Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   44   45   46   47   48   49   50   51   52

 
 163  
Ģöbəsində  iĢlədiyi  dövrdə  onun  təvazökarlıq,  düzlük,  mənəvi 
saflıq  kimi  keyfiyyətləri  daha  qabarıq  Ģəkildə  özünü 
göstərməyə baĢladı.  
Hazırlıq  Ģöbəsində  pedaqoji  fəaliyyətlə  yanaĢı,  Rafiq 
müəllimi  elmi  iĢ  daha  çox  cəlb  edirdi.  Onun  Moskvada 
baĢladığı  tədqiqat  iĢlərini  davam  etdirmək,  həmin  iĢlərlə 
Azərbaycan  tələbələrini  tanıĢ  etmək  lazım  idi.  Ona  görə  də 
R.Yəhyayev  institut  rəhbərliyi  qarĢısında  APĠ-də  nəzəri  fizika 
kafedrası  yaradılması  təklifini  irəli  sürüb,  əsaslandırdı.  Onun 
ciddi  cəhdi  boĢa  çıxmadı,  institutda  nəzəri  fizika  kafedrası 
yaradıldı  və  onun  ilk  müdiri  də  dosent  R.Yəhyayev  seçildi. 
Həmin  vaxtdan  baĢlayaraq  o,  tələbələr  üçün  dərslik,  dərs 
vəsaitləri,  müəllimlər  üçün  metodiki  göstəriĢlər  yazmağa 
baĢladı. Rafiq müəllim  20-yə  yaxın  dərslik  və dərs vəsaitinin, 
50-yə  yaxın  elmi  əsərin  müəllifidir.  Onun  əsərləri  keçmiĢ 
SSRĠ-nin  və  dünyanın  ən  nüfuzlu  jurnallarında  çap 
olunmuĢdur. Onun yazdığı “Kvant mexanikasına giriĢ”, “Kvant 
mexanikasından  metodiki  göstəriĢ”,  “Nisbilik  nəzəriyyəsinin 
elementləri”,  “Bionika”,  “Mikroaləmin  sirləri”  və  b.  adlı 
kitabları bu gün də tələbələrin istifadəsindədir.  
R.Yəhyayevin  parlaq  elmi  pedaqoji  fəaliyyəti  Respublika 
Ali  və  orta  ixtisas  təhsili  nazirliyinin  (indiki  Təhsil  Nazirliyi) 
diqqətindən  yayınmadı.  1986-cı  ildə  o,  Naxçıvan  Dövlət 
Pedaqoji  institutuna  (indiki  Naxçıvan  Dövlət  Universiteti) 
tədris iĢləri üzrə prorektor vəzifəsinə təyin olundu. Naxçıvanda 
da  Rafiq  müəllim  institut  kollektivinin,  eləcə  də  Naxçıvan 
camaatının  hörmətini  qazandı.  O,  Naxçıvan  Ali  Məclisinə 
deputat  seçildi.  SSRĠ  Ali  Attestasiya  Komissiyası  isə  ona 
doktorluq dissertasiyası müdafiə etmədən professor adını verdi. 
Naxçıvan  pedaqoji  institutunun  o  vaxtkı  rektoru,  professor 
Ġ.Cəfərov  və  professor  R.Yəhyayevin  birgə  səyi  nəticəsində 
NPĠ,  Naxçıvan  Universitetinə  çevrildi.  Bu  çevrilmə  baĢqa  ali 
məktəblərdə  olduğu  kimi  formal  xarakter  daĢımırdı.  Belə  ki, 
yeni  universitetdə  yeni  Ģöbələr,  müxtəlif  ixtisaslar  üzrə 


 
 164  
fakültələr  açıldı.  Naxçıvan  ziyalıları  bu  iki  Azərbaycan 
ziyalısının, aliminin o vaxtkı fəaliyyətini məmnunluqla indi də 
xatırlayırlar.  
1990-cı  ildə  R.Yəhyayev  Azərbaycan  Təhsil  Nazirliyinin 
ali  təhsil  idarəsinə  baĢ  inspektor  vəzifəsinə  köçürüldü.  Qısa 
aradan sonra professor R.Yəhyayev həmin idarənin  rəisi təyin 
edildi.  
Azərbaycan  ali  təhsil  sisteminə  dərindən  bələd  olan 
R.Yəhyayev nazirlik üçün, bu idarə üçün bir tapıntı idi. Lakin 
amansız əcəl bu gözəl alimə, mahir pedaqoqa, hər Ģeydən əvvəl 
iĢıqlı  insana  bu  vəzifədə  öz  istedadını  göstərməyə  macal 
vermədi. 27 noyabr 1992-ci ildə vaxtsız əcəl onu əzizlərindən, 
dostlarından,  sevimli  peĢəsi  və  tələbələrindən  amansızcasına 
ayırdı.  Ġlin  payız  fəslində  dünyaya  gələn  qiymətli  dostumuz 
Rafiq elə payızda da bu dünyanı tərk etdi.  
Mən  də  elə  o  vaxtdan  ürəyimin  ağrısını  dost  itkisindən 
inləyən misralara köçürdüm: 
 
...Çəkinərdi səndən yolun azanlar
Əyri yaza-yaza düzü pozanlar; 
ĠĢığına toplaĢardı insanlar – 
Çoxlarını gətirirdin “dinə”, sən. 
 
Düz sözünü söyləyərdin birbaĢa, 
Haqq yolunda giriĢərdin savaĢa; 
Arxa idin daim qohum-qardaĢa, 
Dostlar üçün önə çıxan sinə, sən. 
 
Zalım əcəl elə öz iĢindədir 
Pisi qoyub, yaxĢının peĢindədir; 
Dirilər var, Vallah ölü gündədir
YaĢayırsan ürəklərdə yenə, sən... 
 
Allah sənə rəhmət eləsin, əzizim! 


 
 165  
NURLU İNSAN 
 
Ölümündən  sonra  onun  haqqında  yazmaq,  Ģirin  xatirələri 
dilə  gətirmək  mənim  üçün  çox  ağırdır.  Ömrümdə  ağlıma 
gəlməzdi ki, mən onun haqqında onsuz xatirə yazacağam, onu 
son  mənzilə  yola  salacağam.  ġairlər  diyarında  dünyaya  göz 
açıb  avtomatika  və  telemexanika  sahəsində  dünyada  tanınmıĢ 
alim  oldu.  Dinimizin  peyğəmbəri  Həzrəti  Məhəmməd  qədər, 
cəmisi 63 il yaĢadı. ġərəfli bir ömür sürdü. 
Söhbət  texnika  elmləri  doktoru,  professor,  əməkdar  elm 
xadimi,  Lütfizadə  adına  Beynəlxalq  Müasir  Elmlər 
Akademiyasının  həqiqi  üzvi  Ġsa  Mədəd  oğlu  Abdullayevdən 
gedir. 
Ġ.Abdullayev  1945-ci  ilin  12  aprelində  Qazax  rayonunda 
dünyaya gəlmiĢdi. O, orta məktəbi qızıl medalla, M.Əzizbəyov 
adına  Neft  və  Kimya  Ġnstitutunu  (indiki  ADNA  )  fərqlənmə 
diplomu ilə bitirdikdən sonra Ġnstitut Elmi ġurasının qərarı ilə 
aspiranturada  saxlanıldı.  O,  1973-cü  ildə  namizədlik,  1992-ci 
ildə  isə  müvəffəqiyyətlə  doktorluq  dissertasiyası  müdafiə  etdi. 
1963-cü  ildə  keçmiĢ  M.  Kalinin  adına  “Teleaparatura  və 
avtomatika  cihazları”  zavodunda  çilingər  kimi  əmək 
fəaliyyətinə  baĢlayan  Ġ.Abdullayevin  1969-cu  ildən  bütün 
həyatı Azərbaycan Neft Akademiyası ilə bağlı olmuĢdur. Neft 
Akademiyasında  həmiĢə  sayılıb  seçilən  alimlərdən  olan  Ġsa 
müəllim  1991-1996-cı  illərdə  “Avtomatika,  telemexanika  və 
elektronika”  kafedrasına,  1993-2003-cü  illərdə  “Ġstehsalat 
proseslərinin  avtomatlaĢdırılması”  fakültəsinə  rəhbərlik  etmiĢ, 
2003-cü  ildən  ömrünün  sonuna  kimi  “Biotexniki  və  tibbi 
cihazlar” kafedrasının müdiri vəzifəsində çalıĢmıĢdır. 
Çox  böyük  alim,  milli  sərvətimiz  idi  Ġsa  müəllim.  O, 
kompüter  texnikasının  informasiya-ölçmə  vasitələrində  geniĢ 
tətbiqi  və  bunun  əsasında  müasir  ölçmə-hesablama 
sistemlərinin  yaradılması  sahəsində  ilk  tədqiqat  aparan 
alimlərimizdən idi. Ġ.Abdullayevin apardığı elmi-tədqiqat iĢləri 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə