Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə77/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   73   74   75   76   77   78   79   80   ...   102

__________________Milli Kitabxana___________________ 

309 


 

Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən? 

Ə s g ə r. Yox, bəy, bu sayaq sərf eləməz.... 

S o l t a n  b ə y. Bəs nə sayaq sərf elər? 

Ə s g ə r. Bax, bəy, indi ki, mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum 

olaq. 


S o l t a n  b ə y (təəccüblə). Nə sayaq ikibaşlı? 

Ə s g ə r. Bu sayaq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə. 

S o l t a n  b ə y (bərk acıqlı). Axmağın birisi axmaq! Nə yava-yava danışırsan?! 

(Xəncərdən yapışır). Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm?! 

Cəhənnəm ol buradan sən də, sənin xalan da!... Qudurğanın birisi, bir sillə çəkərəm 

ki, dişlərin qarnına gedər. Rədd ol gözümün qabağından! 

Ə s g ə r (arxayınca). Xala, gəl gedək. (Gedirlər. Kənara). Arşınmalçı Əsgərə qız 

vermədi, amma tacir Əsgərə verəcəkdir. 

S o l t a n  b ə y. Tez ol, itil buradan! (Evə tərəf gedib qapının azğında dayanır və 

gedənlərə baxır. Onlar gedirlər.) Gör nə qudurğan gədədir ki, cürət edib qızımı 

istəyir. (Xəncərini çəkib yüyüryr). Öldürərəm səni qudurğan oğlu, qudurğan. 

(Qayıdıb fikrə gedir). Yoxdur, yoxdur məndə bəxt. Arvad əlimə göydən düşmüş kimi 

olmuşdu, özü də əsl mən deyən hallıca arvad ki, iş bir nəfər molla ilə bir kəllə qəndə 

bənd idi; mərdüməzar oğlu, mərdüməzar hayandan gəldisə bütün işi korladı. Planımı 

dağıtdı. Ey vay.... (Oxuyur). 

 

Nə pis oldu halım mənim, gəl alım, gəl alım, gəl alım, dilbilməz! 



Getdi əldən yarım mənim, gəl alım, maralım, dilbilməz! Aman, aman oy.... (Girir 

içəri.) 


 

P ə r d ə 

 

 

ÜÇÜNCÜ MƏCLİS 



 

 

S o l t a n  b ə y i n evində vaqe olur. G ü l ç ö h r ə təkcə oturub oxuyur. Musiqi 



çalınır. 

 

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda. 



 

M u s i q i  

 



__________________Milli Kitabxana___________________ 

310 


 

G ü l ç ö h r ə 

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,  

Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda. (2 dəfə) 

M u s i q i 

Der idim səbr eyləyim olsam cəmalından cüda.  

 M u s i q i 

Der idim səbr eyləyim olsam cəmalindən cüda

Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə) 

Ah ... aman-aman ... aman-aman! 

Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə) 

Yar gəl, yar gəl, yar gəl, yar gəl!... 

M u s i q i 

Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda. 

M u s i q i 

Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda. 

Dönmüşəm mən müflisə cahü cəlalından cüda. (2 dəfə) 

M u s i q i 

Tirə oldu ruzigarım zülfü xalindən cüda. 

M u s i q i 

Tirə oldu ruzigarım zülfü xalindən cüda, 

Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə) 

Ah aman, aman, aman, aman! 

M u s i q i 

Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)  

Yar gəl, yar gəl, yar gəl, yar gəl!... 

M u s i q i  

Üzünü örtüb ağlayır. 

A s y a (daxil olub Gülçöhrənin yanına gəlir). Ah Gülçöhrə, sən allah, bir de 

görüm sənə nə olub ki, bu bir neçə gündür belə pərişan görünürsən? 

G ü l ç ö h r ə. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoş olmuşam. 

A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sənin heç yerin ağrımır, 

şükür allaha. 

G ü l ç ö h r ə. Ah, Asya, neyləyirsən soruşub, sən allah qoy məni əldən. 




__________________Milli Kitabxana___________________ 

311 


 

A s y a. Yox, Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərrə dəyişilibsən.  Eyzən  

fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət vardır.... Ay qız, bəlkə bir adama bənd 

olubsan, hə? 

G ü l ç ö h r ə. (Hərəkət  edir). Kimə bənd olacağam.... 

A s y a. Yox-yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan, ancaq o adam 

kimdir? Bizə arşın malsatandan başqa heç kəs gəlməmişdi. (Birdən). Yəqin o gədəyə 

bənd olubsan? 

G ü l ç ö h r ə. Gədə nə üçün olsun?! 

A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan 

işdirmi? Sən bəy qızı, bəy balası bir gədənin birinə bənd olubsan.... Nədir-nədir bir 

qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın, heç bir belə  də  məhəl 

qoymaram; o hara, mən hara.... 

G ü l ç ö h r ə. (təqsirli kimi). Vallah özüm də başa düşmürəm ki, bu nə haldır. 

(Ağlamsınır və əlləri ilə üzünü örtür.) 

A s y a (nəsihətyana). Sən yekə  qızsan, elə  şeyləri başından çıxart. Sən hara, 

bazarın gədəsi hara? Barı  bənd olursan, elə adama bənd ol ki, sənə yaraşan olsun. 

İkinciyə qalan yerdə bənd olmaq özü qız üçün çox pis şeydir. Bax, mən sənin kimi 

bir qızam, amma heç gör mən bir adama bənd olurammı? Bir də vallahi, işdir, birdən 

atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar. 

G ü l ç ö h r ə. Qoy atam bilsin, bir kərəlik məni öldürsün ki, canım qurtarsın. 

A s y a. Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə  nələr 

söyləyəcəyəm. 

 

G ü l ç ö h r ə n i aparır, gedirlər. 



 

S o l t a n  b ə y (daxil olur, tək). Zalım oğlu arşınmalçının xalası yaxşı girimə 

keçmişdi, olmadı. Əsl mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı. Bir nəfər 

molla, üç manat pul və bir kəllə qənd, şüt-tamam, vəssalam. Amma di gəl ki, məndə 

bəxt yoxdur.... Qudurğan oğlu qudurğan, bir dul xalasının  əvəzində gözəl-göyçək 

qızımı istəyir. Guya ki, mən qızımdan əl çəkmişəm, bazarın gədəsinə verəm.... Mən 

bir bəyəm ki, bütün tanışlarım adımı  əzbər bilir. Əşi,  xanla aş yemirəm ki, bığım 

yağa batar, bir gədənin birisi mənə göyə olmaq istəyir.... Amma xalasını alardım və 

bir söz deyən olsaydı, deyərdim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım.... 

Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi,  şeytan oğlu  şeytan işə  pərxaşlıq 

saldı. Qoymadı  



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə