Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə51/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   44   45   46   47   48   49   50   51   52

 
 166  
həmiĢə  xarici  ölkə  alimlərinin  diqqət  mərkəzində  olmuĢdur. 
Onun  1979-1980-ci  tədris  ilində  ABġ-ın  Pensilvaniya 
Universitetinə,  1986-1987-ci  tədris  ilində  isə  Çin  Xalq 
Respublikasının Xarbin Texniki Universitetinə ezam olunması 
da  məhz  bu  maraqla  bağlı  idi.  Xarici  ölkə  alimləri  ilə  birgə 
təcrübələr Ġsa müəllimin elmi-tədqiqat fəaliyyətini bir qədər də 
gücləndirmiĢ,  elmi  iĢlərin  səmərəliliyini  yüksəltmiĢdir.  Onun 
nəzəri  elmi  nəticələri  informasiya-ölçmə  sistemlərinin 
optimallaĢdırılması,  siqnalların  rəqəmli  emalı,  ölçmə 
informasiyasının  təshihedici  süzülməsi,  sənaye  sınaqlarının  və 
elmi  eksperimentin  avtomatlaĢdırılması,  diskret  istehsalda 
məhsulun  keyfiyyətinə  nəzarət  və  diaqnostika  istiqamətlərini 
əhatə  edir.  Ġ.Abdullayev  çap  olunmuĢ  130  elmi  əsərin,  o 
cümlədən üç monoqrafiya, 50 məqalə, 48 məruzə, 26 müəlliflik 
Ģəhadətnaməsi  və  patentin  müəllifidir.  12  əsəri  ingilis  dilinə 
tərcümə olunub çap edilmiĢdir. Sahənin tanınmıĢ alimləri onun 
əsərlərinə istinad edir, Ġ.Abdullayevdən sitatlar gətirirdilər. 
Ġ.Abdullayev  böyük  bir  elmi  məktəb  yaratmıĢdır.  Onun 
rəhbərliyi altında 21 elmlər namizədi hazırlanmıĢdır. Onun elm 
qarĢısında 
xidmətləri 
dövlətimiz 
tərəfindən 
yüksək 
qiymətləndirilmiĢ  və  2000-ci  ildə  Ölkə  Prezidentinin  fərmanı 
ilə “Əməkdar Elm xadimi” fəxri adına layiq görülmüĢdür.  
Ġ.Abdullayev  ustad  müəllim  idi.  Azərbaycan  və  rus 
dillərində tələbələrə ixtisas fənlərindən mühazirələr oxuyan Ġsa 
müəllim  2000-ci  ildə  ABġ-ın  Corgiya  Univerisitetində  ixtisas 
artırma  kurslarını  keçdikdən  sonra  ingilis  dilində  də 
mühazirələr  oxumağa  baĢladı.  Ġstər  kafedra  müdiri,  istərsə  də 
fakültə  dekanı  vəzifələrində  çalıĢanda  o,  tələbələrinin  xüsusi 
qayğısına qalırdı. YaxĢı yadımdadır, bir dəfə dekanlıqda, onun 
otağında oturmuĢduq. Qrup nümayəndəsi  gəldi. Nə danıĢdılar, 
fikir vermədim. Sonra  Ġsa müəllimin qrup nümayəndəsinə pul 
verdiyini gördüm və zarafatla: Sizdə baĢqa instiutlardan fərqli 
olaraq  deyəsən  tələbə  müəllimdən  rüĢvət  alır  -  dedim.  O  isə 
mənə belə cavab verdi: “Yox qadan alım, bu oğlanın qrupunda 


 
 167  
bir tələbə var, imtahandan kəsildiyinə görə valideynləri ona pul 
göndərmir. Mən özüm pul təklif etsəm də, o tələbə götürmədi. 
Qrup  nümayəndəsi  vasitəsilə  verirəm  ki,  qoy  elə  bilsin  ki,  bu 
pulu yoldaĢları təĢkil ediblər. Neyləyim. Acından öləsi deyil ki, 
bu uĢaq. Gərək çalıĢıb bu semestr imtahanları  yaxĢı versin ki, 
valideynləri də onunla barıĢsınlar”. O istedadlı tələbələrə daima 
qayğı göstərir, onları nəzarətə götürüb elmə yönəldirdi və yaxĢı 
bilirdi  millətin  xoĢbəxt  gələcəyi  elmin  inkiĢafı  ilə  birbaĢa 
bağlıdır. Bax belə qayğıkeĢ, mehriban, tələbələrin sevimlisi idi 
Ġsa müəllim! 
Poeziyanı-Sabiri,  Cavidi  yaman  sevirdi.  Onlardan  tez-tez 
sitatlar  gətirirdi.  Sabir  yaradıcılığına  demək  olar  ki,  əməlli-
baĢlı  bələd  idi.  Bir  dəfə  bunun  nə  səbəbdən  olduğunu 
soruĢdum.  Sən  demə  onun  dayısı  mərhum  filoloq,  professor 
M.Məmmədov M.Ə.Sabirin “Hophopnamə” sini tərtib edib çap 
etdirərkən 
mətbəədə 
yığılan 
Ģerlərin 
bir 
hissəsinin 
korrekturasını  gənc  Ġsa  edərmiĢ.  O  vaxt  o,  Neft  və  Kimya 
instutunun  tələbəsi  imiĢ.  Ġti  zəkaya,  güclü  yaddaĢa  malik  olan 
bu  gənc  həm  də  həmin  Ģeirləri  əzbərləyirmiĢ.  Ġ.Abdullayev 
S.Vurğundan, O.Sarivəllidən və baĢqa Ģairlərdən o qədər Ģeirlər 
əzbərdən bilirdi ki .... 
O,  sözün  əsl  mənasında  hərtərəfli  inkiĢaf  etmiĢ, 
ensiklopedik biliyə malik bir insan idi. Hansı mövzuda söhbət 
açılırdısa da, orda Ġsa müəllimin sözü vardı. 
Ġ.Abdullayev  çox  gözəl  insan  idi.  Sözün  əsl  mənasında 
insan!  O,  bir  vaxt  Neft  və  Kimya  institut  kimi  nüfuzlu  ali 
məktəbin  partiya  komitəsinin  katibi  vəzifəsində  iĢlədi.  Sovet 
dövründə  həmin  vəzifəni  tutan  Ģəxs  ali  məktəbdə  rektordan 
sonra ikinci  Ģəxs demək idi. Biz dostlar, qonĢular, tanıĢlar  Ġsa 
müəllimin  bu  vəzifə  ilə  bağlı  insanlığında  əsla  dəyiĢiklik  hiss 
etmədik.  Elə  əvvəlki  Ġsa  idi.  AxĢamlar  qonĢularla  birlikdə 
həyətə  yığıĢar,  söhbət  edər,  domino  və  ya  nərd  oynayardıq. 
Böyüklüyü  qədər  də  sadə  idi  Ġsa  müəllim.  Bir  kəsin  ürəyinə 
toxunub  qəlbini  qırmazdı.  Millətini,  xalqını  sevən  idi.  Məhz 


 
 168  
onun  iĢtirakı  ilə  biz  xarici  ölkələrdə  iĢləmiĢ  Azərbaycan 
mütəxəssislərinin  “Körpü”  cəmiyyətini  yaratdıq  və  sonra 
həmin 
cəmiyyət 
Dünya 
azərbaycanlılarının 
“Körpü” 
cəmiyyətinə  çevrildi.  Ġsa  müəllim  həmin  cəmiyyətin  vitse-
prezidenti  idi.  O,  dünya  azərbaycanlılarının  birliyi,  həmrəyliyi 
uğrunda yorulmadan çalıĢan əsil vətəndaĢ-alim idi. 
Xarici ölkələrin birində cərrahi əməliyyat olunduqdan sonra 
məhəllədə  görüĢdük.  Hal-əhvalını  soruĢdum.  Cavabında  dedi 
ki,  məsələ  çox  ciddidir.  “Cərrah  əməliyyatdan  əvvəl  oğlumla 
görüĢmək  istədi.  Mən  isə  ona  dedim  ki,  doktor,  mən  həyatın 
hər üzünü görmüĢəm və bu dünyanın sonunu da bilir və qəbul 
edirəm. Oğlum hələ uĢaqdır, onunla yox, mənimlə açıq danıĢın, 
qoy  oğlum  bilməsin.  Həkim  mənə  hər  Ģeyi  dedi.  Mən  bütün 
məsuliyyəti  öz  üzərimə  götürüb  cərrahi  əməliyyata  getdim. 
Allah kərimdir”. Bu  Ġsa  müəllimin sözləri  idi. Ölümün  üstünə 
kiĢi  kimi  cəsarətlə  gedən  təbiətən  zərif,  bu  dəmir  iradəli, 
qorxmaz insan böyük düĢüncə, əməl sahibi idi. 
 Deyirlər  ki,  ölümündən  bir  qədər  əvvəl  bağ  evində  halı 
xarab olubmuĢ. Həyat yoldaĢı AiĢə xanım və qızı Aygün onun 
bu  vəziyyətini  görüb  hay-haray  salmağa  baĢlayıblar.  Ġsa 
danıĢmağa 
halı 
olmadığından 
barmağını 
dodaqlarına 
yaxınlaĢdırıb  “susun”  iĢarəsini  verib.  Bununla  o,  qonĢuları 
narahat  etməməyi  ailəsindən  istəyib.  Bəli  o,  ölüm  ayağında 
belə heç kəsi narahat etməyə razı olmayan böyük bir insan idi.  
Həyatda  öz  sözü,  öz  mövqeyi,  elmdə  öz  izi,  öz  məktəbi 
olan  prof.  Ġ.Abdullayev  insanlığı  qədər  alim,  alimliyi  qədər 
insan  idi.  Onun  alimliyi  insanlığını,  insanlığı  isə  alimliyini 
tamamlayırdı. 
Ġnsan  ömrü  bir  səfər,  həyat  isə  əvvəli,  axırı  görünməyən 
uzun  bir  yoldur.  Ġsa  müəllim  bu  yolda  öz  səfərini  Ģərəflə, 
ləyaqətlə  baĢa  vurdu.  Bu  dünyada  övladlarına  müqəddəs  and 
yeri,  Ģagirdlərə  elm  məbədi  və  çoxlu  əsərlər,  özünə  isə 
“rəhmət”lə yad edilən abidə qoyub getdi. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə