Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   16   17   18   19   20   21   22   23   24

AYTƏKİN VƏ LİYEV А

ADMİU-nun III kurs tələbəsi

AŞIQ POEZİYASININ JANRLARI

Aşıq  sənəti  qədim  sənətdir.  Bu  sənətlə  məşğul  olanlara keçmişdə  “d e­

də”,  “ozan”  demişlər.  Aşıqlar  saz  çalır,  mahnı  oxuyur  və  çaldığı  havanın 

ahənginə uyğun rəqs edirlər.  Musiqinin, şe'rin və rəqsin aşıq sənətində v ə h ­

dəti  də  onun qədimliyini  göstərir.  Xalq həyatı  və  xalq mə'nəviyyatı  ilə  son 

dərəcə fəal, canlı əlaqə saxlayan aşıq yaradıcılığının bu zamankı bədii nailiy­

yətləri diqqətəlayiqdir. Yaradıcı aşıqlardan Qurbani, Abbas Tufarqanlı, X ə s ­

tə  Qasım,  Aşıq  Alı,  Aşıq  Ələsgər,  Növros  İman,  Aşıq Mirzə,  Aşıq  Hüseyn 

Saradı, Aşıq Şəmşir, Molla Cümə və s. məşhurdurlar. Aşıq poeziyasının g ö ­

zəl ən'əııələrini dəyanətlə yaşadan bu el sənətkarlanmn yaradıcılığında m ə ­

həbbət  lirikası  üstünlük təşkil  etsə  də,  onlar  üçün vətəndaşlıq mövzuları  da 

çox  səciyyəvi idi.  Aşıqlar yalnız saz havaları  üstündə mahnı oxumurlar,  on­

lar eyni zamanda dastan da söyləyirlər. Aşıqlarımız yazılı ədəbiyyatı da yax­

şı  bilir  və  ondan  istifadə  edirlər.  Şifahi  xalq  şe'rindən  fərqli  olaraq  aşıq 

şe'rlərinin kimə məxsus olduğu mə'lumdur, çünki şe'rin sonunda hor aşıq öz 

adını, ya da  təxəllüsünü bildirir. Misal  üçün:



Ələsgərəm  hər elmdən halıyam,

Dedim, sən təbibsən mən yaralıyam,

Dedi nişanlıyam, özgə malıyam,

Sındı qol qanadım yamma düşdü.

Aşıq şe'rinin m üxtəlif janrları  vardır.

Geraylı  -  Azərbaycan  aşıq  yaradıcılığında  çox  istifadə  olunan  və  geniş 

yayılan şəkillərdən biridir, ilə r bəndi 4 misradan, hər misrası səkkiz hecadan 

ibarət olan  3-5  bondlik  şc'ro  goraylı  deyilir.  Gərayh  aşıq yaradıcılığında  on 

oynaq,  ahəngdar və tez əzbərlənən şe'r növlorindəndir.

Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət olan şc'r şək­

linə qoşma deyilir.  Qoşmada bəndlərin sayının tək olması, onun mühüm əla­

mətlərindən biridir. Qoşma mənşəy e'tiban ilə aşıq yaradıcılığına mənsub ol­

masına baxmayaraq, yazılı ədəbiyyata da keçmişdir. Qoşma şe'r növü də bu 

və ya digər əlamətə görə müxtəlif şəkildə özünü göstərir.

Qafiyələri cinas  sözlərdən ibarət olan şe'rə təcnis deyilir. Məsələn:



80

A dət budur, yar xəbərin yar alar,

Mənim yanm  z ə if canım yaralar,

Yerbəyerdən sızıldaşar yaralar,

Rəhm eylə  Cüməyə ay ağa düşdüm.  (Molla Cümə)

Təcnisin bir forması da cığalı təcnisdir. Belə şe'rlərin hər bəndinə bir ba­

yatı əlavə edilir ki, buna cığa bəndi deyilir. Cığa bəndi əsas bəndlərdə elə ve­

rilir, bunlar bir-biri ile elə birləşir ki, bu birləşmədə həm qoşma, həm də ba­

yatı  özünəməxsus  forma xüsusiyyətini saxlayır.

Aşiqanə  qoşmalarla  yanaşı,  hikmətli  qoşmalar  da  vardır.  Hikmətli  qoş­

malara ustadnamələr deyilir. Aşıqlar ustadnamələri söylədikləri dastanın əv­

vəlində də  oxuyurlar.

İki aşığın üz-üzə durub şe'rləşməsi  deyişmə adlanır.

Aşıq bə’zən şe'rdə bu və ya başqa məsələ haqqında  suallar qoyur, onun­

la yarışa girən aşıqdan həmin suala cavab tələb edir.  Belə şe’rlər aşıq yaradı­

cılığında qıfılbənd adlanır.  Qıfılbəndi açmalı olan aşıq həmin əlamətlərə gö­

rə  cavab  tapmalı  və onu da şc'rlo, ritmlə,  ahənglə  söyləməlidir.  lilə  ona gö­

rə də aşıq yaradıcılığında aşıqlar bir-birinin fəhmini, iste'dadım, aşıq sənətin­

dəki  bacarığını  yoxlamaq üçün qıfılbənddən bir vasitə kimi istifadə edirlər.

Qoşmanın  məzmunca  fərqlənən  bir  forması  da  vücudnamədir.  İnsanın 

ayrı-ayrı yaş mərhələlərinin səciyyəsini  verən şc'rlorə vücudnamə deyilir.

Vücudnamoyə həm aşıq şc'rində, həm klassik poeziyamızda rast gəlmək 

mümkündür.

Aşıq  yaradıcılığındakı  şc'r  şəkilləri  burada  haqqında  danışanlarla məh­

dudlaşmır,  onun  başqa növləri do vardır.

81



NATİQ ŞƏKƏRƏLİYEV

ADMİU-nun I  kurs tələbəsi

REJİSSOR  VƏ MÜASİRLİK

Teatrımızda yaradıcılıq həyatmm əsas təşkilatçılarından biri rejissordur. 

Onun işi çox mürəkkəb və m əs'ul yaradıcılıq sahəsidir. Rejissor çalışır ki, sə­

nətin bütün gözəllik və cazibəsi onun sehirkar gücü ilə hazırlanmış tamaşada 

aydm nəzərə  çarpsın.  O,  eyni  zamanda istəyir ki,  tamaşaçı  teatrdan çıxanda 

həyat haqqmda düşünsün, gördüyü tamaşa ile həyatı müqayisə elsin. Rejisso­

run qarşısında duran belə m əs'ul bir vəzifə onun teatrda böyük nüfuza malik 

olmasını tələb edir.  O, başçılıq etdiyi kollektivi vahid sənət istiqamətinə yö­

nəltməli,  aktyorların  fərdi  yaradıcılıq xüsusiyyətlərini  öyrənməli  və  onların 

inkişafı qeydinə qalmalıdır. Çünki rejissor öz  fikirlərini aktyor vasitəsilə ya­

yır. Aktyor isə öz iste'dadı, yaradıcılıq qabiliyyəti ilə rejissoru ilhama gətirir 

və onun fikirlərini tamamlayır.

Rejissor sənəti sahəsində əldə edilən nailiyyətlərin bir çoxu müasir dra­

maturgiyanın  inkişafı  ilo  sıx  bağlıdır.  Görkəmli  rejissorlarımız  mürəkkəb 

mündərəcəyə malik olan bir çox klassik əsərlər - xalq qəhrəmanlıq dramla­

rı,  tarixi  inqilabi  pyeslər  tamaşaya  qoymuş  və  həyatımıza,  müasirlərimizə 

həsr edilən əsərlər əsasında yaddaqalan tamaşalar yaratmışlar.  Bu yaradıcılıq 

nailiyyətlərinin əldə edilməsində rejissor və dramaturqlar bir-birlərinə yaxın 

köməkçi və məsləhətçi olmuşlar.

Dramaturqla rejissorun qarşılıqlı yaradıcılıq işi elə olmalıdır ki, bu iş mü­

əllifin  fərdi yaradıcılıq üslubuna xələl gətirməsin.  Gərək rejissor və drama­

turqlar bir-birilə  ehtiyatla hərəkət  etsinlər,  onların  əlbir  fəaliyyəti  əsil  yara­

dıcılıq  şəraitində keçsin,  qarşılıqlı  surətdə bir-birini  tamamlasın.  Əks  təqdir­

də səhnədə göstərilən tamaşa müəllifin pyesdəki qayəsini  təhrif edə bilər.

Gənc  rejissor  kadrlarının  da  yetişdirilməsine  eyni  qayğıkeşliklə  yanaş­

maq  lazımdır.  Rejissor  sənəti üzrə təhsil alan tələbələr praktiki  işlə məşğul 

olmalıdır.  Unutmaq  olmaz ki,  rejissor işi  - praktiki  işdir.  Təcrübə  qazamnaq 

üçün eksperimentlər etmək, sənətin çətin vərdişlərinə yiyələnən gələcək re­

jissorların inkişafından  ötrü mühüm  şərtdir.  Buna görə də  gənclər  necə  de­

yərlər,  teatrın  “mətbəxinə”  həmişə  yaxın  olmalı,  məktəbdə  təhsil  almaqla 

yanaşı,  səhnədə saç ağartmış öz təcrübəli həmkarlarından öyrənməlidirlər.

Rejissor sənəti professional vərdişlərdən başqa bir də zəngin həyat bili­

yi, həssas müşahidə tələb edir.  Rejissorlarımız gündəlik həyatunıza diqqətlə

82

baxmalı, müasir dövrümüzün yeniliklərini, insanlarımızın mə'nəviyyatmdakı 

dəyişiklikləri vaxtında görməli və onları sənətin e  cazkar dili ilə tamaşaçıla­

ra çatdırmalıdırlar.



E M İN  N Ə SİR L İ

ADMİU-nun I  kurs tələbəsi

MİLLİ KİNOMUZUN CƏFA KEŞİ

İncəsənətin  tarixini  öyrənmək  həm  də  elə  yaradıcılıq  tarixinin  öyrən­

məkdir.  Fəaliyyət başlayan  hər bir sənətkar müəyyən bir  sahəni  təmsil  edir. 

Bu sahələrdən biri də kino sənətidir. Azərbaycan kinematoqrafçıları içərisin­

də öz dəsti-xətti  ilə seçilən rejissorlardan  biri də görkəmli  kinorejissor Şamil 

Mahmudbəyovdur.  O, bu çəlin peşəni  seçərkən yaxşı  bilirdi ki, “Kinematoq­

rafçı  olmaq istəyən  hər şeyi  bacarmalıdır”.  Onun  en  böyük arzularından  biri 

Moskvadakı  Ümumittifaq Kinematoqrafiya  institutuna daxil  olmaq  idi.  O bu 

arzusuna çatır və institutun  rejissoluq fakültəsinə daxil  ola bilir.  Şamil orada 

Eyzenşteyn,  Romm,  Dovjcnko  və bir çox  müəllim-rejissorlardan  dərs  alma­

ğa başlayır. Nəhayət, Mahmudbəyov institutu  uğurla bitirib Azərbaycana qa­

yıdır.  Qayıtdıqdan  sonra  kinomuzun  inkişafı  üçün  yeni  imkanlar  axtarır  və 

bunun  üçün  yurdumuzun  hər guşəsini  gəzməyə  can  atır,  onun  ən  ənələrini, 

iqtisadiyyatını,  tarixini  və coğrafi  şəraitini  mükəmməl  öyrənməyə  başlayır.

Ş.Mahmudbəyov  bir  müddət  studiyada  filmlərin  dublyajı  ilo  məşğul 

olur. O burada rejissor T.Tağızadənin “Görüş” və E.Quliyevin “Qara daşlar” 

filmində ikinci rejissor kimi  işləmişdir.

Rejissor Mahmudbəyov az sonra “Onun  150 yaşı  var” və “Naxçıvan” ad­

lı  qısametrajlı  sənədli  filmlərini müstəqil  çəkir.  Bu  filmlərdə həyatın poetik, 

vüs'otli  parçalarından söhbət açılır.

O  öz  təcrübələri  sayəsində  ilk  olaraq  müstəqil  şəkildə  “Romeo  mənim 

qonşumdur” tammetrajlı bədii filmini çəkir. Janr c'tibarı ilə musiqili komedi­

ya olan bu filmdə hadisələr aydm inkişaf edir.

Şamilin yaratdığı  növbəti film “Qaraca qız” oldu.  Görkəmli kinorejissor 

əsərin mahiyyətini dərk edərək öz rejissorluq qabiliyyəti  sayəsində gözəl sə-

83



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə