Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə90/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   86   87   88   89   90   91   92   93   ...   102

__________________Milli Kitabxana___________________ 

351 


 

onu görmürdülər. Bir qədərdən sonra bir nəfər adam ona tərəf yaxınlaşmağa 

başladı. Bu adam papağı əyri, cır-cır çəkməli, yeriyəndə lovğalıq üçün iki tərəfə 

əyilən və qollarını canbaza çıxmış  pəhləvan kimi atan bir oğlan idi. Azad bəy 

onu gendən görən təki tanıdı, lakin bir o qədər də  şad olmadı. Bu oğlanın adı 

Səlim, ləqəbi isə "Cırıq" idi. (Hər adama bir ləqəb qoymaq şəhərdə çoxdan bəri 

dəb düşmuşdü: birisinə "Pəndir"  Ələkbər deyirdilər, birisinə "Saqqal" Musa 

deyirdilər və birini "Dikdən qoru" adlandırırdılar və s.) Cırıq Səlim  şəhərin 

qolçomağı (qoçusu) hesab olunurdu. Çünki bir dəfə bazarda birisilə dalaşıb, 

qaradovoyun yanında cibindən tapança çıxartmışdı  və  hərçənd qaradovoy 

tapançanı onun əlindən almaq istəmişdi, lakin Cırıq Səlim verməmişdi. Deyirlər 

ki, sonra Səlim qaradovoyun "könlünü almışdı". Hər halda bunun cibindən 

qaradovoyun yanında tapança çıxması, yəni bu günə  cəsarət və cürətin büruzu 

onu xalqın yanında başı uca etmişdi və  şəhərin qoçuluğuna layiq olmuşdu... 

Xeyrat və ehsan günü mollalara edilən hörmət, toy günlərində buna edilirdi. 

Qərəz qoçu Cırıq Səlim Azad bəyə yaxınlaşıb salam verdi. Azad bəy tələsik 

cavab verib əl tutdu. Başladılar söhbət etməyə. Səlim dedi: 

- Allah 


sağ eləsin, sizin Xudadad bəy əməlli-başlı oğlan olubdur. 

Azad bəy: 

- Necə? 

Səlim: 


- Hamı ilə danışır, gülür, toylarda yaxşı oynayır, çox yaxşı qumar 

da oynayır... 

Azad bəy qızardı: 

- Harada 

görmüsən? - dedi. 

Səlim cavab verdi: 

- Çox 

yerdə görmüşəm. Bir də dünən Quru Mustafanın toyunda idi. 



Məclisi çox şad elədi. Neçə dəfə gözəl oynadı. Hamını məəttəl qoydu. Allah onu 

həmişə  səlamət eləsin. Ancaq bir o var ki, qumar üstündə bir az dava-dalaş 

eləyir, o yaxşı deyil... 



__________________Milli Kitabxana___________________ 

352 


 

Azad bəy qıpqırmızı olmuşdu. Səlim sözünə davam edirdi: 

- Dünən o toyda bir neçə gedə-güdə vardı, onlar ilə dördaşıq üstündə bir az 

sözləri çəp düşdü, aralıqda bir çox yava söhbət oldu... Ancaq mən o gedələrə 

acıqlandım, istədim də döyüb onları məclisdən qovam, amma toy sahibi yalvardı 

ki, işin yoxdur, qoy pislik olmasın yazıqdırlar... Sonra Xudadad bəyi kənara 

çəkib tapşırdım ki, bir də elə adamlar ilə qumar oynama, oynayırsan da mənim 

ilə oyna, Əsgər bəy ilə oyna, yoxsa gedə-güdələrə qoşulsan, camaat pis söz 

deyər. Söz verdi ki, oynamaram, xülasə mənimlə bir-iki aşıq tolladı. Gördüm ki

bəy yamanca hərifdir. O gecə  mənim on beş manatımı uddu. Dedim zərər 

yoxdu... 

Azad bəy utandığından bilmirdi ki, nə qayırsın. Əgər o hində yer yarılsa idi, 

haman dəm yerə girərdi. Oğlu Səlimi udmuşdu və  Səlimi udan adamlar da 

qaydaya görə gərək haman pulu bir qədər də artrıb geri qaytara idilər. Binanən 

ileyh Azad bəyə lazım idi ki, Səlim bəyə bir iyirmi-otuz manat versin ki, həmi 

özünü sındırmasın və həm də bununla oğlunun eybini örtsün. Lakin dərd burası 

idi ki, bu halda Azad bəyin cibində iyirmi manat o yana dursun, iyirmi qəpik də 

yox idi. Əgər pulu olsaydı, burada boş-boş durmazdı, "hərif' tapıb, özu demişkən

çörək pulu qazanardı. Ona görə bir yandan pulsuzluq xəcaləti və bir yandan da 

oğlunun nalayiq hərəkəti binəvanı turp kimi qızardıb, su kimi tər tökməyə 

məcbur elədi. Bir-iki dəfə öskürüb əlini cibinə saldı və bir şey axtarmağa başladı. 

Cırıq Səlim sevindi. Yəqin elədi ki, Azad bəy pul çıxardacaqdır və ehtiram üçün 

istədi desin ki, "Əşi, lazım deyil, filan", amma yaxşı ki, demədi. - Çünki bəyin 

cibindən pul əvəzinə papiros ilə dəsmal çıxdı. Bu isə Cınq Səlimin kefini pozdu 

və bikefliyini bildirməmək üçün üzünü o tərəfə çevirib Azad bəy tərəfindən 

təklif olunan papirosdan çəkmədi ki, "Sağ ol, mən qəlyan çəkirəm" və tez 

xudahafiz edib getdi. Cırıq Səlim getdikdən sonra Azad bəy acığından dodağını 

dişləyib, oğlunu qaibanə hədələdi: "A namərd! Sən məni biabır elədin, adamlar 

yanında üzümü qızartdın, gör sənin başına nə oyun çıxardacağam. Allaha and 

olsun,  əlimə bir odun alıb səni o qədər döyəcəyəm ki, şişib tuluq kimi olasan! 

Görək, əlbət evə gələrsən, binamus!". 

Bu hədədən sonra Azad bəy bir papiros da çəkib oğlu barəsində fikir etməyə 

başladı. Oğlunun uşaqlığı onun yadına düşdü. Necə o zaman Xudadad bəyi atası 

sevirdi, heç qucağından yerə qoymazdı. Dörd yaşında Xudadad bəyi alardı 

dizinin üstünə və dilini əzə-əzə deyərdi: 



__________________Milli Kitabxana___________________ 

353 


 

 "A küçük, ay it!". Xudadad bəy də şirin uşaq dili ilə: "Əşi, küçük sənsən, it 

sənsən!" - deyib cınqılı  əli ilə atasının üzünə  şapalaq (sillə) vurardı. Atası 

deyərdi: "Yavaş, eşşək!". Oğlu cavab verərdi: "Əşi, eşşək sənsən!". "Vallah 

gözünü tökərəm!" - deyib, az qalardı balaca barmağı ilə atasının gözünü 

çıxartsın. Atası deyərdi: "Ada, adam da atasına söyərmi, a heyvan?". Oğlu cavab 

verərdi: "Bəs sən mənə niyə söyürsən, a heyvan?". 

Bu mükalimədən sonra Azad bəy oğlunu qucaqlayıb marçamarç ilə öpərdi. 

Uşaq da: "Əşi burax!" - deyib dartınardı ki, xilas olsun. Axırda Gülnisə xanım 

gəlib uşağı  ərinin  əlindən alardı. Atası iSƏ nökəri bazara aparıb oğlu üçün 

cürbəcür şeylər alardj. O vaxt Azad bəyin cib sandan kefi kök idi. Yüz manata 

pul deməzdi. Bazardan aldığı  şeyləri evə  gətirib tökərdi oğlunun qabağına və 

söyüşə-söyüşə yeyərdilər. Azad bəy oğlunu evdən çölə buraxmazdı. Qorxardı ki, 

oğluna göz deysin. Evdə oturub həmişə öz yanında saxlardı. "Həriflər" ilə 

qumar-zad oynayanda oğlunu da yanına çağırıb deyərdi: 

- Otur 


burda, 

sənə pul udub verəcəyəm! 

Doğrudan da udduğu pulun yarısını oğluna verərdi ki, bunu da sonra Gülnisə 

xanım tutub oğlunun əlindən alardı. 

Xudadad bəy yeddi yaşına yetişdikdə atası onu "çastni" şkolaya qoydu və 

uçitelə tapşırdı ki, vurub eləməsin. Uçitel daxı bəyin sözlərinə əməl edib (çünki 

aybaşı öz vaxtında yetişirdi), Xudadad bəy dərsini bildi-bilmədi bir ağır söz də 

deməzdi və çox vaxt təriflərdi ki, görün necə  təmiz uşaqdır, heç bir yeri cırıq 

deyil! 

Azad bəy iki ildən sonra oğlunu "çastni" şkoldan çıxarıb realnı  şkolaya 



qoymaq istədi, amma direktor onu qəbul etmirdi. O halda Azad bəy tanış 

müəllimlərindən birinin vasitəsilə direktor ilə aşna olub, özünün dövlətli bir bəy 

olduğunu ona qandırdı. Direktorun bu aşnalıqdan xoşu gəldi, amma yenə  də 

dövlətli aşnasına məsləhət gördü ki, hələ bir qədər "çastnım obrazom" oxutsun, 

lakin Azad bəy qandırdı ki, oğlunu "çastnım obrazom" oxutmaq üçün heç olmasa 

bir yüz manat sərf  etmək lazım gəlir. Yaxşı olmazmı ki, yüz manat özgənin 

cibinə girməyib elə direktorun özündə qala - bunu deyib əlini cibinə saldı. 

Direktor bir az çəm-xəm elədi, amma axırda yumşalıb yüz manatı əlində oynada-

oynada dedi: 

- Doğrudur, oğlunu qəbul etdim, amma yenə  də deyirəm ki, oxuya 

bilməyəcəkdir. Çünki heç savadı yoxdur. Gərək onun dərsinə evdə diqqət 

yetirilsin. 

 Azad  bəy direktoru arxayın elədi ki, "qorxma, inşallah, bülbül kimi 

oxuyacaqdır..." 

Bu işlərin hamısını Azad bəy yadına saldı və oğlunun indiki oturub-duruşunu 

mülahizə edib çox pis oldu. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə