Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

siyalarınm ümumi məbləği  5,8 trim manat təşkil etmişdir.

Hazırda  dövlət  və  qeyri-dövlət  sektorunda  çalışan  və  dövlət  büdcəsinə 

borcu olan sənaye müəssisələrinin sayı 6950-dən artıqdır.

“Hüquqi  şəxslərin dövlət büdcəsinə borclarının güzəştli ödənişi haqqın­

da”  qanuna  əsasən,  əgər  müəssisələr  güzəştdən  istifadənin  bir  ili  ərzində 

borcun  əsas  hissəsinin  25  faizini  ödəyərlərsə,  onda  borcun  qalan  hissəsi, 

həmçinin  müamilə  (penya)  və maliyyə  sanksiyaları,  həmin  müəssisələrdən 

silinməlidir.  Eyni  güzəşt iki  ilə ərzində borcun 45  faizini,  üç ildə 60 faizini, 

dörd ildə 70 faizini ödəyən  sənaye müəssisələrinə də şamil  edilir.

Ogər sənaye müəssisələri bu güzəştlərdən istifadə etsələr, təkcə 2001-ci 

ildə dövlət büdcəsinə ödənilən məbləğ 875 mlrd, manat təşkil edəcəkdir. Si­

linən məbləğ isə 2,7  trim  manata bərabər olmalıdır.

Hazırda respublikada  fəaliyyət göstərən  sonaye müəssisələrini  və  onun 

ayrı-ayrı  sahələrini inkişaf etdirmək üçün aşağıdakı vergi güzəştlərindən is­

ti fado olunmasım məqsədəuyğun hesab etmək olar:

/.  Sənaye müəssisələri  əldə etdikləri mənfəətin (gəlirin) həcminə görə, 

aşağıdakı  dərəcələrlə vergiyə cəlb olunmalıdırlar:

a) M /ıfəətin  m əb ləğ i 10,0 m ln.  m anatadək olduqda

  -  


verginin dərəcəsi - 

12 fa izlə;

b) M ənfəətin m əb ləğ i 10,0  m ln. manatdan - 50,0  m ln. m anatadək olduq­

da -verginin d ərəcəsi 15  fa izlə;

v) M ənfəətin m əb ləğ i 50,0 m ln.  manatdan  -  100,0 m ln.  m anatadək o l­

duqda -  verginin d ərəcəsi -  18 fa izlə;

q) M ənfəətin m əb ləğ i 100,0 m ln.  manatdan çox həcm də olduqda -  ver­

gin in  d ərəcəsi - 2 0  fa izlə.

2.  Sənaye  müəssisələrinin  sərəncamında  qalan  mənfəət  hesabına  re­

konstruksiya,  sərbəst valyuta ilə xaricdən alman və dünya standartlarına uy­

ğun  gələn mütərəqqi  texnologiyaların  tətbiqi və yen növ məhsulların  hazır­

lanmasına görə,  mənfəət faktiki xərclərin 30 faizi həcmində azaldılmaldır;



3.  Sənaye müəssisələri yeni növ məhsulların istehsalı  ilə əlaqədar kom­

mersiya  banklarından  aldığı  kreditin  ödənilməsinə  istifadə  edilmiş  vəsaitin 

qedərində balans mənfəəti  azaldılmalıdır;

4.  Müəssisənin sərəncamında qalan mənfəət hesabına - təbiəti mühafizə 

tədbirlərinin görülməsi ilə bağlı xərclərin - 25  faizə qederi,  faktiki xərclərin 

hesabına azaldılmalıdır;

5.  Sənaye  müəssisələrinin  inkişafına  investisiya  qoyuluşları  (müəssisə­

nin  yenidən  qurulması,  müasir  texnologiyanın  tətbiqi  və  mənimsənilməsi, 

xalq istehlakı mallarının istehsalının artırılması və avadanlıq istehsalının təş­

kili) habelə, bu məqsədlərə ayrılmış kreditlərin ödənilməsində istifadə olun­

muş mənfəətin məbləği qədər balans mənfəəti azaldılmalıdır;

62

 

____________________________________________________________________________________ 





I

6.  Ərzaq, xalq istehlakı  malları,  uşaq yeməyi,  dərman  istehsalını həyata 

keçirən müəssisələr - eldə etdiyi mənfəət məbləğində balans mənfəəti azal­

dılmalıdır;

7.  Sənaye müəssisəsində peşə hazırlığına və işçinin yenidən hazırlanma­

sına - xərclədikləri mənfəət məbləğində balans  mənfəəti  azaldılmalıdır.

Beləliklə,  sənaye  müəssisələrinin  və  onun  ayrı-ayrı  sahələrinin  inkişa­

fında yuxarıda göstərilən vergi güzəştlərindən  səmərəli  istifadə  etməklə,  is­

tehsalın həcmini  və əhalinin həyat səviyyəsinin  yüksəldilməsinə nail  olmaq 

olar.

G Ü N  A Y  N Ə C Ə F  O VA

BDU-nun magistri

ƏN ƏNƏYƏ BA ĞLIŞAİR

Xalq  yaradıcılığı,  folklor  nümunolori  öz  aktuallığını  heç  bir  zaman  itir­

məmişdir. Ədəbiyyatımız da dərin köklərlə xalq yaradıcılığına bağlı  olduğu, 

bu çeşmədən su içdiyi üçün dünya şöhrəti qazanmışdır.  Xalq yazıçısı  Süley­

man Rəhimovun to'biri ilə desək, xalq yaradıcılığından qaynaya-qaynaya g ə­

lən  şe'r bizim üçün günəş qədər,  hava, su,  qida qədər zəruri olmuş,  dar gün­

də,  təntiyəndə dadımıza, harayımıza çalmışdır.

Xalq yaradıcılığı və folklor nümunələri daim görkəmli  şair və yazıçıları­

mızın  əsərlərində  öz  əksini  tapmışdır.  Belə  şairlorimizdən  biri  do  Bəxtiyar 

Vahabzadədir.

Kimdir B.Vahabzadə? Professor N.Cəfərov  onu insanşünas-şair,  cəmiy- 

yətşünas - lilosof, millətşünas-ictimai xadim adlandırır.  Professor daha sonra 

davam edərək yazır ki, xalqın təsəvvüründə B.Vahabzadə obrazı, hər şeydən 

əvvəl  bir  şair  obrazı  olaraq  formalaşmışdır.  Bəli  B.Vahabzadə  şairdir,  həm 

də sadəcə olaraq şair yox,  filosof şairdir.  Onun  bütün əsərləri fəlsəfi  fıkirlor 

üzərində qurulmuşdur, iləm  do bu  folsofo nə Hegel  fəlsəfəsidir, nə do Kaııt. 

Bu  fəlsəfə  sadə  xalq  fəlsəfəsidir.  Xalq  fəlsəfəsi  isə  xalq  yaradıcılığı,  xalq 

ədəbiyyatıdır.  Bu ədəbiyyat,  bu  yaradıcılıq şairin demək  olar ki, bütün əsər­

lərində öz əksini tapmışdır. Bu isə bir daha şairin öz vətəninə, torpağına, mil­

lətinə, öz soy-kökünə, milli adət-ən'ənolərinə nə qədər bağlı olduğunu sübut 

edir.

63



Yarpaqları toz tökülər şe  rimin 

Kökü yoxsa bu torpaqda,  bu eldə.

Şairin əsərlərində  atalar  sözləri və məsəllərdən geniş  istifadə  olunm uş­

dur.

Kor kora kor desə - bu,  keçib gedər,

Gözlüyə kor deyən kor daha dəhşət!

Gözündə  dağ boyda tiri görməyən,

Özgənin gözündə qıl seçər əlbət.

Və  yaxud  şairin  1985-ci  ildə  yazdığı  “Qeyrətli  ağlımız”  şe'rini  götürək. 

Şe'rdə  epik  mühakimə geniş yer tutur.  Şair ham dəlilərin  a nənəm Nigar d e­

yərək, zəmanənin namərdlər zəmanəsi olduğunu, dədəsi kor olan qoç Koroğ­

luların zəmanədə özlərinin kor olduğunu, dünyada mərdlikdən, qcyroldon bir 

şey  qalmadığını  deyir.  Dırnaqarası  savadlı,  bilikli,  ağıllıları,  vaxtm havasına, 

zəmanənin hökmünə baş əyən alimləri qeyrətin ardınca getməyə çağırır!

Bizi ehtiyata çağıran ağlı

Bir çimdik qeyrətə dəyişdirərdim - deyir.

Şc  rin başqa bir bəndində isə şair daha bir el məsəlindən istifadə edərək 

gözəl,  poetik misralar yaradır:

El deyib: Ağıllı fikirləşincə 

Dəli vurub keçdi çayı bir anda.

De görək neylədi ağıllı Həmzə 

Dəlilər “huy ” - deyib cəbhə yaranda?

Əlbəttə  dəlilər  “huy”  deyib  cəbhə  yaranda  “ağıllı  həmzələrin”  arxada 

nələr etdiyi hamıya çox yaxşı mə'lumdur.

Xalq ədəbiyyatının on geniş yayılmış növlərindən biri olan aşıq poeziya­

sı  və  bu  poeziyanın  en  çox  sevilən  şəkillərindən  olan  qoşma  və  gəraylılaı 

B.Vahabzadə yaradıcılığında xüsusi yer tutur.



Əzəldən həqiqət aşiqiyəm  mən,

Başqa cür yaratmış təbiət məni.

Əsərəm,  coşaram dəryatək,  ancaq 

Yaşatmaz  kin məni, küdurət məni

Şairin  qoşma  və  gəraylılannın  çoxu  məhəbbət  mövzusundadır.  Bu 

şe'rlərdə həsrət də var, viısal da. Bu şe'rlordə sevgilisi  ilə özünü dünyanın ən 

bəxtiyarı,  sevgisiz  özünü dünyanın  ən bədbəxt adamı  sayan,  sevdalı  alın  ya­

zışma dönən, sevgisi qədər, məhəbbəti qədər özü-özünün şairi olan sevən bir 

qəlbin,  sevən bir aşiqin könül çırpıntılarını görürük:



Sənsiz bu dünyanın ən bədbəxtiyəm,

Səninlə dünyada bəxtiyaram mən.

İctimai məzmunlu şe'rlərində isə şairin dünya, insanlar, həyat, ölüm, qo­

calıq,  gənclik haqqında fəlsəfi  fikirləri öz əksini tapır:

Ömür başdan-başa,  beşikdən-qəbrə 

Həyatın sevinci,  qəmi deyilmi?

Ölüm  - bir ömürlük iztirabların 

Ağrılı,  acılı cəmi deyilmi?

B.Vahabzadənin  yaradıcılığı,  xüsusilə  bu  yaradıcılığın  Azərbaycan 

folklor ən'ənoləri  ilə bağlılığı,  şairin xalq hikməti qaynaqlarından  bəhrələn­

məsi  geniş  və  zəngin bir  mövzudur.  Onun  hər  bir  şe'rinin  hər bəndində  və 

hətta hər misrasında bir aləm var.

F Ə R İD  ABD ULLA YE V

ADMİU-nıın  magistri

“TƏSVİRİSƏNƏTDƏ BİRLİYİN İTMƏSİ” 

PROBLEMİNƏ DAİR

İncəsənətdə  birliyin  itməsi  təhlükəsinin  bir  problem  və  bir elmi  axtarış 

kimi  əmələ  gəlməsinə  səbəb  Azərbaycan  incəsənətində  pop-intellektual 

(konseptual) və pop-akademik mədəniyyətin peyda olması oldu.  Zənnimizcə 

diqqətin  əsas predmeti gündəlik mədəni  mühitdə şəxsiyyətin mövcud olma­

sıdır. Biz, Qərbdən götürülmüş “kütləvi incəsənət” anlayışından istifadə edi­

rik,  amma ən  ənəmizdə bu anlayış qeyri-analitik,  sırf qiymətləndirici  vo  for­

mula  kimi  ideoloji  xüsusiyyət  daşıyır.  Bunun  ideyası  “kütləvi  incəsənət  -

___________________________________ 65

64



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə