Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə84/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   80   81   82   83   84   85   86   87   ...   102

__________________Milli Kitabxana___________________ 

333 


 

dəsmalına oxşasın. Belindəki qayışa ülgüc formunda iti bir bıçaq sancılsın və o 

bıçaqla da qarpız kəsildiyi məlum olsun. Onda bu adam olar haman mən dediyim 

dəllək. 


    

Bu dəlləklərin dükanı olmaz, bunlar günlərini elə bazarda keçirərlər və özləri 

də  həmişə  kəndli-məndliləri qırxarlar, onda çox fənd eləyərlər. Məsələn, 

görürsən ki, bir kəndli yayın isti günü bazara meyvə  gətirib satıbdır və özü də 

aşpazdan iki şiş lüləkabab alıb günorta üstü bir sərin yerə çəkilib dürməkləyir və 

öz-özünə  də fikir eləyir ki, görəsən, baqqal onu allatmadı ki, evdə arvad nə 

tapşırmışdı və sairə. Bu vaxt kəndli hiss elər ki, başı gicişir, əlini atar ki, qaşısın, 

bir adam deyər ki,: "Yavaş, tərpənmə, ülgüc başını kəsər". Kəndli dik ajar üstə 

sıçrar və görər ki, nə? Haman bayaq yazdığım dəllək onun başını bir xeyli 

qırxıbdır və özü də məzəmmət eləyir ki, əşi, uşaq-nəbalıq deyilsən ki, düz otura 

bilmirsən?! Odur, tərpəndin, ülgüc də bir az başını  cızdı.... Sonra bilmirəm 

bunların sövdası necə olar, ancaq onu bilirəm ki, kəndli evinə qayıdan zaman 

başını iki dəsmalla bağlanmış qayıdar. 

   


Bu söhbəti salmaqdan məqsədim o idi ki, bunu deyim ki, görəsən, bu 

Yevropa hökumətləri ki, belə gəlib müsəlman hökumətlərinin dinməzcə başlarını 

qırxırlar ki, heç kəs də onlara bir söz demir, Qarabağın hansı  dəlləklərinə 

oxşayırlar? Mənim ağlım kəsir ki, bizim bu bazar dəlləklərinə çox oxşayırlar. 

Neyçün? 

 

Ondan ötrü ki, məsələn, indi götürək bu gün İranı. Hamınıza məlumdur ki



indiyə kimn İranın başını iki nəfər "dəllək" qırxmaqdadır ki, onlardan birisi 

ingilis, o birisini də ki, (qoy yavaş deyim eşitməsin!) özünüz tanıyırsınız. 

    

İndi də demirsinizmi ki, bu yandan üçüncü "dəllək" çıxıbdır. Bu  da ki, neçə 



ildən bəridir ki, Osmanlının başını  qırxan və çox vaxt da "bilməyib" qulağını 

kəsən Germaniyadır. Deyir indi İranın başını  mən də  qırxacağam! O birilər 

deyirlər:  Ay  balam,  axı neçə ildir ki, elə hazır bu kişinin başını biz qırxırıq. 

Almaniya: Bu kişinin başını podrata götürməmisiniz ha, mən də qırxacağam! 

 

Qərəz, mən onu deyirəm ki, İran görsün başına bir təhər çəkə bilərmi, yoxsa 



bir də görərsən ki, dördüncü "dəllək" çıxdı, onda bir gün olar ki, İranı da Fas 

sultanının gününə salıb, giliz qoyarlar. 

 

MƏŞƏDİ KABİLİN TƏBRİZ SƏFƏRİ 



__________________Milli Kitabxana___________________ 

334 


 

 

Məşədi Kabilin başı çox qarışıq idi, cürbəcür vajnı işləri var idi ki, bunların 



hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya 

qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə 

gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan 

başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı 

olmurdu. 

Məşədi Kabilə  məsləhət gördülər ki, əvvəlcə  Təbrizə gedib dükan işlərini 

düzəltsin, sonra o biri işlərinə şüru etsin. 

-- Elə yaxşıdır, əvvəlcə işlərini bir qurtar, sonra, allah qoysa, qayıdarsan, can 

sağlığı olsun, o biri işlərini də düzəldərsən! -- deyib arvadı da Məşədi Kabilə 

bunu məsləhət gördü. 

Məşədi razı oldu və başladı Təbrizə səfərə hazırlaşmağa.... 

Söyləyirlər ki, London ingilisləri bazardan evlərinə bir parça kağız yazıb 

göndərirlər ki, "məni nahra gözləməyin, Hindistana gedəcəyəm". Və arvad-uşağı 

ilə görüşməyi qayıdan başa qoyub, parxoda minib gedirlər. Amma bizim 

müsəlmanlar, nədənsə, qürbətdən çox qorxurlar. 

Odur, məsələn, Bakıdan Biləcəriyə  və ya Şuşa qalasından Ağdama getmək 

lazım olanda çox bikef olurlar, arvad-uşaq da bikeflənir və yola düşəndə də az 

qalırlar ki, ağlaşma qursunlar. 

İndi Məşədi Kabil də Təbrizə gedəcəyini yadına salıb, bir az bikef olmuşdu, 

arvad-uşaqlar da bikef idi. Ancaq bircə? Kərbəlayı  Səfinin vecinə deyildi. 

Pəncərənin ağzında oturub səfərə hazırlaşan Məşədi Kabili gözləyirdi və 

uşaqlara təsəlli vermək üçün deyirdi: 

-- Allah qoysa atanız bu gün çıxar, bir-iki gündən sonra olar Təbrizdə, amma 

görün sizə  nələr gətirəcək! Təbriz yemişi. Bax, kişmişləri bu boyda olur. 

Badamları qoz boyda. Çoxlu xurma gətirəcəkdir ki, biri yumruq böyüklükdə. 

    


İşin bu məqamı balaca uşaqların bir qədər kefini açdı. Balaca Səməd isə tək 

bir yemişlərə kifayət etməyib, bir Təbriz xoruzu da istədi. 

-- Bəs, Təbriz xoruzu da gətirər, -- deyib Kərbəlayi Səfi onu arxayın etdi. 

İki saatdan sonra min cürə dualarla, daldan su atmaqla, qapıya Quran 

çıxartmaqla Məşədi Kabili yola saldılar.... 

Bir saatdan sonra bazara xəbər düşdü ki, Məşədi Kabili paraxod qabağında 

öldürdülər. 

 



__________________Milli Kitabxana___________________ 

335 


 

BAZAR SÖHBƏTİ 

 

-- Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm! 

-- Bu saat! Qoy bir bu çuxanın bursını tikim! Yiyəsi gözləyir. 

-- Əşi, bir bura bax, sonra tikərsən. Sənə bir yaxşı əhvalat deyəcəyəm. 

-- Sən de, mən qulaq asıram! 

-- Bura bax, rəhmətlik  Əliqulu bəyin dayısı  Kərbəlayı Hüseynəli bəyi 

tanıyırdın? 

-- Yox, necə Əluqulu bəyin? 

-- Əşi, nə deyirsən, dostun Mirzə Cəfərin aşnası Əliqulu bəyi tanımırsan? 

-- Hə, keçəl Əliqulu bəyi tanıyırdım. 

-- Onun dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın? 

-- Tanıyırdım, necə? 

-- Axı, Kərbəlayı Hüseynəli bəyin bir nökəri var idi. Adına Yırtıq Səfi 

deyərdilər, bir arvadı da var idi, neçə ildi ki, doğmurdu, sonra gedib Qarabasan 

kəndindən bir qız aldı, özü də deyirlər ki, bəy qızıdır, ondan da Yırtıq Səfinin bir 

oğlu oldu ha! 

-- Hə, necə? 

-- Ta nə  hə, haman o oğlan indicə bir rus qızı ilə  gəlib bizim dükanın 

qabağından keçdi. 

-- Əşi, nə deyirsən? 

-- Sən öl, allaha and olsun, özüm ölüm ki! 

 

 



HARA QAÇACAQLAR? 

 

Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam Rəhim xan, Mir Haşım, 



Mirzə  Həsən, Mirzə  Kərim və qeyriləri -- bunlar hamısı  Təbrizdən çıxıb 

qaçarkən şaha belə bir məktub yazıblar: 

"Salam-duadan sonra yazıb məlum edirik ki, "ma səd nəfər budim tənha, 

onha, yek nəfər budənd cəm", ona binaən Təbrizdən qaçdıq, vəssalam." 

İndi  mən öz-özümə fikir edirəm: yaxşı, bunlar hara qaçacaqdırlar? 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə