__________________Milli Kitabxana___________________
309
Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən?
Ə s g ə r. Yox, bəy, bu sayaq sərf eləməz....
S o l t a n b ə y. Bəs nə sayaq sərf elər?
Ə s g ə r. Bax, bəy, indi ki, mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum
olaq.
S o l t a n b ə y (təəccüblə). Nə sayaq ikibaşlı?
Ə s g ə r. Bu sayaq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə.
S o l t a n b ə y (bərk acıqlı). Axmağın birisi axmaq! Nə yava-yava danışırsan?!
(Xəncərdən yapışır). Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm?!
Cəhənnəm ol buradan sən də, sənin xalan da!... Qudurğanın birisi, bir sillə çəkərəm
ki, dişlərin qarnına gedər. Rədd ol gözümün qabağından!
Ə s g ə r (arxayınca). Xala, gəl gedək. (Gedirlər. Kənara). Arşınmalçı Əsgərə qız
vermədi, amma tacir Əsgərə verəcəkdir.
S o l t a n b ə y. Tez ol, itil buradan! (Evə tərəf gedib qapının azğında dayanır və
gedənlərə baxır. Onlar gedirlər.) Gör nə qudurğan gədədir ki, cürət edib qızımı
istəyir. (Xəncərini çəkib yüyüryr). Öldürərəm səni qudurğan oğlu, qudurğan.
(Qayıdıb fikrə gedir). Yoxdur, yoxdur məndə bəxt. Arvad əlimə göydən düşmüş kimi
olmuşdu, özü də əsl mən deyən hallıca arvad ki, iş bir nəfər molla ilə bir kəllə qəndə
bənd idi; mərdüməzar oğlu, mərdüməzar hayandan gəldisə bütün işi korladı. Planımı
dağıtdı. Ey vay.... (Oxuyur).
Nə pis oldu halım mənim, gəl alım, gəl alım, gəl alım, dilbilməz!
Getdi əldən yarım mənim, gəl alım, maralım, dilbilməz! Aman, aman oy.... (Girir
içəri.)
P ə r d ə
ÜÇÜNCÜ MƏCLİS
S o l t a n b ə y i n evində vaqe olur. G ü l ç ö h r ə təkcə oturub oxuyur. Musiqi
çalınır.
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.
M u s i q i
__________________Milli Kitabxana___________________
310
G ü l ç ö h r ə
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,
Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda. (2 dəfə)
M u s i q i
Der idim səbr eyləyim olsam cəmalından cüda.
M u s i q i
Der idim səbr eyləyim olsam cəmalindən cüda,
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Ah ... aman-aman ... aman-aman!
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!...
M u s i q i
Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.
M u s i q i
Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.
Dönmüşəm mən müflisə cahü cəlalından cüda. (2 dəfə)
M u s i q i
Tirə oldu ruzigarım zülfü xalindən cüda.
M u s i q i
Tirə oldu ruzigarım zülfü xalindən cüda,
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Ah aman, aman, aman, aman!
M u s i q i
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!...
M u s i q i
Üzünü örtüb ağlayır.
A s y a (daxil olub Gülçöhrənin yanına gəlir). Ah Gülçöhrə, sən allah, bir de
görüm sənə nə olub ki, bu bir neçə gündür belə pərişan görünürsən?
G ü l ç ö h r ə. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoş olmuşam.
A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sənin heç yerin ağrımır,
şükür allaha.
G ü l ç ö h r ə. Ah, Asya, neyləyirsən soruşub, sən allah qoy məni əldən.
__________________Milli Kitabxana___________________
311
A s y a. Yox, Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərrə dəyişilibsən. Eyzən
fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət vardır.... Ay qız, bəlkə bir adama bənd
olubsan, hə?
G ü l ç ö h r ə. (Hərəkət edir). Kimə bənd olacağam....
A s y a. Yox-yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan, ancaq o adam
kimdir? Bizə arşın malsatandan başqa heç kəs gəlməmişdi. (Birdən). Yəqin o gədəyə
bənd olubsan?
G ü l ç ö h r ə. Gədə nə üçün olsun?!
A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan
işdirmi? Sən bəy qızı, bəy balası bir gədənin birinə bənd olubsan.... Nədir-nədir bir
qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın, heç bir belə də məhəl
qoymaram; o hara, mən hara....
G ü l ç ö h r ə. (təqsirli kimi). Vallah özüm də başa düşmürəm ki, bu nə haldır.
(Ağlamsınır və əlləri ilə üzünü örtür.)
A s y a (nəsihətyana). Sən yekə qızsan, elə şeyləri başından çıxart. Sən hara,
bazarın gədəsi hara? Barı bənd olursan, elə adama bənd ol ki, sənə yaraşan olsun.
İkinciyə qalan yerdə bənd olmaq özü qız üçün çox pis şeydir. Bax, mən sənin kimi
bir qızam, amma heç gör mən bir adama bənd olurammı? Bir də vallahi, işdir, birdən
atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar.
G ü l ç ö h r ə. Qoy atam bilsin, bir kərəlik məni öldürsün ki, canım qurtarsın.
A s y a. Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr
söyləyəcəyəm.
G ü l ç ö h r ə n i aparır, gedirlər.
S o l t a n b ə y (daxil olur, tək). Zalım oğlu arşınmalçının xalası yaxşı girimə
keçmişdi, olmadı. Əsl mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı. Bir nəfər
molla, üç manat pul və bir kəllə qənd, şüt-tamam, vəssalam. Amma di gəl ki, məndə
bəxt yoxdur.... Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək
qızımı istəyir. Guya ki, mən qızımdan əl çəkmişəm, bazarın gədəsinə verəm.... Mən
bir bəyəm ki, bütün tanışlarım adımı əzbər bilir. Əşi, xanla aş yemirəm ki, bığım
yağa batar, bir gədənin birisi mənə göyə olmaq istəyir.... Amma xalasını alardım və
bir söz deyən olsaydı, deyərdim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım....
Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi, şeytan oğlu şeytan işə pərxaşlıq
saldı. Qoymadı