Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə47/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   44   45   46   47   48   49   50   51   52

 
 153  
olan böyük həvəsini nəzərə alaraq akademik H.Abdullayev onu 
bir  qrup  gənc  aspirantla  Moskva  Ģəhərinə  ezam  etdi.  Fizika 
Ġnstitutundan  ona  professor  V.Ġ.Ġverenovanın  yanına  getmək 
məsləhət  bilinmiĢdi.  Lakin  professor  A.Ġ.Kitayqorodskinin 
1959-cu  ildə  çap  olunan  “RentgenquruluĢ  təhlili”  kitabı  sanki 
onu  ofsunlamıĢdı.  Yusif  kristal  quruluĢunu  öyrənmək, 
kristolloqrafiya  problemləri  ilə  məĢğul  olmaq  arzusunda  idi. 
Məhz buna görə də SSRĠ Elmlər Akademiyasının Elementüzvü 
BirləĢmələr  Ġnstitutuna  gələrək  professor  A.Ġ.Kitayqorodskini 
tapdı.  Professorun  rəhbərliyi  altında  paradixlorbenzolda 
polimorf  çevrilmələrin  mexanizmini  araĢdırmağa  baĢladı  və 
nəticədə  elmə  o  vaxta  qədər  məlum  olmayan  bir  sıra  kəĢflər 
etdi.  O,  ilk  dəfə  olaraq  paradixlorbenzolda  quruluĢ 
çevrilmələrinin  monokristal-monokristal  tipini  müĢahidə  və 
müəyyən  etdi.  BaĢqa  sözlə  desək,  bir  monokristalın  daxilində 
baĢqa 
quruluĢlu 
monokristal 
yetiĢdirdi. 
Professor 
Ġ.A.Kitayqorodski özünün “Fizika mənim peĢəmdir” kitabında 
yazır:  “Mən  məzuniyyətə  getməzdən  əvvəl  aspirantım  Yusifi 
yanıma  çağırıb  dedim  ki,  sənin  dissertasiya  iĢin  baĢa  çatıb. 
Bircə  bərk  cisimlərdə  molekulyar  proseslərin  sürətinin  təkrar 
təcrübələr  zamanı  kiçildiyini  göstərmək  qalır.  Mən  özüm  də 
buna  əmin  idim.  Belə  ki,  həmin  proses  nəticəsində  Yusifin 
kristalları  xarab  olurdu.  Məzuniyyətdən  qayıtdıqdan  sonra 
Yusifə  yaxınlaĢıb  nəticələri  göstərməsini  istədim.  Qrafiklərə 
baxanda  əvvəlcə  onun  nəyisə  qarıĢdırdığını  sandım.  Çünki 
Yusif  aldığı  nəticələrə  görə  bu  sürət  maksimumdan  keçirdi. 
Doğrudan da sən demə bərk cisimlərdə molekulyar proseslərin 
sürəti  əvvəlcə  artır,  sonra  kiçilir.  Yusif  yeni  hadisə  kəĢf 
etmiĢdi.”  Yusif  Əsədovun  isə  belə  kəĢfləri  çoxdur.  Sonralar 
onun  öz  Ģagirdləri  ilə  birlikdə  müəyyən  etdiyi  ritmik,  pilləli, 
elastiki,  dendrit  böyümələr, kristallarda polimorf  çevrilmələrin 
sürətinin ossilyasiyası belə kəĢflərdəndir.  
Y.Əsədov 1964-cü ildə Azərbaycan Dövlət Universitetində 
“Пaradixlorbenzolda  polimorf  çevrilmələr”  adlı  namizədlik 


 
 154  
dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  edərək,  professor 
A.Kitayqordskinin  cidd-cəhdlərinə və təkliflərinə baxmayaraq, 
Moskvada  qalmayıb,  iĢləmək  üçün  yenidən  doğma  Fizika 
Ġnstitutuna  qayıtdı.  Molekulyar  kristallarda  tədqiqat  aparan 
Y.Əsədov  Fizika  Ġnstitutunda  artıq  bu  institutun  profilinə 
uyğun  olaraq  öz  gələcək  tədqiqat  iĢinin  planını  qurmalı  idi. 
Belə də oldu. O, bir qrup yarımkeçirici maddələrdə və onların 
mürəkkəb  birləĢmələrində  quruluĢ  çevrilmələrinin  mexaniz-
minin araĢdırılması ilə məĢğul olmağa baĢladı. Ġlk dəfə olaraq 
qırmızı monoklin selenin daxilində heksaqonal selenin dendrit 
böyüməsini  kəĢf  etdi.  Yarımkeçirici  birləĢmələrdə  kristal 
böyüməsinin  mexanizminin  araĢdırılması  bir  neçə  aspirant  və 
dissertantın  tədqiqat  mövzusu  oldu.  Və  bu  tədqiqatçılar 
müvəffəqiyyətlə  namizədlik  dissertasiyasını  müdafiə  etdilər. 
Yusif  müəllim  isə  1973-cü  ildə  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının Fizika Ġnstitutunda yenicə yaradılan “QuruluĢ 
və  quruluĢ  çevrilmələri”  laboratoriyasına  rəhbərlik  etməyə 
baĢladı.  O,  1979-cu  ildə  Azərbaycan  Dövlət  Universitetində 
“Qeyri-metal  kristallarda  polimorf  keçid  prosesində  kristal 
böyüməsinin  morfologiyası  və  kinetikasının  tədqiqi”  adlı 
doktorluq  dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  etdi. 
Doktorluq dissertasiyası müdafiəsindən sonra Yusif müəllimin 
elmi  fəaliyyətinin  məhsuldar  dövrünün  yeni  mərhələsi 
baĢlandı.  Onun  laboratoriyasında  Cu-Te,  Cu-S,  Cu-Se,  Ag-S, 
Ag-Se  sistem  birləĢmələrinin  monokristallarında  quruluĢ 
çevrilmələrinin 
xarakterinin, 
onun 
mexanizminin 
araĢdırılmasına  baĢlanıldı.  Onun  elmi  əsərlərini  elmi-
tədqiqatlar  baxımından  qabaqcıl  ölkələrin  –  ABġ,  Ġngiltərə, 
Fransa,  Yaponiya  və  baĢqa  ölkələrin  elmi  mərkəzlərində  
tanıyır  və  bu  əsərlərə  istinad  edirlər.  1985-ci  ildə  Y.Əsədov 
Nyu-York  Elmlər  Akademiyasının  üzvü  seçildi,  1990-cı  ildə 
isə  ABġ  Biblioqrafiya  Ġnstitutu  tərəfindən  dünyanın  5000 
adamı siyahısına daxil edildi. 


 
 155  
Yusif müəllimin əsərləri (200-dən artıq) müxtəlif ölkələrin 
elmi jurnallarında və məcmuələrində  çap olunmuĢdur. 1988-ci 
ildə  professor  elmi  adını  alan  Y.Əsədov  30-dan  artıq 
Beynəlxalq  konfransın  iĢtirakçısı    olmuĢ  və  həmin 
konfranslarda  müxtəlif  məruzələrlə  çıxıĢ  etmiĢdir.  Y.Əsədov 
Soros mükafatı laureatıdır. 
Y.Əsədov  1993-cü  ildə  quruluĢ  tədqiqatları  sahəsindəki 
iĢlərinə  görə  Beynəlxalq  Elm  Fondunun  qrantını  almıĢdır. 
Onun  28  yarımkeçirici  kristalda  aldığı  rentgendifraksiya 
tədqiqatlarının  nəticələri  ABġ-ın  Beynəlxalq  Difraksiya 
Mərkəzində  qeydə  alınmıĢ  və  ona  sertifikat  verilmiĢdir. 
Professor 
Y.Əsədov 
iki 
doktorluq 
dissertasiyasının 
məsləhətçisi  olmuĢ,  16  elmlər  namizədinə  rəhbərlik  etmiĢdir. 
Bu sətirlərin müəllifi də onun yetirmələri sırasındadır.   
O,  “Kristalloqrafiya  və  kristallofizika”  ixtisası  üzrə 
müdafiə  Ģurasının  sədr  müavini  olmaqla  elmi  kadrların 
yetiĢdirilməsində müstəsna rol oynamıĢdır.  
Yusif  müəllim  elmi  fəaliyyətlə  yanaĢı,  pedaqoji  iĢlə  də 
məĢğul  olur.  O,  müxtəlif  ali  məktəblərdə  dövlət  imtahan 
komissiyasının  sədri  olmuĢ,  qardaĢ  Türkiyənin  Qaradəniz 
Texniki  Universitetinin  müəllimlərinə  “RentgenquruluĢ 
təhlili”ndən  mühazirələr  oxumuĢdur.  O,  həm  də  elmin 
təĢkilatçısı  kimi  də  fəaliyyət  göstərir.  Belə  ki,  Yusif  müəllim 
Beynəlxalq Kristalloqrafiya Cəmiyyəti Fizika problemləri üzrə 
Koordinasiya  ġurasının,  AMEA-nın  Fizika  və  Astronomiya 
üzrə  Koordinasiya  ġurasının  üzvüdür.  Uzun  müddət 
Azərbaycan  Respublikası  Prezidenti  yanında  AAK-ın  Ekspert 
ġurasının üzvü olmuĢdur. 
73 yaĢlı professor Y.Əsədovun həyatda müəllifi olduğu Ģah 
əsərlər  isə  onun  övladlarıdır.  Oğlu  Fuad,  fizika-riyaziyyat 
elmləri  namizədi,  qızlarından  Fəridə  tibb  elmləri  namizədi, 
Səbinə isə fizikdir. Ailədə isə babanın ən qiymətli var-dövləti – 
altı nəvəsi böyüyür. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə