Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

el ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında özünəməxsus yeri olan bir 

sənət abidəsidir. O dünyanın bitərəf araşdırıcılarının “Kitabi-Dədə Qorqud”u 

“Roland  şərqisi”,  “Nibelunq nəğmələri”,  “İqor polku dastanı”  ilə müqayisə 

etmələrini  və  onlara  tay  tutmalarım  “bu  türk  el  ədəbiyyatı  örnəyini  cahan 

ədəbiyyatının  epik  əsərləri  sırasına  qatmaqlarını”  dastanın  kamil  sənət  nü­

munəsi olması ilə izah  edir.

M.В .Məmmədzadənin  “Dədə  Qorqud”,  H.Baykaranm  “Dədə  Qorqud” 

kitabı üzərinə notlar” adlı məqalələrində də abidə hərtərəfli təhlilini tapmış, 

qorqudşünaslıq üçün bu gün də müasirliyini qoruyan fikir və mülahizələr irə­

li  sürülmüşdür.



ALM AZ H ƏSƏN QIZI

BDU-nun dissertantı

“LƏTİFŞAH”  DASTANI: Ə.CƏFƏROĞLU 

VƏ Ə.AXUNDOV  VARİANTLARININ 

MÜQA YİS ƏLİ TƏHLİLİ

Aşıq  Şenliyə aid edilən “Lətif şalı” dastanının variantalımdan biri  1942- 

ci  ildə  Əhməd Cəfəroğlu  tərəfindən  toplanaraq  İstanbulda nəşr edilmiş,  di­

gər bir variantı isə  1944-cü ildə Əhliman Axundov tərəfindən yazıya alınmış­

dır.  Hər  iki  dastanda  süjet  uyğunluqları  olsa  da,  müəyyən  fərqlərə  təsadüf 

olunur:


/. Dastanm Ə.Cəfəroğlu variantı “Lətif şah və Telli Mehriban hekayəsi”, 

Ə.Axundov variantı “L ətif şah” adı ilə dərc olunmuşdur.



2.  Ə.Cəfəroğlu variantmda üçü deyişmə olan  17, Ə.Axundov variantmda 

isə  9-u deyişmə  olan 24  şe'r parçası  verilmişdir.



3.  Ə.Cəfəroğlu variantmda Lətif şah lələsi ilə birlikdə ovda olarkən soy- 

ğunçuluqla məşğul olur, yalnız atası xəbər tutduqdan sonra bu işdən əl çekir 

Ə.Axundov variantmda belə epizod yoxdur.

4.  Butalann görüş yerləri də fərqlidir. Ə.Axundov variantmda ovda olar­

kən Lətif şaha Hindistan  şahının qızı  Mehriban buta  verilir,  ayılandan  sonra 

o,  Hindistan dağlarına gedir,  elə burada iki sevgili görüşür.

Ə.Cəfəroğlu  variantmda  isə  Mehriban  buta  aldıqdan  sonra  anasını  ona 

Yəmən dağma getməyə  icazə verməsinə razı  salır və  ovda yatan Lətif şahı

56

gorur.


5.  Ə.Cəfəroğlu variantında Mehriban ilk görüş vaxtı öz üzüyünü Lətif şa­

hın barmağına, onun üzüyünü çıxanb öz barmağına taxır.  Ə.Axundov varian­

tmda bu yoxdur.

6.  Çox ciddi fərqlərdən biri isə Lətif şahın fars hökmdarının bacısı Əsma 

xanım  tərəfindən  xilasetmə  səhnəsidir.  Ə.Cəfəroğlu  variantmda  o,  özünün 

evli  olduğunu  mərd-mərdanə  söyləyir,  Əsma  ilə  evlənməyə  söz  vermir. 

Ə.Axundov variantında isə bunu  gizli saxlayır.

7.  Qəhrəmanların adlarında b e ’zi fərqlər vardır. Ə.Cəfəroğlu variantmda 

Yəmən  şahı  -  Ə.Axundov  variantmda  Dərdli  şah,  Ə.Cəfəroğlu  variantmda 

Telli  Mehriban -  Ə.Axundov variantmda Mehriban  Soltan,  Ə.CƏfəroğlu va­

riantmda Əsmər - Ə.Axundov variantmda Əsma kimi verilir.



8.  Ə.Cəfəroğlu variantmda həmçinin müasirləşmə, dastan ən'ənəçiliyin- 

dən uzaqlaşma meylləri (Yəmənə gələn bəzirganlarm yüklərinin yoxlanma­

sı,  L ətif şah xəstələnəndə  xəstəxanaya aparılması,  Hindistana  getmək  üçün 

pasport hazırlanması və s.) hiss olunur.  Bu xüsusiyyət Ə.Axundov variantm­

da yoxdur.

TƏHMASİB ƏJDƏROV

İqtisad elmləri namizədi

MÜƏSSİSƏLƏRİN İNKİŞAFINA  VERGİ 

MEXANİZMİNİN TƏ SİRİ

Bazar iqtisadiyyatı  şəraitində  sənaye  müəssisələrinə  tətbiq edilən  vergi 

mexanizmi bilavasitə məhsul  istehsalı ilə bağlıdır.

Ilazırkı  şəraitdə hər bir sənaye müəssisəsinin rəhbərliyi çalışmalıdır  ki, 

istehsal imkanlarından səmərəli istifadə etməklə, məhsul istehsalının həcmi­

nin  dəyişməsi  ilə  əlaqədar,  öz  mənfəətinin  (gəlirlərinin)  artıb-azalacağını 

müəyyənləşdirsin.  Bunun  üçün  o,  birinci  növbədə  istehsal  olunmuş  məhsu­

lun  optimal  həcmini  müəyyənləşdirməli və  həmin  məhsulun  istehsalı  üçün 

çəkilən xərcləri (maya dəyərini) hesablamalıdır. Bundan sonra, istehsal olun­

muş  sənaye məhsulunun satışından əldə edilmiş  ümumi pul gəlirlərinin  həc­

mi  v ə ümumi istehsal  xərclərinin  kəmiyyəti  təhlil  edilməlidir.  Məhsul  satı­

şından əldə olunan pul gəlirlərinin həcmi bilavasitə, məhsul vahidinin bazar 

qiymətlərindən asılı olduğundan və sənaye müəssisəsinin m ənfəətlə işləmə- 

___________________ ________________________________________ 57




sini müəyyən etmək üçün orta istehsal xərcləri ilə məhsulun bazar qiymətlə­

ri müqayisəli təhlil olunmalıdır.

Mənfəət - hər bir sənaye müəssisəsinin istehsal  etdiyi məhsulların satı­

şından əldə olunan nəticəni xarakterizə edir.

Sənaye  müəssisələrində  istehsal  şərtlərinin  səmərəli  istifadə  olunması 

baxımından,  mənfəətin  yüksəldilməsinin  aşağıdakı  istiqamətlərini  göstər­

mək olar:

1.  Elmi-texniki tərəqqinin son naliyyətlərinin istehsala tətbiq edilməsi;

2.  İstehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi;



3.  Bazarm tələblərinə uyğun yeni növ məhsulların istehsalı;

4.  Xarici investisiya vəsaitlərindən səmərəli istifadə.

Yuxanda göstərilən bu istiqamətlər nəticə  e'tiban ilə sənaye müəssisə­

lərində istehsal xərclərinin aşağı salınmasına və mənfəətin yüksəldilməsinə 

səbəb olur.

Sənaye  müəssisələrində  m ənfəət  -  başlıca  əsas  göstərici  hesab  olunur. 

Müəssisə  tərəfindən istehsal olunmuş məhsul satıldıqdan sonra, əldə olunan 

ümumi  mənfəətdən  (gəlirdən),  əlavə  deyər  vergisi  və  bilavasitə  istehsalla 

əlaqədar  olan  xərclər  çıxıldıqdan  sonra yerdə  qalan balans  mənfəətindən  - 

dövlət büdcəsinə mənfəət  vergisi hesablanır.  Hesablanmış mənfəət vergisi, 

balans mənfəətindən çıxıldıqdan sonra, əldə olunan sərbəst mənfəət müəssi­

səsinin sərəncamındaqalır.

Müəssisədə qalan sərbəst mənfəətin istifadə olunması qaydaları bilavasi­

tə nizamnaməyə uyğun olunmalıdır. Sərbəst mənfəətin müəyyən hissəsi pay­

çılar arasmda bölüşdürülə, divident kimi səhmdarlara verilə və yaxud müəssi­

sənin mülkiyyətçisi tərəfindən istifadə oluna bilər.  Sərbəst mənfəətin bölüş­

dürülməyən  hissəsindən,  müəssisələr  öz  istehsalını  inkişaf etdirmək  üçün  - 

fondlar və ehtiyatlar yarada bilərlər. Sənaye sahələrində ehtiyat fondunun ya­

radılması hesabma - gözlənilməz itkiləri və müəssisənin zərərlərini ödəmək 

mümkündür. Bu  fond öz təbiəti e'tiban ilə sığorta xarakteri daşıyır.

Sənaye  müəssisələrində  xüsusi  vəsait  mənbəyi  kimi  əlavə  kapital,  bir 

qayda olaraq, əsas vəsaitlərin və digər material qiymətlərinin (maddi vəsait­

lərin) yenidən qiymətləndirilməsi nəticəsində əldə olunur. Sənaye müəssisə­

lərində  bu  vəsaitin istehlak məqsədlərinə  istifadəsi  normativ sənədlərə  uy­

ğun olaraq qadağan edilir.

Bazar iqtisadiyyatı şəraitində hər bir sənyae müəssisəsinə artıq tam surət­

də sərbəstlik verilmişdir. Ona görə də, hər bir sənaye müəssisəsində, istehsal 

olunan məhsullar üzrə - istehsal maliyyə planının təşkili; bilavasitə müəssisə­

nin maliyyə siyasətinin düzgün işlənib hazırlanmasından asılı olmalıdır.

Hazırda sənaye müəssisəsinin maliyyə siyasətinin düzgün işlənib hazır­

lanmasında məqsəd - hər bir müəssisənin öz maliyyə vəsaitləri hesabma ida­



58

rə edilməsinin  elə  səmərəli  sisteminin  qurulmasıdır ki,  bu  da  qarşıda duran 

strateji və taktiki vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirilməlidir.

Bazar iqtisadiyyatı  şəraitində  sənaye müəssisəsinin  maliyyə  siyasətinin 

düzgün təşkilinin əsas strateji  vəzifələri aşağıdakılar hesab olunurlar:

1.  Müəssisədə  məhsul  istehsalından  və  onun  satışından  əldə  olunan 

mənfəətin (gəlirin) yüksək səviyyəsinin müəyyən edilməsi;

2.  Müəssisəsinin öz vəsaitlərindən məhsul  istehsalmda sərbəst istifadəsi 

və maliyyə sabitliyinin tə'm in olunması;



3.  Müəssisəyə investisiya qoyuluşunun tə'm in edilməsi;

4.  Müəssisənin idarə olunmasında səmərəli mexanizmlərin tətbiqi;

5.  Müəssisənin  mülkiyyətçiləri  (payçılar),  investorları  və  kreditorları 

üçün  -  müəssisənin  maliyyə-iqtısadi  planının  düzgün  təşkil  edilməsinə  nail 

olunması;



6.  Rəqabətə davamlı və bazarm tələb və təklifinə uyğun məhsul istehsalı.

Deməli yuxarıda qoyulan bütün vəzifələr sənaye müəssisəsinin maliyyə

siyasətində, bilavasitə öz əksini tapmalıdır.

Hazırda sənaye müəssisəsinin maliyyə siyasətinin istiqamətlərinə aşağı­

dakıları  aid etmək olar:

1.  Müəssisənin maliyyə-iqtisadi vəziyyəti;

2.  Uçot  və vergi  siyasəti;



3.  M üəssisənin kredit siyasəti;

4.  Dövriyyə vəsaitlərindən  səmərəli istifadə;

5.  İstehsal xərclərinin strukturu.

Müəssisənin  maliyyə  siyasətinin  mühüm  istiqamətlərindən  biri  olan 

“Uçot və vergi siyasəti” bölməsində dövlət büdcəsinə ayrı-ayrı vergilərin he­

sablanıb vaxtında ödənilməsi planlaşdırılır.  Sənaye müəssisəsində “vergi  si­

yasəti” bölməsinin  təşkilində əsas məqsəd - müəssisənin büdcə ilə qarşılıq­

lı münasibətlərinin səmərəli  olması, həm do “Vergi Məcəllo”sinin tələbləri­

n ə müvafiq olaraq qurulmasıdır. Hazırda müəssisələrdə “Vergi siyasəti” böl­

məsinin təşkili - “Vergi  Məcelləsi”nin əsasında müəyyən edilməlidir.

Respublikamızın sənaye müəssisələri dövlət büdcəsinə və büdcə fondla­

rına aşağıdakı vergi və ayırmaları hesablayıb  vaxtında ödəməlidirlər:

1.  Mənfəət vergisi -  Sənaye müəssisələrinin mənfəətindən qanunla mü­

əyyənləşdirilmiş dərəcə ilə hesablanaraq, dövlət büdcəsinə köçürülür.  Bura­

d a müəssisənin əldə etdiyi gəlirlərdən - əlavə dəyər vergisi, aksiz vergisi  və 

istehsal ilə bağlı olan xərcləri çıxıldıqdan sonra, yerdə qalan balans m ənfəə­

tindən  -  mənfəət  vergisi,  yeni  təsdiq  olunmuş  “Vergi  məcəlləsi”nə  uyğun 

olaraq 27  faizlə hesablanaraq dövlət büdcəsinə  ödənilməlidir.

2.  Əlavə dəyər vergisi - Bu vergi  növü  sənaye müəssisələrində istehsal

■■ 



-  

__________________________________________________________________________________  



5 9


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə