Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   16   17   18   19   20   21   22   23   24

nət əsəri yaratmış, bununla da klassik ədəbiyyatımıza olan sevgisini, m əhəb­

bətini  göstərmişdir.  Mahmudbəyov  əsərin  ana xəttini  saxlayaraq yoldaşlıq, 

dostluq, xeyirxahlıq hisslərini daha qabarıq şəkildə nümayiş etdirmişdir.

Bundan başqa  o  “Torpaq,  dəniz, od,  səma”,  “Şərikli çörək”, “Nar  ağacı 

haqqında xatirə”, “Bayquş uçub gələndə”, “Vadidə üsyan”, “Heyat bizi sına­

yır” kimi filmlərini çəkmişdir. O, bacarıqlı kinorejissor olmağı ilo yanaşı hom 

də  iste'dadlı  aktyor  idi.  Mahmudbəyov  bu  bacarığım  görkəmli  kinorejissor 

H.Seyidzadənin çəkdiyi  “Yenilməz  batalyon” filmində Əlimərdan obrazı  ilə 

sübut etmişdir.

Azərbaycan kinosunun korifey sənətkarlarından biri olan Mahmudbəyo- 

vun  adı  Azərbaycan  incəsənət  tarixinə  qızıl  hərflərlər  yazılmışdır.  Şamil 

Mahmudbəyovun sənət məktəbi  geniş tədqiq edilməli,  gənc rejissorlara  öy­

rədilməlidir.

ZÜLFİYYƏ ƏSƏDOVA

ADMİU-nun I  kurs tələbəsi

KİNO  TARİXİMİZİN B Ə Z İ  MƏQAMLARI

Artıq bir əsrə bərabər  tarixi  olan Azərbaycan kinosu çox keşməkeşli  vo 

hom do şərəfli bir yol keçmişdir. Bu müddət ərzində yüzlərlə görkəmli sənət 

xadimləri  -  rejissorlar,  aktyorlar,  operatorlar  və  ömrünü  kinoya  həsr  etmiş 

müxtəlif peşə sahibləri yetişmişdir.

Azərbaycanda XX əsrin əvvəllərində mövcud olan ictimai-siyasi və mə­

dəni  şərait  informasiya,  maarif və  əyləncə  funksiyasım  öz üzərinə  götürən 

kino sənətinin formalaşmasına tə'kan vermişdir. İ.Musabəyovun dövrün sen­

sasiyalı hadisələrini əks etdirən, melodrama janrında yazılmış “Neft və mil­

yonlar  səltənətində”  əsəri  əsasında  çəkilmiş  film  Azərbaycanın  ilk  bədii 

oyun kinosudur.  Azərbaycan  kinosunun  tarixi  Cümhuriyyətə  qədərki  dövrə 

aid  olsa  da  onun  çiçəklənmə  dövrü  Sovet  dövrünə  təsadüf edir.  Bu  dövrdə 

xalqımızın  qəhrəmanlıq,  vətənpərvərlik ruhunu əks etdirən, onun məişətini, 

həyat  tərzini,  ekranlarda  canlandıran,  incəsənətimizi  dünyaya  tanıtdıran 

filmlərimiz bu gün də öz təravətini itirməmişdir. Xüsusilə də dahi Ü.IIacıbə- 

yovun “Arşın mal  alan”ı  əsasında  çəkilmiş film Azərbaycam dünyaya tamt-



8 4

dırdı.  Milli musiqi sənətimizin  ürəkləri  fəth edən e'cazkar sədalarını dünya­

ya yaydı. Sonrakı dövrlərdə H.Seyidzadə, H.Seyidbəyli, Ə.Atakişiyev, T.Ta- 

ğızadə, R.Ocaqov,  E.Quliyev,  O.Mirqasımov, V.Mustafayev kimi  bir sıra ki­

norejissorlarımızın çəkdikləri  filmlər Azərbaycan kinosunun inkişafında ye­

ni mərhələ təşkil  edir.  1960-70-ci  illərdə çəkilən  filmlərlə müasir Azərbay­

can kinosunun təməli qoyulur.

Son  vaxtlar  Azərbaycanfilm  kinostudiyasında  çəkilmiş  R.Ocaqovun 

“Hom  ziyarət,  həm  ticarət”,  H.Mchdiycvin  “Özgə  vaxt”,  E.Quliyevin  “Bu 

gözəl,  gözəl dünya”  və  s.  kimi  filmlər dünya  festivallarında uğurla nümayiş 

etdirilmişdir.  Hazırda  “Azərbaycanfilm”də  O.Mirqasımovun  “Şəfa  kitabı”, 

V.Mustafayevin Elçinin ssenarisi əsasında ekranlaşdırdığı “Manifest” filmlə­

rinin çəkilişi davam etdirilir. İnanırıq ki, Azərbaycan kinosu bundan sonra da­

ha yüksək zirvələr fəth  edəcək və mədəniyyətimizin bütün dünyaya  tanıtdı- 

rılması işinə təkan verəcəkdir.

E LN A R Ə   BAĞIROVA

ADMİU-nun I  kurs tələbəsi

TƏBİİ OBRAZLAR  USTASI

100  il  tarixi  olan  Azərbaycan  teatrının  səhnəsi  bir  neçə  nəsil  qüdrətli 

aktyorlar yetişdirmişdir ki,  Ələsgər Ələkbərov, Barat  Şəkinskaya,  Ağadadaş 

Qurbanov və haqqında bəhs edəcəyimiz İsmayıl  Osmaclı bu sənətkarlar dəs­

təsinin  en parlaq nümayondələrindəndir.

İsmayıl  Osmanlının  bir aktyor  kimi  püxtələşməsino  kömək edən  rolları 

bir-bir şərh etmək  çəlindir.  Lakin  bir  faktı  göstərmək kifayətdir ki,  1923-cü 

ildə  Gəncədə  qastrol  tamaşalarında  çıxış  edən  İsmayıl,  yerli  ictimaiyyətin 

diqqətini  cəlb etmişdir.

İsmayıl  Osmanlı  Gəncə dram dəməyində böyük bir həvəslə  işə  başladı. 

O, Bakı teatrları ilə əlaqə saxlayır, yeni yazılmış pyeslərlə tanış olur, Bakı ta­

maşaları haqqında dərc olunan məqalələri oxuyur, öz aktyor sənəüni  təkmil­

ləşdirirdi.  İsmayıl yaxşı başa düşürdü ki, əsil sənətkar olmaq üçün dərin  bili­

yə  yiyələnməlidir.  Bu  məqsədlə  o,  Gəncə  fəhlə  fakültəsinə  daxil  olur  və 

sə'ylə  oxumağa başlayır.  İsmayıl  Osmanlı gündüzlər dərsə, axşamlar məşqə

8 5



gedir.

Osmanlının dəm ək fəaliyyəti ildən-ilə inkişaf edir, az sonra o, dəm əyin 

rəhbəri seçilir və bir rejissor kimi kollektivə rəhbərlik edir.

Osmanlı bu baradə belə nağıl edir:  “Repertuarımızın ən gözəl əsərlərin­

dən biri  də,C.Cabbarlının “Oktay Eloğlu” pyesinin tamaşası idi. Burada  O q ­

tay rolunu mən, Fiməgiz rolunu B.Paşazadə, Mazandaranski rolunda isə A d il 

İskəndərov çıxış edirdi”.

İsmayıl  Osmanlarını  əsil  yaradıcılıq  fəaliyyəti,  bir  sənətkar kimi  b ö y ü ­

yüb yetişməsi tarixi Tiflis - Azərbaycan teatrından başlanır. Onun ilk m ü əlli­

mi  Girmanşahlı  olmuşdur.  İsmayıl  Osmanlı  onun  rejissorluq  təTimi  ilə  b ir 

çox rollarda çıxış etmişdir.  1929-cu ildə Tiflisdə tamaşaya qoyulan “Denner” 

və  Zermonun  “İki  yetimə” meiodramındakı  Pyer isə  Obu  Übeydin əksi  id i, 

Osmanlı bu əsərdə Pyer rolunda çıxış edirdi.

1930- 


cu ildən başlayaraq İsmayıl Osmanlı Əzizbəyov adma A zərbaycan 

Dövlət  Dram  Teatrının  şöhrətli  aktyor  kollektivinə  daxil  olur.  Bu  g ü n d ən  

onun yaradıcılığının böyük bir dövrü başlanır. Bu da çox şərəfli bir dövrdür.

1931- 


ci ildə teatr C.Cabbarlmm “ 1905-ci ildə” adlı pyesində Babalar b ə y  

rolunu Osmanlıya tapşırdı.

“Almaz” əsərinin ilk tamaşası Əzizbəyov adma teatrın səhnəsində  193 1- 

ci  il  aprelin  13-də  oynanıldı.  Rejissor C.Cabbarlı  idi.  Osmanlı burada Q ərib 

rolunda çıxış edirdi.

Osmanlı  “Həyat”  pyesində  Heydərqulu  rolunda  çıxış  etmişdir.  Bu  rol 

əsərin əsas apancı obrazlarından olmasa da hər halda çox gözəl təsvir olun­

muş maraqlı bir surətdir.

İ.Osmanlı  ölməz  obrazlar  yaratmışdır:  Surxay  (“Toy”),  Mirzə  Qərənfil 

(“Xoşbəxtlər”), Xəlil (“Əliqulu evlənir”) kimi obrazları onun yaradıcılıq tab­

losuna xüsusi gözəllik verir.

Görkəmli rejissor M.Mommədovun quruluşu ilə hazırlanmış tamaşalarda 

da İ.Osmanlı diqqətəlayiq obrazlar yaratmışdır. Mehdi Hüseynin “Alov” pye­

sində  Kərim  Rəhimli,  M.İbrahimovun  “Kəndçi  qızı”  lirik komediyasmdaRı 

Şekərlinski, A.N.Tolstoyun “Canlı meyit” faciesindənkı Aleksandrov, H.Ca­

vidin “Ömər Xəyyam” əsərində Bağban rollan bunun bariz nümunəsidir.

İ.Osmanlmı  tamaşaçılar iste'dadlı komediya  aktyoru kimi  tanıyır ve  se­

virlər.  Onun yaradıcılığında fitri  bir yumor var.  Bu yumor sün' ilikdən uzaq­

dır,  təbii  və  səmimidir.  Aktyor yaratdığı  obrazm istər daxili aləmini,  istərsə 

də zahiri cəhətlərini bır vəhdət şəklində götürür və onu yaddaqalan boyalar­

la rəsm edir.

İ.Osmanlı  kino  fəaliyyində  də  müxtəlif xarakterlər yaratmaqla sənətin­

dəki  boyalarm  tükənməzliyini  bir  daha  sübuta  yetirmişdir.  İ.Osmanlı  sənəti 

bir gün də sənətsevərlərin  qəlbində yaşayır.

86

XƏYALƏ QULİYEVA

ADMİU-nun  I  kurs tələbəsi

SƏHNƏ FƏDAİSİNİN HƏYA TINDAN 

MÜƏMMALI MƏQAMLAR

Hüseyn  Ərəblinski  Azərbaycan  səhnəsinin  görkəmli  nümayəndələrin­

dən biridir. Ərəblinski Azərbaycan teatr səhnəsinin ilk rejissoru sayılır. Onun 

yaşayıb-yaratdığı  dövr teatrımızın yüksəliş dövrüdür.

Orəblinskinin  əsil  adı  vo  familiyası  Hüseynbala  Xələfovdur.  “Ərəb­

linski” onun təxəllüsüdür.  Onun “Ərəblinski” təxəllüsünü götürməsi ayrı-ay­

rı kitablarda m üxtəlif səbəblərlə  izah olunmuşdur.

Qeydlərdən  birində  belə  izah  olunur ki,  Dərbənd  qastrollarının  birində, 

Xəlefova Ərəblinski l'amilyah bir qadın yaxınlaşmış və aktrisa olmaq arzusu­

nu  bildirmişdir.  Lakin  müəyyən  səsəblərdən,  o  bu  arzusunu  həyata  keçirə 

bilməmişdir.  Ilomin  qadın  teatr  qrupunu  vağzaldan  yola  salarkən,  Xələfova 

bir çiçək vermiş və çiçəyi solsa da, yadigar saxlamasını xahiş etmişdir. Xolo- 

fov da həmin qadından  yadigar olaraq,  onun  familiyasını  təxəllüs  götürmüş­

dür.


Başqa bir qeyddə belə izah olunur ki, Xolofov öz teatr dəstosiyiə qastrol­

dan  qayıdarkən,  gone  bir  qız  “Arablinski”  adma stansiyadan  qatara  minmiş, 

Xələfova  onu  sevdiyini  bildirmiş  və  ona  çiçək  bağışlamışdır.  Xələfovun  da 

qızdan xoşu  gəlir.  Qız qatardan düşəndən  sonra,  onun  eşqinə,  qatara  mindi- 

|  yi stansiyanın  adını  - “Ərəblinski”  təxəllüsünü  götürür.

Daha başqa bir qeyddə belə izah olunur ki, Hüseyn Xolofov qatarda olar­

kən  vağzalda  çoxlu  adam  olduğunu  görür.  Bunun  sobobini  soruşduqda,  ona 

Ərəblinski adlı  bir generalın vağzala gələcəyini  söyləyiblər.  Bu səbəbdən də 

hamı  onu  qarşılamağa  yığılıbmış.  Xolofov  belə  olduğu  halda demişdir:  “Bu 

gündən mən də olacağam  Ərəblinski.  Qoy məni  də belo qarşılasınlar".

Belə  qeydlərdən  hiss  olunur ki,  Əreblinskmin  həyatı  və yaradıcılığı  h ə­

ləlik  otratlı və mükəmməl  öyrənilməmişdir.

Hüseyn Ərəblinski səhnəyə  ilk dəfə  1897-ci  ildə M.F. Axundovun “Lən­

kəran  xanının  vəziri”  komediyasında  Mehtər Kərim  rolunda  çıxmışdır.  H ə­

min komediyada o,  1910-cu ildə Teymurağa rolunda da çıxış  etmişdir.

Hüseyn  Ərəblinski,  əsasən,  Otello  rolunun  mahir  ifaçısı  kimi  tanınmış­

dır.  Hətta məşhur rus  artisti  və rejissoru  V.P.Valentinov  (1871-1929)  “O tel­

lo” tamaşasından sonra Hüseyn Ərəblinskiyo  belo demişdir:



87


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə