Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə44/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

 
 142  
bacarmırsan,  yekə-yekə  xalqım,  xalqım  deyirsən,  niyə  onun 
balalarını  avara  qoyursan?  Niyə  bacarmadığın  iĢdən 
yapıĢırsan? 
SƏMƏD  (Aliyəni  göstərərək)  -    Bizim  ikimizi  də  avara 
qoydu  zalım  oğlu.  Aspirantura  müddətində  mənim  mövzumu 
dörd  dəfə,  Aliyəninkini  isə  üç  dəfə  dəyiĢdi.  Yenə  bir  Ģey 
çıxmadı  ki,  çıxmadı.  Aliyə  onu  düz  deyir  ki,  bu  adam  yalnız 
özünü  baĢqalarına  göstərməklə,  ibarəli  cümlələr  iĢlətməklə 
məĢğuldur.  Ġndi  də  görür  ki,  bir  balaca  iĢlərimiz  qaydasına 
düĢmək  istəyir,  buna  da  maneçilik  törədir.  Elə  bil  Allah  bunu 
mərdimazarçılıq  üçün  yaradıb.(bir  qədər  ara  verərək) 
Təəssüflər olsun ki, atazadələrin sayı cəmiyyətimizdə az deyil. 
RAFĠQ (sınayıcı nəzərlərlə hər ikisinə baxaraq) -  YaxĢı siz 
nə deyirsiniz, mən Natiqin iĢinə müsbət rəy yazıb, Avropanı da 
bu iĢə cəlb edim? 
ALĠYƏ və SƏMƏD (birlikdə) - Xeyir! Xeyir! 
SƏMƏD  -  Biz  razı  olmarıq  ki,  layiq  olmayan  iĢə  müsbət 
rəy  yazasınız.  Qoy  nə  bacarırsa,  bizə  qarĢı  etsin.  ĠslanmıĢın 
yağıĢdan nə qorxusu. 
RAFĠQ (Natiqin masasına iĢarə ilə)- Bəs bu özü hara getdi? 
ALĠYƏ-Bəs görmədin səni görən kimi otaqdan necə çıxdı? 
O bildi ki, mən foto əhvalatını açıqlayacağam. Ona görə də tez 
aradan çıxdı. 
RAFĠQ  -  Mənə  belə  gəlir  ki,  onda  heç  bir  təqsir  yoxdur. 
Onu  çəkə  bilmədiyi  yük  altına  salıblar.  Bir  də  ki,  ilana  zəhər 
verən koramal var. Hə isə... 
SƏMƏD  (söhbətin  mövzusunu  dəyiĢir)  -  YaxĢı,  Rafiq 
müəllim, Siz simpoziuma nə vaxt gedirsiniz? 
RAFĠQ - Ġki gündən sonra  yola düĢməliyəm. Ancaq mənə 
belə gəlir ki, Atazadə ciddi maneçilik törədəcək. 
SƏMƏD  (bir  qədər  təəccüblü)  -  O,  Sizə  nə  maneçilik 
törədə bilər ki? 
RAFĠQ- Məsələn, simpoziuma getməyə icazə verməz. 
SƏMƏD- Siz ona ərizə ilə müraciət etmisiz? 


 
 143  
RAFĠQ-EtmiĢəm, ancaq hələ ki, bir reaksiya yoxdur. 
SƏMƏD-Müraciətinizi dəftərxana vasitəsilə etmisinizmi? 
RAFĠQ- Dəftərxana vasitəsiylə niyə? Ərizə yazdım, aparıb 
stolunun üstünə qoydum. Vəssalam. 
SƏMƏD- Ay qardaĢ, o elə adamdır ki, üzünə durub deyər 
ki, ərizə-filan görməmiĢəm. 
RAFĠQ-  Belə  getsə,  öz  hesabıma  simpoziuma  gedəsi 
olacağam. 
ALĠYƏ-  Bəs  iĢ?  Axı  iĢdən  icazən  olmalıdır.  Onsuz  da  o 
bizi gözümçıxdıya salıb. 
SƏMƏD  -  ƏĢi,  nə  olacaq?  Bir  həftəliyə  bülleten  götürüb, 
gedər. 
RAFĠQ- Sən nə danıĢırsan? Məni indi Atazadənin gözündə 
saxtakar  edirsən.  (gülür)  Birdən  ürəyinə  toxunar,  zarafat 
edirəm. Mən siz deyən kimi ərizəni dəftərxanada qeydiyyatdan 
keçirməsəm  də,  simpoziumun  sənədlərinin  və  dəvətnamənin 
surətini  çıxarıb,  rəsmi  surətdə  ona  göndərmiĢəm.  Bir  ərizə  də 
yerli  komitəyə  həmin  sənədlərin  surətilə  birlikdə  təqdim 
etmiĢəm.  Yəni  yerli  komitəni  də  bu  iĢdən  xəbərdar  etmiĢəm. 
Çıxıb gedəcəyəm. Qayıdandan sonra məsələni ayırd edərik. 
SƏMƏD  –  ƏĢi  iĢimizə-gücümüzə  bax  e...  BaĢqa  ölkə 
alimləri  arzu  edir  ki,  belə  bir  nüfuzlu  məclisdə  onların  da  bir 
nümayəndəsi  iĢtirak  etsin.  Bizlərdən  də  birisi  ora  hətta  Ģəxsi 
dəvət  olunur,  digəri  isə  onun  qarĢısında  sipər  çəkir  ki,  gedə 
bilməsin.  Bu  düĢüncə  ilə  biz  çox  uzağa  gedə  bilərikmi?  (özü 
cavab verir) Məncə yox. 
ALĠYƏ (Rafiqə) - Bəs Arif? Axı o da səninlə getməli idi. 
RAFĠQ  -  Onun  mənim  kimi  problemi  yoxdur.  Çünki,  o, 
məzuniyyətdədir və səfər xərclərini ödəmək üçün sponsoru da 
var.  Arif  Kiyevdən  birbaĢa  Fransaya  uçacaq  və    biz  onunla  
Strasburqda görüĢəcəyik.  
SƏMƏD  -    Bəs  sən  necə?  Sənin  yol  xərclərini  kim 
çəkəcək? Öz hesabına getsən, yəqin bir neçə ay ac qalmalısan. 


 
 144  
RAFĠQ  (arxayınlıqla)  -  Narahat  olma,  Səməd.  Mənim 
məktəb  yoldaĢlarımın  bir  çoxu  ali  təhsil  aldıqdan  sonra  iĢ 
tapmadılar və indi onların hamısı Binə ticarət mərkəzində alver 
edir. Hərəsinin maĢallah, üç dörd yerdə evi, bir neçə maĢını və 
çoxlu da pulu var. Onlardan biri mənə sponsorluq edir. Özü də 
deyir  ki,  uĢaqlıqdan  arzum  elmlə  məĢğul  olmaq  idi,  mənə 
qismət olmadı. Heç olmasa, sən məĢğul ol. Arada məni də bir 
yada sal. 
SƏMƏD - Sağ ol, belə ticarətçi! 
RAFĠQ - Ticarətçi yox, komersant. (gülürlər) 
PƏRDƏ 
 
ÜÇÜNCÜ  ġƏKĠL 
  
Sektor müdirinin otağı. Bütün laboratoriya rəhbərləri bura 
yığışıb.  Rafiqin  laboratoriyasının  bütün  əməkdaşları  dəvət 
olunub. Səməd və Natiq də burdadır. 
 
ATAZADƏ  (əda  ilə)-  Cənablar  və  xanımlar!  Həmkarla-
rımız!  Sizi  bura  yığmaqda  məqsəd  birdir.  Sektorumuzun 
laboratoriya  rəhbəri  Rafiq  Həsənovun  özbaĢınalıqlarının 
müzakirəsi. Mən bura meskomu da dəvət eləmiĢəm. Axı əmək 
intizamını qorumaq birbaĢa onun iĢidir. Bu Rafiq nə rəhbərlik 
qanır,  nə  də  ki,  iĢ.  Vicdan  haqqı  kefi  istəyəndə  iĢə  gəlir, 
istəməyəndə    gəlmir.  Bax  budur  bu  adam  bir  həftədir  ki,  iĢdə 
yoxdur. SoruĢuram: hardadır? 
NATĠQ (yerindən) - Kefində! 
ATAZADƏ ( otağındakılara göz gəzdirərək) - Doğru deyir, 
kefindədi. Hara getdiyi məlum deyil. Balam, bu sektora gəldi-
gəlmədi,  vicdan  haqqı  bütün  iĢlərimizi  pozdu.  Təriflədik  ki, 
cavan  doktordu,  nə  bilim  filandı,  çıxartdıq  baĢımıza.  Ġndi  də 
ipini yığa bilmirik. 
SƏMƏD ( özünü saxlaya bilmir)- Siz ki, yaxĢı bilirsiniz, o 
Strasburqa Simpoziuma gedib. 


 
 145  
ATAZADƏ (hirslə) - Mən hələ sənə söz verməmiĢəm. 
SƏMƏD  (ona  fikir  verməyərək  ayağa  qalxır)  -  Mamed 
Cəliloviç, Siz bizdən soruĢursunuz ki, Rafiq müəllim hardadır. 
Mən  də  onun  laboratoriyasının  əməkdaĢı  kimi  Sizə  məlumat 
verirəm  ki,  o,  Fransanın  Strasburq  Ģəhərində  Beynəlxalq 
Simpoziumdadır.  bizim  bildiyimizə  görə  bu  barədə  o,  Sizə 
rəsmi  məlumat  verib.  Siz  isə  ona  Simpoziuma  getməyə  icazə 
verməmisiniz.  Simpoziumda  iĢtirak  etməyi  vacib  saydığından 
o,  Sizin  razılığınız  olmadan  ora  getdi  və  bax  iĢdən  çıxmaq 
barədə ərizəsini mənə verdi. Mən də fürsətdən istifadə edib, bu 
ərizəyə  özümünkünü  də  əlavə  edib,  Sizə  təqdim  edirəm. 
Laboratoriyanın o biri əməkdaĢları nə qərar qəbul edəcəklər, bu 
onların  öz  iĢləridir.  Yəqin  ki,  Ariflə  Aliyənin  də  ərizələri 
hazırdır (ərizələri Atazadənin stolu üzərinə qoyur). 
ATAZADƏ  -  Aidə,  bunun  dilinə  bax,  danıĢığına  bax!  A 
bala  Rafiq  səni  nə  tez  demaqoq  elədi.  Pah  atonnan.  Bu  dilsiz 
bir uĢaq idi. Ġndi gör necə dil-dil ötür. (oturanlara) Aydın oldu, 
lazım  gəlsə  hamısını  iĢdən  qovacam,  laboratoriyanı 
bağlayacam. 
MAHMUD  müəllim  (dözə  bilməyib  ayağa  qalxır)  -  Bura 
baxın, cənab müdir, bura sizin Ģəxsi obyektinizdi, yoxsa nədir? 
Bağlayacam,  qovacam.  Siz  burda  oturan  alimləri  nə  hesab 
edirsiniz?  Sizi  və  sizin  elmdə  çəkinizi  bu  insanlar  çox  yaxĢı 
bilir. Hansı yolla bu vəzifəni tutmusunuz, onu da yaxĢı bilirlər. 
BaĢımıza  da  bəlalar,  bilib,  danıĢmamaqdan  irəli  gəlir.  Siz 
Rafiqi  nə  hesab  edirsiniz  və  bayaqdan  onun  ünvanına 
hədyanlar  söyləyirsiniz?  O  bilirsiniznmi  kimdir?  O  sizin  kimi 
dayısına  söykənən  birisi  yox,  Azərbaycan  elminin  sabahıdır, 
gözüdür!    Səhərdən  yığmısınız  camaatı  bura.  Mən  də 
düĢünürdüm  ki,  görəsən  nə  vacib  məsələ  var.  (onu 
yamsılayaraq)  Rafiq  hardadır?  Rafiqin  harda  olduğunu  bütün 
Respublika  bilir,  Siz  bilmirsiz?  Onda  bura  nə  rəhbərlik 
edirsiniz? ĠĢin qızğın vaxtı camaatı iĢindən-gücündən edirsiniz? 
Budur Sizin elmi təĢkilatçılığınız? 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə