__________________Milli Kitabxana___________________
348
Oğlan cavab verdi ki:
- Mən bir də ta oxumayacağam!
- Neçin?
- Elə heylə, oxumaq istəmirəm.
- Axı, neçin oxumaq istəmirsən?
- Oxuya
bilmir,
şüuru yoxdur! - deyib Azad bəy oğlunun əvəzindən cavab
verdi.
Bu isə Xudadad bəyə xoş gəlməyib istehza ilə dedi:
- Hə, oxuya bilmirəm! O gözü kor urus başmaqçı Səfinin oğluna "pyat"
qoyub, mənə də "dva" qoyanda, əlbəttə ki, oxuya bilməyəcəyəm!
Alası: - Yaxşı oxu, sənə də "pyat" qoysun.
Oğlu: - "Yaxşı oxu!.." Məndən yaxşı oxuyan yoxdur.
Atası: - Bəs nə üçün sənə "dva" qoyur?
Oğlu: - Çünki o kor urus mən ilə ləçdir!
Gülnisə xanım bu söhbətə müdaxilə elədi:
-
Bir deyin görüm, sən allah, mən qanmıram, kor urus kimdir,
"pyat" nədir, başmaqçı Səfinin oğlu kimdir, "dva" nədir?
Azad bəy arvadını başa salırdı:
- Belə kor urus bunların uçitelidir, başmaqçı Səfinin oğlu da bunun
yoldaşıdır. Uşqollarda pis oxuyanlara "dva", yəni "iki" qoyurlar, yaxşı
oxuyanlara da "pyat", yəni "beş" qoyurlar. İndi bizim bu oğlana görünür ki,
"iki" qoyublar, yoldaşı başmaqçı oğluna da "beş", odur ki, bunun acığı tutubdur.
Gülnisə xanım dedi:
- Neçin
sən bəy oğlu ola-ola, sənə iki qoyurlar, amma başmaqçı oğluna
beş? Neçin demirsən ki, ay uçitel, mənə beş qoy, altı qoy, mən bəy oğluyam,
mənə yeddi, səkkiz də azdır... Başmaqçının oğlu nədir ki, ona beş-beş qoyur?..
Azad bəy:
- Ağlına maşallah! - deyib arvadının qanacağına "təhsin" oxudu.
Xudadad bəy isə acığının içində də gülümsəyib, özünü divara tərəf tutdu ki
atası onun gülümsədiyini görməsin. Sonra özünü yığışdırıb acıqla anasına
qayıtdı:
- Ağız, qanmadığını danışma, tez ol mənim paltarımı bura ver!
Vallah ta bir də oxumayacağam! Qoy cəhənnəm olsun direktor da, kor urus
da, o da, birisi də. Tez ol acmışam!
__________________Milli Kitabxana___________________
349
Anası oğlunu sakit edirdi:
-
A balam, bir soyunma, əvvəl çörəyini ye, sonra paltarını dəyiş dayna!..
Oğlu razı oldu:
- Di
yaxşı, mən çörəyi yeyincə, sən paltarı hazırla! - Bunu deyib döşü
açıq olduğu halda oturdu deyil, yıxıldı atasının yanına və mürəkkəbli əlini
biləyinədək soxdu bozbaş kasasının içinə.
Azad bəyin ovqatı təlx oldu. Dedi:
-
Ədə, adamsan, bir əlini yuyaydın, ondan sonra çörəyə oturaydın!
Neçin belə dəli-şəli olmusan?
Bu söz "Xudadad bəyin xatirinə dəydi, "yemirəm" deyib geri çəkildi.
-Zəhrimar olsun!
Atasi isə oğlundan da bərk acığı tutub, az qaldı ki, oğluna bir sillə çəksin,
lakin özünü saxlayıb bir qədər hüm-hüm elədi, axırda sımsırığını sallamış oğluna
baxıb:
-
Dur burdan itil! - deyib qışqırdı.
Oğlu durdu ayağa və "Cəhənnəmə!" deyib, anası hazırladığı müsəlman
paltarını geyməyə başladı. Binəva Gülnisə xanım yenə müdaxiləyə məcbur oldu.
Əvvəlcə ərini sakit etmək üçün oğlunun uşaq olduğunu ona qandırdı (halbuki
oğlunun azından bir on dörd yaşı vardı) və sonra oğluna tərəf gedib, anaya
mənsub bir nəvazişlə dedi:
- Bala,
yekə oğlansan, atanın sözü xatirinə dəyməsin get çörəyini ye, o,
bir pis söz demədi, deyir yəni əlin mürəkkəblidir, get yu! İndi ki yumursan nə
eləmək, yuma, get çörəyini ye. Atana həram eləmə, mən də yazığam, axı!..
Lakin anasının nəvazişi Xudadad bəyə əsər eləmədi.
-
Əşi, sən də qoy görum, - deyib qırmızı ipəkdən gödək arxalığını, ağ
dəvə yunundan uzun çuxasını və "diyaqanal"dan dar tikilmiş şalvarını da geyib
kəmərini bağladı, saatını taxdı və atasına acıq olmaq üçün qollarını ata-ata və
ayaqlarını bərk yerə vura-vura qapıya tərəf yollandı. Anası onu saxlamaq istəyib
dedi:
-
A balam, Xudadad, hara gedirsən, qal çörək ye!..
Lakin Xudadad qulaq asmayıb:
- O
çörək zəhrimar olsun! - deyib qapıdan düz çıxdı...
Gülnisə xanım mat qaldı. Azad bəy isə oğlunun dalınca bir qədər baxıb bir
lomba tüpürdü.
__________________Milli Kitabxana___________________
350
-
Tfu, - dedi, - Allahın qəzəbinə gələsən, a pıs övlad!
- Buy,
sən allah, elə demə, ay Azad! - deyib Gülnisə xanım ərirmı üstünə
çığırdı: - A kişi, necə dilin var gəlir. Yazıq deyilmi? Sən də yekə kişi qoşulursan
balaca uşağa... İndi nə olsun, sən allah, yazıq ac getdi, nə bilim hara getdi... Əşi
qoyursanmı ki, bircə uşaq evdə otursun?..
Azad bəy də öz tərəfindən söylənməyə başladı:
-
Əşi, sən allah bəsdir, elə onun xarabını çıxardan əvvəldən sən oldun!
Uşaqdır, uşaqdır deyə-deyə gedəni qudurdun. Onun harası uşaqdır? Yox, indi ki,
uşaqdır, uşaq yerində otursun, böyüyün üstünə it kimi çəmkirməsin!.. Tez ol,
çağır nökəri, bu çörəyi yığsın... Özüm də bir az yatmaq istəyiram.
Bir ah çəkib, Gülnisə xanım nökəri çağırdı. Nökər Hüseynəli gəlib süfrəni
yığdı və gedəndə ağasına doğru üzünü çöndərib yavaş səs ilə dedi:
- Ağa, o baqqal Həsən kişiyə bir qədər pul versəydin yaxşı olardı.
Yoxsa and içibdir ki, daxı bundan sonra bir düyü də nisyə verməyəcəyəm...
Əttar Məşədi Cəfər də bu gün lap abrımı tökübdür. A gedə, deyir, vallah bir yol
sənin ağanı bazarda tutub başından papağını alacağam,
yoxsa...
-
İtil, İtil burdan, səfeh oğlu səfeh! - deyib Azad bəy elə çığırdı ki, səsinin
gücündən evdə qab-qacaq cingildədi və otağın baş tərəfində bir tikə çörək
üstündə diş sındıran pişik qorxusundan tikəni qoyub, güllə kimi çıxıb bayıra
qaçdı.
Hüseynəli kor və peşman qayıdıb, yavaşca sovuşdu aşpazxanaya. Azad bəy
bu zərb-zəngdən sonra yorulub yıxıldı taxtın üstünə və... yatdı. Gülnisə xanım isə
daha bir söz danışmayıb, kefsiz və qəmgin bir halda yerə əyləşib ərinin
qumarbazlığı, işinin xarablığı və oğlunun rəftarı barəsində qara-qara fikirlərə
qərq oldu...
Bəli, Azad bəyin oğlu Xudadad bəy andına vəfa etdi, yəni daha oxumadı;
lakin direktor və kor urus partlamadı. Ancaq Azad bəyin acığı tutdu və Gülnisə
xanım isə bir-iki gün ah çəkib, sonra oğlunun: "Ana, vallah, oxumaq mənə
zərərdir" kimi sözlərinə inanıb, "Canı sağ olsun" - deyə sakit oldu. Bu minval ilə
üç il gəlib keçdi. Xudadad bəy özünə ayrı bir iş tapdı ki, o işin adına hər yerdə
qumarbazlıq deyərlər. Lakin Xudadad bəy özü və yoldaşları bu sözün əvəzinə
"məşğuliyyət" sözü işlədirdilər. Doğrudan da bu "məşğuliyyət" Xudadad bəyi elə
məşğul edirdi ki, bütün gecə-gündüzünü də "məşğuliyyət" üstündə keçirirdi
Gündüz evdən çıxıb bir də sübhə yavıq zamanda qayıdırdı və hər bir qayıdan
vaxt qapının ağzında anasını əli qoynunda, intizar ilə durmuş görürdü...
Şəhərdə bir toy olmazdı ki, Xudadad bəy orada hazır olmamış olaydı.
Bir dəfə Xudadad bəyin atası Azad bəy bazarda durub öz "hərifi" Məşədi
Fərruxu gözləyirdi. Özu də elə yer seçib durmuşdu ki, borclu olduğu dükançılar
Dostları ilə paylaş: |