Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   44   45   46   47   48   49   50   51   52

 
 156  
Bir də Yusif müəllimin elm yolunda inamla irəliləməsində 
ömür-gün  yoldaĢı  Solmaz  xanımın  müstəsna  rolu  olmuĢdur. 
Solmaz  xanım  ailəsinin  bütün  çətinliklərinə  dözəcəyinə  (elm 
axı  cəfasız olmur!)  Yusif müəllimi əmin etdikdən sonra o, bu 
yolu keçmək qərarına gəlmiĢdi. 
O, bu gün də inamla çalıĢır, iĢləyir, qoyduğu problemi həll 
etməklə məĢğuldur. Arada bir  rəssamlıqla da məĢğul  olur. Bu 
da  onun  hobbisidir.  Ürəkdən  can  atdığı  yer  isə  labora-
toriyasıdır.  Axı  orada  onu  doktorant  və  aspirantları  gözləyir. 
Ġrəlidə isə neçə-neçə namizədlik və doktorluq iĢləri var. 
Uğur olsun Yusif müəllim! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 157  
Böyük müəllim, istedadlı təhsil təşkilatçısı 
 
Onu  Boradigah  onbirillik  məktəbinə  direktor  vəzifəsinə 
təyin  edəndə  çox  cavan  idi,  otuz  üç  yaĢı  vardı.  Lakin  gənc 
olmasına  baxmayaraq  çox  təcrübəli  idi.  Hələ  21  yaĢında  ikən 
həmin  məktəbdə  direktor  müavini  vəzifəsində  çalıĢmıĢdı.  O, 
məktəbə direktor təyin olunandan sonra ora yeni nəfəs, ab-hava 
gətirdi.  Mən  o  zaman  doqquzuncu  sinifdə  oxuyurdum.  Ġndi 
həvəslə  danıĢdığımız  məktəb  islahatlarını,  Ģagird-müəllim 
münasibətlərində  demokratiya  cücərtilərini  məhz  o,  direktor 
təyin  olunduqdan  sonra  məktəbimizə  gətirdi.  Söhbət  Masallı 
rayonu Boradigah qəsəbəsi 1 saylı orta məktəbin direktoru, ali 
kateqoriyalı  dil-ədəbiyyat  müəllimi,  Respublikanın  Əməkdar 
müəllimi Nəriman Muxtar oğlu Hüseynovdan gedir. 
Nəriman müəllim 1 iyul 1928-ci ildə anadan olmuĢ, 1945-
ci  ildə  orta  məktəbi  bitirmiĢdir.  Sanki  müəllim  doğulmuĢdur. 
Orta məktəbin 10-cu sinfində oxuyarkən ikinci növbədə birinci 
sinif  Ģagirdlərinə  dərs  deyirdi.  Ona  görə  də  orta  məktəb 
məzunu  olan  gənc  Nəriman  demək  olar  ki,  özünün  gələcək 
yolunu, peĢəsini seçmiĢdi. 
Əlbəttə,  o,  məktəbi  bitirən  ili  II  Dünya  SavaĢı  yenicə 
bitmiĢdi  və  ölkəmizdə  müxtəlif  peĢə  sahiblərinə,  o  cümlədən 
müəllimlərə  də  böyük  ehtiyac  vardı.  Lakin  kənd  təsərrüfatını 
inkiĢaf  etdirmədən  o  vaxt  baĢ  verən  kütləvi  aclığın  qarĢısını 
almaq  olmazdı.  Məhz  buna  görə  Masallı  rayon  Partiya 
Komitəsinin o vaxtkı II katibi Zəfər Məmmədov orta məktəbin 
1945-ci  il  buraxılıĢının  məzunlarını  bir  yerə  toplayıb,  onlara 
kənd  təsərrüfatı  sahəsində  təhsil  almağı  tövsiyə  etdi.  Lakin 
gənc  Nərimanın  atası  Muxtar  kiĢinin  fikri  baĢqa  cür  idi.  O, 
oğlunun katiblə görüĢündən aldığı təəssüratı bölüĢdükdən sonra 
dedi:  “Oğlum,  bizim  bu  gün  maddiyatdan  çox,  saf,  təmiz 
mənəviyyata  ehtiyacımız  var.  DəhĢətli  müharibə  dövründə 
mənəvi cəhətdən sarsılmıĢ insanları təhsillə, maarifləndirməklə 
ayağa qaldırmaq olar. Mən səni müəllim görmək istəyirəm”. 


 
 158  
Onsuz da gənc Nəriman öz seçimini etmiĢdi. Lakin atasının 
dediyi  sözlər  onda  seçiminin  düzlüyünə  inamı  bir  qədər  də 
gücləndirdi  və  bu  inam  onu  keçmiĢ  V.Ġ.Lenin  adına  APĠ-nin 
(indiki ADPU) dil-ədəbiyyat  fakültəsinə gətirib çıxardı. Təhsil 
illərində akademiklər H.Araslı, M.Mehdizadə, Ə.Dəmirçizadə, 
professorlar 
Ə.Sultanlı, 
Ə.Seyidov 
və 
baĢqa 
elm 
nəhənglərindən  bəhrələnən  gənc  Nəriman  təhsilini  baĢa 
vurduqdan  sonra  doğma  kəndinə  qayıdaraq  gənc  nəslin  təlim-
tərbiyəsilə məĢğul olmağa baĢladı. Ġnstitutu bitirmək ərəfəsində 
dilçi-alim Zeynal Hacızadə rektorluq qarĢısında onun institutda 
saxlanması  barədə  vəsatət  qaldırmıĢdı  (o  vaxtlar  ayrı-ayrı 
müəllimlər  belə  vəsatət  qaldırmaq  hüququna  malik  idilər). 
Lakin gənc Nəriman həmin vəsatətlə bağlı öz müəlliminə belə 
demiĢdi:  “Mən  kəndə  getməliyəm.  Orada  mənə  daha  çox 
ehtiyac  var.  Həm  də  qoca  ata,  anam,  dörd  kiçik  qardaĢım  və 
dörd  kiçik  bacım  məni  gözləyir”.  Beləliklə,  N.Hüseynov 
Masallıya ilk ali təhsilli müəllim kimi qayıtdı. 
1949-cu  ildə  Nəriman  müəllim  Boradigah  kənd  orta 
məktəbinə  tədris  iĢləri  üzrə  direktor  müavini  vəzifəsinə  təyin 
olundu.  O  zaman  həmin  məktəbin  direktoru  vəzifəsində 
Azərbaycanın  azsaylı  ziyalıları  arasında  böyük  nüfuz  sahibi 
olan  Rəfi  Həsənov  çalıĢırdı.  O,  xəstələndikdən  sonra  direktor 
vəzifəsi  müvəqqəti  olaraq  Nəriman  müəllimə  həvalə  olundu. 
RXMġ-in  müdiri  onu  direktor  təyin  etmək  istədikdə  isə, 
Nəriman  müəllim  gənc  və  təcrübəsiz  olduğunu  əsas  gətirərək 
bu  vəzifədən  imtina  etdi.  Nəhayət  1961-ci  ildə  onu  həmin 
məktəbə direktor vəzifəsinə təyin etdilər və hal-hazıra kimi o, 
bu vəzifədə çalıĢır.  
Nəriman müəllim məktəb direktoru təyin olunduqdan sonra 
irəlidə  qeyd  etdiyim  kimi  məktəbə  yeni  nəfəs  gətirdi.  O, 
məktəbdə  zəngin  fənn  kabinet  və  laboratoriyaları,  idman 
qurğuları  yaradılmasına,  dərslərin  kabinet  sistemi  ilə 
keçirilməsinə  nail  oldu.  Ayrı-ayrı  dərnəklər,  idman  bölmələri 
fəaliyyətə  baĢladı.  ġagird  təĢkilatı  gücləndirildi,  Ģagird  özünü 


 
 159  
idarəetmə təĢkilatının rolu yüksəldildi. ġagirdlər müxtəlif fənn 
olimpiadalarında,  bədii  özfəaliyyət  festivallarında  uğurlar 
qazanmağa  baĢladılar.  Ġdmançı  Ģagirdlər  müxtəlif  idman 
növləri üzrə rayon və respublika birinciliklərinin iĢtirakçısı və 
qalibləri oldular. 
Nəriman  müəllim  bacarıqlı,  savadlı  və  peĢəkar  müəllim 
kollektivi  yaratmağa  nail  oldu.  Məhz  bunun  sayəsində 
məktəbin 
onlarca 
məzunu 
təhsildə 
qazandıqları 
müvəffəqiyyətlərə görə qızıl və gümüĢ medallarla təltif olunub 
Respublikamızın  müxtəlif  ali  təhsil  müəssisələrinə  daxil 
oldular. Məktəbin  bugünkü kollektivi  demək olar ki,  Nəriman 
müəllimin  keçmiĢ  Ģagirdlərindən  ibarətdir.  Bunun  səbəbi 
Ģübhəsiz  ki,  onun  müəllimlik  peĢəsini  öz  Ģagirdlərinə  sevdirə 
bilməsidir. O, öz zəhmətinin bəhrəsini görür. ġagirdləri onunla 
çiyin-çiyinə gənc nəslin təlim və tərbiyəsilə məĢğuldurlar. 
Nəriman müəllim nəinki müəllimlik peĢəsini, həm də tədris 
etdiyi  dil-ədəbiyyat  fənnini  də  Ģagirdlərinə  sevdirə  bilmiĢdir. 
Məhz bunun nəticəsidir ki, məktəbin 15-dən artıq məzunu onun 
peĢəsini 
seçərək 
dil-ədəbiyyat 
müəllimi 
ixtisasına 
yiyələnmiĢlər.  Bunlar  B.Həsənov,  A.Cavadov,  M.Kazımov, 
N.Ağayev,  B.Məmmədov  və  baĢqalarıdır.  Onlar  Nəriman 
müəllimlə  çiyin-çiyinə  1  saylı  və  eləcə  də  2  saylı  Boradigah 
orta  məktəblərində  çalıĢırlar  (Sonradan  Boradigah  onbirillik 
məktəbi  bazasında  iki  orta  məktəb  yaradıldı.  N.Hüseynov 
hazırda  1  saylı  məktəbin  direktorudur).  N.Hüseynovun  iĢ 
təcrübəsi  Respublikamızda  nümunəvi  iĢ  təcrübəsi  kimi  təbliğ 
olunmuĢ  və  yayılmıĢdır.  “Bakinskiy  raboçiy”,  “Azərbaycan 
müəllimi”, “Qala”, “AxtarıĢ” və baĢqa qəzetlər onun haqqında 
müxtəlif  məqalələr  dərc  edərək  pedaqoji  iĢ  üsulunu  bütün 
Respublikaya 
yaydılar. 
Jurnalist-publisist 
M.Novruzov 
“Müəllim əməyinin izi” (Bakı 2000) adlı kitabında yazır: “Adı 
nəinki Masallıda, bütün Respublikamızda  yaxĢı tanınan zəngin 
tarixi  və  özünəməxsus  ənənələri  olan  Boradigah  1  saylı  orta 
məktəbinin  qazandığı  Ģöhrət  və  uğurlarında  38  il  bu  tədris 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə