Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

 
 149  
olan olub, keçən keçib. Siz soruĢdunuz, mən də cavab verdim. 
Bir  də  onu  deyim  ki,  çox  təəssüflər  olsun  ki,  bu  sektorda 
aparılan  elmi  iĢlərin  nəticələrinin  tətbiqləri  dövlətimizə  maddi 
ziyan vurmaqla, həm də insan tələfatına səbəb olur. Bunlardan 
növbətisi də Natiqin iĢidir.     
Hamı  duruxub  qalır.  Müdir  təlaş  içərisindədir.  Aliyə 
ayağa qalxır. 
ALĠYƏ  (həyəcanlı)-  YoldaĢlar,  mənə  indi  aydın  oldu  ki, 
bura niyə yığıĢmıĢıq. Ġ-nin ustünə nöqtə qoymaq üçün bugünkü 
qəzetlərdə dərc olunmuĢ məlumatı sizə oxuyum ( qəzeti açır və 
oxuyur).  Frans-Press 
informasiya  agentliyinə  istinadən 
AzərTac  Strasburqdan  xəbər  verir:  Bu  günün  sensasiyası 
Simpoziumda  gənc  Azərbaycan  alimi  Rafiq  Həsənovun 
məruzəsi olmuĢdur. O, mayelər üçün iĢlədiyi  yeni nəzəriyyəni 
simpozium  iĢtirakçılarının  müzakirəsinə  vermiĢdir.  Əvvəlki 
nəzəriyyənin  müəllifi  prof.ġterenberq  demiĢdir:  gənc 
Həsənovun  verdiyi  nəzəriyyədə  mənim  vaxtilə  nəzərdən 
qaçırdığım bir sıra amillər öz əksini tapmıĢdır və fundamental 
bir  nəzəriyyə  alınmıĢdır.  Bu  böyük  elmi  qələbədir.  Mən  gənc 
azərbaycanlı  alim,  doktor  Həsənovu  bu  böyük  qələbə 
münasibətilə təbrik edirəm. 
MAHMUD  müəllim  (ayağa  qalxaraq)-  Gəlin  biz  də  Rafiq 
müəllimi təbrik edək, yoldaĢlar! 
Hamı  ayağa  qalxıb  əl  çalır.  Atazadə  stolunun 
siyirməsində  dərman  çıxarıb  qəbul  edir.  Mahmud  müəllim 
sevinc  göz  yaşlarını  silir.  Lalə  qapını  açıb  təəccüblə  baxır  və 
tez qapını örtür.   
Aliyə  (sevincək)-  Mənim  bugünkü  iclasa  gecikməyimin 
səbəbi  də  bu  idi.  Qəzetlər  bu  gün  bizim  kioska  gec  gətirildi. 
Onu  gözləyirdim.  Axı  mən  bu  xəbəri  dünən  radiodan 
eĢitmiĢdim. 
SƏMƏD  (Aliyəyə)  -  Bu  iclasa  gecikməkdə  böyük  bir  Ģey 
itirməmisən. 


 
 150  
MAHMUD  müəllim  (amiranə  Ģəkildə)-  Ayıbdır  Məmməd 
müəllim, ayıbdır. 
SƏMƏD  (astadan  riĢxəndlə)  -  Məmməd  müəllim  yox, 
Mamed Cəliloviç. 
MAHMUD  müəllim  (sözünə  davam  edir)-  Bu  insanları 
iĢindən ayırıb vaxtını alırsınız, həm də mənəviyyata sığmayan 
yalan  məlumatlar  verirsiniz.  Siz  bu  kiçik  kollektivdə 
laboratoriyanı laboratoriyaya, qrupu qrupa qarĢı qoyub  parçala 
idarə  et  üsulu  ilə  iĢləyirsiniz.  Sektora  rəhbərlik  etdiyiniz 
vaxtdan  kollektivi  daima  gərgin  vəziyyətdə  saxlamağa 
çalıĢmısınız.  Lakin  buna  nail  ola  bilməmisiniz.  Bu  düzgün 
metod deyil, elmi müəssisə rəhbərinə, elm adamına yaraĢan iĢ 
deyil.  Özünüz  də  danıĢanda  qeyrətdən,  həqiqətdən,  millətdən 
dəm vurursunuz. AddımbaĢı vicdana and içirsiniz. Bir Ģair çox 
yaxĢı deyib: 
 
Xalq malını yeyənlərin, 
Yad paltarı geyənlərin, 
Vicdandan çox deyənlərin 
Birində vicdan görmədim. 
 
Gedin,  Sizi  polisdən  və  zavoddan  gələnlər  gözləyirlər. 
Bizim rəyimizi bilmək istəyirdin: biz Sizinlə iĢləmək istəmirik! 
 
PƏRDƏ 
 
S O N 
 
 
 


 
 151  
 
 
 
 
 

 
 
 
 
 
 
PUBLİSİSTİKA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 152  
Mənalı ömürdən məqamlar 
 
20  dekabr  1934-cü  ildə  Tovuz  rayonunun  Almalıtava 
kəndində  Qəzənfər  kiĢinin  ailəsində  bir  oğlan  uĢağı  dünyaya 
gəldi.  Adını  Yusif  qoydular.  Balaca  Yusif  dil  açan  vaxtdan 
ətrafdakıları sual yağıĢına tutmağa baĢladı:  
“Nə  üçün  gecə  və  gündüz  olur?  Yayda  nədən  isti,  qıĢda 
soyuq olur?” və s. Həmin suallar balaca Yusifi AğbaĢlar kənd 7 
illik    məktəbə  gətirib  çıxardı.  Ədəbiyyat  müəllimi  Cahangir 
müəllim ədəbiyyatı, fizika-riyaziyyat müəllimi Dəmir müəllim 
isə  tədris  etdiyi  fənləri  ona  sevdirməyə  çalıĢırdı.  Dəmir 
müəllim bu “mübarizə”də qalib gəldi. Belə ki, 7 illik məktəbi 
bitirən  zaman  yeniyetmə  Yusif  fizika-riyaziyyat  müəllimi 
olmaq  qərarına  gəldi.  Yusif  sənədlərini  yaĢadığı  yerə  daha 
yaxın  olan  Gəncə  Pedaqoji  Texnikumuna  verdi.  7  illik  təhsili 
əla  qiymətlərlə  bitirdiyindən  texnikuma  imtahansız  qəbul 
edildi.  
1954-cü  ildə  texnikumu  da  əla  qiymətlərlə  bitirən  gənc 
Yusif  sənədlərini  V.Ġ.Lenin  adına  APĠ-nin  fizika-riyaziyyat 
fakültəsinə  verdi  və  həmin  ildə  ora  imtahansız  daxil  oldu. 
1959-cu ildə Pedaqoji  Ġnstitutu adlı  təqaüdlə - Stalin təqaüdilə 
bitirərək Elmi ġuranın qərarı ilə institutda saxlanıldı. Ġnstitutda 
təhsil  alarkən  onun  elmə  marağı  bir  qədər  də  gücləndi  və  bu 
iĢdə  professor  A.Muxtarov  ona  xüsusi  kömək  göstərirdi.  O 
zaman  APĠ  fizikləri,  baĢda  professor  A.Abbaszadə  olmaqla, 
mayelər  fizikası  problemləri  ilə  məĢğul  idilər.  Lakin  gənc 
Yusif  Respublikada  yenicə  tədqiq  olunmağa  baĢlayan 
yarımkeçirici  maddələrlə  iĢləməyi  arzulayırdı.  Həmin  arzu  da 
onu  mərhum  akademik  Həsən  Abdullayevin  yanına  –
Azərbaycan  Elmlər  Akademiyasının  Fizika  Ġnstitutuna  gətirib 
çıxardı.  Akademik  H.Abdullayevlə  söhbətdən  dərhal  sonra  o, 
Fizika Ġnstitutuna iĢə qəbul olundu və əmək fəaliyyətinə kiçik 
elmi  iĢçi  vəzifəsindən  baĢlayaraq  6  aydan  sonra,  yəni  1960-cı 
ildə  institutun  aspiranturasına  daxil  oldu.  Gənc  Yusifin  elmə 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə