__________________Milli Kitabxana___________________
342
-- Budur mən iyirmi beş il oxumuşam və iyirmi beş il sümük sındırıb, bütün
ülum və fünunə dara olmuşam, amma indiyə qədər bir kitabda görməmişəm ki,
dəryanın dibini bilən olsun.
Yoldaşlarımızdan biri dedi:
-- Axund, bəs ruslar yazırlar ki, dəryanın lap dərini səkkiz verstdir.
Axund güldü və bunu nağıl etdi:
-- "Zərəfşan" kitabında oxumuşam ki, İskəndər-Zülqərneyn dünyanın üzünü
alandan sonra, istədi ki, dəryaların dibini də alsın, ona görə dəryanın içinə cumub
yetmiş il yol getdi. Nagah burada bir adama rast gəldi ki, axtarır. Sual etdi ki, sən
nə axtarırsan? Dedi ki, yetmiş il bundan əvvəl mənim əlimdən bu dəryaya bir
balta düşüb, dəryanın dibinə gedibdir. İndi mən gərək bundan sonra yetmiş il yol
gedəm ki, bəlkə dəryanın dibinə çatam. İskəndər-Zülqərneyin bu əhvalatı eşidib
səfərdən əl çəkdi.
Yoldaşlarımızın içində bir dələduzu vardı, dedi:
-- Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal?
D e d i:
-- Haramdır.
D e d i:
-- Bəs bu elm necə ki, məsələn, mən istəyirəm biləm, cibimə nə qədər pul
qoyum ki, putu altı manatdan iki kəllə qənd və girvənkəsi iki manatdan beş
girvənkə çay alıb, üstünə nəqd on beş manat pul qoyub bir axunda göndərim.
Axund dedi:
-- O cürə elmi oxumaq nə haramdır, nə halal, ancaq savabdır.
Bu əhvalatdan sonra, gördük ki, fəziləti-axund məlum şüd.
İştə iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il bir əsrin dörddən
biridir.
BALACA FELYETON
Beş manat əhvalatı
Bir gün oturub dəftərxanada yazırdım. Gördüm bir müsinn şəxs qapını
açıb məni işarətlə çölə çağırdı. Mən baman saat çölə çıxıb - nə
buyurursunuz? - sualı ilə müraciət elədim. Kişi gözlərinin yaşmı abi-
baran kimi axıdıb mənə dedi:
__________________Milli Kitabxana___________________
343
- Başına dönüm, mənim bir oğlum var, hansı ki, Xarkovda oxuyur.
Budur üç ildir ki, mən bir tövrlə ona pul göndərirəm. İndi məktəbi
qurtarmağına qalıbdır iki il. Mən də olub-olanımdan çıxmışam. İndi bir qara
qəpeyim yoxdur ona göndərəm ki, bu neçə il çəkdiyim zəhmət əbəs yerə
olmasın. Bu da mənim oğlum yazan kağızdır. Səndən təvəqqe qə edirəm bu
barədə mənə kömək verəsən, yoxsa biabır olası yerimdir.
Mən dərhal öz aldığım məvacibi, kişinin halətini mülahizə edib gördüm
mənim donluğumdan kişiyə haray yoxdur. Haman günü bir məclis tərtib edib öz
dost-aşnalarımdan oraya cəlb edib, bir siyahı bina edib, insaflı kişilərimizdən
ianə yığmağa məşğul oldum. Kimə müraciət etdimsə, pul tələbində müzayiqə
etmədi. Sonra növbət gəldi bizim Hacı dayıya və ümidim var idi ki, Hacı bişəkk
və şübbə 10, ya 15 manat verəcəkdir. Hacı dayının dükanına bir neçə yoldaşlar
ilə varid olduq.
- Hacı dayı, salaməleyküm.
- Ba,
ələyküməssəlam, bəy dadaş!
- Buyurun,
buyurun,
xoş gəlibsiz. A gedə çayçı, çay gətir.
- Xeyr,
Hacı dayı, çox təşəkkür edirəm. Çay içməyəcəyəm, sizing
yanınıza bir cüzi təvəqqeyə yoldaşlarla gəlmişəm, ümidvaram təvəqqeyimiz
qulluğunuzda məğbul olub müzayiqə etməyəcəksiniz.
- Bəs, bəs, bəydadaş, bu nə sözdur, sən mənə qulluq buyur, mən həmişə
can və başla düzəltməyə hazıram.
- Hacı dayı, bir artıq sizə zəhmətim yoxdur, bir şəxsin oğlu Xarkovda
oxuyur, atası onun xərcini indiyə kimi çəkibdir. Amma indi əli aşağı düşməyə
görə və müsəlman qardaşımız olmağa görə onun üçün bir az pul cəm etmişik ki,
o cavan puldan məəttəl olub oxumağını yarımçıq buraxmasın. Ona görə 5 manat
da siz əta ediniz, ianə cəmi təriqilə ki, sizin adınızı siyahıya yazaq.
-
Ha, ha, ha, ha... Qəribə təklifdir. Yaxşı! Bəydadaş! Mən üç dəfə həccə
getmişəm, dördüncü dəfə həm niyyətliyəm. Mən həcc pulumu pozub, nə tövr
Rusiyaya göndərim?
- Hacı dayı, nə vaxt Allah qoysa bu dəfə həccə təşrif aparacaqsınız?
-
İnşallah, bəydadaş, gələn il.
- Yaxşı, Hacı dayı, gələn ilədək məgər siz 5 manat qazanmayacaqsınız ki,
gələn ilki həcc pulunu pozmayıb, üstünə qoyub gedəsiniz?
- Xeyr,
əzizim. Mətləb burasındadır ki, bu gün banka 10 min manat yola
pul salasıyam ki, veksilimin vaxtı keçməsin.
- Zərər yoxdur, Hacı dayı, onda sabah gəlim, sabah verərsiniz.
__________________Milli Kitabxana___________________
344
-
Xeyr, xeyr, sabah zəhmət çəkməgilən, sabah usta Qarapetə min manat
borc vəd etmişəm, ona görə gərək verəm ki, binəvanın pambıq pulu kəsirdir,
aparsın, pambiq alsın.
- Zərər yoxdur, Hacı dayı, birisi gün gələrəm.
-
Xeyr, xeyr, xeyr!.. Birisi gün Hacı Qulaməli kişinin oğluna nomrə pulu
yığılır, ona pul göndərəcəyəm.
- Zərər yoxdur, Hacı dayı, o birisi gün gələrəm.
-
Xeyr, xeyr, xeyr!.. O birisi gün barama almışam, onun pulun gərək
verəm, gəlmə.
- Zərər yoxdur, Hacı dayı o birisi gün, gələrəm.
-
Xeyr, xeyr, xeyr, xeyr, gəlmə.
- Niyə?
- Çünki.
- Nə çünki?
- Çünki.
- Nə çünki?
- Belə!
- Nə belə?
- Çünki
belə.
- Necə çünki belə?
- Çünki
habelə və genə habelə, mən sözün vazehi ruscanı oxuyana töbə
etmişəm pul verməyəm, vəssalam.
- Hacı dayı bu nə sözdür sən danışırsan, ruscanı oxuyan müsəlmanlara
sən gərək təşəkkür edəsən ki, hal-hazırda dəftərxanalara və qeyri-divanxanalara
gedəndə dil bilməyib mat-məəttəl qalırsınız.
- Nə vaxt mənə dil bilən lazım olsa, mən pul ilə tutub apararam, mənə
dilmanclıq edər.
-Yaxşı, Hacı dayı, dilbilən müsəlman qardaşlarımızın birisi də artıq olsa, nə
ziyan edər?
-Xeyr, xeyr, xeyr, xeyr! Mən, sözün doğrusu, haman oğlana nəinki beş
manat, hətta beş qəpik də göndərə bilmərəm. Çünki mən göndərdiyim pulla
oxuyub, sonra bir rus orəti alıb həm məni tanımayacaqdır.
Xülasə Hacı dayıdan əlimi üzüb getdim dəftərxanaya.
Günlərin bir günü idi, gördüm mənim Hacı dayım kürkünün qollarını sallaya-
sallaya gəlir. Gələn kimi şappadan içəri girmək istəyəndə qapıda duran kazax
döşündən bir yumruq vurub Hacı dayını saldı bayıra. Mən bunu qəbul etməyib,
Hacı dayını yanıma çağırıb sordum ki,
Dostları ilə paylaş: |