Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə81/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   77   78   79   80   81   82   83   84   ...   102

__________________Milli Kitabxana___________________ 

322 


 

Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tab və taqət yoxdur. 

Hamısından yaxşısı budur ki, bir kərəlik özümü boğum öldürüm, canım qurtarsın. 

(Dəsmalın açıb burur ki, özünü boğsun, lakin bu əsnada "Arşın mal alan...." səsini 

eşidib təəcüblə qulaq asır və eşitdikcə keçmiş günlərini yada salır. Əsgər pərdə 

dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.) 

 

M u s i q i 



 

Ə s g ə r  daxil olub, salam verir. 

 

G ü l ç ö h r ə (təəccüblə baxır). Sənsən, yoxsa özgədir? 



Ə s g ə r. Mənəm, mənəm, Gülçöhrə, arxayın ol. 

G ü l ç ö h r ə (ağlayır). Görürsən mənim başıma nə işlər gətirirlər? Bir qədər gec 

gəlsəydin, özümü öldürmüşdüm. Sən buraya nə sayaq gəldin? Səni burada görsələr 

öldürərlər.... Mümkün varsa, gəl qaçaq. (Əcələ ilə dartır.) 

Ə s g ə r (gülür). Hara qaçaq öz evimizdən? 

G ü l ç ö h r ə (heyrətlə). Nə danışırsan, bura kimin evidir? 

Ə s g ə r. Bura mənim evimdir, sonra da olacaq sənin evin. 

G ü l ç ö h r ə. Heç başa düşmürəm? Məni kim götürüb qaçıbdır? 

Ə s g ə r. Mən göndərdiyim adamlar. 

G ü l ç ö h r ə (fikirli). Bəs mən elə bildim ki, məni atam verdiyi tacir oğlanın 

adamları götürüb qaçıblar. 

Ə s g ə r. Əlbəttə, elədir. Gülçöhrə (lap heyran qalır). Yenə başa düşmədim, allah 

eşqinə, məni başa sal görüm bu nə kələkdir. 

Ə s g ə r (gülür). Bax, Gülçöhrə. Sənə aşiq olan arşınmalçı da mənəm, atan ərə 

vermək istədiyi tacir oğlan da mənəm. Mən yalandan arşın mal satan olub özümə qız 

axtarırdım ki, axırda səni tapdım və atandan istədim, o da verdi, amma atan bilmədi 

ki, mən arşın mal satan oğlalam, çünki o əvvəldən məni görməyibdir. 

G ü l ç ö h r ə (nazla). Ay biinsaf. Bəs mənə yazığın gəlmədi ki, bu qədar əziyyət 

çəkdim, əzab çəkdim, atam məni öldürməli oldu. Özümü öldürməli oldum.... (nazla). 

Belə bilsəydim, səni sevməzdim.... 

Ə s g ə r. Bəs burası var ki, bu şadlığımız bütün o əziyyətləri yuyur aparır, elə 

deyilmi maralım, Gülçöhrə? 




__________________Milli Kitabxana___________________ 

323 


 

G ü l ç ö h r ə (axırda razı olur). Elədir. 

Ə s g ə r. Di gəl bəri, gedək otaqları bir-bir gəzək və xalamı da görək. (Gedirlər o 

biri otağa.) 

 

Bu halda bayır qapıdan S o l t a n  b ə y daxil olur. 



 

S o l t a n  b ə y. Vallah, yenə ata ürəyidir, tab gətirmədi, dedim gedim görüm

bəlkə qız, xudanəgərdə, özünə bir xəsarət yetirdi. (Ora-bura baxır.) Bəs hanı bunlar? 

Ay uşaqlar, kim var? 

 

Ə s g ə r daxil olur. 



 

Ə s g ə r. Salaməleyküm, Soltan bəy, sən bizə xoş gəlmisən. 

S o l t a n  b ə y  (əvvəl xoş üzlə, sonra təəccüblə). Balam, sən.... Sən Əsgərsən? 

Yoxsa o arşın mal satan? 

Ə s g ə r. Xeyr bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm, sənətim də tacirlikdir. 

S o l t a n  b ə y. Deyirəm  axı,  ancaq mənim gözümə  belə görükdü ki, 

qabağımda o gədədir.  

Ə s g ə r. Hansı gədə? 

S o l t a n  b ə y. Heç, bir gədə var idi, arşın mal satardı. 

Ə s g ə r. Bilirəm, sən istədin ki, onun xalasın alasan, o da əvəzində səndən qızını 

istədi, özü də acıqlanıb qovdun, elədirmi? 

S o l t a n  b ə y (təəccüblə). Elədir.... Balam sən hardan bildin? 

Ə s g ə r. Necə bilməyim ki, o mən özüm idim....  

S o l t a n  b ə y (heyrətlə.) Nə danışırsan? 

Ə s g ə r. Bəli, bəli, mən qəsdən elə etdim ki, qızı görüm sonra alım. 

S o l t a n  b ə y. Doğru deyirsən? 

Ə s g ə r.  Budur, qızın təsdiq edər. (Çağırır Gülçöhrəni.) Gülçöhrə! 

G ü l ç ö h r ə (daxil olub atasına tərəf gedir). Bax, ata, həm sən deyən oldu, həm 

mən deyən. Əsgər bizi kələyə qoyub sənin acığına və mənim də əzabıma səbəb oldu, 

bütün təqsir bundadır. 

S o l t a n  b ə y (ayılır). Hə, indi başa düşdüm, çox kələkbaz imişsən. Rəhmətlik 

sənin atan heç belə deyildi. Ya allah. (Əl verir.) Çox gözəl, çox pakizə, vay səni 

Əsgər. Amma əcəb kələkbaz imişsən. (Yadına düşür). Yaxşı, balam, bəs sənin xalan 

necə oldu, hə? Həqiqət, o, sənin xalan idi, yoxsa o da kələk idi? 




__________________Milli Kitabxana___________________ 

324 


 

Ə s g ə r. Xeyr, doğrudan xalamdır.  

S o l t a n  b ə y. Yəqin özü də duldurmu? (Sevinir).  

Ə s g ə r. Bəli, duldur.  

S o l t a n  b ə y. Hə, di ver gəlsin də! 

Ə s g ə r. Gəlsin, nə deyirəm, Gülçöhrə, zəhmət çək xalamı çağır. 

 

G ü l ç ö h r ə gedir. 



 

S o l t a n  b ə y. Gəlsin, onu alım da! O dul, mən dul; həkim də mənə deyib ki, 

gərək arvad alam. Mən bilən həkim xalanı da görsə deyər ki, ərə get. 

Ə s g ə r. Nə sözüm var ki, al də, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı 

qohum nədir? 

S o l t a n  b ə y (gülür). Bildim, bildim, a kələkbaz. 

 

G ü l ç ö h r ə və C a h a n daxil olurlar. 



 

S o l t a n  b ə y (Cahana). Əşi, gəl də!...  İrəli gəl! Görürsən sənin, sənin bu 

bacıoğlun nə kələkbaz imiş.... Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və 

üç manat pulla aran necədir? Deyirəm ki, elə Əsgərlə Gülçöhrənin və səninlə mənim 

toyumuz bir olsun. 

C a h a n. Nə deyirəm, allah xeyir versin. 

H a m ı. Amin, amin. 

S o l t a n  b ə y. Balam, o uşaqlar evdə tək qaldılar, nigarandılar. Sizin gədəni 

göndərin Asya ilə Tellini bura gətirsinlər. 

Ə s g ə r. Bu saat gedim göndərim. (çıxır). 

S o l t a n  b ə y Əşi, vallah, sevindiyimdən elə bilirəm ki, cavan oldum.... (Tez 

dilin dolayır). Yəni qoca da deyiləm, elə cavan kimi bir oğlanam. Maşallah olsun 

mənə. 

                 



Ə s g ə r gəlir.  

 

Ə s g ə r. Göndərdim getdi. 



 

Bu halda S u l e y m a n daxil olur. 

 

S ü l e y m a n. Salamünəleyküm. 



S o l t a n  b ə y. Paho Süleyman, əleykəssalam, balam sənin bu dostun nə 

kələkbaz imiş!... 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə