yinə yazılmışdır. Çox təəssüf ki, bu günün saray şairləri yaşadıqları zəmanə
və təbəəsi olduqları hökmdar haqqmda tarixin gülünc yerinə qoyduğu təlxək
lər qədər fikir söyləmək cəsarətinə malik deyillər.
Bizim zəmanəmizdə təlxəklik bayağı m ə'nada cəmiyyət şüurunun əsas
atributlarından birini təşkil etməkdədir.
M ÜBARİZ SÜLEYMANLI
Sənətşünaslıq namizədi
BAHAR BA YR A M I TƏBİƏT HADİSƏSİ KİMİ
Bəşəriyyətin varlığı geco və gündüzün, eləcə də fəsillərin bir-birini əvəz
etməsi ilə bağlıdır. Yazm gəlişi ilə bağlı törenlər, mərasimlər Orta Asiyadan,
Dağlıq Altaydan, Azərbaycan və Türkiyədən tutmuş Avropaya qədər yayıl-
mışdm. Hər xalqın təbiətə münasibətindən asılı olaraq bu törən-mərasimlər
müxtəlif tormada keçirilmişdir. Ulu babalarımız yaz fəslinin gəlməsini təbi
ətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirərək onu yeni
ilin başlanğıcı kimi bayram etmişlər. Əksər xalqlarda bu və ya digər forma
da qeyd edilən belə şənliklər Yerin şimal yarımkürəsində astronomik yazm
başalandığı gecə və gündüzün bərabərləşdiyi günə təsadüf edir.1
2
Novruz Şərq xalqlarının islamdan çox-çox əvvəlki əkinçilik, məhsul bol
luğu e'tiqadları ilə bağlı bayramlarındandır. Bu bayramın tarixi kökləri, ayrı-
ayrı görüş və e'tiqadlarla əlaqəsi, zərdüştilik və islam mədəniyyəti ilə bağlı
lığı orta əsrlərdən bu günə qədər mübahisə obyekti olmuşdur. Bayramın hü
dudları genişləndikcə hər bir xalq onu öz milli məişəti ilə bağlamağa çalış
mış və beləliklə, bu haqda müxtəlif mülahizələr, adət-ən'ənələr, mərasim
lər, əsatirlər, rəvayətlər yaranmışdır. Türk xalqları da ümumxalq bayramı he
sab etdikləri bu bayrama öz milli xüsusiyyətlərini əks etdirən cəhətlər ver
mişdir. Lakin bütün müxtəlifliklərə baxmayaraq, demək olar ki, hər yerdə bu
bayramı yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və fıravanlığın
əzəli kimi rəmzləşdirmişlər.3
1. M.Seyidov. Yaz bayramı. Bakı, Gənclik, 1990, s.9.
2. ASE, VII cild, Novruz bayramı məqaləsi, s.284.
3. M.A.Süleymanov. Novruz (tarixi kökləri). Metodik vəsait, Bakı, 1998, s.14.
22
_______________________________________________
Novruz bayramının mənşəyi və mahiyyəti haqqmda Əbülqasim Firdov
sinin “Şahnamə”sində, Ömər Xəyyamın “Novruznamə”sində, dövrünün en
siklopedik alimi Əbu Reyhan əl-Biruninin “Keçmiş nəsillərdən qalan izlər”
əsərində, Nizam əl-Mülkün “Siyasətnamesf’ndə, klassik ədəbiyyatımızın
görkəmli nümayəndələri Əfzələddin Xaqani, Nizami Gəncəvi, Qətran Təb
rizi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər,
M irzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, habelə Mirzə Kazım bəy,
Əlibəy Hüseynzadə, Yusif Vəzir Çəmənzəminli, Məmməd Əmin Rəsulza
dənin yaradıcılığında ətraflı mə'lumat verilmişdir. Qadağalara və məhdudiy
yətlərə baxmayaraq Novruz bayramı sovet dövründə də tərənnüm edilmişdir.
Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Həmid Araslı, Bəxtiyar Va
habzadə kimi şair və yazıçılarımız bu mövzuya dönə-dönə qaytmışlar. Cənu
bi Azərbaycan ədiblərindən Məhəmməd Hüseyn Şəhriyarın Bahar bayramı
ilə bağlı yazdıqları isə xalq ruhu ilə yoğrulmuş əsil sənət inciləridir.
Novruz bayramının tədqiqi ilə moşğul olan son dövr alimlərindən M əm
məd Arif, Mirəli Seyidov, Nəsir Rzayev, Elməddin Əlibəyzadə, Əzizə Cə
fərzadə, Azad Nəbiyev və özlərindən əvvəlki zəngin irsi araşdıran əksər mü
əlliflər Novruzun uzun zamanlardan bəri davam edib gəlməsinin səbəbini
hər şeydən əvvəl, onun təsərrüfatçılıqla, xalqın əmək və məişəti ilə bağlı ol
masında axtarırlar. Həqiqətən də təbiət hadisələrinin rolu əsas e tibarilo
maldarlıq və əkinçiliklə məşğul olan xalqların həyatında daha böyük olmuş
dur. Baharın gəlməsi, təbiətin oyanması sayəsində çöllərin laləzara dönmo-
si, bağların və meşələrin yaşıl don geyməsi, mal-qaranın çölo çıxması, döl
tutması və bunlar kimi insanların istəyindən asılı olmayan təbii hadisələr qə
dim insanlar üçün bolluq və bərəkət gətirən müqəddəs hadisələrdir. Bu ha
disələr insanları təbiətə uyğunlaşmağa, arandan dağa, dağdan arana köçmə
yə məcbur edir, bununla yanaşı, onların m ə'nəvi aləminə də müəyyən dərə
cədə tə'sir gösterirdi.
Klassik Şərq ədəbiyyatının doymadan tərənnüm etdiyi Novruz bayramı
nı çox vaxt ayn-ayn tarixi və əfsanəvi şəxsiyyətlərin adı ilə bağlamağa ça
lışmışlar.2 Şərq xalqlarının sitayiş etdikləri, e'tiqad bəslədikləri, inam gətir
dikləri dinlərin də Novruza münasibətləri eyni olmamışdn. Belə ki, bütün ye
ni yaranmış dinlər özündən əvvəlki etiqad və təsəvvürləri yaddaşlardan sil
məyə cəhd etmiş, lakin bunun mümkün olmadığmı gördükdə bu mərasimle-
1. Bu barədə ətraflı bax: M.Dadaşzadə. Azərbaycan xalqının orta əsr mə nəvi m ə
dəniyyəti. Bakı, Elm, 1985; N.Rzayev. Əcdadların izi ilə. Bakı, Azəmoşr, 1992; Nov
ruz (toplayanı, tərtib edəni, ön sözün vo qeydlərin müəllifi A.Nəbiyev). Bakı, 1989.
2. Y V.Çəmənzəminli. Azərbaycanda zərdüşti adətlər. Novruz. Əsərləri. Ш cild,
Bakı, 1977; M.Hatəmi (Tantəkin). Novruz bayramının mənşəyi haqqında. Az.SSR
EA-nm xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası) 1970, N3, s. 14-20.
2 3
ri “özününküləşdirməyə” se 'y göstərmişlər. Əslində isə astronomik hadisə
lərlə bilavasitə bağlılığı olan Novruz bayramının həqiqi mahiyyəti özünü sırf
təbiət hadisəsi olmasında büruzə verir. Belə ki, ogor Yer kürəsinin müəyyən
bir hissəsində fəsillərin dəyişməsi hiss olunmursa, təbiətin canlanması mü
şahidə olunmursa, bütün il boyu iqlim şəraitində mühüm fərq görünmürsə,
demək, həmin ərazidə yaşayan xalqlarm həyatında da astronomik hadisənin
- yazın gəlişinin mühüm əhəmiyyəti ola bilməzdi. Misal üçün, ərəblərdə
Novruz ən'ənəsi yoxdur. Onlara iranlılardan “Neyruz”, “Nayruz” şəklində
keçmişdir. Ərəblər bu günə-gecə ilə gündüzün bərabərləşdiyi günə “Birinci
ıtidaliyun” adını veriblər. Payızda gecə ilə gündüzün bərabər olduğu gün isə
“İkinci itidaliyun” adını daşıyır.'
Yazın gəlişinə ehtiyacı da məhz o xalqlar duymuşlar ki, həmin bölgədə
fəsillərin bir-birini əvəz etməsi hadisəsi hiss olunmuşdur. Qışın oyuğundan,
azuqələrinin qurtarmasından əziyyət çəkən ibtidai insan mağaradan və ya hər
hansı bir daldanacaqdan çıxaraq həyatı tə minatını ödəmək üçün səbirsizlik
lə yazm gəlməsini gözləmişdir. Elə buradaca Yaz bayramının ayrı-ayn
xalqlarm, dinlərin, şəxsiyyətlərin adma bağlanması üstündə gedən mübahi
sələrə son qoyulur və Novruzun mahiyyəti dərk olunur.
Tədqiqatçıların yazılarma, Novruz haqqında söylənilən fikirlərə və müx
təlif tarixi mənbələrə istinad edərək söyləmək olar ki, Novruzun nə tarixi və
əfsanəvi şəxsiyyətlərlə, nə atəşpərəstliklə, nə zərdüştiliklə, nə də islam dini
ilə mənşə e libarilə bağlılığı yoxdur. Baharın gəlişi münasibətilə icra olunan
oyunların, rəqslərin, onların xüsusiyyətlərinin, göstərilən hərəkətlərin, oyun
ərəfəsində avazlanan təkərləməlorin, sual-cavablarm, kilidləmələrin, öyüd-
ləmələrin tədqiqi sübut edir ki, Novruz mərasimlərinin kökləri insan cəmiy
yətinin ibtidai icma dövrü ilə səsləşir.
Novruz bayramının dərin tarixi köklərini, ulu qatlarını kiçik erazilə məh
dudlaşdırmaq olmaz. Onu daha əhatəli miqyasda arayıb-axtarmaq lazımdır.
Ta qədimdən bu günə qədər Novruz bayramının mənşəyi ilə bağlı olan və bu
bayramı yalnız türk, lars və hər hansı xalqm adı ilə bağlayan müəlliflərin fi
kirləri əsassızdır, onlar arasında gedən mübahisələr əbəsdir, ədalətsizdir.
Həqiqət isə bundan ibarətdir ki, Novruz - yazm gəlişinə, torpağın yeni əki
nə, yeni məhsula, bolluğa, firavan həyata çağırış bayramıdır. Novruz - həyat,
hürriyyət, gerçək bir təbiət bayramıdır.3
1. “X əzər” jurnalı. 1990, N2, s. 58-72.
2. Bax, M.Ə.Rəsulzadə. Novruz bayramı
(24), s.5-7.
‘Azərbaycan” (Ankara), mart 1954, N12
24
İRADƏ MƏMMƏDBƏYOVA
Pedaqoji elmlər namizədi
TƏHVİL SAA TININ M AHİYYƏTİ HA QQINDA
Xalqımızın əsrlərdən bəri qoruyub saxladığı bayram mərasimləri içəri
sində ən təntənəli qeyd olunam Novruzdur. Bu bayram haqqında ziddiyyətli
fikirlər söylənmiş, müxtəlif əfsanə və rəvayətlərə əsaslanaraq yanlış
hökmlər verilmişdir. Lakin çoxsaylı tədqiqatlar nəticəsində sübut edilmişdir
ki, Novruz ən'ənəsinin uzun zamanlardan bəri davam edib gəlməsinin səbo-
bi, hər şeydən əvvəl, onun xalq təsərrüfatı ilə, xalqm əmək və məişəti ilə
bağlı olmasıdır.' Çünki, yaz ibtidai insanın həyatında həmişə başlıca rol oy
namışdır. Buna görə də insan təfəkkürü istər-istəməz onu izləmiş ve beləlik
lə də bu durum Azərbaycanın ilk təqvim anlayışının yaranmasına təkan ver
mişdir. Təbiətlə insanın dürlü şəraitdə qarşılaşması yazla bağlı mərasimləri
də meydana gətirmişdir. Deməli təqvim hər şeydən qabaq fəsillər, vaxt anla
yışı ilə bağlıdır. Bu anlayışı həyatın, yaşayışın tələbi doğurmuş vo təkmilləş
dirmişdir.1
2 Novruz mərasiminin ən əhəmiyyətli və maraqlı cəhəti do məhz
təqvimlə bağlı olan təhvil saatıdır.
Qedim vaxtlardan üzü bəri Novruz mərasimləri bayram gününə bir ay
qalmışdan başlanır və dörd çərşənbənin hər biri təntənəli qeyd edilir. Təntə
nələrin zirvəsini isə il təhvili ve ya təhvil saatı təşkil edir. Həmin gün bay
ram mərasimi təhvil süfrəsinin hazırlanması ilə başlamr. İlin başa çatmasına
bir neçə saat qalmış təhvil süfrəsi açılır. Ta qədimdən bu süfrədə şirni, şam,
ayna, göy, noğul, nannc, lumu, gülab, qırmızı yumurta və içərisində balaca
balıq salınmış bir qab su olurdu. Bunlardan əlavə bayram süfrəsinə zeytun,
heyva, nar və söyüd ağacının budaqlarından qoyurdular. Azərbaycan xalqının
mə'nəvi mədəniyyət tarixini tədqiq edərək M.Dadaşzadə yazır ki, bayram
süfrəsinə qoyulan şeylər orta əsr mənbələrində - həft sin adı ilə məşhur dur.
Bayram süfrəsinə düzülən yeddi şeyin adı “S” hərfi ilə başlanan söz olmalı
idi. Bu şeylər sumaq, sarımsaq, sirkə və şairədən ibarət idi. Orta əsrdən baş
lamış bu günə kimi bayram süfrəsinə yeddi növ meyvə, şam və qırmızı yu
murta ilə bəzədilmiş xonça qoyulur.’ Novruz süfrəsi xalqm ən milli süfrəsi
1. Ə.S.Məmmədov., H.A.Quliyev. Azerbaycan adət və ənənələri. Bakı, 1966, s. 16.
2. M.Seyidov. Yaz bayramı. Bakı, Gənclik, 1990, s.6, 95.
3 M Dadaşzadə. Azərbaycan xalqının orta əsr m ə'nəvi mədəniyyəti. Bakı, Elm,
1985, s. 112-113.
2 5