Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   16   17   18   19   20   21   22   23   24

“Hüseyn, əgər mənim imkanım olsaydı, səninlə hər yanı gəzər v ə bütün 

sənət aləminə Otellonu necə oynamaq lazım gəldiyini göstərərdim...”

Lakin, Hüseynə ədavət bəsləyənlər de çox idi. Dindarlar, qoçular aktyor­

ları  “hoqqabaz” ,  “təlxək”  adlandırır,  təhqir  edirdilər.  Bütün bunlara baxma­

yaraq  Hüseyn  Ərəblinski  ruhdan  düşmürdü,  sənətə  daha  da  çox bağlanırdı, 

başqalarını da ruhlandırırdı.

Hüseynlə düşmən olan dayısı oğlu Əbülxalıq da onu tez-tez hədələyirdi. 

Bir  gün  Əbdülxalıq  Ərəblinskini  evinə  d ə 'v ə t  edib,  gündüz saat 4-də,  süfrə 

başında onu xaincəsinə güllələyib.

Ərəblinskinin qətlə yetirildiyi tarix d ə dəqiq verilməmişdir. Bir çox ə d ə­

biyyatlarda bu tarix 4 mart  1919-cu il kimi  qeyd olunur.  B ə’zi ədəbiyyatlar­

da isə Ərəblinskinin qətli gününün20 m art  1919-cu ü olduğunu yazırlar.



LEYLA  ZE YN A LO V A

ADMİU-nun I  kurs tələbəsi

M İLLİ RUHLU SƏNƏTKAR

Rza Təhmasib  1909-cu  ildə Naxçıvan  şəhər məktəbini bitirmişdi.  A tası 

onun  tacir  olmasını  arzulayırdı.  Ckcin başında  isə  başqa ideyalar,  fikirlər 

dolaşırdı. O, Puşkini, Lermontovu, Şilleri, Turgenevi, Şekspiri mütaliə etm iş­

di. Rza Zaqafqaziyanın mədəniyyət mərkəzi Tiflisə can atırdı.

Səhnə arzusu ilə yaşayan, aktyor olmağa can atan Təhmasib atası ilə Tif­

lisə  gəlib  səkkizlik  ticarət məktəbinin dördüncü sinfinə daxil olur.  Sonralar 

o,  Tiflisdə Azərbaycan həvəskar  aktyorlarının  dəməyinə daxil olur.  H əm in 

dəməyin rejissoru,  iste'dadlı sənətkar Əli Abbasov idi.

1915-ci  ildə  Tiflis  ticarət  məktəbini  bitirən  Təhmasib  Bakıya  gəlir.  O, 

“Səfə” cəmiyyətinin məktəbində müəllimlik edir”. Təhmasibi ilk dəfə qrim- 

ləmiş  dramaturq  Ə.B.Haqvcrdiycv  onu  Dram  teatnna  işləməyə  göndərdi. 

C.Məmmədquluzadənin “Ölülər”ində İsgəndər və Ə.B.Haqeverdiyevin “Da­

ğılan Tifaq”m da Nəcəfbəy rolunu ifa etdikdən sonra ixtisas komissiyası onu 

yüksək kateqoriyalı aktyor adlandırdı. Tezliklə Təhmasib teatrın bədii rəhbə­

ri  tə ’yin edildi.  Rza Təhmasib  Azərbaycan klassik ve müasir dramaturqları­

nın əsərlərində qırxdan çox səhnə obraz yaratmışdır.

88

Rza Təhmasib səhnədə hay-küyün, yalançı pafosun,  təm-təraqm,  şit hə­

rəkətlərin qəti  əleyhdarı olmuşdur.

Təhmasib  aktyorlara öyrədirdi ki,  səhnədə cərəyan  edən hadisələrin in­

kişaf qanunauyğunluğunu, daxili məntiqini həssaslıqla və diqqətlə izləsinlər, 

bu və ya digər hərəkətin dərin psixoloji, səbəblərini dərk etsinlər, hər bir sö­

zü  vo  hərəkəti  tamaşanın ümumi məzmunu  ilə əlaqədə təhlil etsinlər.  1935- 

ci ildə Rza Təhmasib  kino sənəli sahəsində bir  aktyor kimi də ilk dəfə mü­

vəffəqiyyətlə çıxış etmiş, “Almaz” filmində çəkilmişdir.  1947-ci ildo “Fətə­

li  xan” bədii  filmində Ağası xan rolunu ustalıqla yaratmışdı.

Azərbaycan  teatrının  bir  çox  aktyorları  R.Təhmasibə  ürəkdən  rrıinnət- 

dardılar.  O,  iste'dadlı gone teatr xadimlərinin bütöv nəslini yetişdirmişdir. O, 

Teatr İnstitutunda müvəffəqiyyətlə dərs demişdir.  R.Təhmasib gələcək səh­

nə ustalarını sənətin çəlin yollarmda cəsarətlə addımlamağa, daimi axtarışlar 

yolu  ilə getməyə,  yaratmağa hazırlayırdı.

O deyirdi:  “Aktyor rejissorun iradəsini kor-koranə yerinə yetirmoivlidir. 

Aktyor yaradıcıdır. Aktyorun öz idealı olmalıdır. Əgər bu ideal rejissorun fik­

rini  tamamlayırsa  o'ladır!  Rza  Təhmasib  öz  tələbələri  ilə  birlikdə  “Dağılan 

tifaq”,  “Sevil”,  “Qaçaqlar”,  “Ezop” kimi  tamaşalar hazırlamışdır.

Yorulmadan  yeni  səhnə  obrazları  vo  tamaşalar haqqında düşünən,  yara­

dıcılıq planlarını ürəyində bəsləyən və həqiqətə çevirən Təhmasib ictimai iş­

lər üçün də  həmişə  vaxt tapmışdır.  Teatrda, kinostudiyada o,  ictimai  tədbir­

lərdə  iştirak  etmək  üçün  həmişə vaxt  tapmış,  yaradıcı kollektivə şər  şeydo, 

xüsusən həmkarlar ittifaqı işində kömək etmiş, öz sənət dostlarının hörməti­

ni ve məhəbbətini  qazanmışdı.

R.Təhmasib cəsarətli axtarışlarla zəngin olan böyük yaradıcılıq yolu keç­

miş və incəsənətimizin yorulmaz xadimi kimi xatirəsi bu gün də sənətsevər­

lərin qəlbindo yaşayır.



89


N A İL Ə  İM ANO VA

ADMİU-nun I  kurs tələbəsi

SƏHNƏYƏ BA Ğ LI ÖMÜR

Azərbaycan teatr tarixi qadın aktyorlarımızın oynadığı obrazlarla zəngin­

dir.  M.Davudova,  F.Qədiri,  H.Qurbanova kimi  qadınlarımız  həyatlarım  səh­

nə ile bağlamış və bütün qüvvələrini bu sevimli peşəyə həsr etmişlər. Bu yo­

lun  çətinliklərinə,  sınaqlarına  mətanətlə  dözmüş,  sinə  gərmiş  görkəmli  sə­

nətkarlardan biri də Barat Şakinskayadır. Bütün maneələri cəsarətlə d əf edən 

Barat xanım Azərbaycan teatr tarixində yaddaqalan obrazlar yaratmışdır.

1930-cu  ildə  Gəncə  şəhərində  teatr  həvəskarları  “Zəlzələ” adlı  tamaşa 

hazırlayır.  Barat xanım bu tamaşada Haykanuş xanım  adlı  bir qadın  obrazını 

yaradır.  Tamaşa günü anasını güc  ilə tamaşaya gətirir. Tamaşa zamanı Barat 

səhnəyə  çıxanda anasının halı  pisləşir və  evə  aparırlar.  Barat xanım evə qa­

yıdır,  anasından  soruşur ki,  sənə nə  oldu? Anası  eh qızım, mən seni  Bakıya 

dayın  Məmmədhəsənbəy  Haciyevgilə  göndərəcəm.  Sözə  baxmayan  Barat 

1939-cu ildə Əzizbəyov adına Dövlət Dram Teatrına işə düzəlir. Orda işlədi­

yi vaxtda sevimli yazıçımız  Səməd Vurğunun “V aqif’ pyesini hazırlayıb ta­

maşaya  qoyurlar.  Anası  bu  tamaşaya  gəlir,  bundan  da razı  olmur.  Ona  görə 

ki, orda gürcü qızı Tamaranı oynayır. Neçə il keçir Barat xanım ən sevimli ki­

nolardan biri olan “O  olmasm bu olsun” filmində quluqçu qadın obrazını ya­

radır. Bu filmə anası baxır, yenəde razı olmur.

“lih, bu da qulluqçu deyir...”

Barat xanımın anasının  iki  arzusu vardı.  O qızını həkim  görmək istəyir­

di ve çox xoşlayırdı ki,  Barat tar çalsın. Buna görə anası onu Pionerlər evinə 

aparır. Barat xanım  solaxay olduğuna görə ona xüsusi tar düzəldirlər. Amma 

buna həvəsi olmayan Barat idmana yazılır.

Barat xanım  təkcə Azərbaycan qadınlarının deyil, həm de başqa xalqla­

rın qadın obrazlarmı yaratmışdır.

Məsələn,  “Romeo  və  Cülyctta”da Cülyetta obrazım,  “Otello”da Dezde- 

mona,  Kordelya,  rollarını  məharətlə  oynayıb.  Barat  xanım “Onun bəlalı  se­

vinci”, “Görüş”, “Telefonçu qız”, “Bəlalı qız” və s.  filmlərə çəkilib.  Səhnə­

mizin yaraşığı,  odlu-alovlu,  gözəl səsli,  gülər üzlü Möhsüm  Sən'ani  Cabbar 

Məcnunbəyovun “Yanar dərə” pyesində ilk dəfə Barat xanımla tərəfmüqabil 

olub. İslam Səfərlinin “Göz həkimi” tamaşasmda da iki böyük sənətkar tərə f 

müqabil olublar. Barat Şəkinskayamn yaratdığı obrazlar hər bir Azərbaycan-

90

lımn  qəlbində  silinməz  izlər buraxır və  zaman  ötdükcə  o  ölməz  sənətkarın 

çəkildiyi  filmlər,  oynadığı  tamaşalar  xalqımız  tərəfindən  daha  çox  sevilir. 

Səhnəyə bağlı ömrün,  sənətə həsr edilmiş həyatın bəhrəsi budur!



TƏRANƏ BABA YEVA

ADMİU-nutı III kurs tələbəsi

NOVRUZ MÜQƏDDƏS BA YRAMIM1ZDIR

Azərbaycan xalqının erkən çağlarda yaratdığı, inkişaf etdirdiyi, yaşatdığı 

bir çox ayin e'tiqad və mərasimlər müxtəlif görüşlərin  nəticəsində  meydana 

gəlmişdir.  Onların  bir  çoxu  sonradan  insanın  yaşayışını  tə  min edən  bolluq, 

firavanlıq arzuları ilə cilalanıb yaddaşlara həkk olunmuşdur. Xalqın Novruza 

qədər keçirdiyi mərasimlər və nəğmələr bu qəbildəndir.  Bolluq idealı  poetik 

təfəkkürdə elə qüdrətli, elə rəngarəng ifadə formaları yaradır ki, onlar bu gün 

qədim  mədəniyyətimiz  kimi  ulu  babalarımızın  əməyi,  taleyi,  məişətini  öy­

rənməyə zəngin material verir. Bu mərasim və nəğmələr xalqın Novruza qə- 

dərki psixologiyasım  əks etdirərək, bayramı  yeni  əmək həyatının  başlanma­

sı  kimi  qarşılamağa hazırlaşan adamların arzu ve  istəklərini,  dünyagörüşünü 

və m ə’nəvi aləmini dərk  etmək baxımından əhəmiyyətlidir.

Novruz bayramının  islamiyyətdən çox-çox qabaqlar meydana gəldiyini 

bir  sıra  başqa  laktlar,  həmçinin  qədim  dövrə  və  orta  əsrlərə  aid  olan  tarixi 

mənbələr və eləcə də  bədii  əserelrə sübut etməkdədir.  Məsələn,  antik dövr 

müəlliflərindən Plutarx  (e-zın  46-126-cı  illəri)  göstərirdi  ki,  midiyalılar  ara­

sında taxılı müqəddəs bitki  saymaq, ondan “Omami”  hazırlamaq adəti  geniş 

yayılmışdı  və  bu  adət  hər dəfə  ilin  başlanğıcında  (yazda)  icra  edilirdi.  Çox 

maraqlıdır ki, bu adət “Səməni” bişirmək adəti formasında bizim günlərədek 

gəlib  çıxmışdır.  Bu  adətin  baharın  gəlməsi  münasibətilə  həyata keçirilməsi 

də  gösterir  ki,  o,  təbiətin  və  bitkilərin  canlanmasını  bayram  və  təntənə  ilə 

qarşılamaq  məqsədini  daşıyırdı.  Qədim  azərilərin  Novruz  bayramını  hələ 

eremızdan əvvəl keçirtdiklərini  N.Goncəvi  də  özünün  “İsgondərnamə”  əsə­

rində təsdiq edir.

Novruz bayramı sonrakı dövrdə nəinki İslam dininin prinsiplərinə uyma­

mış, bəlkə də bu prinsiplərin ziddinə olmuşdur.  M əsələn,  İslam dini  ilə  əla-



91


qodar  olan  dini  bayramlar:  k əd ə r  v e  m atəm   günləri  olduğu halda,  Novruz 

şənlik,  sevinc bayramıdır.  Toy m ərasim i  çox vaxt Novruz günlərində keçiri­

lirdi.  Novruz  bayramı  eyni  zamanda  dostluq,  xeyirxahlıq,  mehribanlıq,  xoş 

gün ən'ənələri kimi  qeyd edilirdi.  B u fikirlərin doğruluğu üçün çoxlu faktlar 

göstərmək olar. M əsələn, bu bayram  ərəfəsində yaşıl ağacların kəsilməsini) 

icazə verilməməsi  kimi  təbiətə münasibətdə bunu  aydın görmək olar.  Nov­

ruz bayramı xalqın həyata nikbin baxışı, özünün qurub-yaratmaq əzminə ina­

mı, təbiətin qələbəsinə, yəni xeyirxah, zəhmətkeş insana bərəkət məhsul ve­

rən qüvvələrin (yazm-yaym) şər qüvvəsi üzərində (qış) qələbəsi üçün sevin­

məsi  bayramıdır.  Özünü təbiətin bir hissəsi  sayan qədim insan bu bayramda 

ruhon, qəlbən təbiətlə qaynayıb qarışır, onun şə'ninə nəğmələr oxuyur, onun 

dirçəlməsi  ilə  özü də  yeni  qüvvə  ilə  dirçəlir və bu,  onun qəlbini yaratmaq, 

əmək  eşqi,  zəhmətkeş  insana hörm ət hissləri  ilə doldururdu. Elə buna görə 

də Novruz - “Yeni gün” deməkdir.



92

MÜNDƏRİCAT

Məhəmməd  Əmin Rəsulzadə. Novruz münasibətilə.................4

Qurtuluş............................................................................... 6

Novruz bayram ı.....................................................................8

Əzizə Jəfərzadə.  İlin əziz günü.............................................. 12

Nizaməddin Şəmsizadə. Ünsiyyət bayramı..............................18

Vaqif Sultanlı. Təlxəklik və təlxək obrazı.................................. 20

Mübariz Süleymanlı. Novruz bayramı təbiət hadisəsi kim i......... 22

iradə Məmmədbəyova. Təhvil saatının mahiyyəti haqqında..... 25

İlqar Hüseynov.  Əkinçilik ən'ənələri Novruz bayramının

zəmini kim i...........................................................................27

Mehman  Məmmədov.  Novruz - yaz mərasimində mifoloci

ünsürlər............................................................................... 30

iradə Köçərli.  Novruz bayramı və Azərbayjan professional

musiqisi.............................................................................. 32

Minaxanım Əsədova. “Novruz” A.Şaiq yaradıjıiığında................34

Vüsal Bağırov.  Heykəltəraşlığın inkişafında e'tiqad, ayin

və mərasimlərin rolu............................................................. 37

Alim Süleymanov. Gənjlərə milli şüurun aşılanmasında

adət-ən'ənələrin rolu.............................................................41

Asifə Telmanqızı. Əzizə Jəfərzadə və folklor............................43

Nailə Qasımova. Novruz xalqımızın milli dəyəri kim i..................45

Namiq Abbasov. Hürriyyət və məhəbbət bayramı.................... 46

Rauf Əliyev.  Mədəniyyət müəssisələri Novruz ən'ənəsinin

keşikçisidir........................................................................... 47

Yaşar Yusubov. Ünsiyyətdə informasiya mübadiləsi.................50

Gülər Pənahova. Hüseyn Arif və folklor................................... 51

Jəmilə Hüseynova. Sirii söz xəzinəsi....................................... 53

Almaz Hüseynova. "Kitabi-Dədə Qorqud” və Azərbayjan

mühajirət folklorşünaslığı........................................................54

Almaz Həsənqızı.  “Lətif şah” dastanı:  Ə.Jəfəroğlu  və 

Ə.Axundov variantlarının müqayisəli təhlili............................... 56



93


Təhmasib  Əcdərov.  Müəssisələrin inkişafına vergi

mexanizminin tə' s iri.............................................................. 57

Günay Nəjəfova. Ən'ənəyə bağlı ş a ir..................................... 63

Fərid Abdullayev. “Təsviri sənətdə birliyin itməsi” probleminə

dair......................................................................................65

Elmar Məmmədov.  Novruz türk xalqlarının ortaq baryamı kimi.. 67 

Rə  na Məlikova. Azərbayjan mədəniyyət tarixinin şanlı

səhifələri............................................................................. 68

Samirə Sofıyeva.  İ.Şıxlının “Dəli Kür” əsərində Novruz

bayramının bədii in'ikası....................................................... 72

Leyla Qarayeva. Novruz özünəqayıdış bayramıdır.................. 73

Elşad Hajıyev. Novruz şənlik və sevinj bayramıdır.................. 75

Gülsüm Salayeva. Novruz bayramı haqqında bə'zi mülahizələr..77

Emil Abdullayev. Novruz adətləri........................................... 78

Ramilə Qasımova. Ulularımızın əmanəti Novruz......................79

Aytəkin Vəliyevə. Aşıq poeziyasının canrları............................80

Natiq Şəkərəliyev. Recissor və müasirlik................................ 82

Emin Nəsirli. Milli kinomuzun jəfakeşi..................................... 83

Zülfiyyə Əsədova. Kino tariximizin bə'zi məqamları................. 84

Elnarə Bağırova. Təbii obrazlar ustası.................................... 85

Xəyalə Quliyeva. Səhnə fədaisinin həyatından müəmmalı

məqamlar........................................................................... 87

Leyla Zeynalova. Milli ruhlu sənətkar.....................................88

Nailə İmanova. Səhnəyə bağlı ömür......................................90

Təranə Babayeva. Novruz müqəddəs baryamımızdır.............. 91

94

" N O V R Ü   Z:

ƏN'ƏNƏ  VƏ  MÜASİRLİK"

B a k ı,  A D M İU , N əşriy y a t-P o liq ra fiy a  

M ər k ə zi  -  2001

Pedaqoji elmlər namizədi,  dosent 

İLQAR HÜSEYNOV

BURAXILIŞA  MƏS'UL:



RƏSSAM:

KOMPÜTER  DİZAYNI: 



KORREKTORLARI:

VÜSAL BAĞIROV 

MƏTANƏT MƏMMƏDOVA 

SƏADƏT ABBASOVA, 

NAİLƏ QASIMOVA


I

Yığılmağa verilib: 10.03.2001.  Çapa imzalanıb: 15.03.2001.

Formatı 60x84 1/16.  Həcmi:6 ç.v.  Ofset kağızı 80 qr.

Sifariş  №   0 8 .   Tirajı 500 (I buraxılış 100) nüsxə.  Qiyməti müqavilə  ilə

ÜNVAN: Bakı, Ə.Haqverdiyev к üç-15 

Tel: 39-49-17

96

Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə