__________________Milli Kitabxana___________________
315
olmaz. Vallah bir allah bəndəsi olsaydı, mənicə alardı, canımı qurtarardı. Amma hanı
bir elə allah bəndəsi! (Deyən kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini
yetirdi. (Gedib qapını açır, Vəli daxil olur).
V ə l i. Soltan bəyin evi buradır?
T e l l i. Hə, buradır, nə işin var?
V ə l i. Sizdə bir nəfər qonaq varmı?
T e l l i. Hə, var, necə?
V ə l i. Daha nə üçün acığın tutur?
T e l l i. Acığım nə üçün tutsun, sən kimsən?
V ə l i. Mən kilimçi. (Kənara). Amma əcəb qızdır, yəqin bu qulluqçudur.
T e l l i. Kilimçi nədir?
V ə l i. Bir əvvəlcə de görüm sən kimsən?
T e l l i. Mən bu evin qulluqçusuyam.
V ə l i. Mən də o evin nökəriyəm.
T e l l i. Hansı evin?
V ə l i. Belə o evin, o....
T e l l i. Buy, elə bil gədə dəli olubdur.
V ə l i. Dəli niyə oluram, maralım!
T e l l i. Mən maral deyiləm.
V ə l i. Belə məndən ötrü maralsan, bu canım sənə peşkəş. Belə, belə ... belə....
(Oxuyur).
M u s i q i
Qoy xanımı bəy aparıb
Tezlik ilə toy eləsin. (2 dəfə)
Sənidəcə mən alaram, (2 dəfə)
Mən də bir bəy olaram.
T e l l i. Pulun var?
V ə l i. Var, var.
T e l l i. Pulun var, gələrəm!
V ə l i. Bilirəm, gələrsən!
Tel l i. Belə, belə yarımsan!
__________________Milli Kitabxana___________________
316
V ə l i. Belə, belə canımsan!
M u s i q i. Oynayırlar.
T e l l i.
Mən gedərəm ol kəsə ki, (2 dəfə)
Onun pulu çox olsun.
Onun pulu çox olsun, (2 dəfə)
Dərdi, qəmi az olsun.
Pulun var?
V ə l i. Var, var.
M u s i q i. Oynayırlar.
İ k i s i b i r y e r d ə.
Qoy xanımı bəy aparıb,
Tezlik ilə toy eləsin. (2 dəfə)
V ə l i. Sənidəcə, mən alaram.
T e l l i. Mənidəcə sən alarsan.
V ə l i. Mən də bir bəy olaram. (2 dəfə)
T e l l i. Sən də bir bəy olarsan. (Tək). Pulun var?
V ə l i. Var, var.
M u s i q i. Oynayırlar.
T e l l i (xoşuna gəlir). Əşi tez ol, sözünü de görüm nə istəyirsən?
V ə l i. Səni istəyirəm, səni. Bildinmi?
T e l l i. Buy, əcəb işə düşdüm.
V ə l i. Gözümün, işığı, get, o qonağa deynən ki, bir qapıya çıxsın, sözüm var.
(Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Əcəb qızdır. Vallah, qoy ağam
qızı alsın, mən də bunu alım, ikimizin də toyu bir gündə olsun. (Əlini-əlinə sürtür).
S ü l e y m a n və S o l t a n b ə y çıxırlar.
__________________Milli Kitabxana___________________
317
S ü l e y m a n. Hə, Vəli, sənsən? Bildim nə üçün gəlibsən, gəl gedək. (Soltan
bəyə). Bəy, hələlik xudahafiz.
S o l t a n b ə y. Xudahafiz, salamat ol. (Gedirlər. Soltan bəy Süleymanı ötürüb
qayıdır). Ay qız, Telli. Gülçöhrəni, Asyanı bura çağır gəlsin. Qıza da deyim görüm
nə olur.... Bəli, dünyanın işi belədir.... Bir vaxt var idi biz də cavan idik.... İndi....
Q ı z l a r gəlirlər.
S o l t a n b ə y. Hə, oturun görüm. Ay qız Gülçöhrə, nə üçün belə bikef
görünürsən? Nə olub ki, naxoş deyilsən ki?
G ü l ç ö h r ə. Xeyr ata, yaxşıyam.
S o l t a n b ə y. Çox gözəl, qızım, bilirsən nə var?
G ü l ç ö h r ə. Xeyr, ata.
S o l t a n b ə y. Bəs elə isə bil: səni ərə verirəm.
G ü l ç ö h r ə hərəkət edir. T e l l i şad olur. A s y a heyfsilənir.
A s y a (kənara). Heyf, oğlan əlimdən çıxdı.
G ü l ç ö h r ə. Ay qız, mənim nə vaxtımdır ki, ərə gedim?
S o l t a n b ə y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsən. Hər bir şeyi bilirsən,
anlayırsan. Səni bir tacir oğlana verirəm ki, həm cavan, həm pullu, həm mallı....
G ü l ç ö h r ə. Ata, acığın tutmasın, mən ərə gedən deyiləm.
S o l t a n b ə y (mülayim). Bax, axmaqlama. Mən elçiyə söz verdim getdi.
A s y a (kənara). Allah sənə şükür, gələn oğlan elçi imiş.
G ü l ç ö h r ə. Yox ata, mən ərə getmək istəmirəm.
S o l t a n b ə y. Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən.
G ü l ç ö h r ə. Yox ata, doğru sözümdür, mən ərə getmək istəmirəm, istəyirsən
vur məni öldür, ərə vermə.
S o l t a n b ə y. Deyəsən, sən doğrudan danışırsan. (Bərkdən). Nə axmaq sözdür,
necə yəni ərə getmək istəmirsən? Evdə qalıb qocalıb qartımayacaqsan ki?
G ü l ç ö h r ə (ağlayır). Mən ərə getmək istəmirəm.
S o l t a n b ə y (lap bərkdən). Sən allah qudurğan olma. Sənin nə haqqın var söz
danışmağa. Atan səni ərə verir, sənin borcun itaət eləməkdir.
__________________Milli Kitabxana___________________
318
A s y a. Əlbəttə, Gülçöhrə, atan nə deyir, sən ona qulaq as, indi ki, səni ərə
verirlər, sənin borcun getməkdir. Daha burda artıq çek-çevir olmaz ki....
G ü l ç ö h r ə. Qoy atam məni öldürsün, amma ərə verməsin.
A s y a. Axı sənin danışmağa nə haqqın vardır.
S o l t a n b ə y. Sənə deyirəm ki, axmaq olma. Mən səni elə adama ərə verirəm
ki, daha eləsin tapmazsan. Sən nə fikirdəsən?
G ü l ç ö h r ə. Sən o adama Asyanı ərə ver, qoy mən evdə qız qalım.
S o l t a n b ə y. Nə boş-boş danışırsan. Asyanı istəyən olsa, onu da ərə
verəcəyəm. İndi səni istəyirlər, gərək əvvəl səni verim.
A s y a. Əlbəttə, elədir.
G ü l ç ö h r ə. Mən ərə getmək istəmirəm.
S o l t a n b ə y (acıqlı). Sənin borcun deyildir, ağzın nədir getməyəsən. Atan
sənə buyurur get, get! Çox o yan-bu yan eləsən, tutub qulağından mıxlaram divara.
(Gülçöhrə ağlayır.... Sükut. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Bir azdan sonra
mülayim dillə deyir.) Qızım, sən elə bilirsən ki, mən səni pis adama ərə verirəm? Sən
onu yəqin bil ki, belə oğlana gedəcəksən ki, padşah balası kimi; özü cavan oğlan,
tacir, pulu çox, dövləti çox. Bəs dəliyəm ki, səni pis yerə verim? Sən mənim
gözümün işığı tək qızımsan, mən səni bədbəxt elərəmmi? (Tutub qızının alnından
öpür). Sən qoca atanın sözünə qulaq as, dəlilik eləmə!
G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ay ata, vallah ərə getməyə heç könlüm yoxdur.
Necə eləyim? Sən məni ərə vermə, qoy evdə qalım.
S o l t a n b ə y. Qızım, inad olma! Atan nə deyir, sən də ona itaət elə, eləməsən
allah səni xoşbəxt eləməz, bədbəxt olarsan və onu yəqin bil ki, mənim sözüm sözdür.
Mən kişiyə söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy
olar. Gedərsən ərə, ərin dövlətli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyəsi
olarsan, mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram. Sən mən
deyənə qulaq as.
G ü l ç ö h r ə. Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda öz
istədiyimə gedim.
A s y a qorxusundan guya üzünü cırır, təəccüb edir.
Dostları ilə paylaş: |