Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   2   3   4   5   6   7   8   9   ...   24

qanadının səsi eşidilərdi.  Gözlər yumulsaydı - çalman bir ney deyil, gözəl bir 

xanəndə  səsi  olduğu  eşidilərdi.  Əlbəttə,  bu  dərəcə  ali  sənətkarlar yetişdirə 

bilən bir xalq (avam) dirəxşan (parlaq) bir istiqbaldan ədd olunamaz.

İştə bu millilik və camaat ruhuna doğma olması həsəbi ilə “Ni cat”m mü- 

samirəsi  birinci  idi.  Müsamire  müsəlman  xanımları  tərəfindən  bilaistiqlal 

idarə olunmaq hesabi  ilə  də  ikinci  idi.  Demək ki,  yavaş-yavaş  iflic halmdan 

çıxıyoruz.  Mədəniyyətimiz  səhhəti-vücud  hasil  etməyə  başlayır,  ruhumuz 

da, vücudumuz da sağalıyor.

Builki  Novruz demək ki,  sənayei-nefisəmizə  bir Novruz,  digər dəxi ni­

şan  veriyor ki,  bu da millət və xalqa tərəf getməkdən  və onun ruhunda olan 

böyük vədiələri (əmanətləri) çıxarıb elmi və fənni bir şəkilə salmaqdan, çay­

xana  və  toyxana bucaqlarmdan  ədəbiyyat  salonlarına  və  teatro  səhnələrinə 

köçürməkdən ibarətdir.

Bu nöqteyi-nəzərdən “İttihad” mədrəsəsində Novruz münasibətilə təşkil 

olunan teatro və musiqi məclisi də  şayani-diqqətdir.

“Nicat” şagirdlərinin musiqi dəstəsi  demək olar ki, Bakıda bütün əfradi 

(üzvləri) müsəlman cavanlarından mütəşəkkil bir musiqi hey'ətidir. Əlbəttə, 

bu xüsus tərəqqi etdikdə gözəl nəticələr hasil olacaq.

Eşitdiyimizə görə, “Nicat” bir skripka hey'əti də vücuda gətirmək üzrə­

dir.  İnşaallah, müvəffəq olar və gələn Novruzda ona da tamaşa edərik.

İndilik Novruzumuz mübarək!

“İqbal”, 13 mart 1914, N599 

Təqdim  edəni professor 

Şirməmməd Hüseynov

QURTULUŞ

Dünyanın ilk sahibi olan hər böyük millət kimi türklər də soylarının qüvvə­

tini bir əfsanənin qaynağından almışlar (“XƏLQƏ DOĞRU” həftəliyi, sayı 51).

Türklərdən Budda dinində olanlar özlərinin Budda anasından olduqları­

nı söylərlər. Müsəlman olan türklər də Yafəsin yeddi oğlundan biri olan Tür­

kün nəslindən gəldiklərini iddia edirlər.

Türkün beşinci əsrdə Moğol  və Tatar adı ile iki  oğlu varmış.  Moğol xa­

nın 4 oğlundan birisi də  Qara xan imiş.

İştə bu zamana aid  olaraq moğollar  arasında bir  əfsanə vardır.  Bu əfsa­

6

nəyə görə Moğol hökmdarı İlxan, tatarların xam Siyunc ilə müharibə edir. Si- 



yunc xan qırğızlarla ittifaqda olduğundan İlxam məğlub edir.  İlxan bütün qo­

şunu  ilə bir yerdə  qılıncdan keçirilir.  İlxanın en kiçik oğlu Qəyan, kiçik kü­

rəkəni  Tuğuz  və  iki  qız ancaq təhlükədən qurtara bilirlər.  Bunlar dağlardan 

aşır,  çayları, dərələri keçirlər. Bir çəmənlikdə özlərinə rast gələn bir ala ke­

çini qovalayıb arxasmdan gedirlər.  Keçini qovlamaqda ikən özlərini meyvə­

li, güllü, otlu bir yerdə görürlər. Burada keçi bunlardan qaçmır. Dördü bir ye­

rə  gəlib yerləşirlər, burada qalırlar,  Örəyüb artırlar. Uşaqları çoxalır. Bir nə­

sil vücuda gəlir. Aradan 400 il keçir. Artıq bu yer bunlara darısqallıq edir. Bir 

yana çıxmaq istəyirlər. Fəqət yol tapmırlar. Yol axtarmaq düşüncəsi ilə m əş­

ğul ikən bir gün bir qurd görürlər. Bu vəhşi heyvanın haradan gəldiyini araş­

dırarkən kiçik bir dəlikdən çıxdığını görürlər.  Gəlib baxırlar bu dəliyin ətra­

fı  keçilməz dağdır.  Bir dəmirçi  bu  dağların  dəmirdən,  misdən  tökülmə  filiz 

olduğunu görür. Od vurub dağı əridir. Türklər yenidən ətrafa yayılır. V əsrdə 

bütün aləmi dəhşətə gətirirlər.

Bunlar yol tapdıqları  günə Yeni  gün deyirlər.  Və bu günün  şərəfinə hər 

il şənliklər qurulur. Yeddi bətni bəsləyən bu yurdun adı Ərgənəkon (ərgənə- 

dağ  beli,  kon-qonaq)  qalır.  Qurda  bir xilaskarlıq  timsah  verilir.  Dağdan  çıx­

dıqları zamandakı xanlarının adı Pürtocənəbuz qurd olur.

Bu  əfsanəni moğol  dilindən başqa çinlilərin-tarixi də qeyd edir.  Çin  ta­

rixlərində bu əfsanənin günü belə göstərilirmiş.

Türklərin tilsimlənmiş  mühasirədən çıxdıqları gün martın 9-u imiş.  M o­

ğollarda  və  əski  türklərdə  martın  9-nu  bayram  saxlamaq  adəti  şübhəsizdir. 

Demək,  Novruz əslən türklərdə yabançı bir şey deyildir.

Qurd ile 9 rəqəminə türklərdə və türk asari-tarixiyyəsindo böyük bir eh­

tiram görülür.

Qədim  türklər  bayraqlannm  başına  qızıldan  bir  qurd  başı  taxırdılar. 

“Ayıq”  təxəllüsü  ilə  yazan  “Xəlqə  doğru”  mühərririnin  iddiasına  görə  Os­

manlı  kəndlərində 9 rəqəminə qarşı  bir hörmət hissi  var.  Əkin biçildiyi vaxt 

kəndlilər qəmələrini doqquz-doqquz yığar, adına da 9 cun deyərlərmiş.  Pad­

şahlar  verdikləri  hədiyyələri  9-9 verərlərmiş.  Osmanlıda vəzirlik dərəcəsini 

göstərən  tuğ  1,2,3,4  ikən  padşahın  tuğu  9  ədəd  olub,  çadırının  qabağında 

doqquz tuğlu bir bayraq dalğalanırdı.

Qədim türklər xan götürdükləri  (seçdikləri) zaman onu bir səccadə üzə­

rinə oturdurdular. Və hörmət əlaməti olaraq bir-neçə dəfə qaldırırmışlar, hör­

mətlərinin dərəcəsini çoxaltmaq istədikdə 9 dəfə yüksəldilmişlər.

“Qurtuluş”, “qurtulmaq” kimi sözlər, heç şübhə yoxdur ki, “qurd” sözün­

dən yaranır.  Dilçilər bu kəlmə ilə yuxanda bu münasibətlə zikr olunan əfsa­

nə  arasm da  bir  rabitə  görərlər.  “Qurtuluş”  demək  “nicat”  deməkdir.  Fəqət 

türkcə kəlm ə bə'zən o qədər işlənməmiş qalaraq arxaikləşmiş ki, mə'nasmı

7



bir türkə anlada bilmək üçün mütləqən ərəbcə, farsca, yaxud ruscanın kömə­

yinə ehtiyac göstərmək məcburiyyətindəyik.

Şübhəsiz  ki,  bu  təbii  olmayan  hal  əfsanədəki  “Ərgənokon”  tilsiminə 

bənzər.  “Ərgənəkon”dakı türkləri Pürtəcenebuz qutardı.

Zamanımız milliyyət əsridir. Milli bir ruh ve məslək sahibi olan gənclik 

cəhalətdə və qəflətdə yaşayan millətimizin xilaskar qurdudur.  Yenico tə'sis 

olunan  “QURTULUŞ”  doğma  türkcəsi  ilə  sevdiyi  türk dilinə  və  türk elinə 

xidmət qəsdi ilə müasir bir qurd xidməti göstərəcək, bununla bir azca xidmət 

edə bilərsə,  əlbəttə, iftixar edə bilər.

“Qurtuluş”, N1, oktyabr,  1915 

Təqdim edəni 

Vaqif Islamoğlu

N O VRU Z BAYRAM I

“Vətən” qəzetəsinin sənət və ədəbiyyata ayırdığı bir səhifədə ədbiyyat- 

çılardan Əbdülhaki Gölpinarlı “Novruz-Yenigün” başlığıyla əski İstanbul qə- 

zetələrinin mutad  “Novruziyyə”lərini xatırladan gözəl bir məqalə nəşr etdi.

Mövlanənin, Füzulinin, Nədimin və xalq şairlərinin təbiətin yeniləndiyi­

ni, baharın gəlməsini  övererk,  Novruza sevinən parçalarını  nəql edən bu ya­

zıda, “bütün bayramların inancla, xatirəylə, gələnəklo, duyğuyla sıx ilgisi ol­

duğu qeyd ediliyor, fəqət bir bayramdan başqa heç birinin təbitlə dərin bir ba­

ğı yoxdur” deniliyor.

Konu,  Azərbaycan  ağzıyla  söylərsək,  Novruzdur.  Novruz  bayramının 

bütün bayramlar kibi:  -  Gölpinarlımn  ifadəsiylə  - “kitablardan-kitablara,  be- 

yitlərdən-beyitlərə, ağızlardan ağızlara keçən, oxunan vo söylənən masal ün­

sürləri vardır, gələnəklərdə yıkılmaz, sarsılmaz yeri vardır, hətta Müslüman- 

lıqdan  sonra  o günə  əklənən  təsadüflərlə  İslami  hüviyəti vardır,  amma əsil 

xarakteri gerçək,  tam bir gerçək təbiət bayramı olmuşdur”.

Klassik  Şərq  ədəbiyyatının  domyadan  tərənnüm  etdiyi  Novruzun  türlü 

kültürlerin qarşılaşdığı Azerbaycanda özəl  bir yeri vardır. Novruz gələnəgi- 

ni  masallardakı  Cəmşidin  taxta  çıxmasına bağlayan  İran  rəvayəti,  bu  cülus 

mərasimini  Azərbaycanda  təsəvvür  edir.  Klassik  sözlük  Bürhan-i  Qatinin 

yazdığına görə,  Cəmşid dünyanın hər  tərəfini gəzmiş,  Azərbaycana gəlmiş, 

8

  ____________________________



burasım bəyənmiş, gündoğuşa baxan yüksək bir təpənin üstündə bir taxt qur­

duraraq,  şahanə  əlbəsələr  geymiş  olduğu halda bu taxta cülus  etmişdir.  Ba­

şında qaşlı-daşlı və şaşalı bir tac vrmış.  Günəş  tulu edib işığı bu tac və taxta 

düşüncə bütün o yerləri nura qərq etmiş vo hər kəs bu durumu xeyrə yoraraq, 

olduqca sevinmiş  və bu günü Yeni  gün (Novruz) diyə e'lan etmişlerdir”.

Sasanilər  dövründo  mutad  olan  Novruz  gələnəyi  Yezdigərd  zamanında 

ilqa edilmişdir. Ərəb istilası üzərinə Müslüman olan İranda bu gələnək ihmal 

edilmiş.  Sünni İran Novruzu bilməmişdir.  İrani Türklərdən mütəşəkkil əsgə­

ri bir qüvvətlə zorlayaraq  Şiə yapan Səfəvilər,  bu gələnəyi ihya etmişlərdir. 

Şiəliyin  tə'siriyle “Cəmşid”in taxtına “Həzrəti Əli”  çıxmışdır.

Üstad Köprülü  1927 tarixli “Heyat” dərgisinin I cild  18-ci saymda yazdı­

ğı “Novruz” məqaləsində Üçüncü  Əhməd zamanmda Səfarətlə İrana göndə­

rilən  Dürri  əfəndinin  Səfəvilor  sarayındakı Novruz  mərasimi  haqqında ver­

diyi mə'lumatı nəql  ediyor.

Müstəqil  Azərbaycan  Hökuməti  zamanmda  Novruz,  milli  bir  bayram 

olaraq rəsmən tə’sit olunuyordu.  O  gün bütün millətlə bərabər dövlət müəs­

sisələri  do  çalışmazdı.  Hökumətcə mərasim yapılaraq,  ordunun keçid rəsmi 

icra olunuyordu.  Bu münasibətlə Azerbaycan Kültür Dəməyinin tərtib etdiyi 

21  mart tarixli toplantıda  1920-də icra olunan Novruz rəsmi keçidinin bir xa­

tirəsi  anıldı.

Milli Hökumətin qurulmasına takaddüm edən illərdə də şəkilləşon milli 

hərəkət  və  ümumi  Türkçülük davasında Novruz  və  ya  Yeni  günün  özəl  bir 

yeri olmuşdur. Türkçülük və milliyyətçilik yoluna giron Azerbaycanda Nov­

ruz bayramı  Cəmşid  və ya Şiə  Səfəvi  gələnəklərinə deyil,  Ərgonəkon əfsa­

nəsinə  bağlanıyor və  adma da Qurtuluş  Bayramı  deyilirdi.  Əslərcə kəndilə­

rini  çevirən dağlar arasında mahsur  qalan  türklər bir domirçinin  məıiləti  və 

Bozqurdun dəlalətiylə  əsarətdən  qurtularaq geniş dünyaya qovuşmuş  vo  hür 

olmuşlardır. 9 martda vukubulan bu uğurlu hadisə, yeni təqvimlə 21  marta tə­

sadüf  edən bir Yeni  gündo, bir Novruzda olmuşdur.

Azərbaycanda  Qurban  vo  Ramazan  bayramlarından  daha  parlaq  bir  su­

rətdə icra olunan bu bayramın milliyyətçi mətbuat və nəşriyyatdakı adı “Ye­

ni gün”  və ya “Qurtuluş Bayramı” idi.  Azərbaycan gəncliyinin Çarizmə qar­

şı girişdiyi gizli  qurtuluş hərəkətində,  bu bayrama lahsis olunan özəl toplan­

tılarda  Ərgənokon  lejarn  anlatılıyordu.  Eyni  zamanda  Bakıdakı  “Müslüman 

Xeyriyyə Cəmiyyətinin” təşəbbüsüylə “İsmailiyə” binasının möhtəşəm salo­

nunda ümumi  bir bayramlaşma mərasimi  tərtib olunuyordu.

Bunlardan Çarlığın devrildiyi  1917 ilinə təsadüf edən Novruz bayramlaş- 

ması çox həyəcanlı olmuşdur. Bu bayramlaşmada hürriyyətin istibdada qələ­

bəsini,  iyilik ilahi Hürmüzün kötülük ilahi Əhrimənə qələbə çalmasıyla mü­

qayisə etmiş olduğumu arkadaşımız Ə.Vahab Yurdsevər m ənə  son günlərdə

_______________ 

9



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə