqariya. Əşi, vermirəm, vermirəm! -deyib ağlayır. 

D ö vl ə t1 ə r bir-birinin üzünə baxıb dururlar. 

 

Üçüncü məclis sonra vaqe olacaqdı 

 

İRAN İŞLƏRİ 



 

Ş a h (öz-özünə). Nə tövr eləyim? Doğrudan, məclisi bir də açımmı, 

açmayımmı? Məşrutəni verimmi, verməyimmi? Vallah, qəribə  işə düşmüşəm, 

heç baş açmaq olmur! 

Ə m i r  B a h a d ı r (daxil olur). Sənə qurban olum! Buyur, bu kağıza qol 

çək; bu qələm, bu da mürəkkəb. 

Ş a h. O nədir? Nə yazılıbdır? 

Ə m i r  B a h a d ı r. Bu dəsti-xətdir və içində də yazdırmışam ki, məşrutə 

şəriətə xilafdır və məclis də olmayacaqdır. 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə