Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

milli, ən'onovi bayramları xüsusi yer tutur. İnsanların heyat terzi, dini, ictim ai 

görüşləri  ilə bağlı  olan  kütləvi bayram  və mərasimlər mənşə e'tiban  ilə  ç o x  

qədim tarixə malikdir ki, bunlar içərisində Novruz bayramı xüsusi əhəm iyyət 

kəsb edir. Novruzun mənşəyi,  onunla bağlı əsatirlər, miflər qədimdir. T əd q i­

qatçılar  bu  bayramın  məhz  Yaxm  Şərqin  qədim  əkinçiliklə  məşğul  o la n  

xalqları  arasmda meydana gəldiyini  söyləyirlər.  Hər bir xalq Novruzla b a ğ lı 

etnik,  yerli,  milli  xüsusiyyətlərinə  uyğun  özünəməxsus  mövsüm nəğm ələri, 

mərasim  nəğmələri,  rəqslər,  oyunlar,  xalq  tamaşalan  yaratmışdır.  A zərbay­

canda  adətə  görə, Novruz bayramında göyərdilən  səməni  yazın  gəlm əsinin, 

təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni g ö -  

yərtməklə  növbəti  tesserüfat  ilinə  bərəkət,  bolluq  arzulamış,  bayrama  dörd, 

həftə  qalmış  hər  çərşənbə  axşamı  və  bayram  günü  tonqal  qalamaqla,  m ah m  

qoşmaqla oda, atəşə, günəşə olan e'tiqad və inamını ifadə etmişdir. Bu gün d ə  

bayram  qabağı  el-obada  abadlıq,  təmizlik  işləri  aparılır,  ağac  əkilir.  Ə h a li 

müxtəlif şirniyyat növləri  və plov bişirir,  rəngbərəng yumurta boyayır,  m ə c ­

məyi və sinilərdə xonça bəzəyir,  şam yandırılır, tonqal qalanır, səməni qoyu­

lur.  Əməyə,  həyata,  təbiətə məhəbbət rəmzi  olan bahar bayramı müstəqillik 

dövründə mütərəqqi xüsusiyyət və keyfiyyətlərlə daha da zənginləşmiş, y e n i 

mo'na  vo məzmun kəsb etmişdir.  Ona görə do  Novruzun kütləvi bayram  k i­

mi təşkil olunmasına çox məs'uliyyətli bir iş kimi baxılmalıda.  Çünki kütləvi 

bayramlar  teatr tamaşalarından  fərqli  olaraq çox  az  bir vaxt  ərzində, həm  d e  

yüksok ictimai-bədii dəyərlə hazırlanmalıdır. Bayramlar, o cümlədən N ovruz 

konkret tarixi günlər və hadisələrlə, ən'ənələrlə əlaqədar olduğundan onların 

hazırlıq mərhələsini  uzatmaq  olmaz.  Bayram  tədbiri  vaxtında hazırlanıb  icti­

maiyyətə  təqdim olunmalıdır.  Əhali  do bayram  tamaşalarına vaxtında və y a ­

radıcılıqla  cəlb  olunmalı,  tamaşadakı  hadisələrin  dinamik  inkişafı  üçün  əsa s 

qüvvəyo  çevrilməlidir.  Bu  baxımdan mədəniyyət müəssisəsi rəhbərindən v ə  

rejissordan  böyük  təşkilatçılıq  və  yaradıcılıq  iste'dadı  tələb  olunur.  Novruz 

bayramı  xalq  yaradıcılığı  qaynaqlanndan  bəhrələndiyi  üçün  onların  yüksək 

peşəkarlıqla təşkil  olunması mədəniyyət müəssisəsinin digər işçilərindən  d o  

yüksək həssaslıq və işgüzarlıq tələb edir. Lakin burada işin əsas hissəsi rejis­

sorun  üzərinə düşür.  O,  çalışmalıda ki, xalq yaradıcılığı nümunələri  bayağı- 

laşdınlmasm,  əsrlər boyu qorunub saxlanılan milli-etnik xüsusiyyətlərini, b ə ­

dii-estetik dəyərini itirməsin.

Rejissor Novruzun əsil dünyəvi mahiyyətini açmaq üçün kütləvi janr v ə  

incəsənət növlərindən bacanqla istifadə etməlidir. Buraya söz və nitq, m usi­

qi,  xoreoqrafiya, idman növləri və orijinal janrlar daxildir.

Kütləvi bayram tamaşasının hazırlanmasında rejissorun əsas məs’uliyyot

1.  ASE, VII  cild, Bakı,  1983, s.284.

2. T.Haqverdiyev.  Bodii-kütlovi  işin  təşkili və metodikası.  Bakı,  1992, s.126-134.

48



............



daşıması  ilə  yanaşı  onu  da  nəzərə  almaq  lazımdır  ki,  quruluş  planı  ssenari 

materialı əsasmda hazırlanır.  Bu prosesdə isə ssenaristin işə cəlb  olunmamı- 

na  böyük  ehtiyac  varda.  O  cümlədən  bəstəkar,  baletmeyster,  dirijor,  xor- 

meystr, idman epizodlarını hazırlayan mütəxəssislər də kütləvi bayramın qu­

ruluş planının hazulanmasmda yaxından  iştirak etməlidirlər.

Mədəniyyət müəssisələrində Novruz bayramının  kütləvi formada keçi­

rilməsinin çətinlikləri içərisində maliyyə mənbələrinin axtarılıb tapılması ön 

planda durur. Çünki dövlət büdcəsindən ayrılan vəsaitlər ehtiyacları tam ödə­

mək üçün kifayət etmir. Bunun üçün mədəni-maarif fəaliyyətinin yeni forma 

və  metodlarından  istifadə  etmək  do  tələb  olunur.  Mədəniyyət  müəssisəsi 

kütləvi tədbirlərin keçirilməsinə  lazım olan vəsaitləri Azərbaycan Respubli­

kasının qanunvericiliyi  ilə qadağan olunmamış digər mənbələr - yerli  büdcə­

lər,  xüsusi  mülkiyyətçinin  vəsaitləri,  habelə  özlərinin  fəaliyyətindən  əldə 

edilmiş gəlirlər hesabına da  əldə  edə bilorlər.

Bu  gün  Azərbaycan  Respublikasının  beynəlxalq  aləmə  çıxması,  onun 

nüfuzlu  beynəlxalq  məclislərdə  təmsil  olunması  xalqımızda  soy kökünə  qa­

yıdış, milli qürur və milli şüurun formalaşmasına, milli ləyaqətin tərbiyə edil­

məsinə  ciddi  zəmin  və  şərait  yaratmışdn.  Azərbaycan  xalqı,  onun  ziyalısı, 

fəhləsi,  kəndlisi,  məktəblisi  milli  kökü,  tarixi,  ədəbiyyatı  haqqında,  özünün 

kimliyi haqqmda düşünür,  özünün tarixi köklərini  dərindən dərk etməyə  ça­

lışa.  Mədəniyyət müəssisələrində milli adət-əri ənələrin,  bayramların keçi­

rilməsi  də  dövlətin  bu  istiqamətdə  apardığı  mədəniyyət  siyasətinin  tərkib 

hissəsi kimi qiymətləndirilməlidir.

1.  N.Muxtarova.  Məktəblilərdə  milli  şüurun  və  milli  ləyaqətin  tərbiyə  edilməsi. 

Bakı, Gənclik,  1992, s.3.



YAŞAR  YUSUBOV

ADMİU-nun dissertantı

ÜNSİYYƏTDƏ İNFORMASİYA  MÜBADİLƏSİ

İnsanların  bir-biri  ilə  ünsiyyətə  girməsinin  əsas  səbəblərindən  biri  də 

müxtəlif aktual informasiyalara yiyələnmək tələbatı ilə bağlıdır. Hələ lap qə­

dim zamanlardan informasiym mübadiləsi insan cəmiyyətində xüsusi yer tut­

muş,  şəxsiyyətlər  arasındakı  ünsiyyətin,  yaxınlaşmanın  əsas  vasitələrindən 

birinə çevrilmişdir.  Eramızdan əvvəl V əsrdə yaşamış sofistlər mücərrəd şə­

kildə  olsa  da  informasiya mübadiləsinin ünsiyyətə  tə' sirini  kommunikasiya 

prosesi ilə əlaqələndirməyə çalışmışlar. Bəsit formada olsa da onlar kommu­

nikasiyanı  üç mühüm aspektə bölmüşlər.  Bu bölgüyə görə:

1)  İnsanlar  arasında  mövcud  olan  əlaqələr  onlarm  bir-birinə  qarşılıqlı 

to'sirindən ibarətdir.

2) İnsanlar arasında əm ələ gələn kommunikativ əlaqələr özbaşma, təsa­

düfən yaranmır,  əslindo  o,  mühitdən,  şəraitdən  asılıdır  və  müəyyən səbəb­

lərlə bağlıdır.

3) Kommunikativ əlaqə hər iki tərəfin yalnız xeyri ilə nəticələnmir. Tə­

rəflərdən biri bu əlaqədən az və ya çox dərəcədə zərər do  çəkə bilər.

Kommunikasiya prosesinin baş verməsi informasiya mübadiləsi yaratmaq 

istəyən iki tərəfin hissi, əməli fəaliyyətindən asıhdu. Təbii ki, onlarm hər iki­

sinin  içində  rə'ylər,  məTumatlar  yığımı  mövcuddur  və  tərəflər  bu  rə y  və 

məTumatlan bir-biri ilə ünsiyyət yaratmaqla aşkarlaya bilirlər. Belə bir vəziy­

yətdə hər iki  tərəf ünsiyyətin həm obyektinə, həm de subyektinə çevrilirlər.

Sosial-psixoloji baxımdan informasiya mübadiləsi  fərdi  və ya qrup şək­

lində də  ola bilər.  Lakin,  mübadiləyə girən hər iki  tərəf azlıqdan və ya çox­

luqdan asılı  olmayaraq bir-birini kifayət qədər məTumatlandırırlar.

Bu prosesin  ikinci  əsas  şərti  hər  iki  tərəfin  istifadə  edə  biləcəyi  vahid 

kommunikasiya vasitələrinin mövcudluğudur. Y ə'ni ünsiyyətdə olan ferdlər 

informasiyanı bir-birindən  deyil,  onlarm  hər ikisinə bəlli olan konkret mən­

bədən götürürlər. Bu mənbə kitabxana, sənədli film, məruzəçi,  icmalçı və s. 

ola bilər. Hər halda vahid informasiya morkəzi  hər iki fərdin eyni zaman və 

məkanda  meTumatlanmasına  imkan  yaradır.  Alman  mə'lumatlar  yenidən 

müzakirə obyektinə çıxarılır və mübadilə materialına çevrilir. Xüsusilə kom­

munikasiya prosesindo  çatdırılan məTumatın qəlizliyi  onun yenidən şərhinə 

ehtiyac yaradır. Bu proses  də ünsiyyətin davamlılığım artırır ve eyni zaman­

50

da informasiyanın dərk olunmasını aslaniaşdırır.

Bir-biri ilə informasiya mübadiləsi etmək bütün insanlara xas olan cəhət­

dir.  Lap  qədim  zamanlardan  kənd  və  şəhərlərdə  insanlar  müxtolif yerlərə 

toplaşıb baş verən ayrı-ayrı hadisələri, şəxsləri müzakirə obyektinə çıxarmış­

lar.  Yaxşı və ya pis  mə'nada  “qiybətlər”  etmişlər.  Hamının  qiybət kimi  qə­

bul  etdiyi  bu  proses  əslində  hər  bir  fərdin  informasiya  mübadiləsi  etmək, 

mə'lumatlanmaq ehtiyacından  irəli gəlmişdir.

Kənddə və ya şəhərdə informasiya vasitələri  artdıqca fikir  mübadilələ­

ri do çoxalmışdır. Ailə-məişətlə, yerli fəaliyyətlərlə bağlı mə'lumatlara bey­

nəlxalq mə'lumatlar da əlavə olunmuşdur. Tədricən informasiyanın geosiya­

si məkanı artmış,  insanların dərketmə  fəaliyyəti genişlənmişdir,

Dərketmə  fəaliyyəti  informasiya  mübadiləsinnin  əsas  komponentlərindən 

biridir. Bu fəaliyyət növü do ünsiyyət prosesində iki istiqamətdə inkişaf edir. Bi­

rinci  mərhələ  mə'lumatm  bir-birinə  ötürülməsi  vo  mənimsənilməsi  prosesidir. 

M əlumatın bir-birino ötürülməsi əsasən,  fərdiləşdirilmiş ünsıyət prosesində baş 

verir.  Lakin,  mə'lumatm  çatdınması  prosesi mühazirə,  disput,  tədbirlər,  dəmək 

məşğələləri zamanı da baş verir. Hər iki halda məlumat büdeosi  artır.  Eyni za­

manda mübadilə olunur.  Mo'lumatm mübadiləsi  isə yeni müzakirələrin,  diskus­

siyaların yaranması üçün mövzular meydana gətirir.  Hər bir fərdin yeni  evrıslik 

fəaliyyəti formalaşır.  Yə'ni, informasiya mübadiləsi təfəkkürü dərinləşdirir, ye­

ni biliklərin əldə olunmasının həm do evristik fəaliyyət mühaitini yaradır.



GÜLƏR  PƏNAHOVA

BDU-nun dissertantı

HÜSEYN ARİF VƏ FOLKLOR

Azərbaycan  poetik  fikrinin  inkişafında  mühüm  xidmətləri  olan  Hüseyn 

A rif  yaradıcılığının  özünəməxsus  cəhətlərindən  biri  və  bəlkə  də  birincisi 

onun xalq ədəbiyyatına bağlılığı, əsərlərindo yeri gəldikcə  folklor ən'ənelə- 

rindən bəhrələnməsidir.  Şairin elə  bir əsəri  yoxdur ki,  orada folklordan  bəh­

rələnmənin  izləri  duyulmasın.  Onu  da qeyd  etmək  lazımdır  ki,  xalq  ədəbiy­

yatı  ən'əneləri  Ilüseyn Arif poeziyasının təkcə  formasında deyil,  onun  m əz­

mununda, daxili qatlarında və ruhunda öz əksini tapmaqdadır. Ümumiyyətlə,




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə