Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   16   17   18   19   20   21   22   23   24

XVII əsr isə Azerbaycan şifahi xalq yaradıcılığının yeni  vüs'ətlə inkişaf 

etdiyi  dövrdür.  Zülm  və  istibdada  qarşı mübarizə  ideyalan,  vətənpərvərlik, 

qəhrəmanlıq və məhəbbət motivləri  ilə zəngin  olan “Koroğlu”,  “Şah İsma­

yıl”,  “Aşıq Qərib”,  “Əsli və Kərəm”  kimi  dastanlar bu  dövrdə yaranmış və 

formalaşmışdır.

M.V.Vidadi  və M.A.Vaqif yaradıcılığı  XVIII əsr poeziyasının sənət in­

cilərindəndir. Əgər Vidadi zəngin söz xəzinəsilə Azərbaycan lirik poeziyası­

nı zənginləşdirmişsə, Vaqif məhəbbətlə dolu şe'rlerində xalq dilinin bu zən­

ginliyini əks etdirmişdir.

XVIII əsrdə musiqi, rəngkarlıq və eləcə də digər sənət sahələri  tərəqqi 

etmişdi.  Bu dövrdə saz və kamança, balaban, zurna, nağara və dəf kimi mu­

siqi alətləri geniş yayılmışdır. Zəngin naxışlarla bəzənmiş Şəki xan Sarayı bu 

dövrdə tikilmişdir.

XIX  əsrin  əvvəllərində  Azərbaycanın  Rusiyaya  birləşməsindən  sonra 

çarizmin ruslaşdırma siyasətinə baxmayaraq mədəni inkişaf yeni mərhələyə 

qədəm qoyur. Bakı, Şamaxı, Şəki, Şuşa kimi şəhərlərdə yeni  tipli məktəblər 

açılır,  maarif və  elm,  ədəbiyyat və  incəsənət  sahəsində  mütərəqqi  işlər gö­

rülür.


Azərbaycan  tarixşünaslığmın  əsasım  qoyan  A.A.Bakıxanov  “Qanuni- 

Qüdsi”  adlı  qramatika kitabı,  “Nəsihətnamə”,  “Gülüstani-İrəm”,  “Təhsibül- 

əxlaq”  və  s.  əsərləri  ilə  mədəniyyətimizə  yeni  ruh  gətirir.  Yeni dövrün  ən 

böyük  siması  isə  M.F.Axundovdur.  Azərbaycanın  Avropa  mədəniyyətinə 

meyllənməsiııin bir sıra mənbələri məhz M.F.Axundov yaradıcılığında axta­

rılmalıdır.

A.Bakıxanov,  M.F.Axundov,  M.Ş.Vazeh,  H.Zərdabi,  İ.Qutqaşmlı  və  b. 

görkəmli  ziyalılarımız  xalqın  maariflənməsi,  elm  və  mədəniyyətə  yiyələn­

məsi, m ə'nən zənginləşməsi sahəsində əvəzsiz xidmətlər göstərmişlər.

XIX  əsrin  sonlarma  doğru  ədəbi  həyatla  əlaqə  getdikcə  güclənir,  yeni 

yaranan əsərlər ayrıca kitab halında çap olunub yayılırdı.

Bu  dövr  mədəniyyəti  üç  mühüm  mədəni  hadisə  ilə  əlamətdar  idi.  Milli 

mətbuatın, teatrın və yeni  tipli rus-tatar məktəblərinin yaranması Azərbaycan 

mədəniyyətinin  inkişafında  aparıcı  rol  oynamışdır.  H.Zərdabinin  rəhbərliyi 

ilə  1875-ci ildə “Əkinçi” qəzeti nəşrə başlayır,  1873-cü ildə dünyəvi peşəkar 

teatrın əsası qoyulur və nəhayət II.Mahmudbəyov və S.M.Qənizadənin açdıq­

ları  yeni  tipli  məktəblər  fəaliyyət göstərir.  1894-cü ildə N.Nərimanov tərə­

findən açılan kütləvi kitabxana maarif işinin yayılmasında xeyli  iş görür.  Ba­

kının sənaye mərkəzinə çevrilməsi mədəni həyatı canlandırır.  Sahibkarlar ye­

ni-yeni binalar tikdirir və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlar.  Bu döv­

rün ən mühüm nailiyyətlərindən biri də Milli ruhlu zənginlərlə mütərəqqi zi­

yalılarımızın həmr'eyliyi olmuşdur. Məhz bu səbəbdən Azərbaycanın müxtə­



7 0 ___________________________________________________________

lif guşələrində mədəni-maarif fəaliyyəti  ilə məşğul  olan cəmiyyətlər yaradı­

lır. “Nicat”, “Mədəni-maarif', “Səadət” kimi cəmiyyətlər xalqm siyasi şüuru­

nun,  mədəni  səviyyəsinin,  milli  mənlik  şüurunun  təşəkkülü  istiqamətində 

müntəzəm iş aparmışlar.  Burada H.Z.Tağıyevin xidməti xüsusi  qeyd  edilmə­

lidir. Məhz onun vəsaiti və to'sisi hesabına Ə.Ağayev və Ə.Hüseynzadə “Hə­

yat”,  “İrşad”,  “Fuyuzaf ’  kimi  dövri  mətbuat  orqanlarını  nəşr  edə  bilmişlər. 

1901-ci ildə Bakıda H.Z.Tağıyev ilk müasir qız məktəbi açmışdır. Bu məktə­

bin açılması Azərbaycanda maarifin inkişafına güclü tə'sir göstərmişdir.

Bu dövrdə müxtəlif sahələri  təmsil edən böyük bir ziyalı ordusu  forma­

laşır.  Ə.Ağayev,  Ə.Hüseynzadə,  N.Nərimanov,  Ə.Topçubaşov,  M.Ə.Rosul- 

zadə kimi siyasi xadimlərlə yanaşı,  C.Məmmədquluzadə,  H.Cavid,  M.Ə.Sa­

bir,  M.Hadi,  A. Səhhət,  A. Şaiq  kimi yazarlarımız  Azərbaycan  cəmiyyətinin 

tərəqqisinə var gücləri  ilə se'y göstərmişlər.

Musiqi sahəsində C.Qaryağdıoğlu,  Q.Pirimov,  M.Mansurov,  II.Sarabski 

və onlara görkəmli xalq musiqiçiləri fəaliyyət göstərirdilər.  Dahi  Ü.Hacıbe- 

yovun  1908-ci ildə ilk operamız olan “Leyli  və  M ecnuri’u nümayiş etdirmə­

si  musiqimizin  gələcək  istiqamətlərini  müəyyənləşdirdi.  Teatr  sahəsində 

H.Əroblinski,  C.Cahangirov,  M.Əliyev,  S.Ruhulla  və  digər  aktyor  və  rejis­

sorlar yetişmiş və bütün hədə-qorxulara baxmayaraq yeni-yeni tamaşalar ha­

zırlamışlar. Bu dövrdə Bakı  Musiqi məclislərində ifaçılıq sənətinə ciddi  fikir 

verilirdi.  Burada  S.Mirbabayev,  A.K.Salik,  A.S.Ağabala,  O.Zühab,  M.Forəc 

kimi musiqiçilər öz məharətlərini nümayiş etdirirdilər.

Şamaxıdakı  “Mahmud  ağa  məclisi”  isə  Şərqdə  geniş  şöhrət  tapmışdı, 

ümumiyyətlə qeyd etmək  lazımdır ki,  Sadıqcan,  Bülbülcan,  Ilacı  IIüsü,  M ə­

şədi  İsi,  Cabbar Qaryağdı  oğlu  kimi  muğam  ustalarının yetişməsində  musiqi 

məclislərinin rolu danılmazdır.

1900-1920-ci  illər  Azərbaycanın  ictimai-siyasi,  mədəni-ədəbi  mühiti 

zəngin və ziddiyyətli hadisələrlə doludur. M.Ə.Sabir, M.S.Ordubadi,  N.Nəri­

manov,  C.Məmmodquluzadao,  O.Haqverdiyev,  A.Şaiq,  H.Cavid,  C.Cabbarlı 

kimi mütəfəkkirlər bu dövrdə çox məhsuldar yaradıcılıq həyatı  yaşamışlar.

Bu  dövrün  ən  əhəmiyyətli  hadisəsi  isə  bütün  Şərqdə  ilk  Demokratik 

Respublikanın yaranması idi. Mövcud olduğu iki il ərzində Azərbaycan Xalq 

Cümhuriyyətinin  dövlət  quruculuğu  sahəsində  gördüyü  işlər  bütün  müsəl­

man  şərqi  üçün  örnək  rolu  oynamışdır.  M.Ə.Rəsulzadə,  N.B.Yusifbəyli, 

F.Xoyski,  H.B.Ağayev,  M.Hacmski  və digər  siyasət  və  mədəniyyət  xadim­

lərinin  qısa müddət ərzində nail  olduqları  uğurlar Azərbaycanın bütün  sahə­

lər üzrə gələcək inkişafına işıq saçmışdır.  70 illik sovet rejimindən yaxa qur­

tarmış  və  öz müstəqilliyini  bərpa etmiş  Azərbaycan cəmiyyəti  özünü  1918- 

1920-ci  illərdə mövcud  olmuş  Azərbaycan Xalq Cümhuriyyətinin  varisi  he­

sab edir və haqq işi uğrunda mübarizədə inamla addımlayır.

71



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə