Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   16   17   18   19   20   21   22   23   24

xalq incəsənəti”, “kütləvi incəsənət - klassik incəsənət” müxalifətində açıq­

lanır.


“Kütləvi mədəniyyət” anlayışı ideoloji birliyə məhkum olmamış cəmiy­

yətdə  yaranmışdır.  Burada  yaşayış  yeri  və  yaşamaq  tərzinin  prinsiplərinin 

təbliğ  olunmasının mexanizmi  prinsipcə başqadır.  Bu anlayış  “bazar mədə­

niyyətindən” götürülüb. Azad bazar mal bolluğunu və açıq rəqabəti əsas gö­

türür. Belə bir şəraitdə alıcımn şəxsi  fikrinə, heç bir şeyə və ya heç bir kəsə 

hədə-qorxu ola bilməz.  Fərdiyyətçi  insan ziyalı  olmaqdan  qorxmur.  Bəs zi­

yalı kimdir?

Özünə hörmət və özünüqiymətləndirmə hissi yad-qərib incəsənətin qar­

şısında diz çökməyən, lakin onunla bir olan şəxsi unikallıq hissidir ki, bu da 

özündən razılıq hissinin əsası ola bilməz. Ancaq təəssüflər olsun ki, hamıdan 

çox məhz incəsənətdə milliliyi  təbliğ edən kəslər hər hansı  bir qərib  fikrin 

daxil olmasına düşmən kəsilirlər.  Onları  Cavad Mircavad,  Əhməd Kamal  və 

digərlərinin  Qərbi Avropa incəsənətinə dair kitablardan nə oxuduğu heç  də 

maraqlandırmır.  Siz  “kitab  passajı”  ilə  gedərkən  oradakı  cansız  portretlərə, 

siyasətçi portretlərinə, heç də bir-birindən fərqlənməyən İçəri ŞəhəT küçələ­

rinin təsvirlərində ibarət tablolara və s. baxın... Ən asanı, bu passajı, bu psev- 

domilli şüarları, psevdoreal incəsənəti vo başqa bu kimi şeyləri bizim doğma

kütləvi  incəsənət adlandırmaqdır.  Ancaq o biri  tərəfdən bu fenomen  -  guya 

milli,  guya  müasir meşşanlığm  xalq  estetikasıdır,  bu  günkü  incəsənətin  v ə­

ziyyətinin anlayışına doğru aparan təsvirdir. Yazılı mədəniyyət daşıyıcısı ki­

mi  ziyalıların mədəniyyət  transformasiyasının  qeyri-sade  surəti,  vəziyyətin 

qeyri-sadəliyi  xalqdan,  hamıdan  kənar,  rədd  edilmiş unikal  tarixi  vəziyyətə 

gətirib çıxardı. Dəyər axtarışı xəlqiliyə, en'ənoyə qayıdaraq böyük mədəniy­

yətin yanında daha çox millilik adını qazanır.  Belə bir müasir perefcrik  inco- 

sənət daha hazır gözəl  surətlərə üstünlük verir.  Sifarişçi varsa, deməli bazar 

da mövcuddur.

Etalonyaradıcı  peşəkarlıq şəxsiyyəti,  elləri  məhkum edən daxili  dünya­

nın həyat tərzinin təsviri deyil, yalnız qanunların mövcud olmasıdır. Etalon- 

yaradıcı  peşəkarlıq  alternativ  dünya  yaradır və  rəssam  iki  seçim  qarşısmda 

qalır.  Əslində  seçim  zamanı  o,  özünü  və  ya etalonu  seçərək nəyəsə  çevrilə 

bilər.  Özünü tapmaq, yə'ni şəxsi dolğunluğunu əldə etmək, dünyaya açılmaq 

qorxusundan kənar olmaq və bu dünyada özünü itirmək qorxusundan kənar­

laşmaq.

66

ELMAR M ƏMMƏDOV

ADMİU-nun əməkdaşı

NOVRUZ TÜRK XALQLARININ 

ORTA Q BA YRAM I KİM İ

Totalitar  rejimin  xalqları  soykökündən,  milli  adət-ən'ənələrdən  ayırıb 

onları  sovet xalqının “bərabər hüquqlu” vətəndaşları etmək cəhdinin son  nə­

ticədə  bir xülya  olduğu  ortaya  çıxdı.  Uzun  illər  qədim  tarixə malik Novruz 

bayramını keçirtmək bizə yasaq edilmişdir.  Bunun əvəzində Vladimir Ulya- 

novun ad gününü  vo onun xalqlara “bəxş” etdiyi “böyük inqilabın”  ildönüm­

lərini  bayram etməyə məcbur olmuşuq. Amma müdriklor yaxşı deyib, ən bö­

yük  hakim zamandır.  Xalqımı/, öz dövlət müstəqilliyini  əldə etdikdən sonra 

bərpa  etdiyi  milli  dəyərlər  içərisində  ən  böyüyü  və  əhəmiyyət  kəsb  edəni 

Novruz bayramının milli bayram səviyyəsində qeyd edilməsidir.

Sovet  quruluşunun  çox  saylı  nöqsanlarından  biri  də gen vasitəsilə,  irsən 

keçən  təfəkkür,  düşüncə,  iste'dad  kimi  qabiliyyətlərin  nəsildən-nəsilə  ötü­

rülməsini  inkar etməsi idi.  O tokzib olunmaz haldır ki, insan elmi, əxlaqi, etik 

keyfiyyətlərə  həyatda nail  olur.  Amma gen yaddaşının  da  bu  keyfiyyətlərin 

mənimsənilməsində  rolu  az  deyildir.  Belə  ki,  xalqın  soykökü  ilə bağlı  olan 

mərasimləri,  bayramları,  adət  və  en'ənələri  müəyyən  müddətdə  sıxışdırıb 

aradan  çıxarmaq,  yasaq  etmək  qətiyyən  mümkün deyildir.  Biz bunu  Novruz 

bayramının timsalında görə bilərik.  Sovet İttifaqı mövcud olduğu dövrdə, qo­

yulan  qadağalara baxmayaraq xalqımızın bu  bayrama  olan  sevgisini söndürə 

bilməmişdir.  Çünki,  Novruz  bayramının  yaranama  tarixinin  köklərində  türk 

xalqının  çoxəsrlik qəhrəmanlıq  səlnaməsi,  döyüşkənlik ruhu  və torpağa,  elə 

bağlılıq dayanır.  Novruz həm  də  təbiətin təntənəsidir.  Novruz şair qolbli  in­

sanların,  bərəkətli  torpağımızın,  həyat  mənbəyi  olan  yaşıllığın,  nur  süzülən 

çeşmələrin, bu gözəlliyə aşiq olan adamların, insan  övladının yarandığı  gün­

dən bu günə kimi istisinə qızındığı  odun bayramıdır.

Yurdumuzun  bərəkətli  torpaqları  düşmənə  hər  zaman  göz  dağı  olmuş­

dur.  Yağılar  xalqımızın  qan  yaddaşı  ilə  bağlı  adət-ən'ənələri  yasaq  etmiş, 

yasaq etməyi  bacarmayanda  onu özününküləşdirmişdi.  Ərəb  istilası  dövrün­

də türklərin bu milli bayramına dini don geydirilmiş, onu dördüncü rəşidi xə­

lifəsi  Əli  İbn  Əbu  Talibin  adı  ile  bağlamışdılar.  Amma  Novruzun  meydana 

gəlməsini  bizim  erada  deyil,  ondan  çox-çox  əvvəllərdə  axtarmaq  lazımdır. 

Belə ki, Novruzun yeni  ilin başlanğıcı kimi bayram edilməsi,  xristian erasın­

dan ə w ə l  III minillikdə Fərat və Dəclə çayları  arasında yerləşən  M üvərən-

________________________  

•__________________________   6 7



nəhrdə  (Mesaopatomiyada)  məskən  salmış  qədim  şumerlərə  və  onların  da­

vamçıları olan akkadlara, babilliləre  və asuriyalılara məxsusdur. Bu bayram 

yazın  ilk  günlərinə  düşürdü,  Fərat  və  Dəclə  çaylarında  suyun  çıxmasından 

sonra  başlanırdı. Bayram on iki gün davam edirdi. Maskaradlar təşkil olunur, 

hamı işıqlı tanrı Mardukun dağıdıcılıq və ölüm allahı üzərində qələbəsi vax­

tının  gəlməsi  şərəfinə  nəğmələr  oxuyub rəqs  edirdilər.  Bayram  günlərində 

uşaqları  və quşları cəzalandırmaq, işləmək və məhkəmə işi aparmaq qəti qa­

dağan  idi.  Qədim  gil  kitabələrdən birində  oxuyuruq:  bu günlərdə  tam azad­

lıq hökm sürür, bütün qayda-qanunlar tərsinə çevrilir.  Qul dönüb ağa olurdu. 

Bayram  günləri  böyük  karnaval  keçirilirdi.  “  Karnaval”  qədim  Babil  sözü 

olub  “gəmi-dəniz”  deməkdir,  çünki  yeni  il bayramı  mərasiminin çoxu tanrı 

Mardukun Fərat çaymda üzməsi  ilə bağlıdır.  Babillilordon yəhudilərə keçən 

yeni ilin bayram edilməsi ən'enəsi sonralar yunanlara, onlardan da qərbi Av­

ropa xanlarına keçmişdir.

Son zamanlar şumerlərin dillərində yüzlərlə türk xanlarına məxsus  söz­

ləri  olması  faktları aşkarlanmışdır.  Buradan belə bir qənaətə gəlmək olar ki, 

şumerlər  türk  xalqlarının  əcdadlarıdırlar.  Novruz  bayramı  Azərbaycanda,o 

cümlədən  digər türkdilli  dövlətlərdə  ildən  ilə daha yüksək  səviyyədə  qeyd 

edilməkdədir. Əminik ki, Novruz bayramı bundan belə də türk xalqlarının öz 

soykökünə qayıdışına, türkdilli dövlətlərin birlik, həmrə'ylik və daha da bir- 

birinə yaxınlaşmasına kömək  edəcəkdir.

RƏ  NA  M ƏLİKOVA

ADMİV-nun III kurs tələbəsi

AZƏRBA YC A N  M ƏDƏNİYYƏT TARİXİNİN 

ŞAN LI SƏHİFƏLƏRİ

Azərbaycan  xalqının  maddi-me’nəvi  sərvətləri  -  yazılı,  tarixi,  arxeoloji 

və me'marlıq abidələri böyüklüyündən,  kiçikliyindən asılı  olmayaraq ulula­

rımızın ruhunu özündə əks etdirən milli dəyərlərimizdir. Qədim Azərbaycan 

torpağı tarixi və me'marlıq abidələri ilə zəngindir.  Orta əsrlərdən bəri aram­

sız hücumlara,  basqınlara m ə'ruz  qalan,  yurda  çəpər,  yada  sipər olan “Dər­

bənd  qalası”.  Təkcə  qədim  şəhərin  ətrafına  çəkilmiş  hasardan  ibarət  deyil,

6 8


. ....... ......... ............................................... 

.... 


— , 

......................

Xəzər keçidini  qoruyan nəhəng müdafiə  qurğularından  ibarət qala.  “Dağba- 

rı”  adlanan bu müdafiə  qurğularının hər biri  özlüyündə  sərbəst  qəsrlər  şək­

lində  olan  ayn-ayn  hissələrdən  ibarətdir.  Təxminən  1500  il  bundan  ə w ə l 

qurulmuş bu keçilməz bənd-bərə xalqımızın qürur, qeyrət nişanı kimi öz əzə­

mətini  saxlayır.

Kəlbəcər ve Laçm rayonları ərazisində “Qaya təsvirləri”nə dəniz səviy­

yəsindən  2-3  metr  hündürlükdə  yerləşən  ərazilərdə  -  “Zalxa  gölü”,  “Gəlin 

qayası”,  “Qonaqgörməz”,  “Moltan-Heydər”,  “Qızıl  təpə”  və  s,  adlanan  yer­

lərdə  təsadüf edilir.  Kəlbəcərdə  X1-XI1  əsrlərdə  inşa  olunduğu  ehtimal  edi­

lən “Lek” qalası vardır.  Qorbulaq (Xudavəng)  abidə kompleksi do Kəlbəcər 

erazisindədir.

Gədəbəydə “Koroğlu qalası”, “Qız qalası”, “Mahrasa”, Yardtmlıda “Cü- 

zünqala” və “Qız qalası” abidələri məşhurdur.  Masallı rayonunda irili-xırda­

lı  168  abidə  qeydə  alınmışdır ki,  bunlardan  51 -i  tarix  və me'marlıq,  70i  isə 

arexoloji  abidələrdir.  Laçında  50-don  çox,  o  cümlədən  Orta əsrlərə aid  “Ağ 

oğlan mə'bodi”, “Gülobird m ə'bodi”, Qaxda Alban dövrü nişanələri qalmaq­

dadır.

Ulu keçmişimizin  öyrənilməsi  və  qədim  mədəniyyətimizin  varisliyinin 



aşkara çıxarılmasında  tədqiqatçı  alimlərimizin -  Ə.Səttar,  İ.Cəfərzadə,  S.Ta- 

ğıyev,  M.Hüseynov,  R.Göyüşov,  V.Əliyev,  Q.İsmayılov,  İ.Nərimanov  və 

başqalarının  xidməti  qeyd  edilməlidir.  Orta  əsərlərdə Xəzər dənizi  sahillə­

rində,  Kür-Araz çayları  vadilərində və Qfaqaz sıra dağları  ətəklərində  m əs­

kən  salmış  azərbaycanlılar Müsəlman  Şərqində  özünün  adət  və  ən'ənələri 

ilə fərqlənirdi. O dövrün şair, alim və sənətkarları ədəbiyyatımıza, mədəniy­

yətimizə və incəsənətimizə dair sənət inciləri yaratmışlar.  El şənliklərindən 

tutmuş saraylara qədər aşıq musiqisi, muğamlarımız geniş  vüs'ət almışdı.

XIII- 

XIV əsrlərdə riyaziyyat, coğrafiya,  əxlaq, astronomiya və başqa sa­



hələrə dair çoxsaylı əsərlər müəllifi N.Tusinin  fəaliyyəti diqqəti cəlb edir.  O 

dövrdə Marağa  rəsədxanası və onun zəngin kitabxanası bütün Şərqdə şöhrət 

tapmışdı.

XIV- 


XV əsrlərdə canlı xalq dilində yazdığı  şe  rləri  ilə Azərbaycan  ədə­

biyyatına yeni  üslub formaları gətirmiş  İ.Nəsimi  yaradıcılığı,  XVI  əsrdə  Sə- 

fəvilər hakimiyyəti dövründə musiqi,  şe'r,  kitab  sənəti,  rəngkarlıq,  xəttatlıq 

sahələrinin  inkişafı  ilə  mədəniyyətimiz  canlanmışdır.  Qüdrətli  dövlət  xadi­

mi, görkəmli elm və sənət sahibi kimi şöhrət tapmış Ş.İ.Xətai İ.Nəsiminin tə­

rəqqipərvər ideyalarını  inkişaf etdirərək  Azərbaycan dilini  rəsmi  dövlət dili

I  səviyyəsinə qaldırmışdır. XVI əsrdə ömrünün 40 ilini bədii  və elmi yaradıcı­

lığa həsr etmiş “Leyli və Məcnun”, “Şikayətnamə”,  “Bəngü-badə”  və digər 

sənət incilərinin müəllifi M.Füzuli dühası ilə Azərbaycan poeziyasının zirvə­

si fəth edilir.

69



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə