Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   2   3   4   5   6   7   8   9   ...   24

yinə yazılmışdır.  Çox təəssüf ki, bu günün  saray şairləri yaşadıqları zəmanə 

və təbəəsi olduqları hökmdar haqqmda tarixin gülünc yerinə qoyduğu təlxək­

lər qədər fikir söyləmək cəsarətinə malik deyillər.

Bizim  zəmanəmizdə  təlxəklik bayağı  m ə'nada cəmiyyət şüurunun  əsas 

atributlarından birini təşkil etməkdədir.

M ÜBARİZ SÜLEYMANLI

Sənətşünaslıq namizədi

BAHAR BA YR A M I TƏBİƏT HADİSƏSİ KİMİ

Bəşəriyyətin varlığı geco və gündüzün, eləcə də fəsillərin bir-birini əvəz 

etməsi ilə bağlıdır. Yazm gəlişi ilə bağlı törenlər, mərasimlər Orta Asiyadan, 

Dağlıq Altaydan,  Azərbaycan və  Türkiyədən  tutmuş Avropaya qədər yayıl-

mışdm.  Hər xalqın təbiətə münasibətindən asılı olaraq bu törən-mərasimlər 

müxtəlif tormada keçirilmişdir. Ulu babalarımız yaz  fəslinin gəlməsini təbi­

ətin  canlanması  ilə  bağlamış,  bu  münasibətlə  şənliklər  keçirərək  onu  yeni 

ilin başlanğıcı kimi  bayram  etmişlər.  Əksər xalqlarda bu və ya digər forma­

da  qeyd  edilən  belə  şənliklər  Yerin  şimal  yarımkürəsində astronomik yazm 

başalandığı gecə və  gündüzün bərabərləşdiyi günə təsadüf edir.1

 2

Novruz Şərq xalqlarının islamdan çox-çox əvvəlki əkinçilik, məhsul bol­



luğu e'tiqadları ilə bağlı bayramlarındandır.  Bu bayramın tarixi kökləri, ayrı- 

ayrı görüş və e'tiqadlarla əlaqəsi, zərdüştilik və islam mədəniyyəti ilə bağlı­

lığı orta əsrlərdən bu  günə qədər mübahisə obyekti olmuşdur.  Bayramın hü­

dudları  genişləndikcə  hər bir xalq onu  öz milli məişəti  ilə bağlamağa çalış­

mış  və  beləliklə,  bu  haqda müxtəlif mülahizələr,  adət-ən'ənələr,  mərasim­

lər, əsatirlər, rəvayətlər yaranmışdır. Türk xalqları da ümumxalq bayramı he­

sab  etdikləri  bu  bayrama  öz milli  xüsusiyyətlərini  əks  etdirən  cəhətlər  ver­

mişdir. Lakin bütün müxtəlifliklərə baxmayaraq, demək olar ki, hər yerdə bu 

bayramı yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və fıravanlığın 

əzəli kimi rəmzləşdirmişlər.3

1. M.Seyidov.  Yaz bayramı.  Bakı, Gənclik,  1990, s.9.

2. ASE, VII cild, Novruz bayramı  məqaləsi,  s.284.

3.  M.A.Süleymanov.  Novruz (tarixi kökləri).  Metodik vəsait, Bakı,  1998, s.14.

22

  _______________________________________________



Novruz bayramının mənşəyi  və mahiyyəti haqqmda Əbülqasim Firdov­

sinin “Şahnamə”sində,  Ömər Xəyyamın “Novruznamə”sində, dövrünün en­

siklopedik alimi  Əbu  Reyhan  əl-Biruninin “Keçmiş nəsillərdən  qalan  izlər” 

əsərində,  Nizam  əl-Mülkün  “Siyasətnamesf’ndə,  klassik  ədəbiyyatımızın 

görkəmli nümayəndələri  Əfzələddin Xaqani,  Nizami  Gəncəvi,  Qətran  Təb­

rizi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, 

M irzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, habelə Mirzə Kazım bəy, 

Əlibəy  Hüseynzadə,  Yusif Vəzir  Çəmənzəminli,  Məmməd  Əmin  Rəsulza­

dənin yaradıcılığında ətraflı mə'lumat verilmişdir. Qadağalara və məhdudiy­

yətlərə baxmayaraq Novruz bayramı sovet dövründə də tərənnüm edilmişdir. 

Səməd Vurğun,  Osman  Sarıvəlli,  İsmayıl  Şıxlı,  Həmid Araslı,  Bəxtiyar Va­

habzadə kimi şair və yazıçılarımız bu mövzuya dönə-dönə qaytmışlar.  Cənu­

bi Azərbaycan  ədiblərindən  Məhəmməd  Hüseyn  Şəhriyarın Bahar  bayramı 

ilə bağlı yazdıqları isə xalq ruhu ilə yoğrulmuş  əsil sənət inciləridir.

Novruz bayramının tədqiqi ilə moşğul olan son dövr alimlərindən M əm­

məd Arif, Mirəli  Seyidov,  Nəsir Rzayev,  Elməddin Əlibəyzadə,  Əzizə  Cə­

fərzadə, Azad Nəbiyev və özlərindən əvvəlki zəngin irsi araşdıran əksər mü­

əlliflər  Novruzun  uzun  zamanlardan  bəri  davam  edib  gəlməsinin  səbəbini 

hər şeydən əvvəl, onun təsərrüfatçılıqla, xalqın əmək və məişəti ilə bağlı ol­

masında  axtarırlar.  Həqiqətən  də  təbiət  hadisələrinin  rolu  əsas  e  tibarilo 

maldarlıq və əkinçiliklə məşğul  olan xalqların həyatında daha böyük olmuş­

dur.  Baharın gəlməsi,  təbiətin  oyanması  sayəsində  çöllərin  laləzara  dönmo- 

si,  bağların  və  meşələrin  yaşıl  don  geyməsi,  mal-qaranın  çölo  çıxması,  döl 

tutması və bunlar kimi insanların  istəyindən asılı olmayan təbii hadisələr qə­

dim insanlar üçün bolluq və bərəkət gətirən müqəddəs  hadisələrdir.  Bu  ha­

disələr  insanları  təbiətə uyğunlaşmağa,  arandan dağa,  dağdan  arana köçmə­

yə məcbur edir, bununla yanaşı,  onların m ə'nəvi aləminə də müəyyən  dərə­

cədə tə'sir gösterirdi.

Klassik Şərq ədəbiyyatının doymadan tərənnüm etdiyi Novruz bayramı­

nı  çox  vaxt  ayn-ayn  tarixi və  əfsanəvi  şəxsiyyətlərin  adı  ilə  bağlamağa  ça­

lışmışlar.2  Şərq xalqlarının  sitayiş  etdikləri,  e'tiqad bəslədikləri,  inam  gətir­

dikləri dinlərin də Novruza münasibətləri eyni olmamışdn. Belə ki, bütün ye­

ni yaranmış dinlər özündən əvvəlki  etiqad və təsəvvürləri  yaddaşlardan  sil­

məyə cəhd etmiş,  lakin bunun mümkün olmadığmı gördükdə bu mərasimle-

1.  Bu  barədə ətraflı  bax:  M.Dadaşzadə.  Azərbaycan xalqının orta əsr mə  nəvi m ə­

dəniyyəti. Bakı, Elm,  1985; N.Rzayev. Əcdadların izi  ilə.  Bakı, Azəmoşr,  1992;  Nov­

ruz (toplayanı,  tərtib  edəni,  ön sözün  vo qeydlərin müəllifi A.Nəbiyev).  Bakı,  1989.

2.  Y V.Çəmənzəminli.  Azərbaycanda  zərdüşti  adətlər.  Novruz.  Əsərləri.  Ш  cild, 

Bakı,  1977;  M.Hatəmi  (Tantəkin).  Novruz  bayramının  mənşəyi  haqqında.  Az.SSR 

EA-nm xəbərləri (Ədəbiyyat, dil və  incəsənət seriyası)  1970, N3,  s. 14-20.



2 3


ri  “özününküləşdirməyə”  se 'y   göstərmişlər.  Əslində  isə  astronomik hadisə­

lərlə bilavasitə bağlılığı olan Novruz bayramının həqiqi mahiyyəti özünü sırf 

təbiət hadisəsi  olmasında büruzə verir. Belə ki, ogor Yer kürəsinin müəyyən 

bir hissəsində  fəsillərin  dəyişməsi  hiss  olunmursa,  təbiətin  canlanması mü­

şahidə  olunmursa,  bütün  il  boyu  iqlim  şəraitində  mühüm  fərq  görünmürsə, 

demək,  həmin ərazidə  yaşayan xalqlarm həyatında da astronomik hadisənin 

-  yazın  gəlişinin  mühüm  əhəmiyyəti  ola  bilməzdi.  Misal  üçün,  ərəblərdə 

Novruz  ən'ənəsi  yoxdur.  Onlara  iranlılardan  “Neyruz”,  “Nayruz”  şəklində 

keçmişdir. Ərəblər bu  günə-gecə  ilə gündüzün bərabərləşdiyi günə “Birinci 

ıtidaliyun” adını veriblər.  Payızda gecə ilə gündüzün bərabər olduğu gün isə 

“İkinci  itidaliyun” adını daşıyır.'

Yazın gəlişinə ehtiyacı  da məhz o xalqlar duymuşlar ki, həmin bölgədə 

fəsillərin  bir-birini  əvəz etməsi hadisəsi  hiss  olunmuşdur.  Qışın oyuğundan, 

azuqələrinin qurtarmasından əziyyət çəkən ibtidai insan mağaradan və ya hər 

hansı bir daldanacaqdan çıxaraq həyatı tə  minatını  ödəmək üçün səbirsizlik­

lə  yazm  gəlməsini  gözləmişdir.  Elə  buradaca  Yaz  bayramının  ayrı-ayn 

xalqlarm,  dinlərin,  şəxsiyyətlərin  adma  bağlanması  üstündə gedən mübahi­

sələrə son qoyulur və Novruzun mahiyyəti dərk olunur.

Tədqiqatçıların yazılarma, Novruz haqqında söylənilən fikirlərə və müx­

təlif tarixi mənbələrə istinad edərək söyləmək olar ki, Novruzun nə tarixi və 

əfsanəvi  şəxsiyyətlərlə, nə atəşpərəstliklə, nə zərdüştiliklə, nə də islam dini 

ilə mənşə e  libarilə bağlılığı yoxdur. Baharın gəlişi münasibətilə icra olunan 

oyunların, rəqslərin,  onların xüsusiyyətlərinin, göstərilən hərəkətlərin,  oyun 

ərəfəsində  avazlanan  təkərləməlorin,  sual-cavablarm,  kilidləmələrin,  öyüd- 

ləmələrin tədqiqi sübut edir ki, Novruz mərasimlərinin kökləri insan cəmiy­

yətinin ibtidai icma dövrü ilə  səsləşir.

Novruz bayramının dərin tarixi köklərini, ulu qatlarını kiçik erazilə məh­

dudlaşdırmaq  olmaz.  Onu  daha  əhatəli  miqyasda  arayıb-axtarmaq  lazımdır. 

Ta qədimdən bu günə qədər Novruz bayramının mənşəyi ilə bağlı olan və bu 

bayramı yalnız türk,  lars və hər hansı xalqm adı ilə bağlayan müəlliflərin fi­

kirləri  əsassızdır,  onlar  arasında  gedən  mübahisələr  əbəsdir,  ədalətsizdir. 

Həqiqət  isə bundan  ibarətdir ki,  Novruz  - yazm  gəlişinə,  torpağın  yeni  əki­

nə, yeni məhsula, bolluğa,  firavan həyata çağırış bayramıdır. Novruz - həyat, 

hürriyyət, gerçək bir təbiət bayramıdır.3

1.  “X əzər” jurnalı.  1990,  N2,  s.  58-72.

2.  Bax,  M.Ə.Rəsulzadə.  Novruz bayramı 

(24),  s.5-7.

‘Azərbaycan” (Ankara), mart  1954, N12

24

İRADƏ MƏMMƏDBƏYOVA

Pedaqoji elmlər namizədi

TƏHVİL SAA TININ M AHİYYƏTİ HA QQINDA

Xalqımızın  əsrlərdən  bəri  qoruyub  saxladığı  bayram  mərasimləri  içəri­

sində  ən təntənəli  qeyd  olunam Novruzdur.  Bu bayram haqqında ziddiyyətli 

fikirlər  söylənmiş,  müxtəlif  əfsanə  və  rəvayətlərə  əsaslanaraq  yanlış 

hökmlər verilmişdir.  Lakin çoxsaylı tədqiqatlar nəticəsində  sübut edilmişdir 

ki, Novruz ən'ənəsinin uzun zamanlardan bəri davam edib gəlməsinin  səbo- 

bi,  hər  şeydən  əvvəl,  onun  xalq  təsərrüfatı  ilə,  xalqm  əmək  və  məişəti  ilə

bağlı  olmasıdır.'  Çünki, yaz ibtidai  insanın həyatında həmişə başlıca rol  oy­

namışdır. Buna görə də insan təfəkkürü istər-istəməz onu izləmiş ve beləlik­

lə də bu durum Azərbaycanın  ilk  təqvim anlayışının yaranmasına təkan  ver­

mişdir.  Təbiətlə  insanın  dürlü  şəraitdə  qarşılaşması  yazla  bağlı  mərasimləri 

də meydana gətirmişdir. Deməli təqvim hər şeydən qabaq fəsillər, vaxt anla­

yışı ilə bağlıdır. Bu anlayışı həyatın, yaşayışın tələbi doğurmuş vo təkmilləş­

dirmişdir.1

 2 Novruz  mərasiminin  ən  əhəmiyyətli  və  maraqlı  cəhəti  do  məhz 

təqvimlə bağlı olan təhvil saatıdır.

Qedim  vaxtlardan  üzü  bəri  Novruz  mərasimləri  bayram  gününə  bir  ay 

qalmışdan başlanır və dörd çərşənbənin hər biri təntənəli qeyd edilir. Təntə­

nələrin zirvəsini  isə il təhvili  ve ya təhvil  saatı  təşkil  edir.  Həmin  gün  bay­

ram mərasimi təhvil süfrəsinin hazırlanması ilə başlamr.  İlin başa çatmasına 

bir neçə saat qalmış  təhvil  süfrəsi  açılır.  Ta qədimdən  bu süfrədə şirni,  şam, 

ayna,  göy,  noğul,  nannc,  lumu,  gülab,  qırmızı  yumurta  və  içərisində  balaca 

balıq  salınmış  bir qab  su  olurdu.  Bunlardan  əlavə  bayram  süfrəsinə  zeytun, 

heyva, nar və söyüd ağacının budaqlarından qoyurdular. Azərbaycan xalqının 

mə'nəvi  mədəniyyət  tarixini  tədqiq  edərək  M.Dadaşzadə  yazır  ki,  bayram 

süfrəsinə qoyulan  şeylər orta əsr mənbələrində  - həft  sin  adı  ilə məşhur dur. 

Bayram  süfrəsinə düzülən  yeddi  şeyin  adı  “S” hərfi  ilə  başlanan  söz olmalı 

idi. Bu şeylər sumaq, sarımsaq,  sirkə və şairədən ibarət idi.  Orta əsrdən baş­

lamış  bu  günə kimi  bayram  süfrəsinə yeddi növ meyvə, şam  və  qırmızı  yu­

murta  ilə  bəzədilmiş  xonça qoyulur.’  Novruz  süfrəsi  xalqm  ən  milli  süfrəsi

1.  Ə.S.Məmmədov., H.A.Quliyev. Azerbaycan adət və ənənələri. Bakı,  1966, s. 16.

2.  M.Seyidov.  Yaz bayramı.  Bakı, Gənclik,  1990, s.6,  95.

3  M Dadaşzadə.  Azərbaycan  xalqının  orta  əsr  m ə'nəvi  mədəniyyəti.  Bakı,  Elm, 

1985, s.  112-113.



2 5


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə