“Hüseyn, əgər mənim imkanım olsaydı, səninlə hər yanı gəzər v ə bütün
sənət aləminə Otellonu necə oynamaq lazım gəldiyini göstərərdim...”
Lakin, Hüseynə ədavət bəsləyənlər de çox idi. Dindarlar, qoçular aktyor
ları “hoqqabaz” , “təlxək” adlandırır, təhqir edirdilər. Bütün bunlara baxma
yaraq Hüseyn Ərəblinski ruhdan düşmürdü, sənətə daha da çox bağlanırdı,
başqalarını da ruhlandırırdı.
Hüseynlə düşmən olan dayısı oğlu Əbülxalıq da onu tez-tez hədələyirdi.
Bir gün Əbdülxalıq Ərəblinskini evinə d ə 'v ə t edib, gündüz saat 4-də, süfrə
başında onu xaincəsinə güllələyib.
Ərəblinskinin qətlə yetirildiyi tarix d ə dəqiq verilməmişdir. Bir çox ə d ə
biyyatlarda bu tarix 4 mart 1919-cu il kimi qeyd olunur. B ə’zi ədəbiyyatlar
da isə Ərəblinskinin qətli gününün20 m art 1919-cu ü olduğunu yazırlar.
LEYLA ZE YN A LO V A
ADMİU-nun I kurs tələbəsi
M İLLİ RUHLU SƏNƏTKAR
Rza Təhmasib 1909-cu ildə Naxçıvan şəhər məktəbini bitirmişdi. A tası
onun tacir olmasını arzulayırdı. Ckcin başında isə başqa ideyalar, fikirlər
dolaşırdı. O, Puşkini, Lermontovu, Şilleri, Turgenevi, Şekspiri mütaliə etm iş
di. Rza Zaqafqaziyanın mədəniyyət mərkəzi Tiflisə can atırdı.
Səhnə arzusu ilə yaşayan, aktyor olmağa can atan Təhmasib atası ilə Tif
lisə gəlib səkkizlik ticarət məktəbinin dördüncü sinfinə daxil olur. Sonralar
o, Tiflisdə Azərbaycan həvəskar aktyorlarının dəməyinə daxil olur. H əm in
dəməyin rejissoru, iste'dadlı sənətkar Əli Abbasov idi.
1915-ci ildə Tiflis ticarət məktəbini bitirən Təhmasib Bakıya gəlir. O,
“Səfə” cəmiyyətinin məktəbində müəllimlik edir”. Təhmasibi ilk dəfə qrim-
ləmiş dramaturq Ə.B.Haqvcrdiycv onu Dram teatnna işləməyə göndərdi.
C.Məmmədquluzadənin “Ölülər”ində İsgəndər və Ə.B.Haqeverdiyevin “Da
ğılan Tifaq”m da Nəcəfbəy rolunu ifa etdikdən sonra ixtisas komissiyası onu
yüksək kateqoriyalı aktyor adlandırdı. Tezliklə Təhmasib teatrın bədii rəhbə
ri tə ’yin edildi. Rza Təhmasib Azərbaycan klassik ve müasir dramaturqları
nın əsərlərində qırxdan çox səhnə obraz yaratmışdır.
88
Rza Təhmasib səhnədə hay-küyün, yalançı pafosun, təm-təraqm, şit hə
rəkətlərin qəti əleyhdarı olmuşdur.
Təhmasib aktyorlara öyrədirdi ki, səhnədə cərəyan edən hadisələrin in
kişaf qanunauyğunluğunu, daxili məntiqini həssaslıqla və diqqətlə izləsinlər,
bu və ya digər hərəkətin dərin psixoloji, səbəblərini dərk etsinlər, hər bir sö
zü vo hərəkəti tamaşanın ümumi məzmunu ilə əlaqədə təhlil etsinlər. 1935-
ci ildə Rza Təhmasib kino sənəli sahəsində bir aktyor kimi də ilk dəfə mü
vəffəqiyyətlə çıxış etmiş, “Almaz” filmində çəkilmişdir. 1947-ci ildo “Fətə
li xan” bədii filmində Ağası xan rolunu ustalıqla yaratmışdı.
Azərbaycan teatrının bir çox aktyorları R.Təhmasibə ürəkdən rrıinnət-
dardılar. O, iste'dadlı gone teatr xadimlərinin bütöv nəslini yetişdirmişdir. O,
Teatr İnstitutunda müvəffəqiyyətlə dərs demişdir. R.Təhmasib gələcək səh
nə ustalarını sənətin çəlin yollarmda cəsarətlə addımlamağa, daimi axtarışlar
yolu ilə getməyə, yaratmağa hazırlayırdı.
O deyirdi: “Aktyor rejissorun iradəsini kor-koranə yerinə yetirmoivlidir.
Aktyor yaradıcıdır. Aktyorun öz idealı olmalıdır. Əgər bu ideal rejissorun fik
rini tamamlayırsa o'ladır! Rza Təhmasib öz tələbələri ilə birlikdə “Dağılan
tifaq”, “Sevil”, “Qaçaqlar”, “Ezop” kimi tamaşalar hazırlamışdır.
Yorulmadan yeni səhnə obrazları vo tamaşalar haqqında düşünən, yara
dıcılıq planlarını ürəyində bəsləyən və həqiqətə çevirən Təhmasib ictimai iş
lər üçün də həmişə vaxt tapmışdır. Teatrda, kinostudiyada o, ictimai tədbir
lərdə iştirak etmək üçün həmişə vaxt tapmış, yaradıcı kollektivə şər şeydo,
xüsusən həmkarlar ittifaqı işində kömək etmiş, öz sənət dostlarının hörməti
ni ve məhəbbətini qazanmışdı.
R.Təhmasib cəsarətli axtarışlarla zəngin olan böyük yaradıcılıq yolu keç
miş və incəsənətimizin yorulmaz xadimi kimi xatirəsi bu gün də sənətsevər
lərin qəlbindo yaşayır.
89
N A İL Ə İM ANO VA
ADMİU-nun I kurs tələbəsi
SƏHNƏYƏ BA Ğ LI ÖMÜR
Azərbaycan teatr tarixi qadın aktyorlarımızın oynadığı obrazlarla zəngin
dir. M.Davudova, F.Qədiri, H.Qurbanova kimi qadınlarımız həyatlarım səh
nə ile bağlamış və bütün qüvvələrini bu sevimli peşəyə həsr etmişlər. Bu yo
lun çətinliklərinə, sınaqlarına mətanətlə dözmüş, sinə gərmiş görkəmli sə
nətkarlardan biri də Barat Şakinskayadır. Bütün maneələri cəsarətlə d əf edən
Barat xanım Azərbaycan teatr tarixində yaddaqalan obrazlar yaratmışdır.
1930-cu ildə Gəncə şəhərində teatr həvəskarları “Zəlzələ” adlı tamaşa
hazırlayır. Barat xanım bu tamaşada Haykanuş xanım adlı bir qadın obrazını
yaradır. Tamaşa günü anasını güc ilə tamaşaya gətirir. Tamaşa zamanı Barat
səhnəyə çıxanda anasının halı pisləşir və evə aparırlar. Barat xanım evə qa
yıdır, anasından soruşur ki, sənə nə oldu? Anası eh qızım, mən seni Bakıya
dayın Məmmədhəsənbəy Haciyevgilə göndərəcəm. Sözə baxmayan Barat
1939-cu ildə Əzizbəyov adına Dövlət Dram Teatrına işə düzəlir. Orda işlədi
yi vaxtda sevimli yazıçımız Səməd Vurğunun “V aqif’ pyesini hazırlayıb ta
maşaya qoyurlar. Anası bu tamaşaya gəlir, bundan da razı olmur. Ona görə
ki, orda gürcü qızı Tamaranı oynayır. Neçə il keçir Barat xanım ən sevimli ki
nolardan biri olan “O olmasm bu olsun” filmində quluqçu qadın obrazını ya
radır. Bu filmə anası baxır, yenəde razı olmur.
“lih, bu da qulluqçu deyir...”
Barat xanımın anasının iki arzusu vardı. O qızını həkim görmək istəyir
di ve çox xoşlayırdı ki, Barat tar çalsın. Buna görə anası onu Pionerlər evinə
aparır. Barat xanım solaxay olduğuna görə ona xüsusi tar düzəldirlər. Amma
buna həvəsi olmayan Barat idmana yazılır.
Barat xanım təkcə Azərbaycan qadınlarının deyil, həm de başqa xalqla
rın qadın obrazlarmı yaratmışdır.
Məsələn, “Romeo və Cülyctta”da Cülyetta obrazım, “Otello”da Dezde-
mona, Kordelya, rollarını məharətlə oynayıb. Barat xanım “Onun bəlalı se
vinci”, “Görüş”, “Telefonçu qız”, “Bəlalı qız” və s. filmlərə çəkilib. Səhnə
mizin yaraşığı, odlu-alovlu, gözəl səsli, gülər üzlü Möhsüm Sən'ani Cabbar
Məcnunbəyovun “Yanar dərə” pyesində ilk dəfə Barat xanımla tərəfmüqabil
olub. İslam Səfərlinin “Göz həkimi” tamaşasmda da iki böyük sənətkar tərə f
müqabil olublar. Barat Şəkinskayamn yaratdığı obrazlar hər bir Azərbaycan-
90
lımn qəlbində silinməz izlər buraxır və zaman ötdükcə o ölməz sənətkarın
çəkildiyi filmlər, oynadığı tamaşalar xalqımız tərəfindən daha çox sevilir.
Səhnəyə bağlı ömrün, sənətə həsr edilmiş həyatın bəhrəsi budur!
TƏRANƏ BABA YEVA
ADMİU-nutı III kurs tələbəsi
NOVRUZ MÜQƏDDƏS BA YRAMIM1ZDIR
Azərbaycan xalqının erkən çağlarda yaratdığı, inkişaf etdirdiyi, yaşatdığı
bir çox ayin e'tiqad və mərasimlər müxtəlif görüşlərin nəticəsində meydana
gəlmişdir. Onların bir çoxu sonradan insanın yaşayışını tə min edən bolluq,
firavanlıq arzuları ilə cilalanıb yaddaşlara həkk olunmuşdur. Xalqın Novruza
qədər keçirdiyi mərasimlər və nəğmələr bu qəbildəndir. Bolluq idealı poetik
təfəkkürdə elə qüdrətli, elə rəngarəng ifadə formaları yaradır ki, onlar bu gün
qədim mədəniyyətimiz kimi ulu babalarımızın əməyi, taleyi, məişətini öy
rənməyə zəngin material verir. Bu mərasim və nəğmələr xalqın Novruza qə-
dərki psixologiyasım əks etdirərək, bayramı yeni əmək həyatının başlanma
sı kimi qarşılamağa hazırlaşan adamların arzu ve istəklərini, dünyagörüşünü
və m ə’nəvi aləmini dərk etmək baxımından əhəmiyyətlidir.
Novruz bayramının islamiyyətdən çox-çox qabaqlar meydana gəldiyini
bir sıra başqa laktlar, həmçinin qədim dövrə və orta əsrlərə aid olan tarixi
mənbələr və eləcə də bədii əserelrə sübut etməkdədir. Məsələn, antik dövr
müəlliflərindən Plutarx (e-zın 46-126-cı illəri) göstərirdi ki, midiyalılar ara
sında taxılı müqəddəs bitki saymaq, ondan “Omami” hazırlamaq adəti geniş
yayılmışdı və bu adət hər dəfə ilin başlanğıcında (yazda) icra edilirdi. Çox
maraqlıdır ki, bu adət “Səməni” bişirmək adəti formasında bizim günlərədek
gəlib çıxmışdır. Bu adətin baharın gəlməsi münasibətilə həyata keçirilməsi
də gösterir ki, o, təbiətin və bitkilərin canlanmasını bayram və təntənə ilə
qarşılamaq məqsədini daşıyırdı. Qədim azərilərin Novruz bayramını hələ
eremızdan əvvəl keçirtdiklərini N.Goncəvi də özünün “İsgondərnamə” əsə
rində təsdiq edir.
Novruz bayramı sonrakı dövrdə nəinki İslam dininin prinsiplərinə uyma
mış, bəlkə də bu prinsiplərin ziddinə olmuşdur. M əsələn, İslam dini ilə əla-
91
qodar olan dini bayramlar: k əd ə r v e m atəm günləri olduğu halda, Novruz
şənlik, sevinc bayramıdır. Toy m ərasim i çox vaxt Novruz günlərində keçiri
lirdi. Novruz bayramı eyni zamanda dostluq, xeyirxahlıq, mehribanlıq, xoş
gün ən'ənələri kimi qeyd edilirdi. B u fikirlərin doğruluğu üçün çoxlu faktlar
göstərmək olar. M əsələn, bu bayram ərəfəsində yaşıl ağacların kəsilməsini)
icazə verilməməsi kimi təbiətə münasibətdə bunu aydın görmək olar. Nov
ruz bayramı xalqın həyata nikbin baxışı, özünün qurub-yaratmaq əzminə ina
mı, təbiətin qələbəsinə, yəni xeyirxah, zəhmətkeş insana bərəkət məhsul ve
rən qüvvələrin (yazm-yaym) şər qüvvəsi üzərində (qış) qələbəsi üçün sevin
məsi bayramıdır. Özünü təbiətin bir hissəsi sayan qədim insan bu bayramda
ruhon, qəlbən təbiətlə qaynayıb qarışır, onun şə'ninə nəğmələr oxuyur, onun
dirçəlməsi ilə özü də yeni qüvvə ilə dirçəlir və bu, onun qəlbini yaratmaq,
əmək eşqi, zəhmətkeş insana hörm ət hissləri ilə doldururdu. Elə buna görə
də Novruz - “Yeni gün” deməkdir.
92
MÜNDƏRİCAT
Məhəmməd Əmin Rəsulzadə. Novruz münasibətilə.................4
Qurtuluş............................................................................... 6
Novruz bayram ı.....................................................................8
Əzizə Jəfərzadə. İlin əziz günü.............................................. 12
Nizaməddin Şəmsizadə. Ünsiyyət bayramı..............................18
Vaqif Sultanlı. Təlxəklik və təlxək obrazı.................................. 20
Mübariz Süleymanlı. Novruz bayramı təbiət hadisəsi kim i......... 22
iradə Məmmədbəyova. Təhvil saatının mahiyyəti haqqında..... 25
İlqar Hüseynov. Əkinçilik ən'ənələri Novruz bayramının
zəmini kim i...........................................................................27
Mehman Məmmədov. Novruz - yaz mərasimində mifoloci
ünsürlər............................................................................... 30
iradə Köçərli. Novruz bayramı və Azərbayjan professional
musiqisi.............................................................................. 32
Minaxanım Əsədova. “Novruz” A.Şaiq yaradıjıiığında................34
Vüsal Bağırov. Heykəltəraşlığın inkişafında e'tiqad, ayin
və mərasimlərin rolu............................................................. 37
Alim Süleymanov. Gənjlərə milli şüurun aşılanmasında
adət-ən'ənələrin rolu.............................................................41
Asifə Telmanqızı. Əzizə Jəfərzadə və folklor............................43
Nailə Qasımova. Novruz xalqımızın milli dəyəri kim i..................45
Namiq Abbasov. Hürriyyət və məhəbbət bayramı.................... 46
Rauf Əliyev. Mədəniyyət müəssisələri Novruz ən'ənəsinin
keşikçisidir........................................................................... 47
Yaşar Yusubov. Ünsiyyətdə informasiya mübadiləsi.................50
Gülər Pənahova. Hüseyn Arif və folklor................................... 51
Jəmilə Hüseynova. Sirii söz xəzinəsi....................................... 53
Almaz Hüseynova. "Kitabi-Dədə Qorqud” və Azərbayjan
mühajirət folklorşünaslığı........................................................54
Almaz Həsənqızı. “Lətif şah” dastanı: Ə.Jəfəroğlu və
Ə.Axundov variantlarının müqayisəli təhlili............................... 56
93
Təhmasib Əcdərov. Müəssisələrin inkişafına vergi
mexanizminin tə' s iri.............................................................. 57
Günay Nəjəfova. Ən'ənəyə bağlı ş a ir..................................... 63
Fərid Abdullayev. “Təsviri sənətdə birliyin itməsi” probleminə
dair......................................................................................65
Elmar Məmmədov. Novruz türk xalqlarının ortaq baryamı kimi.. 67
Rə na Məlikova. Azərbayjan mədəniyyət tarixinin şanlı
səhifələri............................................................................. 68
Samirə Sofıyeva. İ.Şıxlının “Dəli Kür” əsərində Novruz
bayramının bədii in'ikası....................................................... 72
Leyla Qarayeva. Novruz özünəqayıdış bayramıdır.................. 73
Elşad Hajıyev. Novruz şənlik və sevinj bayramıdır.................. 75
Gülsüm Salayeva. Novruz bayramı haqqında bə'zi mülahizələr..77
Emil Abdullayev. Novruz adətləri........................................... 78
Ramilə Qasımova. Ulularımızın əmanəti Novruz......................79
Aytəkin Vəliyevə. Aşıq poeziyasının canrları............................80
Natiq Şəkərəliyev. Recissor və müasirlik................................ 82
Emin Nəsirli. Milli kinomuzun jəfakeşi..................................... 83
Zülfiyyə Əsədova. Kino tariximizin bə'zi məqamları................. 84
Elnarə Bağırova. Təbii obrazlar ustası.................................... 85
Xəyalə Quliyeva. Səhnə fədaisinin həyatından müəmmalı
məqamlar........................................................................... 87
Leyla Zeynalova. Milli ruhlu sənətkar.....................................88
Nailə İmanova. Səhnəyə bağlı ömür......................................90
Təranə Babayeva. Novruz müqəddəs baryamımızdır.............. 91
94
" N O V R Ü Z:
ƏN'ƏNƏ VƏ MÜASİRLİK"
B a k ı, A D M İU , N əşriy y a t-P o liq ra fiy a
M ər k ə zi - 2001
Pedaqoji elmlər namizədi, dosent
İLQAR HÜSEYNOV
BURAXILIŞA MƏS'UL:
RƏSSAM:
KOMPÜTER DİZAYNI:
KORREKTORLARI:
VÜSAL BAĞIROV
MƏTANƏT MƏMMƏDOVA
SƏADƏT ABBASOVA,
NAİLƏ QASIMOVA
I
Yığılmağa verilib: 10.03.2001. Çapa imzalanıb: 15.03.2001.
Formatı 60x84 1/16. Həcmi:6 ç.v. Ofset kağızı 80 qr.
Sifariş № 0 8 . Tirajı 500 (I buraxılış 100) nüsxə. Qiyməti müqavilə ilə
ÜNVAN: Bakı, Ə.Haqverdiyev к üç-15
Tel: 39-49-17
96
Dostları ilə paylaş: |