Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə45/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

 
 146  
Bu zaman Lalə hövlank otağa daxil olur. 
LALƏ- Mamed Cəliloviç, zavoddan mühəndis gəlib, təcili 
Sizi görmək istəyir. Deyir ki, Sizin təcrübi bazada ağır qəza baĢ 
verib.  Milisdən  də  müstəntiq  gəlib,  deyir  ki,  ölən  və  xəsarət 
alanlar var. Sizinlə təcili görüĢmək istəyir. 
SƏMƏD (Natiqə)- Bax bu da sənin iĢinin tətbiqi. Ġndi kef 
elə özünçün   
ATAZADƏ  (bir  qədər  özünü  itirir)-  YaxĢı,  de  bir  az 
gözləsinlər.(sonra  üzünü  Mahmud  müəllimə tutaraq)  Mahmud 
müəllim,  Siz    bilirsiniz  ki,  mənim  Sizə  böyük  hörmətim  var. 
Bu nə senzurasız sözlərdir, deyirsiz? 
MAHMUD  müəllim  (əsəbi  Ģəkildə)-  Düz  deyirsiniz! 
Dediklərim 
Sizin 
senzuradan, 
sektorda 
yaratdığınız 
agenturadan keçməyib. 
ATAZADƏ – Siz nə danıĢırsınız? Nə senzura, nə agentura? 
MAHMUD  müəllim  (təmkinlə)-  Senzura  haqda  özünüz 
dediniz, agenturanız barədə isə bütün kollektiv bilir. Kim kimi 
izləməli, kim kimin danıĢdıqlarını Sizə çatdırmalı, nə isə. Bunu 
hamı bilir. 
ATAZADƏ  (zorla  gülümsəyərək)-  Ay  yoldaĢlar.  Mən 
bunları  birinci  dəfədir  eĢidirəm.  Bəlkə  kimsə  mənim  adımdan 
belə ləyaqətsiz iĢləri təĢkil edib, mən bilmirəm. 
 MAHMUD müəllim (yenə təmkinlə)- Əgər belədirsə, onda 
Siz burda niyə oturmusunuz (onun kreslosuna iĢarə  edir)? Bir 
müəssisə  rəhbərinin  ki,  müəssisəsində  baĢ  verənlərdən  xəbəri 
yoxdursa, onda o, nə rəhbərdir? 
ATAZADƏ  (amiranə)-  Bilirsiniz,  Mahmud  müəllim, 
mənim  Sizə  çox  böyük  hörmətim  var.  Vicdan  haqqı.  Amma 
burda dedikləriniz məhkəməlikdir. Verərəm Sizi məhkəməyə. 
MAHMUD  müəllim  (yenə  təmkinlə)-  Böyük  məmuniy-
yətlə Sizinlə məhkəmədə çəkiĢərəm. Bax o zaman baxarıq. 
Lalə yenidən otağa daxil olur. 
LALƏ-  Mamed  Cəliloviç,  onlar  Sizi  təcili  görmək 
istəyirlər. Deyirlər ki, gözləyə bilmirlər. 


 
 147  
   Atazadənin  tamam  rəngi  qaçır,  ürəyini  tutur. 
Otaqdakılar mənalı-mənalı bir-birinin üzünə baxırlar. Natiq öz 
yerində narahatcasına qurcalanır. 
ATAZADƏ (Natiqə)- Natiq, iĢin müəllifi kimi  sən onlarla 
söhbət elə, mən də bu yığıncaqdan sonra söhbətə qatılaram. 
Natiq qorxa-qorxa otaqdan çıxır. 
MAHMUD  müəllim  (yanındakına)-  Bax  bu  da  oldu 
qurbanlıq quzu. Atazadə ideyalarının fədakar qurbanlığı. 
ATAZADƏ  (xeyli  yumĢaq  Ģəkildə)-  Hə,  məsələ  nə  yerdə 
qaldı?  Bəli,  mən  ona  necə  Ģərait  yaratmıĢam.  O  isə  iĢdən 
çıxmaq  haqda  ərizə  göndərib  mənə.  (ərizəyə  baxaraq)  Özü  də 
gör  nə  yazır.  Yazır  ki,  elmi  iĢ  aparmağa  normal  Ģərait 
olmadığından iĢdən  çıxır. Vicdan haqqı  mən belə ədalətsizlik, 
insafsızlıq görməmiĢəm. ƏĢi, səninçün biz nələr etməmiĢik... 
    İndi  o,  elə  danışır,  sanki  bir  neçə  dəqiqə  əvvəl  od 
püskürən sektor müdiri deyil. Bu zaman Aliyə qapıda görünür
ALĠYƏ –Mamed Cəliloviç, olarmı? 
ATAZADƏ  (sanki  yuxudan  ayılır)-  Ay  qız,  sən  hardan 
gəldin?  Niyə  iclasa  gecikirsən?  Vicdan  haqqı  bu  xarabada  bir 
nizam-intizam yarada bilmədik də. 
 MAHMUD  müəllim  (yanındakına)-  Onu  düz  deyir  ki, 
buranı xaraba qoyub. 
ALĠYƏ-  Üzr  istəyirəm,  Mamed  Cəliloviç,  gecikməyimin 
səbəbi var. 
ATAZADƏ- YaxĢı keç görək. (üzünü otaqdakılara tutaraq) 
Fikriniz  nədir?  Qoy  əvvəlcə  laboratoriyasının  əməkdaĢları  öz 
fikirlərini söyləsin. 
MAHMUD  müəllim  (yanındakına)-  Bu  baĢqalarının  əliylə 
Rafiqdən  qisas  almaq  istəyir.  Simpoziuma  o  gedib,  bu 
getməyib. Ġlanı Seyid Əhmədin əliylə tutmaq deyirlər buna. 
ATAZADƏ  –  Səməd  bayaqdan  yerində  dinc  otura 
bilmirdin.  Ġndi  dur  bizə  situasiyanı  aydınlaĢdır.  Sən  iĢdən 
çıxmaq üçün niyə ərizə yazmısan? Sənin də elmi iĢ aparmağa 
Ģəraitin yoxdur? 


 
 148  
SƏMƏD-  Əvvəla,  bizim  laboratoriyadan  burda  biz 
ikimizik,  Aliyə  və  mən.  Aliyə  Ģübhəsiz  ki,  öz  fikrini 
söyləyəcək. Ġkincisi, mən öz fikrimi bayaq dedim. Siz özünüz 
çox yaxĢı bilirsiniz ki, Rafiq müəllim Beynəlxalq Simpoziuma 
hazırlaĢırdı.  O,  həm  Sizə  və  həm  də  yerli  komitəyə  ərizə  ilə 
müraciət edib. (üzünü yerli komitə sədrinə yutaraq) Axı o Sizə 
rəsmi  müraciət  edib,  siz  niyə  danıĢmırsınız?  (Atazadəyə) 
Mamed Cəliloviç, o bu günü qabaqcadan görürdü və ona görə 
də  ərizə  və  digər  sənədləri  Ģəxsən  Sizə  dəftərxana  vasitəsilə 
göndərmiĢdi.  (üzünü  oturanlara  tutaraq).  YoldaĢlar,  Rafiq 
müəllim  Respublikamızda  yeganə  alimdir  ki,  Simpoziumdan 
Ģəxsi  dəvət  alıb  və  məruzəsi  plenar  iclasının  proqramına 
salınıb. Həqiqi elmlə məĢğul olanlar bunun nə demək olduğunu 
çox  yaxĢı  bilirlər.  Rafiq  müəllim  bizim  millətimizin, 
Respublikamızın adını çox-çox uzaqlarda tanıdır və ucaldır. 
ATAZADƏ-  Sən  özündən  danıĢ,  özündən.  Sən  niyə  ərizə 
yazmısan iĢdən çıxmağa? 
SƏMƏD-  Səmimi  desəm,  mən  elmi-tədqiqat  iĢinin  nə 
olduğunu,  onun  mahiyyətini  Rafiq  müəllimlə  iĢləməklə 
anladım.  Kortəbii  tədqiqatların  səmərəsizliyini  baĢa  düĢdüm. 
Mən qərara gəlmiĢəm ki, Rafiq müəllim harda olsa, həyatımın 
sonuna  kimi  onunla  birlikdə  çalıĢacağam.  Çünki  o,  mənə 
tədqiqatın fəlsəfəsini anlatdı. 
ATAZADƏ-  Deməli,  bizimlə  birgə  iĢdən  bir  Ģey  götürə 
bilmədin. Əgər belədirsə, bu sənin öz günahındır. 
SƏMƏD  (kinayə  ilə)-  Niyə,  götürdüm.  Xəbərçilik,  yalan-
çılıq, yaltaqlıq, saxtakarlıq nə bilim daha nə. Sizin aspirantların 
içərisində  mən  də  olmaqla  hələ  bir  nəfərinin  müdafiə  edə 
bilməməsi  çıxardığım  mühüm  nəticələrdəndir.  Aspirantura 
müddətində  mənim  dörd  dəfə  mövzumu  dəyiĢdiniz.  MəĢhur 
pedaqoqlardan  biri  deyir  ki,  müəllim  üçün  qaranlıq  olan  bilik 
sahəsi  Ģagird  üçün  zülmətdir.  Mən  sonra  baĢa  düĢdüm  ki, 
verdiyi  mövzunun  hardan  baĢlayıb  harda  qutaracağını  elmi 
rəhbər  aspirant  iĢə  baĢlamamıĢdan  əvvəl  bilməli  imiĢ.  Nə  isə 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə