Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə91/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   87   88   89   90   91   92   93   94   ...   102

__________________Milli Kitabxana___________________ 

354 


 

- Bəs, - dedi, - uşağın axırı xarab oldu... Mən nə qayırım? Oxumadı. 

Bütün  əməyimi zay etdi. İndi də qumarbaz olub, Cırıq Səlim kimi adamlarla 

qumar oynayır. Allah ona lənət eləsin! Məni bihörmət elədi. Bazar içində adımı 

yerə soxdu. Nə qayırım? Evdə görəndə deyirəm: balam, oxumadın, oxumadın, 

barı  gəzmə, dalınca pis söz deyirlər... Deyir, ey sənin borcun deyil. İstəyirəm 

döyəm - anası qoymayır, söyürəm, durub evdən qaçır. Yox, ta bu səfər gərək 

mən onun havasını alım. Atamın  ərvahına, onu bir xubunca döyüb - 

baxmayacağam anasına - ayaqlarını bağlayjb salacağam otaqların birisinə, qoy 

orada dustaq olsun. Ondan savay əlac yoxdur! 

Azad bəy bu niyyətlə yerindən tərpənib evinə getdi. Lakin oğlunu orada 

tapmadı. Gülnisə xanımdan soruşdu ki, oğlun hanı? Dedi: 

- Nə bilim, a başına dönüm, oğlunı evdə olanda o qədər üzünü 

danlayırsan ki, yazıq baş götürüb evdən qaçır. Sən allah, bir də ona bir söz demə, 

vallah gedə lap bezar olub. Özüm də qorxuram, ürəyimə qara-qara fikirlər gəlir, 

pis yuxu görürəm. Allah özü saxlasın!.. 

Azad bəy bir söz demədi və bir qədər otağın o başına bu başına fırlanıb nökər 

Hüseynəlini çağırdı. Hüseynəli gəldi: 

- Nə buyurursan, ağa? 

Azad bəy: 

- Get 

Məşədi Fərruxu çağır, de ki, ağam deyir gəlsin bir az söhbət edək. 



Özün də söz arasında Məşədi Fərruxa çatdır ki, kənddən ağanın yanına adam 

gəlmişdi ki, dəhyek pulu gətirmişdi... Qandınmı nə deyirəm? Di tez get!.. 

Bəzzaz Hacı  Əsədin oğlu Rustəmin toyu idi. Gəlin gətirilən günün irəliki 

axşamı  oğlan evində çox böyük məclis arəstə olmuşdu. Xalı-gəbə ilə gözəlcə 

bəzənmiş böyük bir otağın içi toya yığılmış adamlar ilə dolu idi. Ən yuxarı 

başdan "padşah" oturmuşdu. Bu "padşah" qoçu Cırıq Səlim idi. Onun sağ və sol 

tərəflərində  əyanlar düzülmüşdü; "Qarğa" ləqəbilə  məşhur qəssab  Əsgər, 

Dimdikburun Hümmət, dəlləkbaşı Körük Mərdan, Leylac Səfdər, Qayqac 

Məhərrəm və sairə. Bunlar həmi "vəzirlik" edirdilər, həm də "qaradovoyluq". 

Aşağı tərəfdə oxuyub-çalanlar əyləşmişdilər. Bir nəfər xanəndə, bir nəfər tar 

    



__________________Milli Kitabxana___________________ 

355 


 

çalan və bir nəfər də yerdənbələyi vuran lotu. Yerdə qalan camaat hüzzardan 

ibarət idi. Bunlar divarların dibində  əyləşib, otağın ortasını  məhz oynayanlar 

üçün xali qoymuşdular. Sazəndələr oxuyub-çalmayan vaxtda əhli məclis söhbətə, 

çay içməyə və papıros çəkməyə məşğul olurdu. Vəxta ki, sazəndə dəstgahlardan 

birisini oxuyurdu, hamı  səsini kəsib huş-guş ilə qulaq asırdı. Ancaq hüzzardan 

birisinin kəmali-hüzn ilə ah çəkib "Uf, evin yıxılsın, ay fəraq" - deyə pıçıldamağı 

sakitliyi pozurdu. Dəstgah qurtarıb təsnif oxunduqda bütün əhli məclis kəmali-

qaideyi-musiqi ilə çırtıq vururdular. Bunların içındə elə bir mahir çırtıq -vuranlar 

var idi ki, şaqqıltısı küçədə  eşidilirdi və küçə ilə gedənləri də  tərənmimə 

gətirərdi. Təsnifdən sonra rəng vurulurdu, yəni oynamaq havası çalışırdı. O halda 

əhli məclisdən birisi yerindən sıçrayıb artıq bir şərq ilə qol götürüb oynayırdı. 

Oynayanlar cürbəcürə qayda ilə oynayırdılar. Bəzisi gözlərini divarın bir 

nöqtəsinə dikib bir an oradan gözünü çəkmirdi. Bəzisi gülümsünürdü və çox vaxt 

ayaqlarına baxırdı ki, görsün düzmü işləyirlər. Bəzisi oynadığı yerdə  əllərini 

qoynuna qoyub qaşqabağını sallayırdı, xalq demişkən çox "suryoznu" oynayırdı. 

Birdən olurdu ki, "vəzirlərdən" birisi "padşaha" danos edib xəbər verirdi ki, 

məsələn, Məşədi Cabbar çox gözəl uzundərə oynamaq bılir, amma nədənsə 

burada istəmir ki, oynasın. O halda "padşah" əmr edirdi: 

- Çəkin ortaya Məşədi Cabbarı, sazəndələr də uzundərə çalsınlar! Haman 

dəm vəzirlər və "qaradovoylar" şiri-əyan kimi yerlərindən qalxıb Məşədi 

Cabbarın üstünə hücum edirdilər və dartıb otağın ortasına çəkirdilər. Binəva 

Məşədi Cabbar and içirdi ki: - Oynamaq bilmirəm! Qızarırdı, tərləyirdi, 

dartınırdı ki, xilas olsun. Amma fayda vermirdi, axırda libası cırılacağını duyub, 

canını qurtarmaq üçün oynamağa məcbur olurdu. Lakin həqiqət də oynamaq 

bilmədiyi üçün dəli-divanə kimi bir qədər o başa-bu başa fırlanıb yenə yerində 

otururdu. 

Məlum olsun ki, bizim Azad bəyin oğlu Xudadad bəy dəxi bu toyda hazır idi. 

Bir çox təmtəraq ilə  cərgədə  əyləşib damaq ilə papiros çəkirdi. Bu halda əhli 

məclisdən birisi yerindən qalxıb "padşaha" baş endirdi və dedi: 

- Padşah sağ olsun, ərzim var! Təvəqqe edirəm ki, burada bır keçi-məməsi 

çalınsın və Xudadad bəy də durub oynasın! 

Əhli məclis ittifaq ilə  ərizəçinin sözünə qüvvət verdi. Haman dəm  

keçiməməsi çalınıb Xudadad bəyi ortaya çəkdilər. Xudadad bəy isə  Məşədi 

Cabbar kimi eləmədi, qol götürüb, sözsüz, hərəkətsiz oyna 



__________________Milli Kitabxana___________________ 

356 


 

mağa başladı. Xudadad bəy çox gözəl oynayırdı, Hamını valeh edirdi. O idi ki, 

əhli məclis onun oynamağından şövqə gəlib bir dəstfəşanlıq edirdilər ki, sədası 

asimanə bülənd olmuşdu. Bununla bərabər  əhli məclis, "Afərin, odur ha! 

Uxxay!" hətta "bravo" sözlərilə, hiss etdikləri ləzzəti izhar edirdilər. 

Oyun qurtarandan sonra Xudadad bəy hamıya baş  əyib yerinə oturdu və 

"padşah" tərəfindən bir qırmızı alma atasına layiq oldu. 

Bir qədərdən sonra əhli məclisdən qumar oynayanlar ayrılıb o biri otağa 

girdilər. Xudadad bəy dəxi bunların içində idi. Burada qumarbazların bəzisi 

dördaşıq üstə otururdu. Bəzisi "bank" və "bakara" açdı, bir qədəri "asnas" 

qurdular və sairələri də  nərdtaxta oynamağa başladılar. Bir-iki saatdan sonra 

hamısı çox hirs ilə  iş gönməkdə idilər. Aşıqların  şappıltısı, nərdtaxtanın 

şaqqıltısı, pul cınqıltısı, "Aşığı  qəlbi tulla!" sözləri, "Yalançıya Allah lənət 

eləsin!" avazı, "Mən ölüm, dilxor eləmə!" səsi otağı başına götürmüşdü. 

Xudadad bəy üç nəfər sair yoldaşları ilə dördaşıq oynayırdı. Çox bərk 

qızışmışdı. Kefi də kök idi, görünür ki, atası kimi "çörək pulu" qazanırdı. Qolunu 

çırmayıb, ortaya yarım manat salıb deyirdi: 

- At 


yarım manat! Yarım manatda məzarı. Amma qəlbi atmasan əlinə 

lənət! 


Aşıq tullayan bu sözdən inciyirdi: 

- Bəy, min dəfə demişəm əlimin üstündə bəd danışma! Axı dilxor 

eləyib qoymursan ki, görək nə oynayırıq. Ala, qəlbi atdım. Aşıq hey!.. 

Əh... içinə  lənət! Toxandır,  əşi qoyursanmı ki, biz burada pul qazanaq! - 

deyib hərif aşığı buraxırdı... 

Dördaşıqdan Xudadad bəy iyirmi manat pul udub durdu ayaq üstə və istədi 

getsin, lakin yoldaşları buna razı olmayıb dedilər ki: 

Oyundan qaçmaq olmaz, ya otur bizi lap ud və ya ki, pulunu uduz! 



Xudadad bəy dedi ki: 

- Canım, ta mən dördaşıq oynamaq istəmirəm, bank oynayacağam, 

gedirəm. 

Amma yoldaşları qoymadılar, xülasə bir çox söz və  hərəkətdən sonra 

Xudadad bəy təkrar oturub, yenə oynadı. Lakin çox çəkmədi ki; həriflərin bir 

azca qalmış pullarını  təmiz udub durdu və sonra gedib bank va bakara 

oynayanlara qoşuldu. Görünür ki, bu gecə Xudadad bəyin  əli yaxşı  gətiribmiş; 

bank oyunundan da bir əlli manat udub qo  356    

İşuldu asnasa... Qərəz hər bir oyun oynadı  və hamısında da uddu. Sonra 

papağını əyri qoyub uduzanlara yanıq vermək üçün papiros damağında olaraq o 

tərəf-bu tərəfə gəzməyə başladı. Bu halda Xudadad bəyin heç fikrinə də gəlmirdi 

ki, evdə anası onun yolunu kəsdirib,  əli qoynunda intizardadır... Belə  rəvayət 

edirdilər ki, o gecə Xudadad bəy üç yüz manat qırx doqquz qəpik pul udubmuş. 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə