Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

götürdükdə Hüseyn A rif yaradıcılığında xalq ədəbiyyatından b əhrələnm ənin 

aşağıdakı aspektləri səciyyəvidir:



1.  Hər şeydən ə w ə l, Hüseyn A rif xalq ədəbiyyatam  ayrı-ayrı janrların­

dan (qoşma,  gəraylı,.  təcnis və s.) bəhrələnmiş, aşıq poeziyası ruhunda ə s ə r ­

lər yaratmışdır. Bu ordan irəli gəlir ki, şair aşıq şe'ri və bütövlükdə xalq ə d ə ­

biyyatına bağlı olan Səməd Vurğun ədəbi məktəbinin yetirməsi və davam çı­

larından olmuşdur. Aşıq şe'ri janrlarına müraciət etməsində şairin zövqü, t ə r ­

biyəsi və iste'dadının yönümü də mühüm rol  oynamışdır.



2.  Xalq  ədəbiyyatına  qayıdış  və  onun  ən’ənələrinden  bəhrələnmə  H ü ­

seyn  Arifə  dilin  sadəliyi,  fikrin  aydınlığı,  səlisliyi baxımından  da vacib,  z ə ­

ruri  amillərdən olmuşdur.

3.  Hüseyn Arif mövzu  seçimi  baxımından da xalq  odobiyyatının z ə n g in  

xəzinəsindən  bəhrələnmişdir.  Mə'liımdur  ki,  şairin  şehlərinin,  xüsusilə  d ə  

poemalarının bir qisminin mövzusu xalq ədəbiyyatından alınmışdır. B u n lan n  

içərisində  Yəhya bəy  Dilqəmin  həyatından  bəhs  edən  “Dilqəm”  poem ası 

xüsusi  yer  tutur.  Şairin  digər  poemalarının da  istər  mövzu-məzmun,  is ə trs ə  

forma-süjet baxımından xalq ədəbiyyatı  ilə bağlı məqamları vardır.



4. Xalq ədəbiyyatına bağlılıq Hüseyn Arif poeziyasına səmimiyyət, tə b i­

ilik  aşılamışdır ki,  bu,  yaradıcılıq üçün mühüm  keyfiyyətlərdən hesab  olun­

maqdadır.

5.  Hüseyn  Arif yaradıcılığında  xalq  ədəbiyyatına  bağlılığın,  folklordan 

qaynaqlanmanın digər aspektlərindən biri şairin xalqımızın etnoqrafik yadda­

şını canlandırması, adət-ən'enələrimizlo bağlə meqamlann təsvirinə meyl v ə  

maraq göstərməsidir. Şairin əsərlərini oxuduqca burada Azərbaycan xalqının 

toy,  nişan,  evlənmə,  yas  və  s.  mərasimlərlə  bağlı  çoxlu  adətlərinə  tə sa d ü f 

olunmaqdadır.

6. Xalq ədəbiyyatından bəhrələnmə Hüseyn A rif poeziyasına xəlqilik ru ­

hu  aşılamışdır. Şairin əsərlərinin oxunması, sevilməsi, yadda qalması, əzbər­

lənməsi və s. məhz bununla bağlıdır. Xəlqilik bir de şairin xalqın problemlə­

rinə dərindən bələd  olması,  onu duyması və əks etdirməsi prinsipinə söykə­

nir.

7.  Hüseyn Arifin yalnız aşıq şe'ri  ruhunda deyil,  sərbəst vəzndə yazdığı 



şe’rlərdə də xalq ədəbiyyatından gələn məqamlar özünü göstərməkdədir.

Əlbəttə,  kiçik  bir  məqalədə  Hüseyn  Arif və  folklor  probleminin  bütün 

məqamlarım  aşkarlamaq mümkün  deyildir.  Ona görə də biz ən zəruri m əsə­

lələrə toxunmaqla kifayətləndik.



52

CƏMİLƏ HÜSEYNOVA

BDU-nun dissertantı

SİRLİ SÖZ XƏZİNƏSİ

Ötən il “Qanun” nəşriyyatı iste'dadlı nasir, “Gəncəli müdrik”, “Qızılbaş­

lar” kimi  tarixi romanlann,  bir çox povest və hekayələrin müəllifi  Əlisa Ni­

c a ta  həyat və  yaradıcılığ yolunu işıqlandıran “Sirli  xəzinə”  adlı  kitabı  çap­

dan buraxmışdır. Kitabın tərtibçi və redaktoru Təyyar Çıraqoğludur. Tərtibçi 

və redaktorun kitaba yazmış olduğu “Bənzərsiz şəxsiyyət” adlı ön sözdə Əli­

sa Nicatın zəngin  yaradıcılıq yoluna işıq  tutulur,  onun  ədəbi  fəaliyyəti  haq­

qında mə'lumat verilir,  yaradıcılığının  elmi-nəzəri  aspekti  səciyyələndirilir, 

həmçinin yazıçının ictimai-siyasi fəaliyyəti haqqında mə'lumat verilir.  Kita­

bın  sonrakı səhifələrində  “Bioqrafik qeydlər və nəşr  olunmuş  kitablar”  baş­

lığı altmda Olisa Nicatın  həyat yolu  araşdırılır və onun nəşr etdirmiş  olduğu 

iyirmi beş kitabın  siyahısı verilir. Daha sonra gələn “Gündəliklərdən seçmə­

lər”  bölməsində  yazıçının müxtəlif vaxtlarda yazdığı  hikmətlərdən  parçalar 

toplanmışdır.

“Sirli xozinə” kitabının maraqlı  bir qismini yazıçmm müxtəlif qəzetlərə 

vermiş olduğu müsahibələr təşkil edir.  Bu qəzetlər içərisində “Millətin səsi”, 

“Müxalifət”,  “Yeni  Müsavat”  qəzetləri  xüsusi  yer  tutur.  Bu yazılarda  Əlisa 

Nicat yaradıcılığının gizli,  qaranlıq məqamlarına işıq tutulur, onun həyatının 

müxtəlif dövrləri,  dünyagörüşünün  özünəməxsus  cəhətləri  və  s.  barədə  ət­

raflı mə'lumat verilir.

“Sirli  xəzinə”  kitabmın  “Ürək  sözləri”  bölməsində  S.Rüstomxanlının, 

M.Sülyemanlmm,  Qabilin,  B.Nəbiyevin,  T.IIüseynoğlunun,  V.Səmədoğlu- 

nun, Ə.Cefərzadənin,  S.Tahirin, V.Sultanlınm, B.Vahabzadənin və başqa ya­

zıçı və ədəbiyyatşünasların  fikirləri toplanmışdır.

Qısa və yığcam  şəkildə yazılmış bu ürək sözləri  Əlisa Nicatı  ədəbi  şəx­

siyyət kimi  xarakterizə etmək baxımından  diqqəti  çəkir.  Əlbəttə,  bu yazıla­

rın hamısı haqqında danışmaq imkan xaricindədir.  Ona  görə də bunlann  bir 

qismi haqqında m ə'lum at verməklə kıfayətlonmoyi zəruri  hesab edirik.

Xalq  şairi  B.Vahabzadənin  Əlisa Nicat  haqqında yazdıqlarmdan,  “M ən 

Əlisa Nicatın yaradıcılığı  ilə  Mirzə  Şəfi  Vazeh  haqqmda  “Gəncəli  müdrik” 

romanını oxumaqla tanış olmuşam. Bu əsər mənə çox tə'sir etdi.  Ye'ni  men 

bu əsərin  köməkliyilo  o mühiti  gördüm.  Sonra  uzun  müddət  onu  oxuya  bil­

mədim.  Son illər Ə.Nicatm qəzetlərdə çıxan pritçalannı oxumuşam.  Bu prit- 

çalardän göründüyü kimi Ə.Nicat millətinə bağlı, millətinin taleyini düşünən,



5 3


millotin  indiki  durumu ilə yanıb-yaxılan və düşünən  sənətkardır.  Onun prit- 

çaları eyhamlı, mə'nalıdır. Bilirsən ki, çox böyük zəhmətin bəhrəsidir. O, ya­

zıçılıqdan  başqa  mütaliə  edən  dərin  alim-yazıçıdır.  Yazıçı  olmaq  üçün  is- 

te'dadı adama Allah verə bilər. Lakin əsl yazıçı olmaq üçün Allah vergisi ki- 

fayot deyil,  mütləq zəhmət də olmalıdır”.

Yazıçı Mövlud Süleymanlı isə Ə.Nicat haqqında fikirlərini belə ümumi­

ləşdirir: “Əlisa Nicat bizim çox  ciddi ziyalılanmızdandır. Əlisa haqqında heç 

kim,  heç  nə deməyib,  çünki  biz  Əlisaya hazır deyilik.  Özü  təəccüblənsə də, 

deyəcəyəm ki, Əlisanı mən ən çox şe'rlərindən sevirəm. Əlisanm şe'rləri in­

sanın  bütün  ruhunun  içi  ile  axırdı.  Ə.Nicat  bütün  ziyalılardan  fərqli  olaraq 

millətin ağrıyan yerini bilir.  Əlisa  tarixdən gələn insandır”.

Yazıçı  Ə.Əylislinin  təqdimatında  isə  Ə.Nicatın  bədii  dünyasının  sirləri 

belə  aşkarlanır:  “Ə.Nicat  harmoniyanı  sevir  və  o harmoniyasız  yaza bilmir. 

Mon  iəstərdim ki, Əlisanm bundan sonra qalan ömrü də harmoniyasız olma­

sın.  Əlisa  yazdıqca  açılan  yazıçıdır.  Mən  arzulardım  ki,  Əlisa  yazıb-yazıb 

dünyaya bir dənə do pəncərə açsm və  o pəncərədən baxanda yenə gözəlliyi 

görsün.  Bu gözəllik harmoniyasında nə yaratsa, mənim qəbulumdur”.

İnanırıq ki,  Əlisa Nicatın zəngin yaradıcılıq yoluna işıq tutan “Sirli xəzi­

nə” kitabı  geniş oxucu kütlələrinin  rəğbət və marağını  qazanacaqdır.

ALM AZ HÜSEYNOVA

BDU-nun dissertantı

“KİTABİ-DƏDƏ  QORQUD” VƏ AZƏRBA YCAN 

MÜHA CİRƏT FOLKLORŞÜNASLIĞI

Azərbaycan mühaciərt  folklorşünaslığının  milli  epos yaradıcılığına həsr 

olunmuş  tədqiqatlarının  mərkəzində  “Kitabi-Dədə  Qorqud”  dastanının özü­

nəməxsus  yeri  vardır.  M.Ə.Rəsulzadə,  Ə.  Cəfəroğlu,  M.B.Məmmədzadə, 

H.Baykara və b. müəlliflər öz yazılarında yeri  gəldikcə bu dastana müraciət 

etmiş  haqqında  maraqlı  fikirlər  söyləmişlər.  Mühacirət  folklorşünaslığının 

“Kitabi-Dədə Qorqud”  dastamna müraciət etməsi  bir sıra amillərlə bağlıdır. 

Hər şeydən əvvəl dastan  oğuz türklərinin ən qədim yazılı abidələrindən biri 

kimi diqqət və maraq doğurmuşdur.  Azərbaycan mühacirət folklorşünaslığı­

nın əsas e'tibarı ilə Türkiyədə yarandığını nəzərə alsaq, abidənin türk xalqla-

54

rımn ortaq sənət nümunəsi olması da ona marağın artmasına səbəb olmuşdur. 



Bundan əlavə, dastanın qəhrəmanlıq, alp-ərənlik dünyagörüşü ilə zənginliyi 

yalnız  sənət  əsəri  kimi  qalmayıb  tarixi  faktları  da  əks  etdirməsi,  xüsusilo 

Türk-oğuz dövlətçilik tarixinin bir sıra xüsusiyyətlərini  daşıması da  ona ma­

rağı şərtləndirən amillərdəndir.

Mühacirət  folklorşünaslığında “Kıtabi-Dədo  Qorqud”un tədqiqi  tarixinə 

xeyli  əvvəl başlanmışdır.  Azərbaycanda  iso  dastanın  ciddi  araşdırılması  XX 

əsrin  30-cu  illərinin  sonlarına  təsadüf edir.  1939-cu  ildə  akademik  Həmid 

Araslının  dastanm  mətnini  nəşr  etdirərək  elmi  ictimaiyyətin mühakiməsinə 

verməsi Azorbaycan Qorqudşünaslığmın bir növ başlanğıcım təşkil edir.

Şübhəsiz  ki,  Azərbaycan  mühacirət  folklorşünaslığından  danışarkən  ilk 

növbədə  diqqəti M.ö.Rəsulzadənin  tədqiqatları  çəkir.  Qeyd  cdok  ki,  böyük 

siyasi xadim hələ Azərbaycan cümhuriyyətinin süqutundan sonra Stalinin hi­

mayəsi ilə Moskvada yaşayıb-yaratdığı dövrlərdə “Kitab-Dədə Qorqud” das­

tanının  rus  dilinə  tərcüməçisi  olan  görkəmli  şərqşünas  akademik  V.V.Bar- 

toldla  görüşmüş,  akademikin  xahişi  ilə  eposun  motnindkəi  miiəyyon  çətin 

sözlərin şərhi  və  sərrast  tərcüməsi  üçün  ona  yardım  etmişdir.  Qorqudşünas- 

lıq  üçün  əhəmiyyətli  olan  bu  fakt  “Kitabi-Dədə  Qorqud”un  rusca  nəşrində 

akademik V.V.Bartold  tərəfindən  sayğı ilə  e'tiraf olunmuşdur.

M.O.Rəsulzadə  sonralar  mühacirətdə  olduğu  dövrdo  də  “Kitabi-Dədə 

Qorqud” eposu ilə bağlı tədqiqatlarını davam etdirmiş, müxtəlif səpkili  araş­

dırmalarında  öz  qənaətlərini  ümumiləşdirmişdir.  Ədibin  mühacirətdə  qələ­

m ə  aldığı  “Dədə  Qorqud  dastanları”,  “Dədə  Qorqud  oğuznamoləri”  və  b. 

məqalələrində,  habelə  ədəbiyyat  tarixinə həsr  olunmuş  tədqiqatların  müəy­

yən qismində, o cümlədən “Qafqasiya türkləri” əsərində dastanla bağlı  ciddi 

elmi-nəzəri məqamlar vardır.

Görkəmli  türkoloq  Ohmod  Cəfəroğlunın  araşdırmalarında  da  “Kitabi- 

Dədə  Qorqud”  eposu  şifahi  söz  sənətimizin  əski  qaynaqlarından  biri  kimi 

təhlil və təqdim olunur.  Əhməd  Cəfəroğlu “Azəri xalq ədəbiyyatında sayaçı 

sözləri”  adlı  məqaləsində  “Kitabi-Dədə  Qorqud” və  sayaçı  sözləri  arasında 

müqayisə apararaq varislik əlaqəsinə diqqəti  çəkir.

Əhməd Cəfəroğlunun “Azərbaycan dil və ədəbiyyatının dönüm nöqtələ­

ri” əsərində “Kitabi-Dədə Qorqud” eposunun ayrıca bir mərhələ kimi  səciy­

yələndirilməsi  müəllifin,  bu  abidəyə  necə  böyük  dəyər  verməsinin  həqiqi 

göstəricisidir.  M.Ə.Resulzadə  kimi  Ə.Cəfəroğlu  da  “Kitabi-Dədə  Qorqud” 

eposunun  qeyd-şərtsiz  Azərbaycan  sahəsinə  aid  olması  məsələsinə  xüsusi 

diqqət yetirir və təhlillərini  də  bu prinsipə söykənərək  qurur.  Eposda  Dədə 

Qorqudu xalqm mənəvi rəhbəri kimi  təqdim edən araşdırıcı  onun  tarixi  şəx­

siyyət olduğuna diqqət yetirir.

Əhemd Cəfəroğlu qeyd edir ki, “Kitabi-Dədə Qorqud” eposu yalnız  türk 

____________ ______________________________________________ 55




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə