Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   44   45   46   47   48   49   50   51   52

 
 160  
ocağına  rəhbərlik  edən  Nəriman  Hüseynovun  böyük  əməyi 
vardır. O, direktorluğa sıravi müəllimlikdən qətrə-qətrə, damla-
damla təcrübə toplayaraq, idarəetmə elminin sirlərinə yiyələnə-
yiyələnə, adamların psixologiyasına bələd ola-ola gəlmiĢdir”. 
Nəriman  müəllim  məktəb  direktoru  iĢlədiyi  müddətdə 
5000-dən artıq  Ģagird məktəbi  bitirmiĢdir. Həmin dövrdə ayrı-
ayrı fənlərin öyrənilməsində xüsusi müvəffəqiyyətlərə görə 310 
Ģagird fəxri fərman və diplomlarla təltif olunmuĢdur. O, böyük 
alimlər  ordusunun  ilk  müəllimi  olmiĢdur.  Azərbaycan  MEA-
nın  müxbir  üzvü  M.Tağıyev,  texnika  elmləri  doktoru 
Ġ.Babayev, hüquq elmləri doktoru A.KiĢiyev, biologiya elmləri 
doktoru  M.Fətullayev,  tibb  elmləri  doktoru  E.Babayev, 
filologiya elmləri doktoru Y.Babayev, fizika-riyaziyyat elmləri 
namizədləri F.Məmmədov, G.Aslanlı və onlarca baĢqaları onun 
Ģagirdləri  olmuĢlar.  Bu  sətirlərin  müəllifi  də  onların 
sırasındadır. Orta məktəbin  I-IV sinif Ģagirdləri üçün  yazılmıĢ 
riyazıyyat  dərsliyinin  müəlliflərindən  biri  V.Məmmədov  da 
məhz onun Ģagirdlərindəndir. 
N.Hüseynov  Azərbaycan  müəllimlərinin  üç  qurultayının 
(1976, 1987, 1998-ci illər) nümayəndəsidir. Onun müəllimliyi, 
pedaqoji kollektivə rəhbərlik təcrübəsi  Respublikamızın  bütün 
gənc müəllimləri və məktəb direktorları üçün örnək, sözün əsl 
mənasında bir universitetdir. Məncə, Nəriman müəllimin həyat 
və  iĢ  təcrübəsini  öyrənmək  və  geniĢ  yaymaq,  Azərbaycan 
maarifinin yalnız inkiĢafına xidmət edər. Bu maarif  fədaisinin 
ziyası hələ çox güclüdür. Ondan faydalanmaq gərəkdir.  
Azərbaycan 
maarifçiliyinin 
canlı 
salnaməsi 
olan 
N.Hüseynovun  5  övladı,      14  nəvəsi  və  7  nəticəsi  vardır.  O, 
inamla ömrünün səkkizinci onluğunu tamamlayıb, doqquzuncu 
onluğu  xırdalamağa  doğru  irəliləyir.  Onun  uğurları 
yetərincədir. Mən bu yolda ona can sağlığı arzulayıram! 
 
 


 
 161  
Görkəmli alim 
 
Onun  adı  çəkiləndə  tanıyanların  üzündə  xoĢ  ifadəylə 
yanaĢı, dərin təəssüf dolu hüzn də sezilir. Axı yaxınları – ailəsi, 
bacı-qardaĢları,  dost  və  tanıĢlar  onu  vaxtsız  itirmiĢdilər.  O, 
gözəl  oğul,  istəkli  ər,  qayğıkeĢ  ata,  mehriban  qardaĢ,  istiqanlı 
qohum,  sədaqətli  dost  idi.  O,  görkəmli  alim-pedaqoq, 
ölkəmizdə təhsilin bilicisi və təĢkilatçılarından idi. 
 21  sentyabr  1940-cı  ildə  Cəbrayıl  rayonunun  Əfəndilər 
kəndində dünyaya göz açmıĢdı Rafiq ġamil oğlu Yəhyayev. Bu 
həmin Əfəndilər kəndidir ki, dünya Ģöhrətli riyaziyyatçı ƏĢrəf 
Hüseynova  da  doğma  ocaq  olmuĢdur.  Rafiq  elə  ƏĢrəf 
müəllimin  bacısı  oğlu  idi.  Atalar  yaxĢı  deyib  ki,  “Qoç  igid 
dayısına oxĢayar”. Bu atalar misalı R.Yəhyayevin taleyində öz 
təsdiqini tapdı. 
Əfəndilər  kəndinin  təbiətinin  füsunkar  gözəlliyini  Tanrı 
sanki  Rafiqin  xasiyyətinə  köçürmüĢdü.  Ġnsanları  sevmək, 
onlara qayğı ilə yanaĢmaq, düzlük və saflıq, millətə, Vətənə və 
dosta sədaqət onun qanında, canında idi. O, öz ətrafına, adına 
uyğun rəfiq-dost idi. Onun dünyaya gəliĢi ailəyə - ġamil kiĢiyə, 
ġahlıq  xanıma  böyük  sevinc  və  xoĢbəxtlik  gətirmiĢdir.    Rafiq 
ailədə ikinci övlad olsa da, ġamil kiĢi sonralar onu övladlarının 
böyüyü,  ağsaqqalı  kimi  gördü.  Rafiq  də  öz  növbəsində 
qardaĢları Faiq, Vahid və Zahidi, bacısı Xalidəni canından artıq 
sevərək əzizlədi, qayğılarına qaldı. 
Onun tale yolu ġükürbəyli kənd orta məktəbindən baĢladı. 
Həmin  məktəbi  1957-ci  ildə  əla  qiymətlərlə  bitirib  həmin 
ildəcə  S.M.Kirov  adına  Azərbaycan  Dövlət  Universitetinə 
(indiki BDU) daxil oldu və oranı da 1962-ci ildə böyük uğurla 
bitirdi.  Həmin  uğur  onu  M.Lomonosov  adına  Moskva  Dövlət 
Universitetinin  aspiranturasına  aparıb  çıxardı.  Moskva  mühiti, 
böyük Sovet alimləri ilə ünsiyyət onun dünyagörüĢündə böyük 
bir  inqilab  etdi.  Dünyada  məĢhur  nəzəriyyəçi  professor 
A.A.Sokolovun  rəhbərlik  etdiyi  nəzəri  fizika  kafedrasında 


 
 162  
aspirant  olan  gənc  Rafiq  ciddi  elmi-tədqiqat  iĢlərilə  məĢğul 
olmağa  baĢladı.  Professor  A.Sokolov  və  B.Kərimovun 
bilavasitə  rəhbərliyi  altında  dissertasiya  iĢi  icra  edən 
R.Yəhyayev  elementar  zərrəciklərin  elektromaqnit  və  zəif 
qarĢılıqlı təsirlə sərtlənən proseslərin tədqiqi problemi üzərində 
iĢləyərkən  bir  çox  prosesin  differensial  və  tam  kəsiklərini 
hesablamıĢ,  onların  xarakterik  xüsusiyyətlərini  öyrənmiĢ  və 
təcrübədə yoxlamaq üçün birbaĢa reseptlər təklif etmiĢdir.  
Xüsusi  halda  o,  leptonların  protondan  elastiki  və  qeyri-
elastiki  səpilmə  proseslərini  neytrino  və  anti  neytrinonun 
elektrondan səpilmə proseslərini və bu kimi maraqlı, təcrübədə 
yoxlanıla bilən və ona görə də dünya alimlərinin diqqətini cəlb 
edən nəticələr almıĢdır.  
R.Yəhyayev  1965-ci  ildə  namizədlik  dissertasiyasını 
müvəffəqiyyətlə  müdafiə  edərək  fizika-riyaziyyat  elmləri 
namizədi alimlik dərəcəsi almıĢdır.  
Alimlik dərəcəsini aldıqdan sonra o, Bakıya qayıtmıĢ və bir 
müddət  Azərbaycan  EA  ġamaxı  Astrofizika  rəsədxanasında 
elmi  iĢçi  kimi  çalıĢmıĢdır.  Rəsədxanada  iĢlədiyi  müddətdə 
Moskva  Universitetində  qazandığı  biliyi  ali  məktəblərdə 
yetiĢən  gənc  mütəxəssislərlə  bölüĢmək,  öz  biliyini  gələcək 
nəsilə estafet kimi ötürmək arzusu onu rahat buraxmırdı. Məhz 
buna görə də o, 1967-ci ildə müsabiqə yolu ilə V.Ġ.Lenin adına 
APĠ-nin  (indiki  ADPU)  ümumi  fizika  və  astronomiya 
kafedrasına  baĢ  müəllim  vəzifəsinə  seçildi.  Ġnstitutda  iĢlədiyi 
müddətdə  tələbələrlə  yorulmadan  iĢləyərək  yenilikçi  müəllim 
adını  qazanmıĢdı.  Mən  əminəm  ki,  o  vaxt  tələbələrə  “sevimli 
müəllimləriniz  kimdir?”  sualı  ilə  müraciət  olunsaydı,  onlar 
sevimli müəllimləri sırasında Rafiq müəllimin də adını çəkərdi. 
Onu  institutun  tələbə-müəllim  kollektivi  çox  sevirdi.  Məhz 
buna görə də APĠ-nin o vaxtki rəhbərliyi Rafiq müəllimi yenicə 
açılmıĢ  hazırlıq  Ģöbəsinə  müdir  vəzifəsinə  təyin  etdi.  Rafiq 
müəllim  hazırlıq  Ģöbəsinin  fundamentini  qoyaraq,  ali  məktəb 
hazırlıq  Ģöbələri  arasında  birinci  yerə  çıxardı.  Hazırlıq 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə