Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə87/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   83   84   85   86   87   88   89   90   ...   102

__________________Milli Kitabxana___________________ 

342 


 

-- Budur mən iyirmi beş il oxumuşam və iyirmi beş il sümük sındırıb, bütün 

ülum və fünunə dara olmuşam, amma indiyə qədər bir kitabda görməmişəm ki

dəryanın dibini bilən olsun. 

Yoldaşlarımızdan biri dedi: 

-- Axund, bəs ruslar yazırlar ki, dəryanın lap dərini səkkiz verstdir. 

Axund güldü və bunu nağıl etdi: 

-- "Zərəfşan" kitabında oxumuşam ki, İskəndər-Zülqərneyn dünyanın üzünü 

alandan sonra, istədi ki, dəryaların dibini də alsın, ona görə dəryanın içinə cumub 

yetmiş il yol getdi. Nagah burada bir adama rast gəldi ki, axtarır. Sual etdi ki, sən 

nə axtarırsan? Dedi ki, yetmiş il bundan əvvəl mənim  əlimdən bu dəryaya bir 

balta düşüb, dəryanın dibinə gedibdir. İndi mən gərək bundan sonra yetmiş il yol 

gedəm ki, bəlkə dəryanın dibinə çatam. İskəndər-Zülqərneyin bu əhvalatı eşidib 

səfərdən əl çəkdi. 

Yoldaşlarımızın içində bir dələduzu vardı, dedi: 

-- Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal? 

D e d i: 

-- Haramdır. 

D e d i: 

-- Bəs bu elm necə ki, məsələn, mən istəyirəm biləm, cibimə  nə  qədər pul 

qoyum ki, putu altı manatdan iki kəllə  qənd və girvənkəsi iki manatdan beş 

girvənkə çay alıb, üstünə nəqd on beş manat pul qoyub bir axunda göndərim. 

Axund dedi: 

-- O cürə elmi oxumaq nə haramdır, nə halal, ancaq savabdır. 

  Bu əhvalatdan sonra, gördük ki, fəziləti-axund məlum şüd. 

İştə iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il bir əsrin dörddən 

biridir. 

 

BALACA FELYETON 



Beş manat əhvalatı 

 

Bir gün oturub dəftərxanada yazırdım. Gördüm bir müsinn şəxs qapını 



açıb məni işarətlə çölə çağırdı. Mən baman saat çölə  çıxıb - nə 

buyurursunuz? - sualı ilə müraciət elədim. Kişi gözlərinin yaşmı abi-

baran kimi axıdıb mənə dedi: 

    



__________________Milli Kitabxana___________________ 

343 


 

- Başına dönüm, mənim bir oğlum var, hansı ki, Xarkovda oxuyur. 

Budur üç ildir ki, mən bir tövrlə ona pul göndərirəm.  İndi məktəbi 

qurtarmağına qalıbdır iki il. Mən də olub-olanımdan çıxmışam.  İndi bir qara 

qəpeyim yoxdur ona göndərəm ki, bu neçə il çəkdiyim zəhmət  əbəs yerə 

olmasın. Bu da mənim oğlum yazan kağızdır. Səndən təvəqqe qə edirəm bu 

barədə mənə kömək verəsən, yoxsa biabır olası yerimdir. 

Mən dərhal öz aldığım məvacibi, kişinin halətini mülahizə edib gördüm 

mənim donluğumdan kişiyə haray yoxdur. Haman günü bir məclis tərtib edib öz 

dost-aşnalarımdan oraya cəlb edib, bir siyahı bina edib, insaflı kişilərimizdən 

ianə  yığmağa məşğul oldum. Kimə müraciət etdimsə, pul tələbində müzayiqə 

etmədi. Sonra növbət gəldi bizim Hacı dayıya və ümidim var idi ki, Hacı bişəkk 

və şübbə 10, ya 15 manat verəcəkdir. Hacı dayının dükanına bir neçə yoldaşlar 

ilə varid olduq. 

- Hacı dayı, salaməleyküm. 

- Ba, 


ələyküməssəlam, bəy dadaş! 

- Buyurun, 

buyurun, 

xoş gəlibsiz. A gedə çayçı, çay gətir. 

- Xeyr, 

Hacı dayı, çox təşəkkür edirəm. Çay içməyəcəyəm, sizing 

yanınıza bir cüzi təvəqqeyə yoldaşlarla gəlmişəm, ümidvaram təvəqqeyimiz 

qulluğunuzda məğbul olub müzayiqə etməyəcəksiniz. 

- Bəs, bəs, bəydadaş, bu nə sözdur, sən mənə qulluq buyur, mən həmişə 

can və başla düzəltməyə hazıram. 

- Hacı dayı, bir artıq sizə  zəhmətim yoxdur, bir şəxsin oğlu Xarkovda 

oxuyur, atası onun xərcini indiyə kimi çəkibdir. Amma indi əli aşağı düşməyə 

görə və müsəlman qardaşımız olmağa görə onun üçün bir az pul cəm etmişik ki, 

o cavan puldan məəttəl olub oxumağını yarımçıq buraxmasın. Ona görə 5 manat 

da siz əta ediniz, ianə cəmi təriqilə ki, sizin adınızı siyahıya yazaq. 

Ha, ha, ha, ha... Qəribə təklifdir. Yaxşı! Bəydadaş! Mən üç dəfə həccə 



getmişəm, dördüncü dəfə  həm niyyətliyəm. Mən həcc pulumu pozub, nə tövr 

Rusiyaya göndərim? 

- Hacı dayı, nə vaxt Allah qoysa bu dəfə həccə təşrif aparacaqsınız? 

İnşallah, bəydadaş, gələn il. 



- Yaxşı, Hacı dayı, gələn ilədək məgər siz 5 manat qazanmayacaqsınız ki, 

gələn ilki həcc pulunu pozmayıb, üstünə qoyub gedəsiniz? 

- Xeyr, 

əzizim. Mətləb burasındadır ki, bu gün banka 10 min manat yola 

pul salasıyam ki, veksilimin vaxtı keçməsin. 

- Zərər yoxdur, Hacı dayı, onda sabah gəlim, sabah verərsiniz. 




__________________Milli Kitabxana___________________ 

344 


 

Xeyr, xeyr, sabah zəhmət çəkməgilən, sabah usta Qarapetə min manat 



borc vəd etmişəm, ona görə  gərək verəm ki, binəvanın pambıq pulu kəsirdir, 

aparsın, pambiq alsın. 

- Zərər yoxdur, Hacı dayı, birisi gün gələrəm. 

Xeyr, xeyr, xeyr!.. Birisi gün Hacı Qulaməli kişinin oğluna nomrə pulu 



yığılır, ona pul göndərəcəyəm. 

- Zərər yoxdur, Hacı dayı, o birisi gün gələrəm. 

Xeyr, xeyr, xeyr!.. O birisi gün barama almışam, onun pulun gərək 



verəm, gəlmə. 

- Zərər yoxdur, Hacı dayı o birisi gün, gələrəm. 

Xeyr, xeyr, xeyr, xeyr, gəlmə. 



- Niyə? 

- Çünki. 

- Nə çünki? 

- Çünki. 

- Nə çünki? 

- Belə! 


- Nə belə? 

- Çünki 


belə. 

- Necə çünki belə? 

- Çünki 

habelə və genə habelə, mən sözün vazehi ruscanı oxuyana töbə 

etmişəm pul verməyəm, vəssalam. 

- Hacı dayı bu nə sözdür sən danışırsan, ruscanı oxuyan müsəlmanlara 

sən gərək təşəkkür edəsən ki, hal-hazırda dəftərxanalara və qeyri-divanxanalara 

gedəndə dil bilməyib mat-məəttəl qalırsınız. 

- Nə vaxt mənə dil bilən lazım olsa, mən pul ilə tutub apararam, mənə 

dilmanclıq edər. 

-Yaxşı, Hacı dayı, dilbilən müsəlman qardaşlarımızın birisi də artıq olsa, nə 

ziyan edər? 

-Xeyr, xeyr, xeyr, xeyr! Mən, sözün doğrusu, haman oğlana nəinki beş 

manat, hətta beş  qəpik də göndərə bilmərəm. Çünki mən göndərdiyim pulla 

oxuyub, sonra bir rus orəti alıb həm məni tanımayacaqdır. 

Xülasə Hacı dayıdan əlimi üzüb getdim dəftərxanaya. 

Günlərin bir günü idi, gördüm mənim Hacı dayım kürkünün qollarını sallaya-

sallaya gəlir. Gələn kimi şappadan içəri girmək istəyəndə qapıda duran kazax 

döşündən bir yumruq vurub Hacı dayını saldı bayıra. Mən bunu qəbul etməyib, 

Hacı dayını yanıma çağırıb sordum ki, 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə