Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

ı-uhunu  təmsil  edən  kiçik  formalı  heykəllər  onqon,  tor,  yaxud  toz  adlanırdı. 

Gözəgörünməz  ruhların  hamısına  maddi,  cismani  görkəm  verməyə  çalışan 

insanlar gözdən  kənarda  alan  totemləri  və  hətta  babalarının ruhlarını  təsvir 

etmək  məqsədilə  heykəllər  yaratmışlar.  Sonralar  bu  en'ənə  bütpərəstlik 

üçün möhkəm əsas yaratmışdır. Fetişizm dövründə heykəltəraşlıq əsərlərinin 

də  ilahiləşdirilməsi  plastika sənətinin inkişafına tə'kan vermişdir.  Ümumiy­

yətlə,  fetişizm  ideyaları  islamaqədərki  dövrdə  Azərbaycan  mədəniyyətinin 

bütiin sahələrinə qüvvətli  tə'sir göstermişdir.

Totemizmdən sonrakı dini əqidəyə - antropomorfizmə görə bütün qeyri- 

təbii  qüvvələr,  allahlar insan şəklində təsəvvür edilirdi.  Əgər totemizm  ilahi 

qüvvələri heyvan şəklində təsvir edirdisə, fetişizm ilahi qüvvələrin insan for­

masında olması inamını yaratmışdır.  Əşya və hadisələrlə yanaşı insan da  fe- 

lişiəşdirildiyindən  e.ə.  I  minilliyin  ortalarından  başlayaraq plastik  insan  təs­

virləri  yaradılmağa  başlamışdır.  Qafqaz  Albaniyası  dövründə  iso  antropo- 

morfik ideyalar totemizmi, onun yetişdirməsi olan zoomorfızmi sıxışdırıb şü­

urlardan çıxarırdı.  Getdikcə zoomorf keramika tənəzzülə uğrayır,  gil  və daş­

dan hazırlanmış insan  fiqurları isə intişar tapır.'

Azərbaycanın qədim plastik sənət əsorlorində e.ə. I minilliyin evvələrin- 

dən yayılmağa başlamış  atəşpərəstlik  ideyalarının da güclü tə'siri hiss  olun­

maqdadır.  Bunu  Gədəbəy rayonundan  tapılmış  tunc kəmərin timsalında  ay­

dın  görmək mümkündür.

Göründüyü kimi,  incəsənətimizin  qədim dövrü rəmzlər dövrüdür.  Abi­

dələri  bəzəyən  ornamental  və  süjetli  təsvirlər çox zaman rəmzi m ə'na daşı­

mışdır.  İncəsənətin bu xüsusiyyəti  zamanına  uyğun dini-sehrli təsəvvürlərlə 

müəyyənləşdirilmişdir.  Lakin  orta  əsrlər  dövründə  ən'ənəvi  olaraq  arabir 

təkrar edilən  belə təsvirlər öz  rəmzi  mə'nasım  itirərək  getdikcə ornamental 

motivlərə çevrilmişdir.

Orta  əsrlərdən  başlayaraq  islam  dininin  təsviri  sənətə  göstərdiyi  mənfi 

münasibət,  dini  təbliğatda  təsviri  sənətdən  geniş  istifadə  edən xristianlığın 

əksinə olaraq, islamın məscid qapılarım rəssamların üzünə bağlaması təsviri 

sənətin,  o  cümlədən  heykəltoraşlığın  inkişafını  məhdudlaşdırmış  və  ləngit­

mişdir. Heykəltəraşlığın inkişafına təkan verən xristian mə'bədləri ilə müqa­

yisədə, ancaq xəttatlıq və omamental-dekorativ formalarla be’zen məscidlə­

rin təsviri sənətin inkişafında heç bir rolu 

olm am ış d ır 1

 2 *

Beləliklə, xalqımızın tarixinin, müxtəlif zamanlarda onun həyat tərzinin, 



məişətinin, dünyagörüşünün,  dini e'tiqadlarının,  ayin və mərasimlərinin  öy­

rənilməsində  digər mədəniyyət abidələri  ilə yanaşı heykəltəraşlıq nümunə-

1.  Yenə orada,  s.73-76.

2.  K.Kərimov.  İslam və  təsviri  sənət.  Qobustan N2  (14),  1972, s.7-9.

40

  ______________________________________________



lərinin tədqiqi  də zəruridir.  Bu  zərurət həm  də  ondan doğur ki,  xalq  sənəti 

nümunələri qeyri-sənət örnəklərinə nisbətən öz yarandığı dövrlərin psixolo­

giyasım daha parlaq əks etdirir.

A LİM  SÜLEYMANO V

ADMİU-nun baş müMimi

GƏNCLƏRƏ MİLLİ ŞÜURUN AŞILANMASINDA 

AD Ə T-ƏN ƏNƏLƏRİN ROLU

Milli şüur və milli ləyaqət milli varlığı, milli müəyyənliyi səciyyələndir­

məklə millətə  və  xalqa aid  əlamət ve keyfiyyətləri  özündə  əks  etdirir.  Mil­

lətə aid bir çox keyfiyyətlər - milli mə'nəvi sima, özünəməxsusluq, milli xa­

rakter,  emosional  psixi  amillər  milli  şüurun  komponentləri  kimi  çıxış  edir. 

Milli mənlik şüuru gənclərin milli mənsubiyyətini dolğunluğu ilə dərk etmə­

sinə,  xalqına xidmət  etməsinə  inam  yaradır.  Milli  psixologiya,  həyat  tərzi, 

adət və ən'ənələr milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. 

İnsan mənsub olduğu milli gerçəkliyin ayrı-ayn əlamətlərini öz şüurunda əks

etdirdikdə sevinc,  fərəh hissi duyur,  soy-kökü  ilə fəxr edir.

İctimai  davranış  qaydası  kimi  yaranmış  adət  və  ən'ənələr müəyyən  bir 

nəslin maddi və m ə'nəvi həyatını özündə təcəssüm etmişdir.

Bu gündə xalqımızın qoruyub saxladığı ən'ənəvi bayram və mərasimlər, 

adətlər,  əyləncə  və  oyunlar adamların  gündəlik  həyatının  üzvü  hissəsi  kimi 

yaranmış,  əsasən  yüksək oxlaqi  görüşlər  təlqin  etməklə  yanaşı,  həm  də  ye­

tişməkdə  olan  nəslin  iste'dadının,  yaradıcılığının  bir  sözlə,  bədii  zövqünün

formalaşmasına  xidmət etmişdir.5  Adol-ən'ənələrin  aşılanması  milli  mənlik 

şüurunun təşəkkül tapmasında mühüm amillərdən sayılır. Bu, gənclərdə özü­

nün  milli  mənsubiyyətini  dolğunluğu  ilə  dərk  etməsinə,  xalqına  xidmət  et­

məsinə  inam  yaradır.  Bu  barədə  M.K.Atatürk  yazırdı:  “Bir  millətin  hege­

1.  R.Əfəndiyev.  Xalq  sənəti  en'ənələri  və  müasir  tamaşaçı.  Qobustan  N1(41), 

1979, s.2-5.

2.  N.Muxtarova.  Məktəblilərdə  milli  şüurun  və  milli  ləyaqətin  tərbiyə  edilməsi.

Bakı, Gənclik,  1993, s .15-18.

1 ,   \ J  ÇJ 1 2 1 1 \  j  X  Z  Z  «1 



у

  O  *  I   ч/ 

X  O  ■

^  D  C  N/lammrwblt/  Ы  Д 



Л 7агКпиЛЯП aftat'

41


monluğu anlaya bilməsi ve onu inadla qomya bilməsi, bir sıra xüsusi keyfiy­

yətlərə və üstün bilik və təhsilə malik olmasından asılıdır. Bir millətin siya­

si  təhsilində,  sosial  təhsilində,  vətən  sevgisində nöqsan varsa,  elə bir millət

hegemonluğunu lazımi dərocədə qüvvətlə olində saxlaya bilməz”.' Azərbay­

can Xalq Cümhuriyyətinin ideoloqu M.Ə.Rəsulzadə də tarix və adət-ən'ənə- 

ni  ən  mühüm  milliyyət  amillərindən  hesab  etmişdir.  Əksər  əsərlərində  bu 

mövzuya toxunmuş, xalqımızın milli-mə'nəvi dəyərlərinə xor baxanlara qar­

şı daima mübarizə aparmışdır.  1914-cü ildə qələmə aldığı “Milli dirilik” mə­

qaləsində M.Ə.Rəsulzadə yazırdı: “...dilimizi, dinimizi, tariximizi gözlədiyi­

miz halda, adət və əxlaqımızı da gözləmək məcburiyyətini hiss edirik. Uşaq­

larımızı həmən öz ruhumuzla tərbiyə etməliyik. Firudin bəy Köçərlinin “Ba­

lalara hədiyyə” məcmuəsinə topladığı hekayə və ən'ənələrə təhqir gözü ilə 

baxmamalıyıq”/

Xalqımız  m ə'nəvi  sərvəti  olan  xalq  bayram  ve  mərasimlərini  müasir 

dövrümüzə  qədər qoruyub  saxlaya bilmişdir.  Bu ən'ənelərdə xalqımızın  ic­

timai-siyasi baxışları,  bədii  emosional  hiss  və  duyğuları cəmlənmişdir.  Mə­

rasim  və  bayramlarda  m üxtəlif fikirləri  ifadə  edən  bədii  xalq  oyunlarımız,

rəqslərimiz,  nəğmələrimiz,  poetik  yadigarlarımız  qorunub  saxlanılmışdır.' 

Onlar indi də m ə'nəvi həyatımızı zənginləşdirir, gəncələrə milli şüurun aşı­

lanmasında əvəzsiz rol  oynayır.  Folklordan,  bayram və mərasimlərdən,  aşıq 

musiqisi,  muğamlar  və  xalq  mahnılarından  bəhrələnən yeniyetmə  təbii  gö­

zəlliyin,  plastik  qamət  gözəlliyinin,  mə'nəvi  dəyərlərin  e'cazkar  tə'siri  ilə

dəyişib,  gözəlləşir, m ə'nən daha da göyçəkləşib paklaşır.4

Adət-ən'onələrimiz içərisində xalqımızın təntənə ilə keçirdiyi və hər il 

səbirsizliklə  gözlədiyi  Novruz  bayrammmı  tərbiyəvi  əhəmiyyəti  daha  çox­

dur.  Bir  sıra  oyun  vo  tamaşaları,  folklor nümunələrini  özündə  cəmləşdirən 

Novruz  mərasimi  m ə'nəvi  ehtiyacalarm  ödənilməsində,  milli  ruhun  ötürül­

məsində böyük rol  oynayır.  Bu bayram təmizlik, gözəllik, məhəbbət bayra­

mıdır, xalqımızın tarixidir, m ə'nəvi zənginlik,  əxlaqi kamillik, saflıq dünya­

sıdır.  Novruz gənclərdə əməyə məhəbbət hissi oyadır, milli təəssübkeşliyin, 

vətənpərvərliyin  formalaşmasma təkan verir.  Bununla bağlı klassik ədəbiy­

yatımızdan,  ictimai  fikir  tariximizdən  istənilən  qədər  nümunələr  gətirmək 

olar.  Novruz bayramı  günü  böyüklər, uşaqlar təzə paltar geyir, süfrələrə hər 

cürə  şimi düzülür,  qohum qardaş,  dost aşna on gün bir-birinin evinə bayram

görüşünə gedirlər.'' Bu ən'enənin qorunub saxlanılması və gənc nəslə təbliğ 1

 2

 3



 4

 5

1.  U.Qocatürk.  Atatürk.  Bakı,  Elm,  1991,  s.73.



2.  M.Ə.Rəsulzadə.  Milli dirilik.  Ədəbiyyat qəzeti, 25 oktyabr  1991.

3.  T.Haqverdiyev.  Bədii-kütləvi  işin təşkili metodikası. Bakı,  1992, s. 13.

4. A.Aslanov.  İncəsənət və tərbiyə.  Bakı,  1967, s.143.

5.  A.Şaiq.  Xatirələrim.  Bakı,  1961, s.41-42.

4

2

____________ ___________ = = = = _ _ — —



edilməsi işinin vacibliyi cümhuriyyətəqədərki dövrdə de diqqət mərkəzində 

olmuşdur.  M.Ə.Rəsulzadə  yazır  ki,  “köhnə  üsul  məktəblərimizdə  üsku  və 

bayram xonçaları bəzerdik. Yeni üsul məktəblərimizdə də bunu yeni üsul ilə

daha müntəzəm ve mə'nalı  bir  surətdə  icra edə bilərik”.  Müstəqilliyimizin 

bərpasından  soma  da  Novruza  xüsusi  diqqət  verilmiş,  bu  bayramın  ümum- 

xalq  səviyyəsində,  dövlət  səviyyəsində  keçirilməsi  tə'm in  edilmişdir.  Res­

publika prezidenti H.Əliyevin bu işə xüsusi diqqət və qayğı göstərməsi,  bay­

ram mərasimində xalq içərisində olması Novruzun əzəmətini daha da artırır, 

gənc nəslin tərbiyəsinə cavabdeh olan bütün şəxslər qarşısında yeni-yeni və­

zifələr qoyur.



ASİFƏ  TELMANQIZI

BDU-nun dissertantı

ƏZİZƏ  CƏFƏRZADƏ  VƏ FOLKLOR

Əzizə Cəfərzadənin üslub fərdiyyətinin formalaşmasında xalq ədəbiyya­

tından  gələn  tə'sirlər  daha  qabarıq  hiss  olunmaqdadır.  Müasir  Azərbaycan 

nəsrində  ikinci  bir yazıçı  tapmaq  mümkün  deyildir ki,  xalq  ədəbiyyatından 

Ə.Cəfərzadə  qədər  bəhrələnmiş  olsun.  Tarixi  mövzulu  əsərlərində  dövrün 

mənzərəsini yaratmaq üçün təsvir etdiyi təfərrüatlar bu bəhrələnmənin  ötəri 

səciyyə  daşımadığını  göstərməkdədir.  “...Ozizə  Cəfərzadə  təcrübəli  geoloq 

kimi daim səfordo və axtarışdadır. Bununla əlaqədar o, respublikanın sərhəd­

lərindən  uzaqlara gedir,  ölkəmizin  ayrı-ayrı  şəhər və kəndlərini  gəzir,  holə 

tədqiq olunmamış qiymətli  əsərlərin bədii  sirlərini  açmağa tələsir.  Ə.Cəfər­

zadə xalq  yaradıcılığına dərindən bələd olan, folklora xüsusi maraq göstərən 

yazıçı-alimdir. (Zahirə  Salmanova.  Söz sərvəti sorağında.  “Qobustan”,  1981, 

N3,  səh. 14).  Yazıçının  əsərlərinin  dil  baxımından  sadəliyi,  aydınlığı  vo  dia- 

lektizmlərlə z 

ədəbiyyatının  tə'siri  faktı kimi səciyyələndi­

rilməlidir.  Bundan  əlavə,  m üəllif roman,  povest  və  hekayələrində  yeri  gəl­

dikcə  xalq ədəbiyyatı nümunələrinə yer verir,  bununla da təsvir etdiyi  hadi­

sələrin fonunda dövrün koloritini əks etdirmək niyyəti güdür.

Əzizə Cəfərzadə təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı  seçib iş-

I.  M.Ə.Rosulzadə. “Milli dirilik. Ədəbiyyat  qəzeti.  25 oktyabr  1991.



4 3


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə