Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə86/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   82   83   84   85   86   87   88   89   ...   102

__________________Milli Kitabxana___________________ 

339 


 

D e d i: -- Səbəbi odur ki, Yevropaya çox həyəcanlı  xəbərlər gəlir ki, 

müsəlmanlar böyük bir sürətlə tərəqqi edirlər.... 

D e d i m: -- Təəccübdür, bizim tərəqqimiz sizi qorxudurmu? 

D e d i: -- Bilirsiniz, insaniyyət nöqteyi-nəzərincə çox şad eləyir. Biz 

sevinirik ki, bizim növümüz yavaş-yavaş zillətdən qurtarır. Amma o biri 

tərəfdən, bilirsiniz, bu əyyam bir əsri -- mübarizeyi-həyatiyyə  əsridir. Yəni 

dirilik üçün dava eləmək əsridir. Onun üçün biz istəməzdik ki, dirilik üçün dava 

edənlər bizim kimi elm qüvvəti ilə güclü olsunlar. Məsələn, bu gün elm və 

mədəniyyət qüvvəti ilə yaraqlanmış olan İspaniya Fas ərəbləri ilə dirilik üçün 

dava eləyir. Onun üçün İspaniyanın firənglərə çox bərk acığı tutubdur. Deyir ki, 

axı sən nə üçün bu vəhşilərə mədəniyyət ucunu göstərib, tüfəng atmaq öyrətdin 

ki, onlar da bizə tüfəng atırlar. Bütün aləm də bunu boynuna alır ki, əgər Fas 

ərəbləri Yevropa mədəniyyətini öyrənsələr,  İspaniyanı beş-on gün içində 

darmadağın edib, əvvəlcə  də  mədəniyyət gücü ilə  İspaniyanı öz mülkü etdiyi 

kimi, bu səfər də eləcə edər (çünki o zaman ki, Yevropa mədəniyyətdən məhrum 

idi,  ərəblər  ən  şəşəlli bir mədəniyyətə malik idilər, yəni bütün elm və  fənlər 

aralarında getdikcə  tərəqqi edirdi. O halda İspaniyanı  ərəblər alıb, islam 

dövlətinin bir vilayəti etmişdilər.... Amma sonradan ... əşi, allah mollalara insaf 

versin). 

Mən yevropalıya dedim ki, əzizim, bizi bağışlayın, sizin qorxunuz bizim 

tərəqqimizə mane ola bilməz.  İstər sizin qorxudan ürəyiniz getsin, biz yekə 

tərəqqimizi əldən buraxmayacayıq. Biz tərəqqi eləyəcəyik. 

Dedi: -- Bircə onu de görüm indiyə qədər çoxmu tərəqqi eyləyibsiniz? 

D e d i m: -- Çox eləmişik. 

D e d i -- Olmazmı, öz tərəqqinizdən mənə nümunə göstərəsiniz? 

D e d i m: -- Olar, çıxaq bayıra.... 

Bayıra çıxdıq, yevropalıya dedim. Tamaşa elə. 

D e d i: -- Baxıram. 

-- Gördünmü? 

-- Nəyi? 

-- Tərəqqini? 

-- Hanı? Heç bir şey görmədim. 

-- Bəs görmədinmi ki, buradan bir nəfər saqqallı müsəlman keçdi ki, ayağına 

çəkmə geymişdi. Onun ayağına çəkmə geyməyi çox böyük tərəqqidir. 

D e d i: -- Anlamıram nə deyirsən. 

D e d i m: -- Belə beş-altı il bundan irəli hər kəs ayağına başmaqdan başqa 

özgə bir şey geysəydi ona salam vermək  əvəzində, "allah saxlasın" -- demək 

lazım gəlirdi. Amma tərəqqimiz bu gün o dərəcəyə çatıbdır ki, çəkmənin 

başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq. 




__________________Milli Kitabxana___________________ 

340 


 

D e d i: -- Heç başa düşmürəm nə deyirsən? 

Bir az ora-bura göz gəzdirdim: 

-- Bax, bax, müsəlman arvadları faytona  minibdilər. 

D e d i: -- Nə olsun? 

D e d i m: -- Pa-ho! Bir neçə il bundan irəli nəinki arvad, hətta, kişi cürət edib 

faytona minsəydi haman dəm faytonun çarxları bir tuği-lənət olub onun boynuna 

keçərdi. 

D e d i: -- Sözün doğrusu, heç qanmıram nə deyirsən? 

D e d i m: -- Bir ora bax, iki nəfər müsəlman bir-birinin yanından keçdi və 

heç bir şey olmadı. 

D e d i: -- Nə olsun? 

D e d i m: -- Pa! Bir-iki ay bundan irəli onlar bir-birinin yanından 

keçsəydilər, haman dəm atışıb bir-birini öldürmüşdülər. Halbuki indi heç bir zad 

olmadı. Bundan artıq nə tərəqqi? 

D e d i:-- O sizin tərəqqi deyildir, o, Martınovun qorxusudur. Sən bircə mənə 

de görüm realnidə, gimnaziyada, universitetlərdə oxuyan uşaqlarınız çoxdurmu? 

D e d i m: -- Vallah onlar çox olardı, hərgah bir məsələ ümum müsəlmanların 

qabağını kəsməsəydi. 

D e d i: -- Nə məsələdir? 

-- D e d i m: -- Çox böyük məsələdir. 

Əyilib qulağıma dedi: 

-- Hökumət qoymur? 

D e d i m: -- Xeyr, onun bir sözü yoxdur, bu məsələ başqa məsələdir. 

D e d i: -- Bir de görək nə məsələdir? 

D e d i m: -- Şalvar məsələsidir. 

-- Necə şalvar? 

-- Adam geyən şalvar. 

D e d i: -- Canım, sən müəmma ilə danışırsan, açıq de görüm nə demək 

istəyirsən? 

D e d i m: -- Qoçaq, bundan açıq söz olmaz, şkola gedən uşaqlar dar şalvar 

geyirlər və dar şalvar da bizlərdə çox pis şeydir. İndi həmin məsələ  




__________________Milli Kitabxana___________________ 

341 


 

bizim qabağımızı kəsdiyinə görə işkolaya uşaq qoymağa cürət eləmirik. 

Bu sözlərdən sonra əcnəbi  əvvəlcə çox güldü, amma sonra bir qədər fikrə 

gedib, birdən başladı uşaq kimi ağlamağa və ağlaya-ağlaya bu sözləri dedi: 

 

--Biz elm sayəsində havada quş kimi uçuruq, amma bunlar hələ  şalvar 



məsələsinə məşğuldurlar....Dedi və uçub getdi.... 

 

TƏHSİL 

 

Mən məktəbdə oxuyanda bizim məktəbə  təzə bir molla təyin eləmişdilər. 



Yəni bu molla ekzamen tutmuşdu və o ekzamendə heç bir kəs onunla bərabər ola 

bilməmişdi. 

Camaat belə deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu 

bilməmiş olsun. Bu sözləri axund özü də təsdiq eləyib deyərdi ki: 

-- Mən bütün ülum və fünuna darayam. 

   Kişi "dara" olmaya bilməzdi, çünki səkkiz il məktəbdə oxuyub, bircə dəfə 

də  fələqqəyə düşməmişdi. Sonra ikmali-təhsil üçün İrana gedib səkkiz il də 

Təbrizdə oxumuşdu və  bədə  Təbrizdən Tehrana yollanıb dörd ilə  də orada və 

ondan sonra beş il Məşhəddə və bunlardan başqa dörd il də İranın bir şəhərində 

təhsil etmişdi ki, onun adı yadımda qalmayıbdır. 

Dərs vaxtında bu axund bəzi vaxt bizimlə dostanə söhbətlər edərdi, böyük 

səfərlərindən nağıl edərdi, çox şirin söhbət elərdi. 

   Bir dəfə ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya? 

D e d i: 

   -- Əgər İranın bu başından düşəsən və gecə-gündüz yol gedəsən və hər bir 

saatda yetmiş  ağac yol eləyəsən və yetmiş il səfər eləyəsən, hələ  gəlib  İranın 

yarısına çatmazsan. 

D e d i k: 

-- Axund, bəs, ruslar yazırlar ki, İran Rusiyadan iyirmi dəfə balacadır. 

Axund buna şerlə cavab verdi: 

Key nik-bəxt, an nə şekle-mən əst  

Vəlakin, qələm dər kəfe-doşmən əst. 

Bir gün uşaqlardan biri dedi: 

-- Axund, heç dəryanın dibini bilmək olar? 

Axund deyir: 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə