Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə83/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   79   80   81   82   83   84   85   86   ...   102

__________________Milli Kitabxana___________________ 

330 


 

kəmali-inqiyad və itaət ilə cənab pristavı istiqbal etdilər və "sən bizim başımızın 

sahibisən" -- deyib, əsnayi namazda rüku edən kimi, baş deyil, bədən  əydilər. 

Lakin cənab pristav əhalinin belə izhari-təbəiyyəti-sadiqanəsindən  əqmazieyi 

edib, keçən gün cibində "möcüzə" görünmüş sərbaz simalı stracniki təqib edərək, 

atını Kərbəlayi Bünyadın evi həyətinə sürdü. 

Kərbəlayi, 70 sinni altında bükülmüş vücudunu 15 yaşına yetmiş cavana 

mənsub bir cünbüş və hərəkətə gətirib sıçradı və pristav ağanın "cismi-əzizi"ni 

atın üstündən yerə düşürdü. Stracniklər də kəndlilərin köməyi ilə atlarından yerə 

süqut edib, metad qaidəyə  rəayət edərək topalanmış  kəndliləri qamçı ilə 

şaparlamağa başladılar. Və atlarını otarmaq ilə özləri üçün də bir "yaxşı" yer 

hazırlamağı əmr etdilər. 

 

O gecə M ... kəndində bir neçə qoyun dəxi qurban edildi.  



 

Sabahı günü Kərbəlayi Bünyadın həyətində  şayani-təmaşa bir drama vaqe 

oldu. Cənab pristav başıaçıq və  əlləri ciblərində "özünü dartmış turac kimi" 

qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə  cərgə ilə 

düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ ilə döydürürdü. Birisini libasdan 

xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutudurub üzünə, 

başına sillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə 

yıxıb, təpik altına saldırdı və sairə.... 

  Döyüşə mübtəla olanlar hərdəm: "Bizim taqsırımız nədir, ağa, başuva 

dönüm" -- dedikdə, cənab pristav və sonra da stracnik bəy tərəfindən bir neçə 

kəlmə föhşdən mütəşəkkil cavabi -- "şafi" alırdılar.... 

Bu drama səhərdən günortayadək imtidad çəkdi ki, ondan sonra pristav ağa, 

bu qədər zəhmətdən artıq yorulub, girdi otağa və  kənd mollası ... nın evində 

şərəfinə kəşidə edilmiş ziyafətdə (bu ziyafətdə pristavdan savay bir də Kərbəlayi 

Bünyadəli var idi) mükəmməl surətdə bir nahar edib, istirahət üçün bir-iki saat 

şirin yuxuya müstəqrəq oldu.... Bidar olduqdan sonra, Kərbəlayi Bünyad 

tərəfindən "Əbidanə"  əta olunmuş  kəhər ata rakib olub və  kəndçilər tərəfindən 

"mübarək qədəmi" münasibətilə hədiyyə edilmiş quzuları (yağ, qatıq, pendir və 

s. məlum işdir) müininə tapşırıb, öz paytaxtına mütəvəccihən rəvanə oldu. 

  Ağa gedəndən sonra kəndçilər onun sahibi təhəkküm bir zat olduğunu tosif 

və ərifə başladılar. 

 



__________________Milli Kitabxana___________________ 

331 


 

BİR FİRƏNG İLƏ SÖHBƏTİM 

 

 

Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng 



ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq 

elədik, axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə  qədər 

müsəlman vardır. Dedim altı  dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz 

doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon 

desəydin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan 

doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir 

milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon 

müsəlmanın içində neçə qəzet çıxır. Dedim allahdan gizli deyil, səndən nə gizli 

olacaqdır, bu altı milyon müsəlmanın içində bircə  dənə  qəzet çıxır. Bunu 

dediyimi gördüm, firəng yerindən elə  sıçradı ki, guya kişini ilan dişlədi! Və 

üzündə elə bir heyrət və  təəccüb  əlaməti göstərdi ki, mənim özüm də quruyub 

mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman, bir gör sənin 

içində bircə dənə qəzet verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə 

qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi 

təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzet olması deyilmiş, çünki 

o məndən soruşdu ki, "müsyö, indiyədək, nə təvarixdə, nə də heç bir abrazovannı 

yerdə görülməyibdir ki, bir dənə  qəzetin altı milyon müştərisi olsun!! Neujeli 

sizin bir dənə  qəzetinizin altı milyon müştərisi var?!!. Firəng bu sualı  mənə 

verdikdə, məndən bir qəhqəhə  çıxdı ki, firəng elə bildi dəli olmuşam.... Dedi 

nəyə gülürsüz? Dedim heç, onu deyirəm ki, qəzetimizin altı milyon müştərisi 

yoxdur, bir qədər azdır. 

 

D e d i: Beş milyon?  -- Əlli min? 



D e d i m: Bir qədər azdır. --Yox, azdır. 

D e d i: Dörd milyon?  -- Otuz min? 

D ed i m: Bir qədər azdır. -- Yox, azdır. 

D e d i: Üç milyon? -- On min? 

D e d i m: Bir qədər azdır. --Yox, azdır. 

-- İki milyon? -- Beş min? 

-- Jox, azdır. -- Jox, azdır. 

-- Bir milyon? -- Dörd min? 

-- Jox, azdır. -- Jox, azdır. 

-- Beş yüz min? -- Üç min? 

 

-- Jox, azdır. --Jox, azdır. 




__________________Milli Kitabxana___________________ 

332 


 

-- Üç yüz min? -- İki min? 

-- Jox, azdır. -- Jox, azdır. 

-- Yüz min? -- Bir min? 

-- Jox, azdır. -- Jox, bir az çoxdur. 

-- Doxsan min? -- Bəs necə? 

-- Jox, azdır. -- Min səkkiz yüz! 

 

By sözü demişdim ki, gördüm rəfiqim firəng tez bir fayton çağırıb, düz 



vağzala sürdürdü və o gedən firəng oldu ki, getdi. Bir neçə vaxtdan sonra 

firəngdən bir kağız aldım ki, içində bunu yazmışdı: 

"Altı milyon tayfanın içində bir dənə qəzet ola, və o qəzetin də min-səkkiz 

yüz müştərisi ola, o tayfadan heç bir yaxşı şey gözləmək olmaz, a molla!" 

Bu sözlər məni çox yandırdı, tez götürüb cavabında yazdım ki, nə olsun, biz 

müsəlmanlar beləyik, amma siz firənglərin də yedikləri həmişə qurbağa ilə 

tısbağadır!... 

 

 



ÜÇÜNCÜ DƏLLƏK 

 

 



Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həm 

sənin başını  qırxar, həm hansı dişini desən çəkər, həm boynunun ardına zəli 

qoyar, həm istəsən oğlunu sünnət elər. Amma adekalon-madekalon bilməz və o 

cürə murdar şeyə heç əlini də vurmaz. Bainhəmə, üstündən bərk "ətir" iyi gələr 

ki ona quyruq yağı deyirlər. 

   


Eləsi var ki, məsələn, bu gün yaxşı urusu baş vurar, bığlarını da ha tərəfə 

desən, o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə 

cürbəcür içi su ilə dolu adekolon şüşələri olar, güzgüsü də adamı xortdana 

oxşadar. 

 

Eləsi də var ki  (yox, qoyun bunu ayrı cürə deyim). 



   

Əzizim oxucu, ağlında bir adam fərz elə, qoy bu adamın bir ayağında qaloş 

olsun, bir ayağında başmaq.  Əynində çuxası olmasın, onun əvəzində  tək bircə 

arxalıq olsun ki, onun parçasını  və  rəngini tanımaq üçün gərək  əlinə bir bıçaq 

alıb dörd gün çirkini qazıyasan. Belində bir qayış olsun və qayışın ucu da 

böyürdən sallansın, çiynində bir məhrəba asılsın və  məhrəba da gərək qab 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə