__________________Milli Kitabxana___________________
370
Yazıq kəndli şadlığından bilmədi ki, nə qayırsın, özünü yıxdı sarıqlının
ayağına. Sarıqlı dedi:
-- Sənin atını da, eşşəyini də cin oğurlayıbdır və cin də sənin bu libasındadır.
Ona görə bu libası ovsunlamaq lazımdır. Və illa başına çox bəlalar gələr.
Kəndli cin adını eşidən kimi dəlitək paltarını çıxardıb tulladı. Sarıqlı bir dua
oxudu və dedi:
-- Bir qədər yat.
Onsuz da it kimi yorulmuş kəndli başını yerə qoyan kimi yuxu basdı və
yuxsunda gördü ki, eşşəyi də, atı da tapılıb, kişnəyə-kişnəyə bunun yanına
çapırlar. Kəndli sevindiyindən elə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki,
nə sarıqlı var, nə paltar.
Binəvanı dəhşət basdı. Əlinə bir çomaq alıb özünü qoruya-qoruya kəndinə
yetirdi. Xalq yığılıb dedilər ki, a kişi, dəli olubsan nədir? Lüt gəzib özünü
qoruyursan?
Dedi:
-- Atımı oğurladılar, eşşəyimi oğurladılar və paltarlarımı oğurladılar. İndi
qorxuram ki, özümü də oğurlayalar.
__________________Milli Kitabxana___________________
373
KƏLƏKBAZLAR
M i r z ə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.
B ə d n a m ülməmalik. Adə İvan,bu nə işdi ki,bizimbaşımıza gəldi?
Q a s p a d in İvan. Əşi, Allah yapon Susimaya lənət eləsin ki, məni də, səni
də kələyə saldı.
B ə d n a m ülməmalik. Bu sən öl, doğrudur! Səni də məni də kələyə saldı!
Qaspadin İvan. Yaxşı, bəs sənin fikrin nədir?
B ə d n a m ü lməmalik. Fikrim?.. Əgər belə olsa, qoyub qaçmaq.
İ v a n. Yox, mən qaçmaram, amma... sən öləsən, bu saat əhvalım çox
yamandır, yenə gəlib, kəsdiriblər qapını, yapişıblar boğazımdan, "ürəyimin
dalında bir köpük pulum da yoxdur ki", barı soldat zor ilə özümü xilas eləyim.
B ə d n a m ülməmalik. Buy, bəs mən səndən bir az borc pul istəyəcək idim,
İvan dadaş!
İ v a n. Əşi, sənin də borc istəməkdə heç əvəzin yoxdur! Gözlə, heç kimdən
alma, sonra mən verərəm, qoy, görək bircə başımıza nə çarə qılaq. (Bu hində
bunların yanına ingilis Con-bol gəlir.)
C o n - b o 1 (gülə-gülə). Hi, quyruğunuz qapı arasında qalıb, ay lotular!
Bədnamül məmalik. Aman günüdür, Con-bol dadaş, gör bir əiac eləyə
bilərsənmi?!
İ v a n. Ey əbləh, elə kələyi sənin başına gətirən Con-bol deyil idimi? Sənin
nökərlərin üzünə ağ olanda, onlara fisincan pilovu verən bu deyil idimi?
C o n - b o 1 (bic-bic gülür və əllərini cibinə salıb, pul cınqıldadır). Sən nə
bilirsən ki, Bədnamülməmalikin canını qurtaran da rnən olmayacağam?
B ə d n a m ülməmalik. Bəli?!
C o n - b o l. Vallah, sən öl, hələ deyəsən İvana da yaxşı köməyim dəyər!
İ v a n. Görək yenə nə kələyin var?
C o n - b o 1. Kələk filan yoxdur, doğru sözdür ki, deyirəm.
İ v a n (bir az irəli durub). Axi nə qayıra bilərsən?
Bədnamülməmalik (bir az irəli durub). Doğrudan danışırsan, yoxsa zarafat
eləyirsən?
__________________Milli Kitabxana___________________
374
C o n - b o 1. Yox, zarafat eləmirəm, qulaq asın deyim... Mirzə Ələsgəri
tanıyırsmız?
İ v a n. Yaxşı tanıyıram!
Bədnamülmemalik. Yəni bizim Mirzə Ələsgəri? Elə mən onu bu saat yerdə-
göydə axtarıram.
C o n-bol. Yox, onu sən axtarma, çünki yanına qoymazlar, qoy elə bizdə
qalsın. İş burdadır ki, onun sizin yerdə yaxşı nökərləri var. Belədir, belə deyil?
İvan və Bədnam. Belədir, düzdür, doğrudur; amma nə olsun'?
C o n - b o 1. Bir də sənin yerində mənim və haman bu İvanın bir neçə dəllal
və dəlləkləri var. Belədirmi İvan?
B ə d n a m. Belədir, düzdür, doğrudur, amma nə olsun?
Con-bol. Ta nə var, nə olacaq, Mirzə Ələsgər onlara deyir ki, nökərlərimə
yazaram ki, Bədnamülməmalikin yerində bir qalmaqal salıb, sənin və İvanın
orada olan dollallarını və dəlləklərini xubunca əzsinlər. Onda mən ilə İvan əlbir
olub, gələrik sizə və başlarıq sizin camaatı qırmağa ki, nə üçün bizim adamlara
sataşırsınız. Onda araya bir vur-çatlasın düşər. Elə ki, vur-çatlasın düşdü, onda
sən Bədnamülməmalik bir yanda öz bildiyini elərsən, o İvan da bu yanda öz
bildiyini. Mən Con-bol da bir yanda öz bidiyimi elərəm və habelə Bədnam
dadaşın canını qurtararıq. O ki qaldı sənə, İvan, sən də boğazını üzən adamlara
deyərsən ki, balam, hələ bir az gözlə, indi başım bərk qarışıqdır, qoyun sonra
danışarıq. Onlar da baxıb görəcəkdirlər ki, doğrudan da sənin başın qarışıqdır, əl
çəkib duracaqlar, ağlınız nə kəsir?
B ə d n a m ülməmalik. Mən razıyam!
İ v a n. Mən də razıyam!
C o n - b o 1. De, buyurun gedək.
(Gedirlər.)
HÖKUMƏT VƏ DUMA
Bir pərdəli komediya
Hökumət (minnət gözləmək səsilə). Hə, lotu gördün? Yenə səni çağırdım,
yığdım Peterburqa, yaxşı elədimmi?
D u m a. Yaxşı elədin, ancaq təvəqqe edirəm ki, mənə minnət qoymayasan.